TƏCİLİ! Putin strateji UĞURSUZLUĞA düçar oldu - Rusiya gücünü və təsirini itirir

Поділитися
Вставка
  • Опубліковано 3 чер 2023
  • copyright © News Press
    Sayt: newspress.az/​​​​​​​​​​​​​​​​​..
    .Facebook: www.faceb
    ook.com/NewsPressAz@
    #putin #ukraine #russia #blinken
    ABŞ dövlət katibi Antoni Blinken Rusiya-Ukrayna müharibəsində ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə Kiyev administrasiyasını dəstəklədiyini bildirib.
    Musavat.com xəbər verir ki, o, Putinin Ukraynaya qarşı müharibəsini strateji uğursuzluq adlandırıb, müharibənin yaxın gələcəkdə Rusiyanın gücünü, maraqlarını və təsirini kəskin şəkildə azalacağını deyib.
    Blinken Rusiyanın hərbi, iqtisadi və geosiyasi baxımdan Ukraynanı işğal etməzdən əvvəlkindən çox daha pis vəziyyətdə olduğuna diqqət çəkib.
    NATO və ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı atdığı addımlardan danışan ABŞ dövlət katibi müharibənin qarşısını almaq üçün hər cür cəhd etdiklərini bildirib:
    "Biz Moskva üçün iki mümkün yol müəyyən etmişdik: Ukrayna, Rusiya və bütün Avropa üçün daha böyük təhlükəsizliyi təmin edə biləcək diplomatiya yolu və ya Rusiya hökuməti üçün ağır nəticələri olan təcavüz yolu. Rusiya müharibəni seçsəydi, biz üç şeyi edəcəkdik: biz Ukraynanı dəstəkləyəcək, Rusiyaya ağır bədəl ödədəcək və müttəfiqlərimizi bu məqsədlər ətrafında birləşdirərək NATO-nu gücləndirəcəkdik".
    Blinken Putinin son 20 ildə ən müasir silahlar və təchiz olunmuş əsgərlərlə rus ordusunu müasir bir gücə çevirməyə çalışdığını ifadə edib:
    "Kreml tez-tez iddia edirdi ki, Rusiya ordusunun ikinci ən güclü ordusu var. Dünya və çoxları buna inanır. Bu gün bir çoxları Rusiya ordusunu Ukraynada ikinci ən güclü ordu kimi görür. Lakin bu ordu texnikası, texnologiyası, rəhbərliyi, strategiyası, taktikası və əsgərlərinə görə uğursuzluq nümunəsidir".
    ABŞ dövlət katibi Ukraynanın öz gələcəyini yazacağını və Rusiyanın buna qarşı atdığı addımların yalnız ukraynalıların əzmini artırdığını bildirib. Ukraynanın heç vaxt Rusiya olmayacağını vurğulayan Blinken Ukraynanın suveren, müstəqil, öz müqəddəratını nəzarətdə saxlayan bir ölkə olduğunu bildirib.

КОМЕНТАРІ •