Yemək Resepləri/Qat-qat bulkaların hazırlanması/

Поділитися
Вставка
  • Опубліковано 23 тра 2024
  • Salam dəyərli dostlar
    Bu gün sizlərlə qat-qat bulka reseptini paylaşıram
    Videoda da qeyd etdiyim kimi, mən evimdə
    hazır olan içlikdən istifadə etdim. İçlik olmadan da bişirmək olar. Sadəcə xəmirdə şəkər tozunun miqdarını 5x.q qədər artırmaq lazımdır.
    Lazım olan ərzaqlar:
    Xəmiri üçün:
    1 x.q silmə maya
    1 x.q şəkər tozu
    1 st ilıq su
    1 st ilıq süd
    0,5 armudu st duru yağ
    1 ç.q duz
    6 st ələnmiş un
    Yağlamaq üçün:
    3/4 st əridilmiş kərə yağı (duru halda)
    Üzəri üçün:
    1 ədəd yumurta sarısı
    1 ç.q süd
    İçlik:
    2 st (1 st şəkər tozu+1 st üyüdülmüş qoz ləpəsi)
    Bişirib yeyən hər kəsə nuş olsun
    Kanalıma abunə olan hər kəsə təşəkkür edirəm

КОМЕНТАРІ • 36