İmişlidə suvarma prosesinə kim mane olur? - BAKU TV

Поділитися
Вставка
  • Опубліковано 4 вер 2022
  • İmişlidə suvarma prosesinə kim mane olur? - BAKU TV
    Aktual xəbərlərimiz
    • QARABAĞ XRONİKASI
    • Playlist
    • Playlist
    1500 nəfər sakinin yaşadığı Ağaməmmədli kəndi İmişlinin ucqar kəndlərindən hesab olunur. Ucqarda yerləşməsi kəndin su ilə təminatında çətinlik yaradır.
    Kənd sakinləri qeyd edirlər ki, onlar istər həyətyanı sahələrini, istərsə də pay torpaqlarını sulaya bilimirlər. Kəndin 600 hektara qədər əkin sahəsini suvarma suyu ilə təmin edən R2 su kanalı öz mənbəyini Qarabağ kanlından götürərək 50 km məsafə qət etdikdən sonra Ağamməmədli kəndinə çatır. Lakin kanalın suyundan Ağamməmədli kəndindən əlavə, rayonun Boşçalılar, Cəfərli, Əliqulular və Muradxanlı kəndinin sakinləri istifadə etdiyindən sonuncu kənd olan Ağaməmmədli kəndi əkin sahələrini lazımi səviyyədə su ilə təmin edə bilmir.
    Problemlə bağlı İmişli Suvarma Sistemləri İdarəsindən bildirilib ki, bu gün kəndlər növbəli şəkildə suvarma suyu ilə təmin edilir. Ağamməmdli kəndi sonuncu kənd olduğundan oranın su ilə təmin olunmasında müəyyən qədər çətinliklər var. Lakin əsas problem kənddə su birliyinin fəaliyyət göstərməməsidir. Çünkü idarə suyu kəndə gətirərək orada fəaliyyət göstərən birlik üzvünə təhvil verir. Sonrakı mərhələ isə birliyin fəaliyyətindən asılıdır.
    Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
    Sosial şəbəkələrimiz
    / www.baku.tv
    / bakutvofficial
    / bakutvofficial
    t.me/bakutvxeber
    www.baku.tv
    © 2022 © All Rights Reserved ℗ Baku TV
    İmişlidə suvarma prosesinə kim mane olur? - BAKU TV
    #bakutv #İmisli #suvarma #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər

КОМЕНТАРІ • 3

  • @mehemmedallahmehemmedyaeli2238

    Şu var eee fermirlerde bu deyin baxan yoxdu

  • @azerbaycan5758
    @azerbaycan5758 Рік тому

    Məmurlar öz torpaxlarını suluyurlar və öz fermalarını suynan təmin edirlər galanları onları maraxlandırmır

  • @sabirabad-tv-tv8798
    @sabirabad-tv-tv8798 Рік тому

    Sabirabadda su problemi yaşanır Sabir su kanalında su kanalı özü suya hasrət qalıb