İmadəddin Nəsimi İmam Əli haqqında (Gəl, ey mömin, mənim canım Əlidir) - səsləndirir Nazim Musabəyli

Поділитися
Вставка
  • Опубліковано 6 жов 2024
  • Gəl, ey mö'min, mənim canım Əlidir,
    Nə can, kim bil ki, cananım Əlidir.
    Nəsimiyəm Əli mədhin oxuram,
    Ki, bülbüli-gülüstanım Əlidir.
    Gözün aç, gör, ey talib, Əlidir dükkənə sərvər,
    Məhəmməd mə'dənü kandır, Əlidir qiyməti gövhər.
    Nəsiminin dilü canı Əli nurindən od alır,
    Əli vali, Əli vala, Əli sərvər, Əli səfdər.
    Nurinə saldı nəzər ol xaliqi pərvərdigar,
    Ayə döndü dərdim, ol heyrətdən oldu tarümar.
    Mən Nəsimiyəm ki, mədhi-şahi-mərdan söylərəm,
    Lafətə illa Əli, la seyfə illa Zülfüqar.
    Kimdir ol kim, pak olmuşdur, yolunda rahi-din,
    Razi-dari-Mustafa, həm şahi cümlə mö'münin.
    Ey Nəsimi, sən təvəlla qıl şahin övladına,
    Kim, Əlidir məzhəri taifi-rəbbülaləmin.
    Saqiya, bir cür'ə son əhli-səfanın eşqinə,
    Saqiyi-gövsər, Əli əl-mürtəzanın eşqinə.
    Ey Nəsimi, səng ilə öldür yezidi-müşriki,
    Ər degildir kim ki, çalmaz tiği cananın eşqinə.
    Qarə saçın ki, zülmətindədi nur,
    Anın adıdürür: nur, Əli nur.
    Nəsimi sözünü qılsın tətəbbö',
    Nə fəzl oldu bu əbdi-fəzli-dəstur.
    Təalallah şən hüsnün sifati kim müaladır,
    Ki, ərrəhman Əli ələrş istiva o mövladır.
    Nəsiminin bu gün düşdü gözünə dişlərin əksi,
    Zəhi pakizə gövhər kim, mühiti-eyni-dəryadır.

КОМЕНТАРІ • 165