RƏNGSİZ SKAMYA (Qısametrajlı Film)

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @gularsovqatova
    @gularsovqatova 2 роки тому +604

    Kənan bəy,sizi və komandanızı möhtəşəm iş üçün təbrik edirəm. Demək olar bütün insanların həyatında baş vermiş hadisəni canlandırmısınız. Deməli oğlan hər gün parka gəlirmiş və sevgisinin müqəddəs məkanından əl çəkə bilmirmiş.Sevgilisi ilə oturduğu o skamyanı rənglənməyə qoymurmuş ki, zaman getməsin. Oradan duranda isə başqa qızla oğlan oturub, oğlanın həyatındakı keçmiş söhbəti təkrar edirlər və bu hadisələrin gənc nəslə ötürülməsidir. Axırda balaca qızla sağollaşması, arzuları və sevgisi ilə vidalaşmağı idi ki, parkda işləyən dayıya, daha o skamyanı rəngləyə bilərsən deməklə təsdiq etdi.
    Ps. Qız uşaqları belədir də, sahibsiz qoyursan aləmi qatırlar bir-birinə.
    +Deməli günah məndədir.
    Halal olsun sadəcə,əhsən 👏👏👏

  • @hesenli4027
    @hesenli4027 2 роки тому +357

    “Daha o skamyanı rəngləyə bilərsiz” bu söz təsir elədi mənə🥀

  • @narminm.9903
    @narminm.9903 Рік тому +22

    Bu qeder qısa metraj, bu qeder derin mena, bu qeder reallıqdan, bu qeder semimi aktyorluq, semimi ssenari, dərin təşəkkürlər sizə!

  • @mirnahidagayev47
    @mirnahidagayev47 2 роки тому +326

    İnsan yanındaki ilə yaşayar, qəlbindəki ilə ölər. 💔

    • @letifeabushova
      @letifeabushova Рік тому +4

      Eynən məni dediniz 😔

    • @mirnahidagayev47
      @mirnahidagayev47 Рік тому +3

      @@letifeabushova Allah səbir versin...

    • @letifeabushova
      @letifeabushova Рік тому +2

      @@mirnahidagayev47 😔😔çox çətindi həyat çox acımasızdır

    • @mirnahidagayev47
      @mirnahidagayev47 Рік тому +1

      @@letifeabushova Bəli elədi ki var. Amma neyləmək olar barışmaq lazımdır

    • @letifeabushova
      @letifeabushova Рік тому +4

      @@mirnahidagayev47 😔hər kaşkilər canımdan can alır .

  • @DanieleOrsato.
    @DanieleOrsato. 2 роки тому +411

    "İyi adamlar yalnızlıktan ölüyor, iyi kadınlar kötü adamların balkonundan gökyüzüne bakarken"🥀
    (Dostoyevski)

    • @kamalhabibov2002
      @kamalhabibov2002 2 роки тому +15

      Dostoyevski turkecede bilirmis

    • @bahruzmehdiyev2943
      @bahruzmehdiyev2943 2 роки тому +1

      @@kamalhabibov2002 iq səviyyənə quzu kəsim

    • @kamalhabibov2002
      @kamalhabibov2002 2 роки тому +1

      @@bahruzmehdiyev2943 😂👍🙏🙏

    • @jeffri8952
      @jeffri8952 Рік тому +2

      Bunu Azərbaycan dilində yazmağ olmur?))

    • @elmiranagieva9761
      @elmiranagieva9761 Рік тому +4

      Gozel sitatdi. "Хорошие люди умирают от одиночества. Хорошие женщины, глядя на небо, с балкона плохих парней".

  • @hikmatabdurahman
    @hikmatabdurahman 2 роки тому +780

    Dəlisiz xəstəsiz nəsiz? Bu nə ssenaridi, bu nə aktyorluqdu, bu nə çəkilişdi? Möhtəşəmsiz 🔥🔥🔥

  • @xeyalehuseynova5103
    @xeyalehuseynova5103 Рік тому +27

    Möhtəşəm((. Biz qızların bəzən ağlı olmur, amma ailə qursaqda o sevgi unudulmur (

  • @MHsnov
    @MHsnov 2 роки тому +203

    2:52
    Deyir
    -Heç fikirləşməzdime mən Səni Burda Görərəm...
    Halbuki hər gün Onu bəlkə görərəm ümidilə gedir parka, son görüşdükləri yerə gedir, skamyada saatlarla oturur, xatirələri dahada yada salmaq üçün ora gedir¹⁷.....💔

  • @vusalabdullayev4088
    @vusalabdullayev4088 2 роки тому +146

    Adam bir parkda əsər yaradıb halal olsun sizlere ❤️

    • @Arzumdi
      @Arzumdi 7 місяців тому +2

      Heqiqeten bir parkda 👍👍👍

  • @sentire.musicia
    @sentire.musicia Рік тому +82

    Elə mükəmməl detallarla çəkilən bir filmdi ki..
    Kamranın hər gün qızın küçəsinə getdiyi üçün anasının balkonda dibcəkləri suladığını bilməyi, təsadüfi deyil də elə daşıdığı ümidi ilə hər gün o parkda oturduğu üçün rastlaşmaqları, "Canına da ziyandı cibinə də" cümləsini unutmamağı, "Qız uşaqları belədi də, sahibsiz qoyanda aləmi bir-birinə qatırlar" deyəndə özünü günahlandırmağı və sonda dayıya "Artıq o skamyanı rəngləyə bilərsən" deməyi...
    Sanki "Artıq edəcək bir ümidim də qalmadı, artıq o bizim Rəngsiz skamyamız deyil, başqalarının xatirələri olacaq, artıq o əsgərlikdəki zəngdən sonra onu bir də itirdiyimin fərqinə vardım" deyərcəsinə...

  • @ourstory9.109
    @ourstory9.109 2 роки тому +172

    Film çox təsir etdi🥺. Çünki buna oxşar hadisələri məndə yaşamışam. Nişanlım əsgərlikdə idi. Tez tez danışırdıq. Mənidə başqasına vermək istiyirdilər. Amma bu qızdan fərqli olaraq mən dirəşdim. Nişanlımın yolunu gözlədim. 1illik xidmətini başa vurdu gəldi sonra nişanlandıq. Əməyinizə sağlıq🤌💞

    • @rasulxudaverdiyev7815
      @rasulxudaverdiyev7815 2 роки тому +15

      Halal olsun sevgisinə sadiq olanlara👏👏👏

    • @fatoshhie
      @fatoshhie Рік тому +1

      Eynənnn🥺

    • @ourstory9.109
      @ourstory9.109 Рік тому +4

      Və artıq evliyik🥹❤️‍🩹🤩

    • @moto-islam4634
      @moto-islam4634 Рік тому

      ​@@ourstory9.109aylar əvvəl bu komentinizi oxumuşdum ,artıq evlənmisiz halal olsun vəfalı qızlara.Allah xoşbəxt eləsin daim

  • @2ciqarabagdoyuscusu940
    @2ciqarabagdoyuscusu940 Рік тому +58

    Məni keçmişimə apardı.Üstündən 13 il keçsədə hələmdə unuda bilmədiyim qız🥀.Kənan məllim belə çəkilişə görə təşəkkür edirəm👏

  • @kenkankenkan9326
    @kenkankenkan9326 2 роки тому +27

    Bu filmdə həmdə bəzi başı boş qızların malı, şanı şöhrəti, pulu və rahatçılğı, saf və təmiz sevgidən üstün tutan heç birşeyə dəyməyən dəyərsiz vəfasız qızlara aiddir.
    Saf və təmiz sevgi bütün rahatlıqlardan və var dövlətdən üstündür.
    Təşəkkürlər adaş. Sən ürəksən..❤️❤️❤️❤️

  • @Carçiyev
    @Carçiyev Рік тому +60

    Yaşımın üsdə yaş gəlsədə yenə,
    Bezmərəm yolunu gözlərəm yenə,
    Yadında demişdim axı mən sənə..
    Yanımda olmasanda qəlbimdəsən.
    Ağ düşüb saçıma qocalsamda mən,
    Nə o parkdan bezərəm, nədə ki səndən.
    Aldanma halıma, xəbərin yox məndən
    Ayrı olsağda belə sən mənimləsən.

  • @yushkaproqram
    @yushkaproqram 2 роки тому +71

    27.03.2021
    Bu kinoya baxacağına adım qədər əminəm.
    Məndə hər gün o xalqlar parkında o skamyada oturub ilk görüşü düşünürəm.
    Bəlkədə heç vaxt unutmayacam səni.
    Bilki, səni çox sevirəm...

    • @Tenhaqiz2348
      @Tenhaqiz2348 Рік тому +2

      Eger seni atibsa ve ya xeyanet edibse heyatindan gedibse laiq deil bele sevilmeue

    • @Zekeriyye.55
      @Zekeriyye.55 Рік тому +10

      Rənglə skamyanı )

    • @firengizbekirova2624
      @firengizbekirova2624 Рік тому +4

      Bu tarixde sizde ilk gorus olub bizde ise son gorus. Nece de qeribedi...

    • @yushkaproqram
      @yushkaproqram Рік тому

      @@firengizbekirova2624 həyatın işidi

  • @Faiq.1978
    @Faiq.1978 11 місяців тому +4

    YAXŞI SSENARİ, YAXŞI AKTYOR İFASI, LAKONİK VƏ MƏNALI MOTİV......BU CÜR FİLMLƏR ÇƏKİLSƏ ÇOX GÖZƏL OLARDI NƏİNKİ ABIR,HƏYA, ƏXLAQ SARIDAN CİDDİ PROBLEMLƏRİ OLANLAR..... UĞURLAR OLSUN İNŞAALLAH

  • @ulviallahverdi7299
    @ulviallahverdi7299 2 роки тому +183

    Çox duyğusal və emosional bir film üçün təşəkkürlər, Kenan! Xatirələr nəyinki unudulmur, yaxamizdan əl çəkmir, deməli.

  • @aysu.bagirova
    @aysu.bagirova 11 місяців тому +10

    İnsanın ürəyində başqası ola-ola necə evlənə bilər?! Mən sevdiyim insanı ömrümün sonuna kimi sevəcəm və gözləyəcəm.O bir gün gələcək,mütləq gələcək...❤️

    • @Lyricsaaz
      @Lyricsaaz 4 місяці тому

      Hamı belə olsa nə varidiki)

  • @rasimmahmudzade6744
    @rasimmahmudzade6744 2 роки тому +96

    😞Demelı tek menım başıma galmayıb. Esgerlikde idim, helede unudulmur. Gozaldı qardas👏🙏

    • @bestasdasos
      @bestasdasos 2 роки тому +5

      Adama pis təsir edir 😥

    • @zamanyolcusu7466
      @zamanyolcusu7466 2 роки тому +2

      Məndə indi bildim tək mənim başıma gəlmədiyini əsgərlikdə özdə

    • @royadadasova7987
      @royadadasova7987 2 роки тому +5

      Demeli qarsiniza cixan qız yaxsi biri deyil imis🥺 amma uzulmeyin belke de qismetini deyil.imis imtahaniniz.imis🤷🏾‍♀️ Allah daha xeyirli sizi heqiqeten seven birini qarsiniza cixardar inseAllah🤲

    • @gulnabathesenelizade4166
      @gulnabathesenelizade4166 2 роки тому

      Qismet uzulmeyin

  • @siruzyaqubov9546
    @siruzyaqubov9546 2 роки тому +11

    Necədə gözəl xeyallarım vardı, mən qurdum başqası yaşadı...
    Film Möhtəşəm 👍

  • @sbuhisdli359
    @sbuhisdli359 2 роки тому +98

    Kövrəlməyimə və təsirlənməyimə səbəb olan mənalı filmlərdən biri.BÜTÜN KOLLEKTİVƏ HALAL OLSUN!👍🤲👏

    • @cavidanseyidov3972
      @cavidanseyidov3972 2 роки тому +5

      Kollektivden elave esas sebeb belkede qelbimizdeki bas roldan ireli gelir 😶

    • @sbuhisdli359
      @sbuhisdli359 2 роки тому +2

      @@cavidanseyidov3972 Tam,razı.

  • @ceyhunnagdaliyev
    @ceyhunnagdaliyev Рік тому +7

    Hər zaman üzümüzü güldürən Kənan bu səfər ağlatdı Möhtəşəm

  • @kananyusifov
    @kananyusifov  2 роки тому +17

    RƏNGSİZ SKAMYA (Qısametrajlı Film)
    Kənan Yusifov kanalına abunə ol: wedia.link/KenanYusifov

  • @bayramovniko_57
    @bayramovniko_57 2 роки тому +13

    Hemiwe bele qısameyrajlı filmler xaricilerde gorurdum. Çox gozel alinib insani duygulandirir

  • @thealemdar9764
    @thealemdar9764 2 роки тому +31

    19 yaşım var 400+ Filmə baxmışam 19 ildə təsir edən yeganə Filmlərdən sanki 12 il sonra özümü gördüm!! Kənan bəy sizi Və Kollektivinizi Təbrik edirəm.. Mükemmel film

  • @isgandaroffmedia
    @isgandaroffmedia 2 роки тому +69

    Kənan çox səviyyə alınıb. Sən dramatik senarilərin yaradılmasında çox əlasan! Yeni ssenari və kinoteatr səviyyəsində film çək artıq. Əziyyətinin qazancı yüksək olsa bu həm sənə xoş olar ,həm bizim ürəyimiz rahat olar ki, haqq etdiyini aldı!

  • @alizeyn4597
    @alizeyn4597 2 роки тому +22

    Çox qəşəng! Kiçik bir hissədə olduğum üçün məğrurluq hissi duyuram

  • @eminovamhbub38
    @eminovamhbub38 2 роки тому +65

    Gözüm doldu yaşla..😪Eh hara baxırsan sevgililerin qovuşulmamasıdı...niye axı sonu bir olmur😔

    • @karimi1907
      @karimi1907 2 роки тому +1

      Bezen ele olur

    • @zuzu4625
      @zuzu4625 Рік тому +5

      Çünki əsil sevgi qovuşulmuyan sevgidi. Qovuşanan sora peşmaçılıq,kaşkilər olur ona görə tarixə düşmüş sevgil misal:leyla məcnun,əsli kərəm,fərhad şirin bunlar heç biri qovuşmuyub ona görədə sevgi adlandırılıb.

  • @akifelekberov586
    @akifelekberov586 Рік тому +23

    Yanındakı ilə yaşar,ağlındaki ilə ölərsən)🥀

  • @elcanseymurson1506
    @elcanseymurson1506 Рік тому +9

    "Daha o skameykanı rəngliyə bilərsən"
    Əla mövzu əla iş. Çox sağol Kənan.

  • @firuzememmedova4935
    @firuzememmedova4935 2 роки тому +8

    Qısa amma çox sevgilərin hekayəsi idi bu film.Əhsən Kənan Yusifov

  • @zemred2837
    @zemred2837 11 місяців тому +2

    Ağlatdın məni a bəy. Rğsmən gözüm yaşarıb deyə maşını kğnara verib ağlayıram şəhərin ortasında.

  • @Azad533
    @Azad533 2 роки тому +34

    Halaldı kənan yenə ürəylər yol tapdın... Davamı gəlsin...

  • @incimmmdova4157
    @incimmmdova4157 Рік тому +7

    Musiqi və film çoox gözəldi. Aktyorluğa söz ola bilməz süpersiniz Uğurlar 👍👍

  • @snanrzayev4082
    @snanrzayev4082 2 роки тому +10

    Gozlemirdim bu qeder gozel dramatik duyğusal film olduğunu sanki ilk defedi neyese baxib vaxtimi boşa itirmediymi anladim cox sagol Kenan.

  • @konulguliyeva3862
    @konulguliyeva3862 2 роки тому +5

    Super və təsirli yuz faiz kiminse heyatında baş verb bu hadisə Kənanda təsirlənib..

  • @fridmmmdov8186
    @fridmmmdov8186 Рік тому +4

    Əhsən Kənan qardaş bu hadisəni illər öncə yaşamışam sanki bir anlıq o günlərə qayıtdım çox təsirli bir şeydi ancaq yaşayan bilər təşəkkür edirəm çəkdiyiniz əziyyət üçün 👏

  • @yusifresulov333
    @yusifresulov333 Рік тому +3

    Öz başıma gələnləri gördüm sanki. Duyğulandım. Allah əziyyətivizi yerdə qoymasın.

  • @nurlan8438
    @nurlan8438 Рік тому +5

    Gözlərim doldu əlinizə əməyinizə sağlıq çox təsirli bir ssenari yazıbsınız

  • @kadimoff
    @kadimoff Рік тому +37

    "Telefonu yığışdır, mayor Qasımov gəlir" əsgərlikdə eşitmisən bu cümlələri... Necəki 3 ay bundan öncə mən eşitdim. 7 il insan ruhunu qadın sevgisi ilə qidalanıb , 3 ayı ruhunu qocalda da bilərmiş. Sabah toyudur artıq. Nə məndə mən qaldı nədə hisslərimdə. xatirlələrlə əbədi ağlımda yaşaycaqsan ...

  • @_Haciyeva__
    @_Haciyeva__ Рік тому +6

    Düzdü her kişi urekden sevmeyi bacarmır amma kişiler sevende de 1 defe sevirler tekrari olmur o hisslerin..Qadin da sevir amma aile qurur alışır başqasına doğmalaşır amma kişilerde ele deyil kim olur olsun sevdiyi qadının yerini qelbinde bir başqası əvəz edə bilmir..👍Çox qesengdi sizin işlernizi çox beyenirem yumorunuz ayrı bir gözeldi bele dram huzunlu sehneler de ayrı gözeldi..Severek izlediyim tek Aktyorsuz .ugurlarniz daimi olsun 👏

  • @mehemmedxanlarov5225
    @mehemmedxanlarov5225 Рік тому +4

    Her saniyesini, her kelmesini qaçirmadan izlediyim qisa metrajli filmlerin en mohtesemidi bu film.Kenan seni harda gorsem yaxinlasib tesekkur edecem.Çox sagol

  • @Arzu1679
    @Arzu1679 Рік тому

    Bu cür ssenari yazan və film çəkən bəlkə də özü yaşayıb, ya da-yaxından seyredici olub. Ayrılıqlar müxtəlifdir. Bəzi ayrılıqlar var ki, insanın xeyrinədir. Yaşayıb nifrət etməkdənsə, ayrılmaq yaxşıdır. Kim bilir, evlənsəydilər münasibətləri adiləşəcəkdi və bəlkə də bir-birlərinə olan hisslərindən peşman olacaqdılar.
    Həyat elədir ki, insana müxtəlif ssenarilərlə yara vurur. Əsas odur ki, insan oğlu çiynindəki yükün altında əzilməsin.
    Bütün komandaya gözəl iş üçün təbriklər❤

  • @arifhmdli9569
    @arifhmdli9569 Рік тому +7

    Həyat insanı hərşeynən sınayır qismətində yoxdursa talehinən barış amma keçmişnən yaşayıb özünü bədbəxt etmiyəsın gərəy. Allah hərkəsin talehin qismıtin gözəl yazsın İnşAllah bu çəkilişdə əməyi keçən hərkəsə təşəkkür edirəm möhtəşəmdir.

  • @С.Б-и6б
    @С.Б-и6б 2 роки тому +14

    İlahi ayrı salmasın sevənlərin ömür yolun
    oturmasın kədər tozu gülüş qonan dodağlara

  • @clalclalzad8924
    @clalclalzad8924 2 роки тому +16

    Çox gözəl işdir. Çox təsirli bir videodur. Payız, Shopen və slow gedən, keçmiş xatirələr danışığı, adamın tüklərini biz-biz edir. Birdə, "Rəngsiz skamya" konsepti, müstəsna alınıb.

  • @stirlrolmur8314
    @stirlrolmur8314 2 роки тому +24

    Xatirələrin incitmək kimi bir tərəfinin olması adamı həmişə yorur.Biraz əvvələ 14 il öncəyə qaytardınız məni.Dola,dola ağlaya bilməmək kimi bir dərdin peşmançılığı qaldı içimdə.Kûçələr,onun ayaq izləri,uşaq təbəssümünü sarıb qucaqlaya bilməmək həqiqətən ağırdı.Ortalığa bu mükəmməllikdə bir iş gətirdiyiniz üçün də,ayrıca bir təşəkkürü haqq edirsiniz.Təəssüf ki,insan peşman olmaq üçün həmişə itirməlidir

  • @elvinmirzeyev3459
    @elvinmirzeyev3459 2 роки тому +16

    6 saat öncə paylaşıb, hər halda heyyət gözəl şərhlər gözləyirdi bunu paylaşanda, və elə də oldu. Heyyət indi bu möhtəşəm işin nəticəsini görür və sevinir.
    Müxtəlif təsirli kitablar oxumuşdum, filimlər izləmişdim beləsi olmamışdı.
    Uğurlar ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @boruasena1676
    @boruasena1676 2 роки тому +10

    Təbrik edrəm,... Sadəcə onu deyə bilərəm ki, məncə sevgi Allahın lütfidir, və hər qula qismət olmur, çəkdiyimiz əzabları rəngsiz formada bele olsa təqdim etdiyiniz üçün çoxsağolun, sevən hər bir kişi üçün sevdiyinin ayağı dəydiyi hər daş, hər torpaq onun dünyası və nəfəsidir.

  • @fridismaylzad173
    @fridismaylzad173 2 роки тому +14

    Eyni hadisələrin başlanğıcını 20 yaşımda yaşadım,bu gözəl iş üçün hər birinizə bütün komandanıza təşəkkürlər,çoxx təsirlidir

  • @erus_529
    @erus_529 2 місяці тому

    Çox təsir elədi film, şan şöhrətə görə olmasada qızın yerinə lap özümü gördüm sanki.. Heif ki sevdiyin insanla ailə qurmaq hərkəsə qismət olmur. Çox çətindi sevməyə çalıştığın insandan sevgi gözləmək, çünki daima səni sevən insanı xatırladır..

  • @vegvisirnewera
    @vegvisirnewera 2 роки тому +15

    Xatirələr..
    Maraqlıdır..
    Hər bir kəsin ömründə belə olurmu, uşaqlıq sevgisi, zaman ötür və illər sonra qarşılaşırsan, sonra isə, keçmişi unutmalı olduğunu anlayıb, yeni addımlar atırsan. 33 Yaşda burda, nəhayət ruh əkizi tapmışam, indi də pul yoxdur ki, ev eşik sahibi olub ailə quram...
    Həyat necədə qəribədir..

    • @kenangahramanov-ak9356
      @kenangahramanov-ak9356 Рік тому +1

      Narahat olmayın. Bir birinizi bərk tutsaz hər şey yaxşı olacaq. Biz de evlənəndə heç nəyimiz yox idi. Hətta siz söhbət çox olurdu ki , necə yaşayacaqsınız. İndi artıq 16 ildir evliyik və iki oğlumuz hər bir şeyimiz var şükür allaha. Ümidinizi itirməyin

  • @sebineehmedova3009
    @sebineehmedova3009 2 роки тому +3

    Yazıb yazıb defelerlee sildimm.....sadecee möhtəşəm bir filmm❣️

  • @talehbhraml
    @talehbhraml 2 роки тому +4

    Çox təsir edicidir. İnsan göz yaşlarını saxlaya bilmir. Əhsən çox gözəl alınıb

  • @ilkinkhalili840
    @ilkinkhalili840 2 роки тому +10

    Aktyorluq da əla, rejissorluq da. Kənanı Qayınana (2011 Polad rolu) serialından tanıyıram, həmin serialda da, ondan sonrakı rollarında da güclü aktyor olduğunu göstərdi. Heyif ki, efirləri istedadsızlar doldurur, youtube da pis deyil, ancaq Kənanı efirdə görmək istəyirəm.

  • @omrsmdzad6091
    @omrsmdzad6091 Рік тому +8

    Kişi Sevər, Qadın Gedər....

  • @contractwars1633
    @contractwars1633 2 роки тому +11

    Kənan bəy yenə də qəlbimizin incə tellərinə toxnumsunuz.Bilmirəm sizə təşəkkür eləyim yoxsa iradımı bildirim...2016 cı ildə hərbi xidmətdə olanda təxrisə az qalmış canımdan çox sevdiyim qız başqasına nişanladı.Gözləmədi məni..Vallah sondak musiqi isə lap yerinə düşdü..Sizə Afərin!!! Bacardız..Məni kövrəltdiz..Sizin yaradıcılığınıza söz ola bilməz

  • @gunel23x
    @gunel23x 2 роки тому +7

    Nişanlım əsgərdi. Bu filmdəki duyğuları yaşamaqdan çox qorxurdum. Kamranla Gülnarın telefon danışığı daha təsir etdi. Sevginizin qədrini bilin, sonra hər şey üçün çox gec ola bilər.

  • @fqanalizad1144
    @fqanalizad1144 Рік тому +2

    Çox mükəmməl film 👍

  • @mrakif93aa
    @mrakif93aa 2 роки тому +5

    Filmlərin insanlara təsiri çoxdu. Belə filmlər çəkdikdə açıqlamada insanlarımıza(əsasən də oğlanlara) xatırlatmaq lazımdır ki belə sevmək olmaz. İntihar statistikasına baxsaz çoxusu oğlanlardı və əsas səbəb də qıza görə. Gedəni buraxmaq lazımdı və bağışlamaq lazımdı öz içində yoxsa xəstəliyə çevirilir o insanda.

    • @mrakif93aa
      @mrakif93aa 2 роки тому +2

      Həyatınızın mərkəzinə özünüzü qoyun, heçkəsi özünüz və yaşamaq qədər sevməyin.

  • @elnarhmdli999
    @elnarhmdli999 Рік тому +2

    Çox tesirlendim

  • @zabite
    @zabite 2 роки тому +111

    Bütün komandaya uğurlar arzu edirəm. Təbrik edirəm hər birinizi. Dəyər verdiyiniz üçün təşəkkür edirəm..

    • @kananyusifov
      @kananyusifov  2 роки тому +24

      Biz təşəkkür edirik belə gözəl mahnıya görə.

    • @sevinjmammadaova5444
      @sevinjmammadaova5444 Рік тому +2

      @@kananyusifov mənde yaşadım 4 il bir oxudyq hər gün gördük bir birimizi amma nə o dinə bildi nə mən elə belədə ayrıldıq.....

    • @orxansirinov8286
      @orxansirinov8286 Рік тому +2

      Neylədin sən Kənan. Özümü gördüm indi içində olduğum vəziyyəti gördüm

  • @fikrteldnizoglumusayev2146
    @fikrteldnizoglumusayev2146 Рік тому +1

    Zəhmətinizə görə təşəkkür edirəm. Çox sağ olun

  • @5566089
    @5566089 2 роки тому +48

    Все прошлое пролетело перед гдазами.Это самый сложный момент в жизни человека,не каждый сможет выдержать. Надеюсь я ее не встречу никогда. Кенан ты на высоте!

  • @Javveedd
    @Javveedd 2 роки тому +9

    Allah heç kimi mənəvi dəyər varkən, Maddi yoxluğa görə ayırmasın ❤️

  • @faiqejderov2190
    @faiqejderov2190 Рік тому +6

    Sadece bir soz deye bilerem. Cox tesirli ve rial heyati tamamlayir. Heyatin esl uzu budur.

  • @elikerimli7128
    @elikerimli7128 Рік тому +14

    Kovreldim və yenicə başıma gelenler burda əks olundu 🙂 illər keçməsinə baxmayaraq ne unuduram nede özü olmasa da belə qəəlbimdeki onu öldürməyib heç kimin girmeyine icazə vermirəm... Tam video daki kimi 🙂🥀

  • @hemzerzayev3129
    @hemzerzayev3129 2 роки тому +28

    Əhsən Kənan ve kolletkiv! İndiye qeder ölkəmizdə çəkilən mənalı,qısa metrajlı filmlerin bəlkə də önünə keçdin👏👏👏

  • @validcebiyev1099
    @validcebiyev1099 Рік тому +3

    Sonu ağlatdı😢 əməyinizə sağlıq

  • @elsadehmedov6172
    @elsadehmedov6172 Рік тому +3

    7 il keçib görüşmək nəsib olmayıb hələ məndə haçansa belə görüşəcəyimizi gözləyirəm.çox ama çox pis təsir etdi mənə bunu izləmək.(Əməyinizə sağlıq super senaridi👍)

  • @emilmeherremli8742
    @emilmeherremli8742 11 місяців тому +1

    Cox derin menali heyat sevgi uzerinde qurlub.

  • @fidanfidan1353
    @fidanfidan1353 2 роки тому +9

    Mənimdə sevdiyim əsgərlikdədi başqasına vermək istiyirlər əlimnən gələni edəcəm sonumuz belə olmasın deyə 🥺 Mənə çox təsir etdi bu qısa metrajli film 🥺 Allahım sən sevənləri ayırmasın 🤲

  • @resadquli1256
    @resadquli1256 Рік тому +2

    Heqiqeten ehsen bele gozel filmler davamli olsun . Bezmisik o dusuy dusuy soyuslu +18 filmlerden . Heqiqeten ehsen size cox duygulandim 👍👍👍👍👍

  • @kenanbagirov902
    @kenanbagirov902 Рік тому +6

    Kənan bəy tək sözlə möhtəşəm . Bu hadisəni yaşamayanlar anlamaz bu filmin mənasını . Möhtəşəm

  • @zulfumelikov7532
    @zulfumelikov7532 Рік тому +2

    And olsun Allaha etim biz biz oldu cox mohteşem❤❤❤

  • @_cingizxlilzad_3537
    @_cingizxlilzad_3537 Рік тому +3

    Ehh adam lap dərlənir. Nı diməy olar. Allah hərkəsi öz sevdiyinə təmiz saf eşqinə qovuşdursun🤲🚬

  • @ulvizeynalov7398
    @ulvizeynalov7398 Рік тому +1

    Rəngi itmiş ömür .. Rəngsiz skamya kimi .. çox təsirli film..

  • @ayazhasanov3425
    @ayazhasanov3425 Рік тому +15

    5 defe baxdim.Genclikde ataturk parkinda 4 ilim kecib 2004-2008.sevmek heqiqeten cox agir bir mesuliyyetdir..neceki yara sagalir amma izi getmir sevgide eledir.

  • @muradmuradzade5623
    @muradmuradzade5623 2 роки тому +2

    Möhtəşəm..

  • @fikretefendiyev
    @fikretefendiyev 2 роки тому +4

    Çox qəşəng...
    Çox duyğusal...
    Çox... Çox... Çox...👍

  • @quseyinfaruxov1188
    @quseyinfaruxov1188 2 роки тому +1

    O axir sehne ki var oldurdu meni osqarliq filimdi halal olsun

  • @vuqardeniz
    @vuqardeniz 2 роки тому +12

    ••• Acı reallıq. Əhsən Super 👏🏻
    Ərsəyə gəlməsində əziyyəti olan hər bir kəsə təşəkkürlər...👍

  • @KAPITANF12401
    @KAPITANF12401 2 роки тому +1

    Həqiqətən çox super ləzzət elədi hemde kövrəltdi uğurlarınız bol olsun

  • @fidankonull1492
    @fidankonull1492 2 роки тому +3

    Azerbaycan filimlerinden ilk filim idi kovreltdi....

  • @orxanmaksimov5609
    @orxanmaksimov5609 Рік тому +1

    eyladi inkan olsaydi mindefe like eliyerdim bu filmi cox sagolun

  • @suleyman00v
    @suleyman00v 2 роки тому +17

    Allah hər kəsi sevdiyinə qovuşdursun, çox təsirli idi🖤)

  • @seyid514
    @seyid514 Рік тому +2

    Super cox mohtewem soz tapa bilmiremm heyatdan gotrulmuw bir olay heqetende toxundu💔

  • @Khurbanova.
    @Khurbanova. 2 роки тому +4

    Çox toxundu bu Qısametrajlı filim mənə… Hə nə deyiblər sonrakı peşmançılığ fayda vermir hər şey pul deyil bu dünyada. Ölümdən başqa hər şeyə çarə var hər şey düzəlir…

  • @rasadaskerov1719
    @rasadaskerov1719 Рік тому +1

    Əh sən Kənan qardas sənin üreyin mənim yadimda ağriyan kimi qalib. Hələ o vaxti mualicə alirdin indi səni başa düşürem qardas.

  • @mehditalbl3604
    @mehditalbl3604 2 роки тому +14

    Qızla əla alınıb sizdə. Sonda kövrəldim uşağa son ümidlə əl edəndə. Dayıya skamyanı daha rəngləyə bilərsən deməyi pik idi(((😢😢😢

  • @aydinmirzeyev8677
    @aydinmirzeyev8677 Рік тому +2

    Həqiqətəndə çox təsirli bir fiımdi axırı isə möhtəşəm yəni insanı tamam fərqli aləmlərə aparır. Qısa bir film olsada adamı təsir dairəsinə salır

  • @yasinseydayev
    @yasinseydayev Рік тому +4

    Yaxşı olar İnşəALLAH çünki yaxşı dualarımız var...

  • @private_0288
    @private_0288 2 роки тому +2

    Çoxx möhtəşəm,çoxx gözəlll.Kövrəldim🥺

  • @aysusemedova5550
    @aysusemedova5550 Рік тому +4

    19 deqiqelik bir film o qədər aglatdıki məni😢😢😢eziyyet çəkən hər kəsin ellerinə sağlıq.Bəlkədə çox insanın qəlbində qovuşmamağın acısı var🥀🥀🥀

  • @timamammadov719
    @timamammadov719 2 роки тому +2

    heyqeten neyinki respublikada umumiyyetle bele gozel filme baxmamsdm cox super olub ugurlariniz bol olsun👍🏿

  • @rauffetullayev8760
    @rauffetullayev8760 2 роки тому +12

    15 il ərzində nə yaşamışamsa hər birini senari olaraq vurğuladınız çox çox təşəkkür edirəm sizlərə məni keçmişimə qaytardığın üçün... Əhsən hər birinizə

  • @shahnazabuzerova7405
    @shahnazabuzerova7405 2 місяці тому

    Çox möhtəşəm,çox duyğulandım əllərinizə əməyinizə sağlıq dostlar

  • @aytekinelizade9542
    @aytekinelizade9542 2 роки тому +34

    Bu seherde sevgisi yarim qalmis nece bele insanlar var...🥀💔

  • @rsadbudaqov3259
    @rsadbudaqov3259 Рік тому +2

    Bəzi çirkli videoları özünüzə rəva bilməkdənsə bu cür videolara baxın və coxx mariflənin.Sagol ay Kənan.Kallektivə çox minnətdaram.Bu senari bir daha burda dedi ki mənəvi ölənlə ölmək günahdı .Day o skameykanida rənglədinn.

  • @rustmova.9397
    @rustmova.9397 2 роки тому +12

    Salam. Kənan bəy qısa filmdə olsa çox dolğun ifadə edə bildiniz bütün hissləri. Bir tərəfin hədsiz vəfası,bir tərəfin isə hədsiz vəfasızlığı bəhs olundu filmdə. Bilmirəm həqiqətən sizində yarım qalan bir arzunuz olubmu ki bu qədər gözəl canlandıra bildiniz. Amma bir çox insanın yaralı siminə toxunmağı bacardınız. Bəzən insan həqiqəti bilsədə o vəfasızlığı edə bilmir. Həm sevgisinə həmdə vicdanına. Bir müddət sonra sevgi sönür bəlkə amma həqiqəti eşitdiyin günə kimi o vicdana sadiq qalırsanki bəlkə zərrə qədərdə olsa dəyərdi gözlməyimə? Amma yox. Dəymir. Çox əfsuslar olsunki bəzən heç nə olmamış kimi davam edə bilir hər kəs öz yoluna. Amma sən edə bilmirsən. Sonsuzadək bağışlaya bilməsəndə.Burda alqış isə sadəcə öz insafı ilə gözləyən tərəfə düşür. Halal olsun.. Beyinin qarışmaması üçün artıq bir söz belə demədi evləndiyini dedi.. Mənə ən çox təsir edə bu hissəsi idi.O öz əhdinə sadiq qaldı. Hər kəs öz sadiqliyi qədər sadiqlik görəcək bu həyatda.Kaşki hər kəs sizin bu rolunuzdaki qədər insaflı olmağı bacarardı.. Əhsən.