Mərcan - Pişik dost axtarır cizgi filmi / xalq nağılı - Azərbaycan dilində uşaq kanalı

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025
  • Başlıq: Mərcan| Nağıllar | Azərbaycan xalq nağılları
    Müəllif: Şifahi xalq ədəbiyyatı
    Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azərbaycan dilində ...
    Tiktok: / ulduzluyol
    Instagram: / ulduzluyol
    Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Mərcan / Mercan / Pişik dost axtarır / Pisik dost axtarir/ Pishik dost axtarir / Kedi arkadaş arıyor
    Etiketlər: nağıl, nağıllar, nagil, nagillar Azərbaycan dilində nağıllar, Azerbaycan dilinde nagillar, öyrədici uşaq kanalı, oyredici usaq kanalı, Мультфильмы на азербайджанском языке, Поучительные мультфильмы на Азербайджанском языке, Azerbaijani fairy tales, Azerbaijani animated films for children, çizgi film, cizgi film, Azerbaycan masalları, Azərbaycan nağılları, Pişik, pisik, pishik, siçan, sichan, sican, siçan və pişik, kedi ve fare, fare ile kedi, tom and jerry, Pələng, Şir, Bəbir, Aslan, Fil, insan
    #uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları
    Mərcan - Pişik dost axtarır
    Müəllif: Şifahi xalq ədəbiyyatı (yenidən işlənmiş)
    Qədim zamanlarda Pişik ev heyvanı deyildi. Mərcan adlı bir pişik vardı. O, meşədə yaşayır, Hop-hop Dovşanla dostluq edirdi. Onlar həmişə bir yerdə gəzir, ovladıqlarını bir yerdə yeyib dolanırdılar.
    Bir gün Pişik Dovşana dedi:
    "dostum, səninlə keçirdiyim hər gün mənim üçün əzizdir!"
    "Mənə də elə, Pişik. Səni tapdığım üçün çox şadam."
    Dovşan gülümsəyərək cavab verdi:
    Lakin Dovşanla Mərcanın şad günləri uzun sürmədi. Bir dəfə necə oldusa, Dovşanın Bəbirlə mübahisəsi düşdü. Acıqlanmış Bəbir Dovşanı parçaladı. Mərcan yalqız qaldı.
    Təklikdən darıxan Mərcan Bəbirlə dostluq etməyə başladı. Bəbir ona:
    "Mərcan, qorxma məndən. Gəl, birlikdə ov edək," dedi.
    Ancaq Bəbirin də ömrü uzun sürmədi. O da Pələngin qəzəbinə düçar oldu. İşi belə görən Mərcan Pələnglə oturub-durmağa başladı. Pələng gətirdiyi Ceyranın, Cüyrün ətindən Mərcana da verirdi.
    Pələng hər dəfə ov gətirəndə deyirdi:
    "Bax, Mərcan, bu gün nə gözəl ov etmişəm. Sənə də pay var!"
    Mərcan həyatından razı idi. Amma bir dəfə iş elə gətirdi ki, bütün günlər Mərcanın gözündə qaraldı. Pələng Aslanla vuruşda uduzdu. Mərcan Pələng kimi arxasını itirdi.
    Mərcan öz-özünə danışdı:
    "Bəs, indi neyləyim? Tək-tənha gəzib dolaşım?"
    Bir az düşündükdən sonra qərarını verdi:
    "Yox, bununla razılaşa bilmərəm. Aslanla dostluq eləməyə başlayacağam."
    Beləliklə, Aslanla dostluq etməyə başladı. Birlikdə yaşadılar. Günlərin bir günü Fillərə rast gəldilər. Fillərin böyüyü vurub Aslanı öldürdü.
    Mərcan yenə öz-özünə fikirləşdi:
    "Sakit, rahat yaşamaq üçün gərək Fil kimi dostun ola. Bütün heyvanlardan güclüdür. Ona heç kəsin gücü çatmaz."
    Mərcan o gündən Fillə dostluq eləməyə başladı. Lakin onun dediyi kimi olmadı. Ovçu Fili ovladı, Mərcan bərk qorxdu.
    Mərcan heyrətlə:
    "Belə də iş olar? Belə balaca boyun olsun, özün də vur-tut iki ayağın üstə durasan, amma bu böyüklükdə Fili öldürəsən?" dedi və qərar verdi: "Yox, elə Fili öldürənlə dostluq etməliyəm."
    Mərcan ovçunun arxasınca düşüb evlərinə gəldi. Ovçu onu görəndə təəccüblə:
    "Bax, bu kiçik pişik haradan gəldi? Yəqin ac və yorğundur," dedi və Mərcana yemək verdi.
    Beləliklə, Mərcan insanlarla yaşamağa başladı və ev pişiyinə çevrildi.

КОМЕНТАРІ •