Sonsuzluğun müalicəsi - Polikistoz nedir? - Əməliyyata gərək varmı?

Поділитися
Вставка
  • Опубліковано 19 сер 2024
  • Polikistoz nedir?
    Son zamanlar xanımlar - xüsusən də gənc qızlar arasında daha çox rast gəlinən polikistoz xəstəliyi zərif cinsin nümayəndələrinin qarşisini ala bilmədikləri bəlaya çevrilib desək yanilmarıq. Ancaq mütəxəssislər xəstəliyə qarşı qismən də olsa mübarizə aparmağın mümkünlüyünü bildirirlər. Qadınlar arasında geniş yayılmış xəstəliklərdən birinə cərrah-ginekoloq Rəşad Sultan aydınlıq gətirir.
    Yumurtalığın polikistozu nə deməkdir? Yumurtalıq kistasından fərqi nədir?
    Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur. Terminin kökündəki kista sözü əslində həqiqi kista deyil. Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.
    O zaman bu xəstəliyin səbəbləri və əmələ gəlmə mexanizmi barədə məlumat vermənizi xahiş edərdik.
    Əvvəla onu deyim ki, polikistoz çox yayılmış bir xəstəlikdir. Qadınların 5%-i bu xəstəlikdən əziyyət çəkir. Çox tədqiqatlar aparılmasına baxmayaraq, xəstəliyin əmələ gəlmə mexanizmi dəqiq bilinmir. Amma bilinir ki, xəstəliyin mexanizmi yumurtalıqlardakı hormonal balansın pozulması, kişi cinsi hormonlarının həddindən artıq ifraz olunması ilə əlaqədardır. Bu pozğunluq həm normal follikul yetişmə prosesinin dayanmasına, həm də tüklənmə, və üzdə sızanaqlara gətirib çıxarır.
    Yəqin ki xəstənin şikayətləri də bu mexanizmlərlə əlaqədar olur.
    Bəli, polikistoz xəstələri bizə müxtəlif şikayətlərlə müraciət edirlər. Ən çox menstruasiya düzənsizliyi xəstələri narahat edir. Follikul yetişməsindəki pozğunluq menstruasiyaların gecikməli olmasına gətirib çıxarır. Digər bir müraciət səbəbi tüklənmədir. Kişi cinsi hormonlarındakı artış tüklənmənin əsas səbəbidir. Digər qrup xəstələr də, ailə qurub uşaq sahibi ola bilməyən cütlərdir. Belə ki, follikul yetişməyi pozulduğundan hamiləlik də baş vermir. Gördüyümüz kimi, eyni bir xəstəlikdə müxtəlif şikayətlər xəstəni həkimə müraciət etməyə sövq edir.
    Xəstəliyin diaqnostikasında hansı testlərdən, köməkçi vasitələrdən istifadə edirsiniz? Hansı kriteriyalara əsaslanırsınız?
    Diaqnostikada əsaslandığımız kriteriyalar: follikul yetişməsi və ovulyasiyanın pozulması, kişi cinsi hormonlarının yüksək olmasının laborator və ya klinik əlamətləri (məsələn, tüklənmə), ultrasəs müayinəsində yumurtalıqların polikistik görüntüsü, bu əlamətlərə səbəb ola biləcək digər xəstəliklərin istisnası. Sadaladığım kriteriyalara nəzər salanda, hansı köməkçi diaqnostik metodlardan istifadə etdiyimiz də məlum olur. Əlbəttə ki, ginekoloji müayinənin bir parçası olan ultrasəs, bundan başqa, laborator hormon analizləri son diaqnozu qoymaqda bizə kömək edir.
    Xəstəliyin müalicəsi haqqında nə deyə bilərsiniz?
    Yumurtalıqların polikistozu tamamilə müalicə oluna bilən bir xəstəlik deyil. Apardığımız müalicə xəstənin şikayətlərinə görə istiqamətləndirilir. Xəstə bizə menstruasiya pozğunluğu şikayəti ilə müraciət edibsə, müalicədə hormonal vasitələrdən istifadə edirik. Bu vasitələr təkcə menstruasiyaları nizama salmır, eyni zamanda xəstəliyin patogenetik mexanizmini qıraraq, müalicəvi təsir də göstərir. Tərkibinə kişi cinsi hormonlarının təsirinin qarşısını alan maddələr daxil edilmiş preparatlar da vardır ki, bunların sayəsində tüklənmə kimi əlamətləri də aradan qaldıra bilirik. Əgər xəstə hamilə qala bilmədiyi üçün müraciət edibsə, bu zaman müalicəmizin istiqaməti follikul yetişməsinə doğru olur. Bu məqsədlə ovulyasiyanı işə salan preparatlardan istifadə edirik.
    Həkim, qeyd etdiyiniz kimi, müalicə şikayətlərə görə aparılır və xəstəliyin tam aradan qaldırılması mümkün deyil. Bəs bu xəstəlik gələcəkdə orqanizm üçün hansı fəsadlar törədə bilər?
    Yumurtalıqların polikistozundan əziyyət çəkən xəstələrə diqqət yetirəndə, çoxunda piylənmənin olduğunu görə bilərik. Ona görə də bu xəstəlik metabolik sindrom dediyimiz problemin bir parçası hesab olunur. Bu xəstələr gələcəkdə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri baxımından risk qrupuna daxildirlər. Buna görə də terapevtin nəzarəti altında olub, piylənməyə qarşı mübarizə aparmalıdırlar. Bədən çəkisinin azaldılması təkcə sadaladığım xəstəliklərin profilaktikasına xidmət etmir, eyni zamanda, polikistozun müalicəsində də işimizi xeyli asanlaşdırır. Belə ki, bədən çəkisinin 5% azaldılması ovulyasiyanın dərman istifadı etmədən bərpasına gətirib çıxarır ki, nəticədə menstruasiyalar nizamlanır, hamilə qala bilməyən qadınların isə uşaq sahibi olma ehtimalı artır. Polikisozlu xəstələr uşaqlıq xərçəngi baxımından da risk daşıyırlar ki, bu baxımdan da həm piylənmənin müalicəsi, həm də menstruasiyaların hormonal preparatlarla nizamlanması vacibdir.

КОМЕНТАРІ • 72

  • @ulkerceyhunbaxhsova7225
    @ulkerceyhunbaxhsova7225 5 років тому +4

    ALLAH razi olsun doktor sizi dinledim ureyim rahatlasdi😔😔

  • @babkabbasl21agmailcomaz38
    @babkabbasl21agmailcomaz38 5 років тому +13

    Ya rəbbi məni şəkərli diabet xəstəliyindən qoru ilahi amin amin ya rəbbi məni böyrək daşından qoru ilahi amin amin amin ya rəbbi məni böyrək xəstəliyindən qoru ilahi amin amin ya rəbbi məni sonsuzluq xəstəliyindən əziyyət çəkməkdən qoru ilahi amin amin amin ya rəbbi məni axirətdə cənnətdə əbədi xoşbəxtlik tapanlardan elə ilahi amin amin amin ya rəbbi mənə uşaq sahibi olmaq qismət elə ilahi amin amin amin

  • @s.mm.e.h.r8588
    @s.mm.e.h.r8588 5 років тому +11

    Hele deyirsiz ki bir tabletle mümkündü xesdeliyin çaresi.amma yanınıza gelsek 1000 manatliq analize lazimli lazimsiz şeylere soxacaqsiz bizi.aylarla mualice falan.hele Cox bilirsizse yazında dermanin adın😞

  • @user-zz1iq5vu9k
    @user-zz1iq5vu9k 3 роки тому

    Gozel bilikli doktorum sizi dinlemekden yorulmuram cox gozel basa salirsiz ureyim rahatladi .

  • @RaminIbrahimov-ys7qi
    @RaminIbrahimov-ys7qi 4 місяці тому +1

    Salam məndə 12 ildi polikistozdan əziyət çəkirəm bu xestelik ömürböyü itmir ama düzgun mualicəylə 2 uşağım var

  • @zuruyatiskenderova1240
    @zuruyatiskenderova1240 8 місяців тому

    Allah sizi qorusun Hekim,size qulaq asanda insan üreyi ele rahat olurki🙏

  • @turalrzayev4875
    @turalrzayev4875 Рік тому

    Salam doktor Allah sizdən razı olsun məndə polikistoz var hal-hazırda malice alıram çox narahat idim ki ya əməliyyat olaram yada maliceynen sagalarm görəsən sizin bu videodan sonra rahatlıq tapdım yaxski sizi kimi həkimlərimiz var

  • @Zuzu999
    @Zuzu999 4 місяці тому

    Doktor salam. Mende 4 gundu qanaxma var uziye duwdum hekim dedi polikistos varindi. Dufaston yazdi.

  • @natasukurlu255
    @natasukurlu255 2 роки тому

    Həkim məndə bu problem var ancaq bu ay 14cü gün folekul yetişib partıamışdı.ancaq 19 gün keçib hələdə mensturasiyam olmayıb səbəbinu biləmmirəm

  • @user-qf5vg4dv2u
    @user-qf5vg4dv2u 6 років тому +12

    Afyorluq yaĝir üzünden,azerbaycanda hekimler qaniçenlik edirler,200 manatliq işi,2000 edirler.

  • @eminqocayev1252
    @eminqocayev1252 Рік тому +1

    Mende polikistoz ola ola hamile qaldim test göstermir XQ analizi 48.57 di di hamileliyin necenci heftesine uygun gelir zehmet olmasa

  • @bismillahiremanirehimazeri2709
    @bismillahiremanirehimazeri2709 5 років тому +6

    Oyyy Allah kimsenin qan içen pulgir hekimle qarwilawdirmasin meni iki il soydular axir qaynanam baldizim torbami tikdilerki buna xeyri yoxdu bowa bir bele malice xeyri yoxdu bir ewyakimi meni atdilar bu heyata indide bedbexcilik heyata geldiyimede pewman oldum Allah kimseni cetinlikle üz üze qoymasin bundan belemede Allaha penah inşallah umid kesilmez Allahdan

  • @elgunebabayeva1595
    @elgunebabayeva1595 2 роки тому

    Polikisdozdan necə xilas olmaq olar

  • @midulceday6802
    @midulceday6802 5 років тому +4

    O tabletka da dyufaston adlanir ))

    • @lucy_20.02
      @lucy_20.02 4 роки тому

      @irem mvaa xeyrin gorursuz??

    • @gulcinxasmemmedli2191
      @gulcinxasmemmedli2191 4 роки тому

      @irem mvaa dufastonu mende icmiwem prolaktin hormonu yuksek olduqda icilir ki prolaktin awagi duwsun

    • @miranebayramova1063
      @miranebayramova1063 3 роки тому

      Dufaston aybasini duzene salır

  • @talehcabbarov5157
    @talehcabbarov5157 3 роки тому

    Bes qan axma verirse

  • @zeynebnezerov985
    @zeynebnezerov985 4 роки тому +1

    🤲🤲🤲🤲🤲❤

  • @rufurufu6324
    @rufurufu6324 6 років тому

    menimde polimistozum var ama 1 ildi mualice aliram ama hec faydasini gormurem

    • @yaallah9428
      @yaallah9428 6 років тому +5

      Salam xanim.Mendede vardi polikistoz.Hekim dediyne gore uzun muddete olacaqdi usagim.Hekimlerdide.Mende internetde arasdirdim ve bir ot tapdim.Onu tapib icdim ve 1 aya hamile qaldim,cox Sukur.isteseez yazin mene

    • @rufurufu6324
      @rufurufu6324 6 років тому

      Salam zehmet olmasa deyerdizde adini

    • @yaallah9428
      @yaallah9428 6 років тому +1

      @@rufurufu6324 adi Aslan pencesidir.Satilir apteklerde.Ibrahim saracoglunun videosunda arasdirib tapmisdim ve 1 ay boyunca nece deyirdise etdim.UA-camde yazin hamile kalmak.icin aslan pencesi kuru gelecek

    • @rufurufu6324
      @rufurufu6324 6 років тому

      cox saqolun Allah razi olsun

    • @yaallah9428
      @yaallah9428 6 років тому

      @@rufurufu6324 Cox sagolun.Amin insAllah,sizdende.🙏

  • @gulnarqurbanova6231
    @gulnarqurbanova6231 Рік тому

    Ğ