Rusiya və Ukrayna atəşkəs üçün hansı güzəştə gedəcək?

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024
  • “Yaxın Şərqdəki problemləri həll etmək Rusiya və Ukrayna arasında baş verənlərdən daha asandır”. İranla müharibəyə hazırlaşdığı deyilən Donald Tramp belə hesab edir. Bu həftə Time jurnalına müsahibə verdi. Ondan ən çox gözlənilən cavab təbii ki, Ukrayna idi. Ötən həftə Parisdə görüşdüyü Zelenski ilə nə qərara gəldikləri maraq doğururdu. Tramp açıqladı ki, Zelenski sülh istəyir. Yəni bu, o anlama gəlir ki, Kiyev Moskva ilə danışıqlara oturacaq. Daha doğrusu, Tramp onu masaya oturdacaq. Donald Trampın oğlunun paylaşdığı bu videoya baxanda hər şey əslində aydın olur. Videoda Tramp Zelenskini Time jurnalının üz qabığından təpik vuraraq çıxarır. Jurnal 2022-ci ildə Zelenskini ilin adamı seçmişdi. Bu il onu Donald Tramp əvəzlədi. Bura qədər hər şey anlaşılandır. Bircə onu anlamadıq ki, niyə oğul Trampın paylaşımında ata Tramp Zelenskiyə təpik vurur? Tramp həqiqətən də Zelenskini bu cür kənara atacaq? Hərçənd müsahibəsində deyib ki, Ukraynanı atmayacağıq. Amma Ukraynanı. Zelenskini atmayacağıq deməyib. Bir sözlə, Tramp Moskva ilə Kiyevi masaya oturtmaqda qərarlıdır. Amma hansı şərtlərlə? İddialar o yöndədir ki, Putin müharibəni dayandırmasa, Tramp Rusiya iqtisadiyyatını “bombalayacaq”. Neftin qiymətini aşağı salacaq, bununla da Putini danışıqlar masasına oturdacaq. Təbii ki, bunlar hələ ki, ehtimallardır. Acı həqiqət budur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Yəqin ki, hər iki ölkə Milad bayramına da atəş səsləri ilə girəcək. Amma bəlkə də bu, onların müharibə şəraitində qarşıladığı sonuncu Milad bayramı olacaq. Tramp bunu bacaracaqmı? Hər halda son ümidlər 2025-ci ilədir.
    Bizi İzləyin:
    Whatsapp: whatsapp.com/c...
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

КОМЕНТАРІ • 8

  • @NATO-c4p
    @NATO-c4p Годину тому +1

    🇺🇲❤️🇺🇦❤️🇦🇿👍💪

  • @user-ep9sx9fj3p
    @user-ep9sx9fj3p 2 години тому +6

    Мы не сомневаемся в Победе России 🇷🇺👍

    • @NATO-c4p
      @NATO-c4p Годину тому +1

      🇦🇿🇺🇦🇺🇲👍💪

  • @ƏhmədHacıyev-x9t
    @ƏhmədHacıyev-x9t 2 години тому +2

    Boş şeydi qərb imkan verməz muharbə dayansın

  • @Qasanov-j7i
    @Qasanov-j7i Годину тому

    Haçan ?