Cənab Ali Baş Komandan DTX-nin hərbi hissəsində

Поділитися
Вставка
  • Опубліковано 28 тра 2019
  • DTX-nin hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib
    16 sentyabr 2018-ci il/14:00
    Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
    Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydular.
    Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə etdi.
    Azərbaycan Prezidenti İlham Əliyev şəxsi heyəti salamladı.
    Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirildi.
    Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi.
    Daha sonra gənc əsgərlər and içdilər.
    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək dedi: Əziz əsgərlər, sizi hərbi and içməyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
    Hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın qarşısından keçdi.
    Gənc əsgərlərin andiçmə mərasimində iştirak edən valideynlər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb söhbət etdilər.
    Sonda xatirə şəkilləri çəkdirildi.

КОМЕНТАРІ •