Qaf Surəsi | 1-18🎙 Qari - رعد محمد الكردي | Raad Mohammad al Kurdi

Поділитися
Вставка
  • Опубліковано 9 лют 2025
  • 📖 Qaf Surəsi | 1-18
    🎙 Qari - رعد محمد الكردي | Raad Mohammad al Kurdi
    1
    Qaf! Şərəfli Qurana and olsun!
    2
    Xeyr! Onlar içlərindən özlərini xəbərdar edən bir peyğəmbər gəldiyinə təəccüb etdilər və kafir olanlar dedilər: “Bu, çox təəccüblü bir şeydir!
    3
    Biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyikmi)? Bu, həqiqətdən uzaq (qeyri-mümkün) bir dönüşdür”.
    4
    Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır.
    5
    Xeyr! Onlara haqq (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Onlar çaşqınlıq içindədirlər.
    6
    Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur.
    7
    Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.
    8
    Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
    9
    Göydən bərəkətli su endirdik və onun vasitəsilə bağlar və biçilən dənələr (əkinlər) bitirdik.
    10
    Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik.
    11
    Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. (Qəbirdən dirilib) çıxış da belə olacaqdır.
    12
    Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (peyğəmbərləri) yalanlamışdı.
    13
    Ad qövmü, Firon, Lutun qardaşları (qövmü),
    14
    Eykə əhli və Tübbə qövmü də! Bunların hamısı peyğəmbərləri yalanlamış və Mənim təhdidim (əzabım) gerçəkləşmişdi.
    15
    Biz ilk dəfə yaratmaqdan aciz qaldıqmı?! Xeyr! Onlar yenidən yaratma barəsində şübhə içindədirlər.
    16
    Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.
    17
    Onun sağında və solunda iki mələk oturaraq əməllərini yazır.
    18
    O nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar).
    @quranayetleri #quranayetleri @raadalkurdy

КОМЕНТАРІ •