Saleh qul Ömər ibn AbdulƏziz (1-ci hissə) - Useyd Turabov

Поділитися
Вставка
  • Опубліковано 7 лют 2025
  • Useyd Turabov 26 iyul 1977-də Bakıda anadan olmuşdur. Əslən azərbaycanlıdır. Ayrı sahələr üzrə 2 ali təhsili var. Yeniyetmə dövründə Qurani-Kərimi ərəbcə hifz etmişdir. 2000-ci ildə Səudiyyə Ərəbistanı, Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin əvvəlcə ərəb dilini öyrənmək üçün “Mahat”, ərəb dilini mükəmməl öyrənəndən sonra "Şəriət-Fiqh" fakültəsinə qəbul olmuşdur. Orada təhsil aldığı müddətdə əzbərlədiyi Qurani-Kərimi dünyaca məşhur qarilərə təhvil vermişdir. Həmin ərəfələrdə Mədinə şəhərində keçirilmiş Quran müsabiqəsində 100-dən 99 dərəcəni əldə edərək, 1-ci yerin sahibi olmuşdur.
    Mübarək Peyğəmbər məscidinin ali diplomuna nail olaraq orada tədris heyətinin üzvü təyin edilmiş və MDB-dən gəlmiş rus dilli millətlərin nümayəndələrinə Qurani Kərim hafizliyi üzrə müəllimlik etmişdir.
    Ramazan aylarında krallıq müsabiqəsi yolu ilə Mədinənin tanınmış məscidlərində təravih pnamazlarında "Xətmul Quran" imamı vəzifəsində işləmiş və məscidlərdə imamlıq etmişdir.
    Bununla yanaşı o əvvəlcə universitetin məscidində cümə xütbəsi azanını verən və 5 fərz namazı imam əvəzi, həmçinin, Ramazan ayının birində Qurani Kərimi xətm edən tələbələr sırasında məscid imamı vəzifəsində çalışmışdır.
    Qurani Kərimi Məscidul Nəbəviyyədə təhvil verəndən sonra Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) istinad olan şəcərəyə nail olmuş və Hafs an Asimin rəvayətlərini cəm edərək isnad sahibi şərəfinə nail olmuşdur.
    Məzun olmağına 2 il qalmış doktoranturada təhsil alan Keniyalı tələbədən Qurani Kərimi təhvil almış, ona müəllimlik etmiş və öz isnadını ilk varis olaraq ona vermişdir.
    Mədinə şəhərində ərəb dilinin mükəmməl şəkildə tədrisini aldıqdan sonra, 2009-cu ildə Mədinə İslam Universitetinin "şəriət-fiqh" fakültəsinin məzunu olmuşdur.
    Peyğəmbər məscidində Şeyx AbdulMuhsin əl-Abbad, Şeyx Saleh əs-Suheymi, Şeyx Süleyman Ruheyli, Şeyx Saleh Sindi və bir çox alimlərdən dərs almışdır.
    Tələbəlik illərində bütün dünyadan gələn tələblərin qəbulu şöbəsində sənəd qəbulu vəzifəsində işləmiş, həmçinin, həcc aylarında 3 dövlət dilinə (Azərbaycan, türk və rus) ərəbcədən fətva idarəsində tərcüməçi vəzifəsində çalışmışdır.

КОМЕНТАРІ • 6

  • @mecidpenahov21
    @mecidpenahov21 19 днів тому +1

    Əs səlamu aleykum və rəhmətullah, Allah razı olsun Useyd qardaş.
    Ya Rəbbim xəstəliyi olan müsəlmanların şəfasını ver, dərdləri, sıxıntıları olan müsəlmanlara qəlb rahatlığı ver. Bizdən əvvəlki müsaəlmanların günahlarını bağışla, onları bərzəx aləmlərini Cənnət bağçası et. Ya rəbbim bütün İslam ümmətinin günahlarını bağışla və onları doğru yola yönəlt, onları tövbə edənlərdən et. Uca Rəbbim mənə hidayət ver, məni islah et və mənə halaldan bol pul yetir. Boynumda olan qul haqlarını tam qaytarıb xeyirli işlər görüm deyə. Allahım mənə halal qazancımla ümrəyə və Həccə getməyə nəsib et. Ya Rəbbim məni bağışlayaraq canımı al və Cəhənnəmin odu mənə toxunmasın. Amin.

  • @KonulMemmedova-d8k
    @KonulMemmedova-d8k 21 день тому +2

    ƏSSƏLƏMU ALEYKUM VA RAHMƏTULLAHİ VA BƏRAKƏTUH. USEYT MÜƏLLİM ALLAH TƏBƏRAKƏ VA TƏALƏ ELMİNİZƏ BƏRƏKƏT VERSİN, SİZDƏN RAZI OLSUN VƏ SABİT ETSİN.SİZİ ALLAH RIZASI ÜÇÜN SEVİRİK VƏ DİNLƏYİRİK. ƏLHƏMDULİLLƏH.

  • @togrulsukurlu-t4p
    @togrulsukurlu-t4p 22 дні тому +2

    salamalekum shejx.Allah sàndàn razĺ olsun.Amin.

  • @LepkaEvi
    @LepkaEvi 21 день тому +1

    Salam aleykum.

    • @LepkaEvi
      @LepkaEvi 21 день тому

      Allah sizi qorusun

  • @togrulsukurlu-t4p
    @togrulsukurlu-t4p 22 дні тому +3

    Sheix etdijin sòhbàtinin sonunda birdahakĺ sòhbàtin olmasĺnĺ harada và nàvaxt inshaallah olacaqĺnĺ bildirki,camaahat axĺn axĺn gàlib fajdalansĺn nurunnan nàsiblàrini alsĺn.Arxanda sĺx saflarla dyzylyb namazlarĺnĺ qĺlsĺn.