Yeni başlayan bizneslərin mütləq bilməlidi olduğu nüans || Biznes Proses - Biznesin Anatomiyası

Поділитися
Вставка
  • Опубліковано 21 сер 2024
  • Biznesə başlamazdan öncə , Biznes plana daxil etməli olduğumuz məsələlərdən biri də elə Biznes prosesdir . Bu videoyada biznes prosesin nə olduğunu və tam olaraq nə işə yaradığından bəhs edəcəyik . Bazar araşdırmasından sonra biznes ideyanın uğurlu olacağı proqnoz edilərsə . Daha sonra həmin ideya üzərindən qurulacaq biznesin işləmə mexanizmasını ,yəni biznes prosesini planlamalıyıq.İstənilən bir biznesin məqsədi hansısa bir məhsul və ya xidmət hazırlayıb hədəf kütləsinə dəyər kimi təqdim etməkdir . Bəs bu məhsulun və ya xidmətin hazırlanma prosesi necə aparılacaq ? Həmin biznes fəaliyyətə başladıqdan sonra , o şirkətədə nə qədər işçi heyəti çalışacaq ? Onların gündəlik vəzifələri və gördükləri işlər nələr və hansı ardıcıllıqla olacaq ?
    Biznes prosesində, məhsulun və ya xidmətin sıfırdan müştəriyə təqdim edilənə qədər hansı mərhələlərdən keçməlidir , bunları qabaqcadan təsvir etməliyik . Məsələn elə şirkətlər var ki , o şirkətlərdə , istehsal , maliyyə, satış , marketinq , İnsan Resusralrının idarə edilməsi və . s departamentlər var və məhsul sıfırdan hazır olana qədər bu departamentlər arasında yüzlərlə kommunikasiyalar , əlaqələr baş verir .
    Təbii ki , bu əlaqələr, öncədən sistemli bir şəkilə salınıb və biznes prosesinin bir tərkib hissəsi olub. Biznes prosesinin təyin olunması , həmin biznesin öz resusrlarını düzgün şəkildə optimallaşdırması deməkdir . Əlavə olaraq öz biznes prosesini müşahidə edə bilməyi bacaran biznes , daim proseslərə nəzarət edir və necə daha məhsuldar olmağın yollarını düşünür . Biznes prosesinin müəyyən olunmasının faydalarından biri də şirkətdaxili qarışıqlığın , xaosun qarşısını almasıdır . Yəni kim , nəyi necə edəcəyini bilmiş olur.
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: tidd.ly/2PdkVCV
    Bizim animasiya xidmətimiz üçün əlaqə: / businestalks
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Mətn və Səsləndirmə müəllifi : Kamran Tağıyev
    Animasiya müəllifi : Ülkər Axundova

КОМЕНТАРІ • 32

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 роки тому +1

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @BusinessTalksAz
    @BusinessTalksAz  3 роки тому +6

    Animasiya ilə bağlı maraqlanan şəxslər videonun açıqlama bölməsində (videonun aşağısında) bu barədə məlumat əldə edə bilərlər.Təşəkkürlər.

  • @muradbabayev8108
    @muradbabayev8108 3 роки тому +4

    Əllərinizə sağlıq

  • @aytekineliyeva7091
    @aytekineliyeva7091 3 роки тому +2

    Çox ətraflı məlumat üçün çox sağolun

  • @sadyarshiralibayli7335
    @sadyarshiralibayli7335 3 роки тому +4

    Video üçün təşəkkürlər

  • @rufataliyev19
    @rufataliyev19 3 роки тому +3

    Mükəmməl!

  • @livulvikanal1462
    @livulvikanal1462 3 роки тому +1

    Əla👍

  • @happy78243
    @happy78243 2 роки тому +2

    Salam ətraflı izah üçün təşəkkürlər.👏🏻👍🏻 Bu animasiyanın mətnini videonun aşağısında qeyd etmisiniz amma yarımçığdı tam şəkilini hardan tapa bilərəm zəhmət olmasa kömək edə bilərsinizmi?

  • @vuqarbaxisov4235
    @vuqarbaxisov4235 2 роки тому +1

    Salam. Bir sualım vardı hər hansısa şəxs biznesə başlamazdan əvvəl və ya biznes fəaliyyəti zamanı. Biznesmenin müxtəlif biznes təlimlərdə, vebinarlarda və yaa idarəçilik təlimlərində iştirakı vacibdirmi? Yəni bunlar olmadanda uğurlu olmaq mümkün deyilmi? Çunki biznes təlimlərdə iştirak edən şəxslər bəzi hallarda bu təlimlərin sonunda heç də öz biznesini qura bilmirlər. Bu haqda düşüncəniz nədən ibarətdir ? Təşəkkürlər.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 роки тому +2

      Salam, bu təlimdə iştirak edən insandan asılı olaraq dəyişir. Bu arada düzgün, sistemli təlim olarsa effektiv olacaq. Amma təlim olmadan da uğurlu olmaq təbii ki, mümkündür. Təşəkkürlər

  • @yenimahnilar1241
    @yenimahnilar1241 3 місяці тому

    Evden cixmadan satis etmeden online qazanmaq isdyrsizse buyurub yaza bilersiz

  • @ndngkral7442
    @ndngkral7442 2 роки тому +1

    Salam xaiş eləyirəm biznes idarə edilməsi aylıq maşı nə qədər di zəhmət olmasa cevaplayarsızda

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 роки тому

      Salam, sabit maaş yoxdur. Bu mütəxəssislərin təcrübə və peşəkarlığından asılıdır. Təşəkkürlər

  • @gulnarkazmova7104
    @gulnarkazmova7104 2 роки тому +1

    Qeydiyyatdan keçib heçnə etmək istəməyən xanımlar,siz bir bilsəniz ki nələri itirirsiniz,gecədə yuxu getməz gözünüzə😍.Burda uğur qazanıb həyatınızı dəyişmək əvəzinə,siz sıradan bir həyat yaşamağı seçirsiniz.Borclar,kreditlər,evdəki çatışmamazlıqlar,maddiyatdan yaranan problemlər vs.Və bu həyatı yaşamağı özünüzə rəva bilirsiniz,halbuki daha GÖZƏL HƏYAT yaşamağa layiqsiniz🤗.MƏNCƏ BİR DÜŞÜNÜN,ÇÜNKÜ ZAMAN GÖZLƏMİR....

    • @aylinabdullayeva6353
      @aylinabdullayeva6353 2 роки тому

      Salam xanim is adi nedi

    • @gulnarkazmova7104
      @gulnarkazmova7104 2 роки тому +1

      @@aylinabdullayeva6353 İşimiz tam rəsmidir.Pulsuz qeydiyyatdan keçib,21gundən bir artan maaşla biznesinizi qura bilərsiniz.Ətrafli məlumat almaq istəsəniz vatsap nömrəsi qoya bilərəm

    • @aylinabdullayeva6353
      @aylinabdullayeva6353 2 роки тому

      @@gulnarkazmova7104 faberlicdi

    • @aylinabdullayeva6353
      @aylinabdullayeva6353 2 роки тому

      @@gulnarkazmova7104 yoxsa orflemdi

    • @gulnarkazmova7104
      @gulnarkazmova7104 2 роки тому

      @@aylinabdullayeva6353 faberlikdir Aylin xanım.Faberlik məhsullarından istifadə etmisiniz?

  • @Milli_ve_yaradıcı
    @Milli_ve_yaradıcı Рік тому

    Mənə kursların iş sistemi ilə bağlı məlumat lazımdı necə analiz edə bilərəm

    • @BusinessTalksAz
      @BusinessTalksAz  Рік тому

      Kursda bir müddətlik işləmək bunun üçün ideal yoldur.

  • @hulyaninmaceralari8429
    @hulyaninmaceralari8429 2 роки тому

    Viplifw sirketi size onlayn is teklif edir