Bəhmən Vətənoğlu - Dünya

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • Şeir: Bəhmən Vətənoğlu - Dünya
    Səsləndirmə: Bəhmən Vətənoğlu
    Biraddımla'ya UA-camda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    BƏHMƏN VƏTƏNOĞLU - DÜNYA
    Mərddən əsirgəyir öz sərvətini,
    Namərdə xəsisə mərddi bu dünya.
    Zalıma məzlumdu, məzluma zalım,
    Yaman amansızdı, sərtdi bu dünya.
    Hər ayın, hər ilin durub qəsdində,
    Həm şərbət, həm zəhər tutub dəstində.
    Milyonlar zər atır onun üstündə,
    Sonu görünməyən nərddi bu dünya.
    Eyş ilə işrətdi, ay Vətənoğlu,
    Dərd ilə möhnətdi, ay Vətənoğlu.
    Çəkməsən ləzzətdi, ay Vətənoğlu,
    Çəksən özü boyda dərddi bu dünya.
    Atamı, anamı aldın əlimdən,
    Axırda qoydunmu tək məni, dünya.
    Yerdən-yerə vura-vura sınadın,
    Çəkdin imtahana çək məni, dünya.
    Elə körpəlikdən qəsdimə girdin,
    Əziyyət camında əzab içirdin.
    Xəlbirin gözündən yaxşı keçirdin,
    Xəlbirdən ələyə tök məni, dünya.
    Şeş verib, yek verib mənim də nərdim,
    Vaxt olub qarşımda diz çöküb dərdim.
    Sənin tufanına çox sinə gərdim,
    İndi əssə yıxar meh məni, dünya.
    Hər saat söz olub düzülmək olmur,
    Bal tək ürəklərə süzülmək olmur.
    Sən elə gözəlsən üzülmək olmur,
    Bəlkə bir də bitdim ək məni, dünya.
    Səbrim tükənəndə səbri itirdin,
    Verdiyin qərarı əmri, itirdin.
    Günü günə satdın ömrü itirdin,
    Nə yaman aldatdın Bəhməni, dünya.
    "... Bəhmən Vətənoğlunun adı harada çəkilir, oradan mütləq Kəlbəcərin ətri gəlir. Şairin yazdıqları illər boyunca çap olunmayıb, şeir sərrafı olmayanlar tərəfindən bəyənilməyib və: «Həmişə də deyiblər ki, yaxşısını göndərin. Elə bu kimi hallara görə onun yazıları uzun müddət çap buraxılmayıb».
    Qaçqınlıq vaxtı o da Gəncəyə köçmüşdü. Məskunlaşdığı yerdən Murovdağ görünürdü, həmişə də baxıb köks ötürürdü. Vətən həsrəti çəkmək ağır gəlirdi Bəhmənə. O da bu həsrətini kağıza tökürdü, bəlkə də buna görə "Vətənoğlu" deyirdi özünə.. Ən çox Vətəndən yazdığı üçün.. Ya da cəmiyyətdəki ədalətsizliklərə qarşı çıxıb xalqın əzablarını yazırdı deyə özünü "Vətənin bir oğlu" hesab eləyirdi.. O, həqiqətən xalqın şairi idi. Sovetin ən kəskin tənqidi Bəhmənin şeirlərində öz əksini tapırdı. Bunu kiçik bir şeir misrasından belə anlamaq olar:
    Tarixdə tarixi bir iş görmədik
    Özümüzü öyə-öyə qırıldıq,
    Yaltaqlana-yaltaqlana ruslara
    Erməniyə söyə-söyə qırıldıq.. "
    #behmenvetenoglu #dünya #dunya #biraddimla #biraddimlayol

КОМЕНТАРІ • 55

  • @cavidanisabayli1743
    @cavidanisabayli1743 3 роки тому +22

    Kəlbəcər həsrəti ilə dünyadan köçən ŞAİR gözün aydın olsun.

  • @SirinHmidov
    @SirinHmidov 11 місяців тому +1

    Allah rəhmət eləsin

  • @ibadverdiyev9760
    @ibadverdiyev9760 Рік тому +1

    Allah rəhmət eləsin

  • @Merve-nl1ll
    @Merve-nl1ll Рік тому +2

    Dünya belə qalmaz ay VƏTƏNOĞLU , Sönən ocaqların yanan vaxtı var . Allah rəhmət eləsin , məkanı cənnət olsun dahi şairimizin , şairlərimizin.

  • @mehdimmmdli6400
    @mehdimmmdli6400 5 років тому +37

    Bu sözləri yasdasdıqca hamı hiss edir ama bunu bu həyatı belə qələmə almaq hər ogulun hər kəsin isi deyil.bəh bəh.nə gözəl.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN A GÖZƏL KİSİ.

  • @smdisayev8485
    @smdisayev8485 4 роки тому +14

    Allah sene qeni qeni rehmet elesin ay Vetenoglu sen bu dunyanin merd sairiydin Qebrin nurla dolsun .
    Azerbaycanin dahi sairi ✋

  • @elmirasaryeva9224
    @elmirasaryeva9224 2 роки тому +8

    Yerın, qəbrin nurla dolsun.!

  • @seymursirinov9189
    @seymursirinov9189 7 місяців тому

    Allah rəhmət eləsin.

  • @elsenehedov477
    @elsenehedov477 Рік тому

    Allah səni rəhmət eləsin

  • @yunisyusif6548
    @yunisyusif6548 4 роки тому +4

    Vətən yurd torpaq deyə deyə dünyasın dəyişən insanlara ulu yaradandan rəhmət diləgirəm

  • @raminismayilov1970
    @raminismayilov1970 2 роки тому +2

    Allah sənə qəni qəni rəhmət eləsin məkanın cəənət olsun😥😥😥😥😥😥

  • @zamiqcebrayilli5043
    @zamiqcebrayilli5043 3 роки тому +12

    Müqəddəs yaranmış yaranmışınnan,
    Nə böhtandı dünya nə şərdi dünya..
    Neməti şirindi özü gözəldi,
    Əbədi bir mülkü bəşərdi dünya.
    İstər əlli yaşa istər yüz əlli,
    Qoynunda yaşamaq bizə təsəlli.
    Nə ilki bəllidi nə sonu bəlli,
    Hey oxu tükənməz əsərdi dünya.

  • @RamileEzizova
    @RamileEzizova Рік тому +2

    Yerin cənnət olsun

  • @smdisayev8485
    @smdisayev8485 4 роки тому +6

    Allah senin yol yoldasin qardasin Sucaetede rehmet elesin✋😊

  • @ilahhmidova3568
    @ilahhmidova3568 4 роки тому +5

    İndi esse yıxar meh məni dünyaa😢

  • @tofiqrustemli5850
    @tofiqrustemli5850 3 роки тому +4

    Allah sənə rəhmət etsin gözəl şair .

  • @hqiqtcabbarova2693
    @hqiqtcabbarova2693 4 роки тому +12

    Allah sene rehmet elesin baba 😔

  • @kamilisayev5926
    @kamilisayev5926 3 роки тому +3

    Ay dahi wair ruhun wad olsun Kelbecer azadı. 😢😥😥😢

  • @mahidmusayeva6979
    @mahidmusayeva6979 2 роки тому

    Çox gözəl şeir

  • @ruslanceferli1904
    @ruslanceferli1904 4 роки тому +12

    ALLAH rehmet elesin Behmana Sucayete bu cutluk sifahi xalq Edebiyyatini olmezliye qovusdurdular bir Gedebeyli olaraq cox fexr ediremki yaxsiki bu cutluk Azerbaycanlidirlar

    • @ertugagkaya6400
      @ertugagkaya6400 3 роки тому

      Halkın gönlüne taht kuran büyük ustat Allah sana rahmet eylesin ışıklar içerisinde uyu bu eserini sanki sen özunle ve benim için yazmışsın doğru diyorsun çok amansızdır bu dünya körpelikten canıma girdi yerden yere vurarak ğelvirin gözünden lime lime ederek keçidi

  • @yasarkerimov2647
    @yasarkerimov2647 2 роки тому +2

    Allah Rehmet elesin Mekani cennet olsun

  • @xeyyamvahabov912
    @xeyyamvahabov912 4 роки тому +2

    Allah sene qeni qeni rehmeT eTsin dahi VeTen oglu 😪😪😪😪😪😪😪😪

  • @qelender.kelbecerli
    @qelender.kelbecerli 3 роки тому +2

    Allah rəhmət eləsin məkanı cənnət olsun Amin

  • @laiqdadasov5847
    @laiqdadasov5847 5 років тому +5

    Ne yaman aldatdin behmeni dunya 😔😔😔😔😔

  • @xyalkdrli.438
    @xyalkdrli.438 2 роки тому +1

    Ya Rəbbim.

  • @nilay7415
    @nilay7415 3 роки тому +1

    Məkanı cənnət olsun .

  • @azerturksoylu8084
    @azerturksoylu8084 2 роки тому +1

    Cennetmekan senetkar gozel insan. 💖🇦🇿😔

  • @vusalxelilov8387
    @vusalxelilov8387 Рік тому

    Vətənoğlu dahidir bu sahənin ustadı idi.Allah rəhmət etsin

  • @nezaketmehdiyeva2432
    @nezaketmehdiyeva2432 4 роки тому +2

    Allah rehmet elesin..

  • @azersellugur7503
    @azersellugur7503 2 роки тому +1

    Allah rehmet elesin cemi ölenlere.Qalanlara can sagligi.Seslendirene, videoya göre Allah saxlasin sizi.

  • @mubarizahmedoglu35
    @mubarizahmedoglu35 2 роки тому +1

    Əlləri qoynunda o, sərvinaz da
    Gecəyarı , yol gözləyir ayazda.
    Ona deyin, gələcəyəm bu yazda,
    Küsməsin Bəhməndən, yollar, a yollar.

  • @mehbareesgerova9705
    @mehbareesgerova9705 Рік тому

    Söz xəzinəsi .böyük şair təkratın olmayacaq ilahi vetği.Allah rəhmət etdin

  • @kerimshixlinski5738
    @kerimshixlinski5738 Рік тому

    Bəəh nə gözəl deyır. Allah rəhmət eləsin.

  • @МарифКараев
    @МарифКараев 3 роки тому +2

    Аллах рэхмэт елэсин сэнэ.
    Татарстан.

  • @zamiqcebrayilli5043
    @zamiqcebrayilli5043 3 роки тому +3

    Salam çoxsağolun sizə minnətdaram Kəlbəcərimizin usdad sənətkarı özü dünyasını dəyişsədə sözü sənəti dillərdə əzbər qalan Bəhmən Vətənoğlunu paylaşımlarınızla xatirələrdə yaşadırsınız. Mən özüm Bəhmən Vətənoğlu yaradıcılığının vurğunuyam. Allah Sücaətədə rəhmət eləsin hər ikisinnən çoxlu şeirlər bilirəm.

  • @user-pu2if1jx5m
    @user-pu2if1jx5m 3 роки тому

    Аллаһ рәһмәт етсин дүз языб😭😭😭😭

  • @yalguzag4563
    @yalguzag4563 2 роки тому

    ALLAH rəhmət etsin ey dahi insan

  • @intiqamsiriyev416
    @intiqamsiriyev416 4 роки тому

    Allah rəhmət eləsin yerin cened olsun vətən oğlu amin Allah

  • @ismaylovcabbar5441
    @ismaylovcabbar5441 4 роки тому +1

    Allah rəhmət eləsin...

  • @alimnesirli9425
    @alimnesirli9425 2 роки тому

    ALLAH RƏHMƏT ELƏSİN

  • @xeyyamvahabov912
    @xeyyamvahabov912 4 роки тому +1

    Rebbim her kesin rehmeTe gedenlerine RehmeT eTsin RehmeTlik menim heyaTimi yazib 4 yawimda Atami Anami bacimi qardawimi aldi Elimden dunya😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @nicatnicat7705
    @nicatnicat7705 3 роки тому

    Vallah düz deyir

  • @sevindikbabayev9309
    @sevindikbabayev9309 3 роки тому

    Allah rehmet etsin size şair

  • @MYTBeatz
    @MYTBeatz 5 років тому +1

    gözel sözler

  • @ДжалалАбдуллаев-п1й

    Аллах рахмат елласин козал Ватан парвар инсан сиза

  • @ilqarqasimov5220
    @ilqarqasimov5220 2 роки тому

    şairin kitabını necə əldə eliyə bilərəm?

  • @ДжафарХасаев
    @ДжафарХасаев 2 роки тому +1

    DÈDÈ BÈHMÈNÌN QÈDRÌNÌ ÌLLÈR KEÇDIKCÈ DAHA ÇOX ANLAYACAYIQ . BU KÌWÌ BÒYÙK TÈFÈKKÙR SAHÌBÌ, BÒYUK FÌLOSOF ÌDÌ

  • @ehtibarbudaqov6685
    @ehtibarbudaqov6685 2 роки тому +2

    Allah rəhmət eləsin