Masallıda baş verən yanğında ölən üç nəfərin şəxsiyyəti bəlli olub - APA TV

Поділитися
Вставка
  • Опубліковано 21 жов 2024
  • #APATV #Masallı #Hüseynhacılıkəndi #yanğınhadisəsi #hüquqmühafizəorqanları #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Axşam saatlarında Masallı rayonunun Hüseynhacılı kəndində yanğın hadisəsi baş verib. APA TV - nin yerli bürosunun verdiyi məlumata görə yanğın 71 yaşlı Alim Kəlbiyevə məxsus, sahəsi 300 kv olan evdə baş verib. Yanğın 2 mərtəbəli evin 1 ci mərtəbəsindən başlayıb. Nəticədə ana 38 yaşlı Gülnaz Kəlbiyeva və övladları 10yaşlı Elbrus Kəlbizadə və 11 yaşlı Elgiz Kəlbizadə yanaraq ölüblər. Hadisə yerinə Masallı rayon yanğından mühafizə hissəsinin 3 və Göytəpə yanğından mühafizə
    hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub. 300 kv evin 200 kv yanıb, 100 kv qorunub saxlanılıb. İlkin ehtimala görə yanğın şamdan baş verib. Belə ki kənddə işıqlar sönüb. Ev sahibi şam yandırıb və yatarkən şamı söndürmək yaddan çıxıb.
    Evdə olan daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Bunlar 63 yaşlı Nərminə Kəlbiyeva, diaqnozu yuxarı və aşağı ətraflarda əllərin və ayaqların ikinci dərəcəli yanığı və xəstə Rusiya vətəndaşı olan ailənin qonağı, 31 yaşlı İsmayıl Abbasovdur. O, ikinci mərtəbədən aşağı tullandığından müxtəlif
    travmalar alıb.
    Hazırda rayon hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır. Yanğın zamanı daha iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 45

  • @refermeherremov5903
    @refermeherremov5903 2 роки тому +1

    Can ürəyim yanır Ay Allah

  • @ТахирБабаев-в3я
    @ТахирБабаев-в3я 2 роки тому +6

    ALLAH SEBIR VERSIN 😢😢😢

  • @firengizaliyev718
    @firengizaliyev718 2 роки тому +20

    Neçənci əsirdə yaşayırıq camaat şam yandırır Azərişıq nəyə baxır Təmir eləsinlər xətləri yeni dirəklər basdırsınlarki belə hallar baş verməsin

    • @meftunmehralizade9446
      @meftunmehralizade9446 2 роки тому +2

      Bizde külək esmemis işıq keçir indi bir damcı yağış yağırdı seherden işıq yoxdu indi yandi

    • @liyevliqismt5845
      @liyevliqismt5845 2 роки тому +4

      Azərişıqın başı pul yığmağla qarışıb kasıbın halına yanan kim kasıd özü özün yandırır yada belə şam Allah yaxınlarına səbir versin İnşAllah.

  • @leylakom7795
    @leylakom7795 2 роки тому +7

    Dehsədi bu caan ay bala, Allah rəhmət elasin

  • @elnurgozelov7958
    @elnurgozelov7958 2 роки тому +5

    Allah Azərişıqın Bəlasını versin Masallıda işıq üzünə həsrət galmışıü sivetafora Döndəriblər

  • @orxannaxcivani2960
    @orxannaxcivani2960 2 роки тому +1

    Dostumun qohumlarıdır😢

  • @truva0508
    @truva0508 2 роки тому +11

    müxbir elə həvəslə danışır ki elə bil Xan kəndi azad olur!!!

  • @AZERBAYCAN-RESPUBLIKASI
    @AZERBAYCAN-RESPUBLIKASI 2 роки тому +1

    ALLAH REHMET ELESIN AMIN

  • @freefire-rahid7145
    @freefire-rahid7145 2 роки тому +1

    Can Allah rehmet elesin sizi🙏

  • @gulaym_msm777
    @gulaym_msm777 2 роки тому +8

    21 esirde yaşlylrlar masalllda eliyirik sesdimi bərbatl baxan yoxdu hamlsl eseri dövründə çəkilən xətlərdi Azərbaycan inkişaf eliyir belə inkişaf olar gələn yiyir gedir

  • @kuki_muki4082
    @kuki_muki4082 2 роки тому +2

    Can bala😭

  • @gulaym_msm777
    @gulaym_msm777 2 роки тому +10

    Allah sizi remət eləsin olan sizlərə oldu

  • @ilhameqasimova5044
    @ilhameqasimova5044 2 роки тому +3

    Can😔Allah rəhmət eləsin🤲dünən axşamdan birdamcı yağış yağan kimi işıqları söndürüblər,bugün günorta yanıb😠hələ qış gəlməyib.Elə vaxt o qədər yandırıb söndürürlərki,evlərdə soyuducu,kondisoner yandı,xarab oldu nə keflərinə.Amma Türkiyədə belə hadisə olanda yanan əşyaların pulunu vətəndaşa ödəyirlər.

  • @vkvkvlhllhlhlgohfufifiglhh899
    @vkvkvlhllhlhlgohfufifiglhh899 2 роки тому +1

    Allah rehmet elesin((((

  • @sadecemen7626
    @sadecemen7626 2 роки тому +2

    Can Can Ay allah uzuldum çhox.Allah rehmet elesin gozel balalarda Melek oldu😔

  • @kurqan1992
    @kurqan1992 2 роки тому +4

    Qonşu kəndim Allah səbr versin

  • @musamusa4172
    @musamusa4172 2 роки тому

    Allah komek olsun..

  • @sevakarimova7784
    @sevakarimova7784 2 роки тому

    Allah rehmet elesin 🤲🥀🥀🖤

  • @fuadsafiyev3224
    @fuadsafiyev3224 2 роки тому

    Allah rəhmət eləsin

  • @umid44
    @umid44 2 роки тому +1

    Vallah düz rayon mərkəzində qalıram. İşıqlar saatlarla sönür. 21 əsrdə məcbur şam işığında otururuq. Nə qədər şikayət edirik xeyri yoxdu. Təzə xət çəkməkdənsə bir paslı məftil tapıb bağlayırlarki guya düzəldi. Yiyəsiz ölkədi vallah. Allah bunlara lənət eləsin.

  • @cavadovamedine9770
    @cavadovamedine9770 2 роки тому

    Bu çox dəhşətlidir.

  • @movlanimanov1392
    @movlanimanov1392 2 роки тому

    Yazzığlar.Allah rəhmət eləsin.

  • @tuncaymuradov1945
    @tuncaymuradov1945 2 роки тому

    Allah olenlere rehmet elesin qalanlarada can saliqi uzun omur nesib elesin Amin

  • @susannaabdullayeva5864
    @susannaabdullayeva5864 2 роки тому

    Dehset.Can yaziqlar.😢😢😢

  • @МурадАхмедов-п3ш
    @МурадАхмедов-п3ш 2 роки тому +1

    İşıq sönüb deyib zəng edirsən bir sutka sonra gəlirlər növbətçi hissə, vaxtında gəlib işıqları bərpa etsələr belə yanğınlar olmaz axı.

  • @zuleyxamirzeyeva6771
    @zuleyxamirzeyeva6771 2 роки тому

    Offf ay Allah bpyük derddir😪😪😪

  • @cavadovamedine9770
    @cavadovamedine9770 2 роки тому +2

    Müamma.

  • @knansiriyev4836
    @knansiriyev4836 2 роки тому

    💔💔💔💔💔😭

  • @АждарФаттаев-ж5т
    @АждарФаттаев-ж5т 2 роки тому +3

    ALLAH SIZA RAHMAT ETSIN MASALLIDA KABELLAR SOVET HOKUMATINDAN QALIB AQAR BIR QUCLU KULAY OLSA BUTUN MASALLI RAYONU KANDLARINAN YANIB KULA DONACAK MILLI MACLISDA OTURANLAR CANUB BOLQASINA BAXMIR BAWLARI QARIWIB QARABAG TORPAGIDA HALA ORALARI BACI UWAGLARINAN BOLA BILMAYIBLAR

  • @xanimagayeva9007
    @xanimagayeva9007 2 роки тому

    cann ayy xala evin yixldi 💔😪😪

  • @aytenbagirova1990
    @aytenbagirova1990 2 роки тому

    😞

  • @hesen482
    @hesen482 2 роки тому

    Hecvaxt sami yanili qoyub yata bilmerem.Tebii ki aşa biler oni dusunmek lazim idi😓En yaxsisi fener alin sam evezi evde yandirin isiq olmayanda

  • @ulkrmmmdova6968
    @ulkrmmmdova6968 2 роки тому

    😭😞

  • @rudyoffical205
    @rudyoffical205 2 роки тому +1

    Evi yandırıblar

  • @aytanmammadova2277
    @aytanmammadova2277 2 роки тому

    Caan.....

  • @Eyiref
    @Eyiref 2 роки тому

    Bir başlığa baxın !! FAİCƏ nədir ??

  • @meftunmehralizade9446
    @meftunmehralizade9446 2 роки тому

    Allah rəhmət eləsin

  • @royalabbasli8441
    @royalabbasli8441 2 роки тому

    Allah rəhmət eləsin