Baba Pünhan - Sizmi deyim? - Kamran M. YuniS

Поділитися
Вставка
  • Опубліковано 19 жов 2024
  • #babapünhan #eminsabitoğlu #kamranmyunis
    #bakınındərdivar #poeziya #şeirlər #sevgişeirləri
    Baba Pünhan - Sizmi deyim?
    Bəstəkar - Emin Sabitoğlu - "Dədə Qorqud" film musiqisi
    Sənə mən siz deyərəmsə, özümə biz mi deyim,
    O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim?
    Nə qədər ki, özümüzdən özümüz bixəbərik,
    Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim?
    Bilən heç kimliyini dəhrdə bir kim sayılar,
    Bunu dərk eyləməyən insana aciz mi deyim?
    Ayaq altında salar iz, deyilən söz havada,
    Biri vardır, biri yox, iksinə də iz mi deyim?
    Qara gündən ağaran saqqala, Pünhan, görəsən,
    Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?

КОМЕНТАРІ • 20

  • @fatimulusoy4228
    @fatimulusoy4228 19 днів тому +2

    Gözel şeir,gözel ifa👍👏

  • @YaqutOsmanov
    @YaqutOsmanov 3 місяці тому +2

    Hər zamaniziz hüzur icində olsun Dəyətli sənərkar..

  • @dnizdniz7523
    @dnizdniz7523 3 місяці тому +2

    Hər vaxtınız xeyirli olsun.

  • @lolaazeri3917
    @lolaazeri3917 3 місяці тому +2

    Var olun.

  • @РусланАлиев-е9ы
    @РусланАлиев-е9ы 3 місяці тому +1

    Вар олун дейерли сенеткарымыз сизе угурлар 🎉🎉🎉 Украинадан саламлар

  • @YaqutOsmanov
    @YaqutOsmanov 3 місяці тому +2

    Möhtəşəm....

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 3 місяці тому +1

    Səsinizə qüvvət, dəyərli Kamram bəy.

  • @sevdababayeva6225
    @sevdababayeva6225 3 місяці тому +1

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
    💐💐💐💐💐💐💐💐💐💐

  • @behbudovamanzar
    @behbudovamanzar 3 місяці тому +1

    Salamlar!Baba Pünhanın şer lerini "Qulp" verilişindən bilirik!! Allah rəhmət eləsin!Sizə də can sağlığı!🤲

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 3 місяці тому +3

    👍🎧

  • @behbudovamanzar
    @behbudovamanzar 3 місяці тому +1

    Düz deyir,Allaha "Sən "!_ deyirsənsə, bəndəsinə "Siz ?!"Burada hörmət əlaməti olaraq "Siz!"_ deyirik!Bizdə uşaqlar əmisinə"Siz " _ deyəndə ?O ,da :"Mən necə nəfərəm?_ deyir!İndi mən də "Siz"ə_"Sən"!_ deyə bilmərəm!Amma?Özümdən kiçik hamıya" sən!" deyirəm!Onlar isə?"Siz!"Mənim üçün heç fərgi yoxdur!Lap adımı desinlər!Onda lap özümü cavan hiss edirəm!🤣🤣Və...Sizə də təşəkkürlər🙏🌹!Hikmet xəzinəsindən gözəl şerlər seçib təqdim edirsiniz!,👍👏Allah Sizdən razı olsun🤲Çox tərbiyəviləndirici,ibrət götürülməli işlər görürsünüz!Hər zaman var olun! Hörmətli və izzətli...və sevimli!

  • @vuqarali6713
    @vuqarali6713 3 місяці тому +1

    Təşəkkür edirəm.

  • @elmarammmdova882
    @elmarammmdova882 3 місяці тому +2

    Gününüz xeyirli olsun,dəyərli sənətçi.Təşəkkürlər.

  • @vayo2038
    @vayo2038 3 місяці тому +1

    çox gözəl

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 місяці тому +2

    Hər vaxtınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @leylaorucova77
    @leylaorucova77 3 місяці тому +1

    👏👏👍👍

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 3 місяці тому +2

    HƏR VAXTINIZ XEYİR OLSUN...

  • @lnara656
    @lnara656 3 місяці тому +2

    Çox dəyərli qəzəldi...

  • @vusalahmadzada5556
    @vusalahmadzada5556 Місяць тому +1

    burda arxa fondaki musiqini nece tapa bilerem?

  • @behbudovamanzar
    @behbudovamanzar 3 місяці тому +1

    Kamran bəy!Bir az oxşar insanlarsınız!Amma?Onun yaşı çoxdur!Çox mənalı sözlərdir!Qardaşım da kitabı da var!Biz də ən çox"Müxalifət mitinqə şor_ çörəklə 😞İqtidar da kotletlə gedir🤣 !"cümləsinə heyran idik!Ağaran üz və baş da dərddən də ola bilər,genetik də!Bizim kənddən çıxan gənclərin hamisinin başları ağdi! Amma?Valideynlərininki o qədər də yox! Sizin ki də dərddən ağarıb yəqin!Amma?Çox yaraşır!Mən elə bilirəm ki,Siz məndən böyüksunuz!Ona görə də "ehtiyatla yazıram!"Yoxsa...mən kim oldu, sözümü deyən adamam!Qoruq_ qaytaq yoxdur!Sözüm gedir ...havaya!Göydə" iz buraxır!"Yerdə isə oz ayaq izlərim!Rəhmətlik Nəsibə xanim demişkən:" Barmaqlarımı geyə bilərlər,amma yerişimi yeriyə bilməzlər!"🤣