Tural Əhməd - Bir Söz De Mənə ( İlqar Fəhmi )

Поділитися
Вставка
  • Опубліковано 29 вер 2024
  • Bir söz de mənə, ey gözü yaşlım,
    nəsə bir söz,
    Qəlbimdən axan qanımı
    bəlkə kəsə bir söz.
    Dondurma məni,
    istəmirəm ruhum içində
    Hər gün üşüyüb titrəyə bir söz,
    əsə bir söz.
    Bezdirdi sükut, döy ürəyin
    pəncərəsin ki
    Taqqıltı eşitcək çıxa bəlkə
    səsə bir söz.
    Susma, de o bir kəlmə sözü,
    qoy gecə yarı
    Titrək bir işıq tək başım üstə əsə
    bir söz.
    “Gəl” söylədilər ruha,
    gəlib girdi bu cismə
    Yoxdur geri yol,
    saldı onu məhbəsə bir söz.
    Sən Fəhmini susmaqda
    günahkarmı sanırsan?
    Səndən nə qəbahətdi
    əgər gözləsə bir söz.
    Söz: İlqar Fəhmi
    Səs: Tural Əhməd
    Hazırladı: Heydər Hacıyev
    ✉ Mənimlə Əlaqə
    İnstagram
    / turalahmadd
    Facebook
    / turalahmadd
    Videonun Bütün Hüquqları
    Tural Əhməd Tərəfindən Qorunur
    Tural Əhməd © 2019

КОМЕНТАРІ • 35

  • @pratumpratum228
    @pratumpratum228 3 роки тому

    Gözəl

  • @parvinfathinijat6732
    @parvinfathinijat6732 5 років тому

    Möhtəşəm

  • @rhmanrhim9272
    @rhmanrhim9272 3 роки тому

    ❤💙

  • @afaqcabarova
    @afaqcabarova 5 років тому +8

    Bəzən qarşındakının susması əzabların ən acısını yaşadar insana. 1 kəlməsinin əsiri olarsan...

  • @aynurseysidova676
    @aynurseysidova676 4 роки тому +1

    Bir soz de mene ey sesine vurqunu
    Olduqum Tural bey.❤❤❤Cox gozel weirdi. Ehsen.var ol.

  • @faridailkcan3941
    @faridailkcan3941 5 років тому +5

    Axshaminiz xeyir..Bayagdan baxirdimki axrinci paylashimi hansi tarixde etmişsiniz..
    ürəyimdən kaş bu gün yeni bir paylaşım edərdi...deyə keçdi..
    və chox xosh oldu sesinizdə Ilgar beyden bir şeir(gəzəl)eşitmək
    "bir söz"ə mohtac olanlar var,hər kəs duymag istədiyin duysun təki..gəlblərə məyuslug çökməsin..Amin.

  • @ИкрамГасанов-д8э
    @ИкрамГасанов-д8э 4 роки тому +2

    Козлер данышанда додаглар сусар....

  • @Пунхангасанов-д2ч
    @Пунхангасанов-д2ч 4 роки тому +2

    Сёнсиз сенинлейем...

  • @leylaxidirovna2580
    @leylaxidirovna2580 5 років тому +1

    Mukemmel qezel, mukemmel qiraet. 👏👏👏👏👏👏Sizin sayenizde heç vaxt eşitmediyim, oxumadiĝim şeirleri dinlemek çox xoşdur. Saĝ olun ki, dinleyicilerinizi sevindirirsiz. 🌷

  • @mahcamalbabayeva
    @mahcamalbabayeva 4 місяці тому

    Əla! Müəllifə də, Turala da əhsən!❤

  • @GulnarXaliq
    @GulnarXaliq 3 роки тому

    Səsinə.ehtiyac duyduğda bir kəlmə bəs edər.Sevinməyə

  • @pervizqehremanov4559
    @pervizqehremanov4559 5 років тому +1

    Super,həm gözəl şeir və səsləndirmə😊

  • @s.e.r_19_09
    @s.e.r_19_09 4 роки тому +1

    🌟🌟🌟🌟🌟

  • @duyquhesenova2739
    @duyquhesenova2739 3 роки тому

    😭Qebahet olan senli olan dünyamda sensiz yaşamaqdı

  • @nasirnasirov3333
    @nasirnasirov3333 5 років тому +1

    😞😞👍

  • @dnizliyeva5529
    @dnizliyeva5529 5 років тому +1

    Şeir demişdim ee sizə(BİRİSİ MƏNƏ DƏRD VERDİ DƏ GETDİ) onu göndərim? O gözəl avazınızla ifa edərsiz.

    • @dnizliyeva5529
      @dnizliyeva5529 5 років тому

      @@turalahmad4662 Yaranandan bu həyat heç gülmədi üzümə
      Gördüyüm hər ağ da qara dəydi gözümə
      İlahi qəm qatdı hər kəlməmə sözümə
      Birisi mənə dərd verdidə getdi
      Gözlərim rəngini həyatdan alıb
      Həyatım hər şeyi gözümdən salıb
      Qəlbimdə sonsuz bir nisgili qalıb
      Birisi mənə dərd verdidə getdi
      Qəmgin simama da səbəbkar odur!
      Adın eşidən qəlb nifrətlə dolur
      Gözlər yuxu yerinə qüssəyə dalır
      Birisi mənə dərd verdidə getdi
      Sədaqətli oldum bu günə qədər
      Çalışdım sevgimi verməyim hədər
      "Yadam" mən onunla ölənə qədər
      Çünki ömürlük dərd verdi də getdi....
      Ümüd edirəm bəyənib, səsləndirərsiz
      Amana Müseyyib qızı

    • @dnizliyeva5529
      @dnizliyeva5529 5 років тому

      @@turalahmad4662 salam tural bəy son şeiriniz də uğurlu olsun digərləri kimi. deyəsən göndərdiyim şeiri bəyənmədiniz☹

  • @zaminliyev8176
    @zaminliyev8176 5 років тому +2

    coox gozal

  • @dnizliyeva5529
    @dnizliyeva5529 5 років тому +1

    Tural bəy sizi sevərək dinləyən biri kimi sizdən bir xahişim, emosiyanizi bir az da artırın .Mən bilirəm ki siz bundan qat qat daha artıq emosiyalı, ürəklə deyə bilərsiz.Axl siz həm də çoooooox istedadlı bir aktyorsuz.Obrazı daha da yaşayın.

    • @dnizliyeva5529
      @dnizliyeva5529 5 років тому

      @@turalahmad4662 tamaşaçıya diqqətinizə görə də ayrıca təşşəkkürlər

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 5 років тому +1

    140👍🎧❤

  • @hamidagaradaghy13
    @hamidagaradaghy13 5 років тому +1

    👏👏👏

  • @Farid_Salahov
    @Farid_Salahov 2 роки тому

    🖤🥀

  • @samireagayeva5555
    @samireagayeva5555 5 років тому +1

    Əsrarəngiz səs🙏

  • @qem_yuku
    @qem_yuku 4 роки тому

    Cavabsiz qalanim💔😔😔😔

  • @rzabeyoglu1278
    @rzabeyoglu1278 5 років тому +1

    Yenə möhtəşəm... 👍🏻👍🏻👍🏻

  • @gulyakocharli164
    @gulyakocharli164 4 роки тому

    ❤👍

  • @Alone_0303
    @Alone_0303 4 роки тому

    Super💖

  • @lalememmedova5400
    @lalememmedova5400 5 років тому

    UREYINIZE RUHUNUZA EMEYINIZE SAGLIQ TURAL BEY.OZ ADIMDAN TEWEKKUR EDIREM SIZE.VAR OLUN YAWAYIN YARADIN🙏👉👍👍👍

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 5 років тому +1

    Bir söz de mənə...
    Nəsə bir söz...

  • @polatalemdar2846
    @polatalemdar2846 5 років тому

    mənə həmişə anlaşımda üç sevgi olub ana sevgisi onun və evlad sevgisi müqətəs bi mənücün

  • @cavansirmmmdov4681
    @cavansirmmmdov4681 5 років тому

    Əvəz olunmaz şeir. Möhtəşəm səsləndirmə❤

  • @ulkrmmmdova3440
    @ulkrmmmdova3440 4 роки тому

    Bizi sözün sehrinə salan müəlliflərə əhsən!🌹