Sevil | Севиль (1929) - səssiz film

Поділитися
Вставка
  • Опубліковано 16 кві 2024
  • 12+
    1919-cu il. Sevil (İzzət Oruczadə) savadsız bir qadındır. Ər evində min cür əzab əziyyətə dözür. Əri Balaşın (Ağasadıq Gəraybəyli) buyruğuna qul kimi müntəzirdir. Bununla belə, Balaş Sevilin bu fədakarlığını qiymətləndirmir. Sevil küçəyə atılır. Tək, kimsəsiz qadın məşəqqətlərə məruz qalır. Lakin yeni həyat Sevilin qurtuluş yolu olur. O, müstəqil həyata atılır... Film qadın azadlığı, məhdud dünyagörüşlü meşşanların, nadanların bu azadlığın yolunda əngəl olmaları kimi aktual məsələyə toxunur, eyni zamanda cəmiyyətdə öz yerini axtarıb tapa bilməyən, dədə-baba qaydalarına xor baxan, hətta öz doğma atasını belə bəyənməyən balaşları ifşa edir.
    Əsərin müəllifi: Cəfər Cabbarlı
    Ssenari müəllifi: Cəfər Cabbarlı, Qriqori Braginski
    Rejissor: Aleksandr Bek-Nazarov
    Quruluşçu operator: İvan Frolov
    Quruluşçu rəssam: Aleksandr S. Qonçarski
  • Фільми й анімація

КОМЕНТАРІ • 3