Anar Atakishi - Darıxmışam / Günel Balakişi - şeiri /

Поділитися
Вставка
  • Опубліковано 11 жов 2024
  • Söz: Günel Balakişi
    / gunel.balakisi
    Səs: Anar Atakhishi
    ...
    Fon musiqi: • DAĞ ♫ Fon Müziği (Duyg...
    Bizim üçün darıxmışam,
    Şeir yazsam, gələrsənmi?
    Sənə elə möhtacam ki, bu aralar...
    Duysan....
    Görsən....
    Dönərsənmi?!
    Elə yorub həyat məni...
    Bilirsən ki, ağlamaqdan utananam.
    Utanmaqdan keçib daha,
    Hönkür-hönkür ağlayıram,
    Göz yaşımı silərsənmi?
    Hamı məndən üz çevirib,
    Doğmalarım düşmən olub,
    Qəlb sirdaşım,
    Ürək dostum,
    Bilsən, necə təklənmişəm?
    Gəlib mənə ürək-dirək verərsənmi?
    Baş götürüb getməyə də yerim yoxdur,
    Satılmışam...
    Dağılmışam....
    Ruhum ölüb.
    Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
    Mənə həyat verərsənmi?
    Gənc deyiləm,
    Daha canda can qalmayıb.
    Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
    Bir zamanlar mənə dərman təkcə səndin...
    İndi, hər yeməkdən əvvəl...
    Sonra...dərman!
    Eşitsən ki, bir xəstən var,
    Gəlib ona dəyərsənmi?
    Hər gün qonaqsan yuxuma.
    Ruhum, gecə olan kimi sənə gəlir.
    Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
    Qucaqlasan....
    Mən də sussam, qayğılardan uzaqlaşsam,
    Səndə qalsam....
    Yenə məni əvvəlkitək sevərsənmi?
    Bizim üçün darıxmışam,
    Şeir yazsam gələrsənmi..
    #GünelBalakişi #şeir #AnarAtakhishi

КОМЕНТАРІ • 11

  • @СамираГейдарова-д8л

    Bu qeder wer deyen hec vaxt ola bilmez super halal olsun

  • @sevincadigozelova5103
    @sevincadigozelova5103 Рік тому

    Azerbaycanın deyerli oğlu çox melahetli ses timpirniz var allah sizi bed nezerden qorusun amin . Möhteşem çox möhteşem . Maşallah .

  • @resmiyyebabayeva8727
    @resmiyyebabayeva8727 3 роки тому +3

    Gözəl düyular amma sevginə dəyər verməyib gedibsə unut ...

  • @Indiramoon77
    @Indiramoon77 Рік тому +1

    Любовь не ценят, любовь доказывают проявлением заботы и тепла, страсти, разделение горя и радостей на жизненном пути. Ценить можно красоту, исскуство.

  • @rufetabdullayev-wn8cw
    @rufetabdullayev-wn8cw Рік тому

    👍👍👍👍👍👍👍

  • @Lena-hz2rv
    @Lena-hz2rv Рік тому

    Всю жизнь приходится бороться.Сложно жить.

  • @xuramanisayev5173
    @xuramanisayev5173 2 роки тому

    💚👏👏👏💚

  • @ayazhidayetoglu
    @ayazhidayetoglu 2 роки тому

    Möhtəşəmsən abim ❤️🥰🙏

  • @ВусалМамедов-и6ж
    @ВусалМамедов-и6ж Місяць тому

    qəmli dünyamı sizin şeyirlərlə sakitləşdirirəm. İmza Aslanova Sahilə

  • @munevveraxundova3465
    @munevveraxundova3465 2 роки тому

    Musiqi səsi cox yüksəkdir...

  • @zhraquluzad3077
    @zhraquluzad3077 2 роки тому

    ,😥