Ürəyi Qüvvətləndirən Böyrəyi Təmizləyən Kompot

Поділитися
Вставка
  • Опубліковано 26 сер 2021
  • Reklamlarınızın kanalımızda yayımlanması üçün əlaqə 0507244388
    - Facebook adresi: Tahire Elirzayeva - / a
    - İnstagram: Saglamliq_axtarisinda
    saglamliq_a...
    Facebook səhifəmiz: Saqlamliq axtarisinda
    / saqlamliqiniziqoruyun
    REYHANIN FAYDALARI
    Reyhanın tərkibi faydalı mikroelementlərlə zəngindir. Məlumdur ki, bu ətirli bitkinin tərkibində efir yağları çoxdur. Məhz bu amil, onun dəyərli xüsusiyyətlərini artırır.
    • Bağırsaqdakı parazitləri təmizləyir
    Reyhan həzm sistemi xəstəliklərində olduqca təsirlidir. Gündə iki dənə reyhan yarpağı yedikdə bağırsaqdakı parazitlər təmizlənir. Bağırsaq sancısı üçün reyhan toxumlarını üyüdüb bal ilə qarışdırıb yemək lazımdır.
    • Şişkinliyi azaldır
    Gündə iki reyhan yarpağı yemək bədəndəki şişkinliyi atmağa kömək edir. Onun tərkibindəki enzimlər orqanizmdəki yağların yandırılmasına və beləliklə də, arıqlamağa kömək edir.
    • Depressiyadan qoruyur
    Gündə 2 zeytun yarpağı yemək anti-depressiya təsiri verir və insanı sakitləşdirir. Reyhanın tərkibindəki kamfora yağı ürəyin işini stimullaşdırır və nəfəsi bərpa edir
    • İmmuniteti gücləndirir
    Antibakterial tərkibi sayəsində immuniteti gücləndirir.
    • Bronxlardakı bəlğəmi yumşaldır
    Bronxlardakı bəlğəmi yumşaldaraq, öskürəyin azalmasına kömək edir. Eyni zamanda, ağciyərləri təmizləmə xüsusiyyətinə də malikdir. Öskürək və soyuqdəymə üçün reyhanı dəmləyib, bal ilə qarışdırıb içmək lazımdır.
    • Xərçəngin qarşısını alır
    Tərkibindəki flavon və taninlər sayəsində xərçəngdən qoruyur.
    • Bu bitki A, C, B2, PP vitaminləri, karotin, mineral maddələrlə zəngindir.
    Reyhanın tərkibindəki A vitamini dərinin, saçın və dırnaqların keyfiyyətinin yaxşılaşdırılmasında rol oynayır. Onun tərkibindəki C və PP vitaminləri isə qan damarlarının divarlarını möhkəmləndirir.
    Reyhanı dəmləyib saçları yumaqla möhkəm və sağlam saçlara sahib ola bilərsiniz. O, saç tökülməsinin də qarşısını alır.
    • Reyhan antiseptik və yara sağaldıcı xüsusiyyətlərə malikdir
    • Ana südünü artırmaq üçün dəmləyib içmək lazımdır.
    • İshalın qarşısını almaq üçün dəmləyib soyuq halda içilir
    • Reyhanı əsəb sisteminin tənzimlənməsində də müalicə məqsədilə istifadə edirlər
    Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, reyhanın kalorisi çox azdır. 100 qr reyhanda 27 kalori var. Ona görə də, reyhanı salatlara və şorbalar əlavə etməkdən çəkinməyin. Onu da qeyd edək ki, 100 qram qurudulmuş reyhanda 251 kalori var.

КОМЕНТАРІ • 32

  • @ayxanmovsumov8557
    @ayxanmovsumov8557 10 місяців тому

    Eynən mən də elə xoşlayıram.əllərinizə sağlıq.

  • @sevincismaylova9991
    @sevincismaylova9991 2 роки тому +2

    Çox gözəl video oldu lap yerinə düşdü. Bağdan gətirmişik mütləq edəcəm.😘😘😘😘

  • @user-cb3ee8gr2e
    @user-cb3ee8gr2e 2 роки тому +1

    Çox ləzzətli olur, istifadə edirəm, Allah razı olsun sizdən,

  • @djfootballsfsfsf413
    @djfootballsfsfsf413 2 роки тому +3

    Men telesdom sona qeder yaxmadan yazdim. Amma men qaynatmiram. Reyhanlari yuyub balona yigiram. Ustune pesok tokub qaynar su ile doldurub pesok eriyenedek qarisdiriram. Ve bir az limon duzu. Sonra desmala bukub iliq olana qeder saxliyiram. Soyuyansan sonra reyhanlari cixarib atiram. Balonu siyuducuya qoyuram

  • @user-jb2hi8qg4v
    @user-jb2hi8qg4v 2 роки тому

    Ellerinize sagliq

  • @aydnsgrov3881
    @aydnsgrov3881 2 роки тому +2

    Salam.Tahire xanim ellerine salig biz edirik bu kanpotdan 🥰

  • @ruslandadashov7258
    @ruslandadashov7258 2 роки тому +1

    Əllərinə sağlıq olsun.mən su qaynayanda pesokla reyhanı əlavə edib söndürürəm limon yox limon duzu ilə mənə xoş gəlir.Ramazanda və isti günlərdə çox ləzzətli olur.

  • @afet100able
    @afet100able 2 роки тому

    Mutleq hazirlayib,dadina baxacam,bu menim ucun yenilik oldu❤

  • @quliyevanar6680
    @quliyevanar6680 2 роки тому

    Ayyy cox sag olun

  • @allahaxatirsevdim
    @allahaxatirsevdim 2 роки тому

    Çox gözəl

  • @aytacqdimli5791
    @aytacqdimli5791 2 роки тому

    Əıinizə sagliq.😘👍

    • @aytacqdimli5791
      @aytacqdimli5791 2 роки тому

      Məndə həmişə 1 litrə yarim stəkan tökürəm pesoq.😃1 stəkan pesoq tökəndə şirinliyindən başim ağriyir.

  • @dilarealiyeva1669
    @dilarealiyeva1669 2 роки тому

    Salam axşamınız xeyirli olsun inşəAllah Amin. Əllərivizə sağlığ çox gözəl .🥰❤

  • @gunaycabbarzade6028
    @gunaycabbarzade6028 2 роки тому +2

    Salam Tahirə xanım necəsiz mən çoxdan idiki bu reççepi dəqiq öyrənmək istiyirdim

  • @turanehmedzade4458
    @turanehmedzade4458 2 роки тому +2

    Əllərinizə sağlıx Tahirə xanım reyhanı çox sevirəm

  • @baharqurbanova6515
    @baharqurbanova6515 6 днів тому

    Men qaynatmiram reyhani,3 kq-liq bankaya qoyuram,icine para limon dograyiram.3-4 mixek atiram.pesok elave edirem,su qaynayan kimi usdune tokub agzinu bagliyiram.orda soyuyana qeder qalir ozu,cox gozel olur.

  • @fnarabdullayeva3482
    @fnarabdullayeva3482 2 роки тому +1

    Men coxdan istifafe edirem.Cox gözel dadı var.hemde xeyri var.

  • @arifceferov9742
    @arifceferov9742 2 роки тому +2

    Salam Tahirə xanım super mən də az şəkərlə istifadə edirəm
    Düz büyurursunuz sizə təşəkkür edirəm yaxşı ki varsınız canım

  • @vesileseldiyeva7624
    @vesileseldiyeva7624 2 роки тому +1

    Salam Tahirə xanım mən də etmişəm qəşəng olur

  • @ruslanmayilov3122
    @ruslanmayilov3122 2 роки тому

    ❤❤👌

  • @zakhirazakhira4226
    @zakhirazakhira4226 2 роки тому

    Blagadarju 🙏🙏👍👍

  • @vusalliyev5836
    @vusalliyev5836 2 роки тому

    Salam gözəl bacım

  • @esmirahesenova5822
    @esmirahesenova5822 Рік тому

    Nece deqiqe qaynatmag lazimdi?

  • @re_babyaa1355
    @re_babyaa1355 2 роки тому

    😍

  • @djfootballsfsfsf413
    @djfootballsfsfsf413 2 роки тому

    Salam. Men tez tez edirem. Tesadufe bax ki hal hazirdada var. Dunen duzeltmisem. Bir 3 kiloluq balona iki deste reyhan bes edir. Iki stakana yaxinda pesok. Bir azcada limon duzu. Cox dadlidir.

  • @musikofteacher4250
    @musikofteacher4250 2 роки тому

    Qışa saxlamaq istərdim. Soyuduqdan sonra töküb saxlaya bilərəm??

  • @tranabbasova9327
    @tranabbasova9327 2 роки тому +2

    Axşamınız xeyir Tahirə xanım eləmişəm yenədə eliyəcəm

  • @nailememmedli2843
    @nailememmedli2843 2 роки тому

    Məndə bişirirəm çox əla olur

  • @muradsukurlu_14
    @muradsukurlu_14 10 місяців тому

    1 litr kompota yarim stekan pesok tokende bes 😊qicqirmir meyveli kompotunuz

  • @onlinesatis5205
    @onlinesatis5205 2 роки тому

    Reyhani sirkeye qoymaq olarmı mikroblar ölsün deyə