"Lill" - "Qəbələ" 1:1 [UAL 2016/17, III təsnifat mərhələsi]

Поділитися
Вставка
  • Опубліковано 28 лип 2016
  • "Lill" - "Qəbələ" 1:1 [UAL 2016/17, III təsnifat mərhələsi, ilk oyun]
    “Lill” (Fransa) - “Qəbələ” - 1:1
    UEFA Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyun
    28 iyul. Saat 21:00. Lill. “Metropol” stadionu
    Baş hakim: Daniel Stefanski (Polşa)
    Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis (hər ikisi Polşa)
    Dördüncü hakim: Zbiqnev Dobrınin (Polşa)
    Hakim-inspektor: Frank de Bleker (Belçika)
    UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
    Qollar: Vitali Vernidub, 13 // Rayan Mendeş, 47
    Sarı vərəqələr: Sebastyan Korçia, 43 // Filip Ozobiç, 42, Nika Kvekveskiri, 44
    Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.
    “Qəbələ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” III təsnifat mərhələsinin ilk oyununda Fransanın “Lill” klubu ilə qarşılaşıb. Roman Qriqorçuk səfər qarşılaşmasında ötən oyundakı heyətə şans verib. Ötən mərhələnin MTK ilə görüşündə meydana çıxan “11-lik” ilk dəqiqələrdən meydanda olub.
    Oyun qarşılıqlı hücumlarla başlayıb. Meydan sahibləri üstünlüyü ələ almağa çalışsa da, “Qəbələ” hücum futbolu oynamaq istəyini ortaya qoyub. 5-ci dəqiqədə Baqali Dabo ara ötürməsi ilə Sergey Zenyovu qapıçı ilə üz-üzə çıxarmağa çalışıb. Müdafiəçi və qapıçı arasında anlaşılmazlıq yaransa da, fransalılar topu küncə çıxarıb. Bir neçə dəqiqə sonra sonadək top uğrunda mübarizə aparan Dabo növbəti korneri qazandırıb. Nika Kvekveskirinin yerinə yetirdiyi künc zərbəsindən sonra Rikardinyo topu ələ keçirərək gürcüstanlı yarımmüdafiəçiyə qaytarıb. Sonuncunun qapı önünə ötürməsini tamamlayan Vitali Vernidub yaxın məsafədən vurduğu zərbə ilə hesabı açıb - 1:0. Qoldan sonra topa nəzarəti ələ alan “Lill” qapıya bir neçə zərbə endirsə də, ciddi təhlükə yarada bilməyib. 24-cü dəqiqədə isə “Qəbələ” hesabı artırmağa yaxın olub. Cərimə meydanında müdafiəçidən sıyrılan Teo Uiks qapıçı ilə üz-üzə qalsa da, topu onun başı üzərindən qapıya göndərmək istəyini lazımınca gerçəkləşdirə bilməyib. Oyunun axarından narazı olan Frederik Antonetti artıq ilk yarının ortalarında yarımmüdafiəçini hücumçu ilə dəyişməyə məcbur olub. Bundan sonra Lillin eyniadlı təmsilçisi topa nəzarəti ələ alıb, komandamızın qapısına təzyiqi artırmağa çalışıb. Lakin qol epizodu meydan sahiblərinin qapısı önündə yaranıb. Dabonun gözəl ötürməsindən sonra əlverişli mövqedə olan Zenyov 12 metrdən qapıya qüvvətli zərbə endirib. Vinsent Enyeama zərbəni çətinliklə dəf etməyi bacarıb. İlk yarının sonları isə follarla zəngin olub. Bunun nəticəsində hakim 3 sarı vərəqə göstərib.
    İkinci hissəyə də Fransa təmsilçisi daha fəal başlayıb. Benzianın cərimə meydanı xaricindən zərbəsini Dmitri Bezotosnı küncə çıxarıb. “Lill”in növbəti həmləsi qolla nəticələnib. Tirdən dönən topa hamıdan cəld tərpənən Rayan Mendeş zərbə endirib - 1:1. Bundan sonra da daha çox hücum edən “Lill” Bezotosnının qapısı önündə ardıcıl təhlükəli epizodlar yaradıb. Lakin qolkiperimiz inamlı oynayaraq, bu zərbələri dəf edib. “Qırmızı-qaralar” 75-ci dəqiqədə yenidən hesabda önə keçmək imkanı əldə edib. Rikardinyonun cinah ötürməsindən sonra Uiks cərimə meydanının daxilindən başla qapını nişan alıb. Amma top tirin üstündən keçib. Meydan sahiblərinin cavabı Benzia ilə gəlib. Lakin əlverişli mövqedə olan əlcəzairli hədəfə düşməyib. Fransalılar matçın sonunadək hücumlarına ara verməsə də, müdafiəçilərimiz və qapıçı inamlı oyunu hesabın dəyişməsinə imkan verməyib.
    Beləliklə, cari mövsüm ardıcıl 5-ci oyununda da qol vuran “Qəbələ” Lill səfərində heç-heçəyə nail olub - 1:1. Komandamızın yeganə qolunun müəllifi Vernidub isə “qırmızı-qara” formada ilk dəfə fərqlənib. Ukraynalı müdafiəçi qol hesabını 27-ci matçda açıb.
    Xatırladaq ki, cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.
  • Спорт

КОМЕНТАРІ • 17

  • @haldunyerazbayramov7646
    @haldunyerazbayramov7646 5 років тому +27

    Ayda ildə bir qol vurur oda lilin qapisina))

    • @isayevfh1951
      @isayevfh1951 Рік тому +3

      Qaqa hemin il qəbələ çox güclenmişdi avropa liqasının qrupunda oynadı həmin il

    • @Ueusj873
      @Ueusj873 Рік тому

      😂😂😂😂

  • @tunar8142
    @tunar8142 4 місяці тому +2

    5:33 Benzianin cavanliĝi

  • @rasya243
    @rasya243 7 років тому +7

    Qebele ✊

  • @Babek-ic2if
    @Babek-ic2if 7 років тому +3

    Inwallah Qebele ugurlla ireli geder

  • @tufanqblli434
    @tufanqblli434 7 років тому +5

    aferiiiiiiiin

  • @Mamed023
    @Mamed023 7 років тому +3

    tebrikler...

  • @jaguartv5783
    @jaguartv5783 7 років тому +3

    Qebele fransada qelebe qazana bilerdi bununla bele Qebele cox gozel oynadi merhele kecmek sansi cox boyukdur. amma cavab oynunda mudafiye diqetli olmalidilar

  • @footballskils5189
    @footballskils5189 2 роки тому +5

    Vernidub ayda ildə bir dəfə qol vurur 😅😅😁😁

  • @shirinovaska6054
    @shirinovaska6054 7 років тому +4

    halaldi

  • @Ueusj873
    @Ueusj873 Рік тому +1

    Əlaaaaa😂🔥

  • @vusalaslan3133
    @vusalaslan3133 Рік тому

    Ehsen

  • @Ra___9669
    @Ra___9669 4 місяці тому +1

    Benzia hardan hara)).Amma heç dəyişməyib)(

  • @merhemetnovruzzade7512
    @merhemetnovruzzade7512 3 роки тому +1

    Ayda ilde 1 defe qol vurur oda lillin qapisina vururr oldume gulmeyden ))))))

  • @bilalhaqverdiyev111
    @bilalhaqverdiyev111 3 роки тому +7

    CBC şərhçiləri ürəyimi bulandırır.

  • @almazhuseynova8291
    @almazhuseynova8291 2 роки тому +2

    Serhciye baxda xiyar xiyar danisir