Oqtay Zülfüqarov dünyasını dəyişib

Поділитися
Вставка
  • Опубліковано 31 сер 2016
  • CBC xəbər verir ki, bəstəkar yaradıcılığı dövründə bir neçə böyük əsərlər yaratsa da, Azərbaycanın musiqi tarixində daha çox uşaqlara bəstələdiyi mahnıları ilə yadda qalıb. Onun "Qız-ulduz", "Pişik və Sərçə", "Meşə nağılı" operaları, "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediyası, müxtəlif simfonik poemalar, kantataları, instrumental pyesləri, teatr və kino üçün bəstələdiyi musiqili əsərləri bu gün də sevilə -sevilə dinlənilir. Azərbaycanın görkəmli şəxsləri və mədəniyyət xadimləri mərhumla vidalaşmaq üçün Təzə Pir məscidinə toplaşdılar.
    Məşhurlar Oqtay Zülfüqarovla bağlı xatirələrini bölüşdülər:
    Vüqar Camalzadə, bəstəkar: “Bu bizim uşaqlığımız, bu bizim gəncliyimizdir. Bu insanlar tarix yaradan insanlardır. Uşaq mahnıları deyəndə təbii ki, Qəmbər müəllim, Oqtay müəllim yada düşür”.
    Yalçın Adıgözəlov, dirijor: “Oqtay Zülfüqarovun əsərlərini ən azı, 16 ölkədə ifa etmişəm, kompakt-diskə yazmışam. Onun “Bayram” uvertürası “Qızıl fond”a yazılan əsərlərdəndir. Ruhu şad olsun! Allah rəhmət eləsin!”
    Oqtay Zülfüqarov Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vuran bəstəkar olaraq yadda qalıb. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay Zülfüqarov özündən sonra həm böyüklər, həm də uşaqlar üçün şən və gözəl mahnı nümunələri miras qoyub.
    Firəngiz Əlizadə, Bəstəkarlar İttifaqının sədri: “Oqtay müəllim son gününə qədər musiqiylə idi, musiqiçilərlə idi. Həmişə yazıb-yaradırdı. Allah ona rəhmət eləsin. Hamımıza belə gözəl həyat yaşamağı arzu edərdim”.
    Oqtay Zülfüqarov uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Mərhum vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn edilib.

КОМЕНТАРІ •