Məhəmməd Füzuli - Ağlamağım var bu gecə... (Möhtəşəm qəzəl-2022)

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 113

  • @NurlanaNH
    @NurlanaNH  2 роки тому +36

    Səri-kuyində Füzuli gecələrdi, sən onu
    Niyə qovdun, hara bəs getsin o naçar bu gecə?! 😔😔😔
    Allahım, qapından qovma məni! Sən də qovsan getməyə başqa yerim yoxdu onsuz da... Sənin qəzəbindən də sənin mərhəmətinə sığınıram! Məni günahdan, haramdan çəkindir, düzgün yola hidayət et! Yazığın gəlsin mənə! 😔😔😔

    • @user-jb1fe6hg1u
      @user-jb1fe6hg1u 2 роки тому +5

      👍👍👍👍🙏😔♥️♥️♥️

    • @NurlanaNH
      @NurlanaNH  2 роки тому +7

      @@user-jb1fe6hg1u Axşamın xeyir. Nasılsın? Sən verən kitabdan götürmüşdüm qəzəli... Qiraət də yaxşı alınıb. İki gündü buna qulaq asıram...

    • @user-jb1fe6hg1u
      @user-jb1fe6hg1u 2 роки тому

      @@NurlanaNH Axwamin xeyir sag ol sagligin,sen necesen,menem de wukur deyek,
      Gel razilawaq ki,Fuzulinin qezelinin ohdesinden ancaq Azer gelir,men onda beyenirem tek,
      Burda diqqetle qulaq as,sepme su bu oda,burda telesir ve pis alinir deyimi,ara vermir hec,wexsi fikrimdi ama bax sen yene de
      K,k qariwdirib,kuyi yar sozunde,🤔neceb bele sehvleri gormemisen,sesli deye bilmirem heyif yoxsa deyerdim,sehvi

    • @NurlanaNH
      @NurlanaNH  2 роки тому +5

      @@user-jb1fe6hg1u Şərh yazıb silmisən deyəsən... 😃

    • @user-jb1fe6hg1u
      @user-jb1fe6hg1u 2 роки тому +2

      @@NurlanaNH Yox ,var axi yazdigim werh,🤔

  • @fatimadat3534
    @fatimadat3534 2 роки тому +22

    Yenə də əla iş, yenə də keyfiyyətli qiraət. Minnətdarlıq...
    Məhəmməd Füzuliyə isə rəy gərək deyil💎

  • @orhan453
    @orhan453 Рік тому +20

    Yarın hicrində yenə gözlərim ağlar bu gecə,
    Sən sön, ey şəm, mənim ağlamağım var bu gecə.
    Yad edib şəmi-rüxün, istərəm atəşdə yanam,
    Səpmə su bu оda, ey dideyi-xunbar, bu gecə.
    Qətlimin vədəsini sübhə qоyub, sübhə kimi
    Intizar öldürəcəkdir məni, ey yar, bu gecə.
    Kuyi-yarə, dayan, ey nalə ki, gizlin gedirəm,
    Məni rüsvayi-cahan eyləmə, zinhar, bu gecə.
    Ağladım, göz yaşımın nəqdi tamam оldu bu gün,
    Nə nisar eyləyərəm gəlsə о dildar bu gecə?
    Gözlərimdən yuxunu qarət ediblər, yоxsa
    Qara bəxtimdir edibdir məni bidar bu gecə.
    Səri-kuyində Füzuli gecələrdi, sən оnu
    Niyə qоvdun, hara bəs getsin о naçar bu gecə?
    Məhəmməd Füzuli

  • @fexreddinelsever2679
    @fexreddinelsever2679 Рік тому +26

    Məhəmməd Füzuli Azərbaycan poeziyasının zirvəsidir. Bunu məşhur Füzulişünas alim Əli Fəhmi deyib. AllahCC Füzulini də, Əli Fəhmini də Cənnətməkan etsin. Amin.💜🇦🇿

    • @nazilezarbailov7889
      @nazilezarbailov7889 Рік тому +1

      Amin

    • @TP-jy1th
      @TP-jy1th 4 місяці тому

      Azərbaycan?! Dünya !!
      Füzulini tərəzinin bir gözünə , bütün şairləri tərəzinin başqa gözünə qoysan , Bizim Füzuli Babamız ağır gələr !

  • @Тебекакаяразница-н4ф

    Meni rusvayi cahan eyleme zinhar bu gece ☝

  • @nzaktliyeva5728
    @nzaktliyeva5728 7 місяців тому +3

    Hara bəs getsin o naçar bu gecə....
    Ustada rəhmət. Əməyinizə qüvvət... Sevə-sevə dinlədim..

    • @NurlanaNH
      @NurlanaNH  7 місяців тому +1

      ❤️❤️❤️

  • @nzaktliyeva5728
    @nzaktliyeva5728 6 місяців тому +3

    Şairlər sultanı, səndən doymaq olmur...
    Məni rüsvayi- cahan eyləmə....

  • @nzaktliyeva5728
    @nzaktliyeva5728 2 роки тому +7

    Nəzmi- ustada Allah rəhmət eləsin.
    Hansı xəyallara apardınız bizi bu gecə...

  • @nzaktliyeva5728
    @nzaktliyeva5728 6 місяців тому +3

    Allah günahlarımızı bağışlasın.... Amin

  • @nurlansfrzad8481
    @nurlansfrzad8481 7 місяців тому +1

    Allah rəhmət eləsin məkanı cənnət olsun😢😢😢❤

  • @baxa414
    @baxa414 5 місяців тому +1

    Füzuli eşq dedikdə, Allaha müraciət edir..

  • @feridceferiprimorski3101
    @feridceferiprimorski3101 2 роки тому +9

    Allah rehmet elesin

  • @MalikMikayilov-o9e
    @MalikMikayilov-o9e 6 місяців тому +2

    Allah rəhmət eləsin😢 çox gözəl qəzəldir👍

  • @Traveller_17
    @Traveller_17 9 місяців тому +2

    Möhtəşəm sadəcə " c, ç " lar Naxçıvansayağı 😉

    • @NurlanaNH
      @NurlanaNH  9 місяців тому +1

      😃. Bakılı balasıdır.

  • @alimzizov7560
    @alimzizov7560 Рік тому +4

    Bu qəzəli rəhmətlik Səxavət gözəl oxuyub

  • @zaurali627
    @zaurali627 2 роки тому +4

    Əhsən

  • @yaqubsahilbuzovnal7362
    @yaqubsahilbuzovnal7362 Рік тому +2

    Allah gözəl ustadə rəhmət eləsin.Bu qəzəl tərcümədi ərəb- fars dilində yazilmiş qəzəllərinin içərisində.

  • @ilqaraliyarov7277
    @ilqaraliyarov7277 6 місяців тому +1

    Mükəmməl❤❤

  • @evezezizov819
    @evezezizov819 Рік тому +1

    Allah rəhmət eləsin

  • @dasqn20
    @dasqn20 Рік тому +1

    Allah rəhmət eyləsin

  • @zeynbisayeva7173
    @zeynbisayeva7173 Рік тому +2

    Hüseynova.halla.olsun.sənə

    • @NurlanaNH
      @NurlanaNH  Рік тому

      Çox sağ ol. Minnətdaram 🙏❤️❤️!

  • @DahiFuzuliasiqiym
    @DahiFuzuliasiqiym Рік тому +1

    BƏH BƏH. 👏👏👏

  • @turallekber8702
    @turallekber8702 Рік тому

    Həcəz behrinde möhtəşəm qəzəl Allah rehmet elesin dahi ustada

  • @ZakirCeferov-j8v
    @ZakirCeferov-j8v 2 місяці тому

    ❤❤

  • @nailxlili6259
    @nailxlili6259 17 днів тому

    🙏🤲🤲🤲🤲🤲🙏

  • @arzumanqaqa
    @arzumanqaqa 10 місяців тому +3

    Allah Rəhmət etsin 🥀
    Yarın hicrində yenə gözlərim ağlar bu gecə
    Sən sön ey şəm,mənim ağlamağım var bu gecə
    Yad edib şəmi-rüxün istərəm atəşdə yanam
    Səpmə su bu oda ey dideyi-xunbar bu gecə
    Qətlimin vədəsini sübhə qoyub, sübhə kimi
    İntizar öldürəcəkdir məni ey yar bu gecə
    Kuyi-yarə,dayan, ey nələ ki, gizlin gedirəm
    Məni rüsvayi-cahan eyləmə, zinhar bu gecə
    Ağladım,göz yaşımın nəqdi tamam oldu bu gün
    Nə nisar eyləyərəm getsə o dildar bu gecə?!
    Gözlərimdən yuxunu qarət ediblər, yoxsa,
    Qarə bəxtimdir edibdir məni bidar bu gecə
    Səri-kuyində Füzuli gecələrdi, sən onu
    Niyə qovdun, hara bəs getsin o naçar bu gecə?

    • @NurlanaNH
      @NurlanaNH  10 місяців тому

      Çox sağ ol. Axşam da Füzulidən qəzəl yayım etmişəm. Ürəyin istəsə dinləyərsən...

    • @arzumanqaqa
      @arzumanqaqa 10 місяців тому +1

      @@NurlanaNH Yaxşı

  • @bextiyarqafarov1353
    @bextiyarqafarov1353 2 роки тому +4

    Füzuli ewq wairi olmagina ewq wairidir,amma baxir kim hansi ewqiden anlayir. O ki, qaldi onun az wükür etmeyine,kimse kimsenin neyi neqexer etdiyini bilmir. Bir weyki,insan özünün wukrunun az coxlugunu bilmir.

  • @abbasmuradov3606
    @abbasmuradov3606 23 дні тому

    ❤🇦🇿❤👍👍

  • @My_Dream_Life_of_Luxury77
    @My_Dream_Life_of_Luxury77 Рік тому +2

    *_CAVAN CANI,HEC ETDİN._*
    *_BÜTÜN ÜMÜDLƏRİ,PUC ETDİN._*
    *_DİLƏDİYİM İNSAFI,GEC ETDİN._*
    *YOXLUĞUN SONUMA ÇIXDI,GƏLMƏDİN!*
    *_HƏR GÜN,YOLUNU İZLƏDİM._*
    *_BİR ÖMÜR,GƏLƏMƏYİNİ,GÖZLƏDİM_* .
    *_XOŞ GÜNƏ,HƏSRƏTƏM NƏ GİZLƏDİM?_*
    *GÖZLƏRDƏN,YAŞ AXDI,GƏLMƏDİN!*
    *_DƏRD MƏSKƏN SALDI,SİNƏM ÜSTƏ._*
    *_SANKİ HƏYAT DURDU,MƏNLƏ QƏSTƏ._*
    *_QƏMİ,KƏDƏRİ VERDİ,DƏSTƏBƏDƏSTƏ._*
    *HiCRAN ODU,MƏNİ YANDIRIB,YAXDI GƏLMƏDİN!*

  • @memmedovfuad-zx6dd
    @memmedovfuad-zx6dd Рік тому +2

    Cox sağolun əziyyət cəkmisiniz Fizuli dəryadır qəzəlin şahıdır o qədər gözəl yazıb ki ulu muğamlarımıza bəzək verir rəhmətlik Səxavət müəllim Segah muğamında oxuyub bu qəzəli əla da oxuyub var olun Nurlana xanım

    • @NurlanaNH
      @NurlanaNH  Рік тому

      Buyur! MİNNƏTDARAM 🙏❤️❤️!

  • @Cancer_831
    @Cancer_831 Рік тому +1

    Bəh bəh

  • @marifmustafayev3613
    @marifmustafayev3613 7 місяців тому +1

    Yerin cənnt olsun dahi

  • @hidayet6942
    @hidayet6942 2 роки тому +4

    Füzuli böyük eşq şairidir
    Allah ona rəhmət eləsin
    Ama elə bil cıqqan şükru az olub
    Elə rəhmətliyin oğlu ancaq şikayət edib gah özündən gah eşqindən gah dovrandan Bir əlhəmdulillahli ürəy dirəy verən motivasiyalı pozitiv əsər qoymayıb Bəlkə də yanılıram Kaş yanilmis olam Bilən varsa yazsin

    • @NurlanaNH
      @NurlanaNH  2 роки тому +2

      😃😃😃 Gileylənmək bütün şairlərin canında var... Giley olmasa təb gəlmir deyəsən... ❤️❤️❤️

    • @hidayet6942
      @hidayet6942 2 роки тому +3

      @@NurlanaNH çox maraqlıdır e doğrudan bəziləri var misalı təşbehin qətiyyən öz üzərindən qurmaz yalnız ovər mədh edər Bəziləri var ancaq özündən misal verir Elə ancaq deyir ki mənim belə belə oldum az mən oldum ey mənnn. Mənnən başqa heçkim belə bu fason olammaz ey 😁🤣
      Allah rəhmət eləsin heç birinə sağlığında layiq olduqları dəyəri qiyməti verməyiblər Adamın cani ən çox buna üzülür 💔🥀😟

    • @NurlanaNH
      @NurlanaNH  2 роки тому

      @🔱İLKİN🔱 Axşamın xeyir. Nəyi? Burda heç nə yoxdu 🤔🤔🤔

    • @NurlanaNH
      @NurlanaNH  2 роки тому

      @🔱İLKİN🔱 Bilmədim vallah... Burda heç nə yoxdu... Olsa niyə deyim ki, yoxdur? Ağlım artacaq?
      Burda linklər və sair şeylər görünmür çox vaxt. Silinir öz-özünə. Nömrələr də qalmır... Bunu mənə həmişə deyirlər... Gir başqa telefondan da bax, gör görünür ya yox?

    • @NurlanaNH
      @NurlanaNH  2 роки тому

      @🔱İLKİN🔱 Mən də baxdım başqa adamın telefonu ilə, yoxdu burda nə atmışdınsa...

  • @nzaktliyeva5728
    @nzaktliyeva5728 6 місяців тому +2

    Nurlana xanım, yenə Füzuliyə müraciət edin...

    • @NurlanaNH
      @NurlanaNH  6 місяців тому +3

      Edəcəyəm. Amma nədənsə əvvəlki kimi maraq göstərmirlər. Dalbadal iki ay ərzində 3 şeir yayım etdim, ikisi də ustad şairlərin qiraəti ilə idi. Amma baxıram ki, elə də qulaq adan olmayıb. Belə olanda adam iş aparmaq istəmir heç.

    • @nzaktliyeva5728
      @nzaktliyeva5728 6 місяців тому +1

      @@NurlanaNH Ruhdan düşməyin... Mən hamısını dinləyirəm. Hətta dəfələrlə... Çox sağ olun. Əməyinizə sağlıq...

  • @642AE
    @642AE 9 місяців тому +3

    İlk öncə mənasız gəlirdi.Amma mənasını anlayandan sonra həyatın mənasınında bu qəzəllərdə olduğunu anladım🤌🏻

  • @myidea5819
    @myidea5819 Рік тому +1

    Məni rusvay eləm bu gecə🥺🥺😭🥺

  • @aylinmemmedli6415
    @aylinmemmedli6415 10 місяців тому +4

    Bu fon musiqi mənə təcili lazımdır bilən varsa xahiş edirəm yazsın

  • @TamillaRustamova
    @TamillaRustamova 8 місяців тому +2

    Şeir gözəl, lakin gecə sözündə c fərfini ç kimi deyir və hər şey korlanır

    • @NurlanaNH
      @NurlanaNH  8 місяців тому +1

      Mən heç bir yerində "ç" eşitmirəm 😊... Yenə də sağ ol, fikrini bildirmisən...

  • @My_Dream_Life_of_Luxury77
    @My_Dream_Life_of_Luxury77 3 місяці тому

    HƏSRƏTİN İLƏ DƏLİ EDİB,GÜLDÜRMƏ MƏNİ.
    SƏNİ SEVƏNİ,HƏYATLA BARIŞMIŞAM.
    YENİDƏN DÜNYADAN,KÜSDÜRMƏ MƏNİ.
    KAŞ Kİ BİLSƏYDİN,SƏNƏ NƏ QƏDƏR,ALIŞMIŞAM.
    AYRILIQ DAĞIN VURUB,ÖLDÜRMƏ MƏNİ.
    MƏN GETDİMSƏ,DÖNƏN DEYİLƏM!
    KÖKSÜNÜ DƏRD İLƏ DAĞLASANDA.
    BAŞ DAŞIMI,ÖPÜB-QUCAĞLASANDA.
    MƏZARIM ÜSTƏ,AĞLASANDA.
    TESSUFKİ GÖZ YAŞIN,SİLƏN DEYİLƏM.
    BİR GÜN TƏKLİKDƏN,BEZERSƏN.
    YANAĞA KƏDƏR YAŞI,DÜZƏRSƏN
    GƏZDİYİMİZ YERLƏRİ,MƏNSİZ GƏZƏRSƏN.
    AMMA MƏN SƏNLƏ,GƏZƏN DEYİLƏM.
    SƏN QƏDRİMİ,SONRA BİLƏCƏKSƏN.
    RƏSMİMİ OXŞAYIB,SEVƏCƏKSƏN.
    YAŞIYARKƏN,RUHƏN ÖLƏCƏKSƏN.
    NƏ XOŞ,SƏNIN BU HALINI,GÖRƏN DEYİLƏM.
    MƏN GETDİMSƏ,DÖNƏN DEYİLƏM.

  • @My_Dream_Life_of_Luxury77
    @My_Dream_Life_of_Luxury77 Рік тому +1

    ❤️🇦🇿❤️

  • @cavidqurbanov1113
    @cavidqurbanov1113 2 роки тому +4

    Qəzəli səsləndirən sözlərin mənasını bilsəydi düzgün tələffüz edərdi. Yenədə sağolun zəhmətə görə.

    • @fatimadat3534
      @fatimadat3534 2 роки тому

      Məna aydındır. Azca şeir anlayışı olan təhlil edə bilər sözləri özlüyündə. Çətin və ya alınma söz bolluğu yoxdur ki, bu fikrə gələk.

    • @cavidqurbanov1113
      @cavidqurbanov1113 2 роки тому +1

      @@fatimadat3534 Mənanın aydın olmağı Füzulidəndir, səsləndirmədə problem var. Allaha şükr olsun qəzəlin hər iki tərəfi mənə aydındır.

    • @fatimadat3534
      @fatimadat3534 2 роки тому

      @@cavidqurbanov1113 siz də bildirmisiniz ki, başa düşsə idi səsləndirən, mənasını bilsə idi. Ona əsasən deyirəm.

    • @cavidqurbanov1113
      @cavidqurbanov1113 2 роки тому

      @@fatimadat3534 Qəzəl qiraəti zəifdir. Səsinə bir söz demirəm. Yenədə təşəkkür etdim. Mütəmadi nəzmə maraq göstərsə düzələn şeydir.

  • @elmireliyev003
    @elmireliyev003 Місяць тому

    Bu şeirin bedii xüsusiyyetlerin hardan tapmaq olar?

    • @NurlanaNH
      @NurlanaNH  Місяць тому

      Bilmirəm. Ümumiyyətlə, şeirlərin mənasını mənə izahlı şəkildə şifahi halda verirlər.

  • @aylinmemmedli6415
    @aylinmemmedli6415 10 місяців тому +1

    Axı nə vaxt şərhə yazanı veclərinə alıb paylaşanlar cavab yazıb ki?! Mən də səy səy abunə olmuşam

  • @amilmeherrem3049
    @amilmeherrem3049 8 місяців тому +4

    Heyif ki mənaca izahı yoxdur

  • @TP-jy1th
    @TP-jy1th 4 місяці тому

    Rəhmətlik Stanislavski burda deyərdi ki , " İnsnmıram" !!
    Ged özüvə iş tap !! Hara girişmisən 😅

  • @safamacidov
    @safamacidov 2 роки тому +1

    Salam Nurlana xanım , siz bu musiqi fonononu , videonu hansı proqramla edirsiniz? Zəhmət olmasa köməklik göstərərdiniz.
    Hörmətlə

  • @Ferdasdov-kb4fn
    @Ferdasdov-kb4fn Рік тому

    Allah rəhmət eləsin . Musiqinin adını deyə bilərsiz həzindi zəhmət olmasa

    • @NurlanaNH
      @NurlanaNH  Рік тому

      Salam. Musiqiçinin adını qeyd etmişəm qəzəlin sonunda. Musiqilərin isə adı yadımda qalmır. Yükləmə zamanı adsız düşür, ona görə... Mən ancaq musiqini kim çalırsa onu bilirəm, qeyd edirəm😊.

  • @lemanganbarova8259
    @lemanganbarova8259 Рік тому +1

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @tuncayquliyev9092
    @tuncayquliyev9092 6 місяців тому

    Salam mahnının öz adını da zəhmət olmasa qeyd edərdiniz

    • @NurlanaNH
      @NurlanaNH  6 місяців тому

      Aleykum salam. Yalnız müəllifin adını bilib qeyd etmişəm... Musiqilərin adı olmur məndə... Hüquqları qorumaq şərti ilə yalnız musiqiçinin adını qeyd edirəm. 😊

  • @aylinmemmedli6415
    @aylinmemmedli6415 10 місяців тому

    Nolar xahiş edirəm burdakı fon musiqini bilən varsa adın yazın lütfənnn

  • @alexsalfrida3864
    @alexsalfrida3864 8 місяців тому

    Musiqinin adı nədir qardaş necə tapmaq olar

    • @NurlanaNH
      @NurlanaNH  8 місяців тому +3

      Musiqiçinin adını qeyd etmişəm videonun üzərində. Səhifəsinə gir, iki il qabaqkı paylaşımlara bax, taparsan... Məndə musiqilərin adı düşmür yükləmə zamanı. Yalnız ifaçıların adını bilirəm, onu qeyd edirəm.

    • @alexsalfrida3864
      @alexsalfrida3864 8 місяців тому +1

      @@NurlanaNH , var ol.

  • @amilmeherrem3049
    @amilmeherrem3049 7 місяців тому +4

    Tərcüməsi olsaydı bəzi sözlərin daha çox adam daha çox aşiq olardı məncə

  • @gizlifayl_HistoryOfTheWar
    @gizlifayl_HistoryOfTheWar 9 місяців тому

    Qezel mohtesemdi . amma bu adamin sesi qezel sesi deyil . cox besit sesdi , adami qezel atmosferine apararan ses deyil . qezel deyen adamin sesi aria oxuyan adamin sesi kimi ruhu didisdirmelidir .

    • @NurlanaNH
      @NurlanaNH  9 місяців тому

      Professional qiraətçi deyil onsuz da. Kanalımızın şairidir. Sadəcə, bizim xahişimizlə arada bizimçün qiraət edir... Nisbətən yaxşı olanda yayım edirik.

  • @soyuq_günəş13
    @soyuq_günəş13 6 місяців тому +1

    Salam sabah mən şeir yarışına gedəcəm bu şeiri oxuyacam deyə bilərsiz zəhmət olmasa ki bu şeirdə nədən bəhs gedir? Çox laazımdı sabaha

    • @NurlanaNH
      @NurlanaNH  6 місяців тому +1

      Aleykum salam. Füzuli əsasən şeirlərində İlahi eşqdən bəhs edir. Amma mən burda həmdə zühur edəcək olan Mehdini də görürəm. Öz adıma tam şərh edə bilmərəm, səhvə yol verərəm. Ustadlar daha yaxşı izah verərlər buna... Dünən desəydin səsli izah göndərərdim sənə. İndi gecdir... Amma yenə də 050 303 99 71 nömrəsi ilə əlaqə saxla səhər, bəlkə sənə cavab verərlər münasib olsalar. Linki yollayarsan, ucundan-qulağından azmaz izah verərlər. Uğurlar. Ancaq bu qədər kömək edə bilərəm.

    • @soyuq_günəş13
      @soyuq_günəş13 6 місяців тому +1

      @@NurlanaNH tamam çox səğol o Bəsdi mənə helə

    • @soyuq_günəş13
      @soyuq_günəş13 5 місяців тому +3

      ​​@@NurlanaNHbu şeir nəticəsində yarışı uddum😊

    • @NurlanaNH
      @NurlanaNH  5 місяців тому

      @@soyuq_günəş13 Nə gözəl 😍😍😍... Ən gözəl şeiri seçmisən...