Bir salama deymeyen esqe ölüm yarasir Rovsen Qasımov

Поділитися
Вставка
  • Опубліковано 7 вер 2024
  • Şeir Bəxtiyar Vahabzadə
    Ses Rövşən Qasımov
    Bu gün mən səni gördüm,
    Salam vermək istədim,
    Üzünü yana tutdun.
    Söylə, illərdən bəri
    Qəlbimizin bir duyub
    bir vurduğu illəri,
    Axı, nə tez unutdun?
    Beş ildə gözümüzdən axan o qanlı sellər,
    Bir salama dəymədi?
    Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
    Bir salama dəymədi?
    Heç üzümə baxmadan yanımdan necə keçdin?
    Sən eşqin salamını qorxuyamı dəyişdin?
    Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
    O qədər yaxın ikən, bu qədər uzaq oldun.
    Şirin gülüşlərimiz, acı fəğanlarımız
    Bir salama dəymədi?
    Qayğılı anlarımız, qayğısız anlarımız
    Bir salama dəymədi?
    Sən neylədin, bir düşün!
    Yalnız indi anladım: ah, sən daha mənimçün
    Əlçatmaz bir çiçəksən,
    Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
    Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
    Düz beş il ürəyimdə
    Bəslədiyim məhəbbət, bir salama dəymədi.
    Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
    Bəs nə oldu?
    Bu həsrət bir salama dəymədi?
    Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
    Sən necə etinasız ötə bildin yanımdan,
    Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
    Sənin qəlbin əsmədi.
    Geriyə də baxmadın!
    Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
    Qazancımız de, bumu?
    Deyilməmiş o salam əlvidamız oldumu?
    Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
    Bir salama dəyməyən eşqə ölüm yaraşır.
    Vidyonun digər kanallarda yayımı qadağandır.
    #rovsenqasimov #bextiyarvahabzade

КОМЕНТАРІ • 5

  • @user-su4np1eh3s
    @user-su4np1eh3s 7 місяців тому +1

    Bir salama deymedi super

  • @Eli-fl7cl
    @Eli-fl7cl 7 місяців тому

    Super

  • @abduroufjumanov-wv8cb
    @abduroufjumanov-wv8cb 4 місяці тому

    Малодец қардаш рашан.. Сизга омад тилайман. Только вперёд Аллаҳ рози бўлсин. Амийн

  • @e.x2411
    @e.x2411 7 місяців тому

    Əhsən sənə gözəl qardaş

  • @dilare8126
    @dilare8126 7 місяців тому

    ®️