Aydın Sani - Bircə

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Söz: Azər Sani & Aydın Sani
    Musiqi: Aydın Sani
    Aranjman: Rövşən Muhammed
    Gitara: Şahin Əlizadə
    ©️2019
    Sevirəm sadəliyinidən doğan asudəliyi...
    Fərqinə varmadan etdiklərin azadəliyi...
    Sadəcə mən sevirəm səndə olan sadəliyi...
    Nə əlaqə..? Səni bu sadəcələrçün sevirəm...
    Sevirəm mən səni, xəlvət gecələrçün sevirəm...
    Kimsəsiz yer və qaranlıq küçələrçün sevirəm...
    Sevirəm sadəliyindən doğan asudəliyi...
    Fərqinə varmadan etdiklərin azadəliyi...
    Neynirəm cahu-cəlal, dəbdəbəli mövzuları...
    Dağ, dəniz sözdə olur, ciddiyə alma bunları...
    Həsrətin ilə gözümdən süzülən sel suları...
    Damla-damla yığılan gölməçələrçün sevirəm...
    Varlığın olmasa dünya mənə bir zindandı...
    Sənlə hər dərdi-qəmi dəf eləmək asandı...
    Xəstədi aşiq, ona bir baxışın dərmandı...
    Rəhm elə, mən səni bu müalicələrçün sevirəm...
    Aydin Sani Birce
    #AydinSani #Birce

КОМЕНТАРІ • 1,5 тис.