Rasim Balayev ona satqın dedi, çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, oğlunu şərlədilər

Поділитися
Вставка
  • Опубліковано 24 тра 2022
  • Azərbaycan kinosu deyiləndə ilk ağıla gələn aktrisalardan birindən danışırıq... Təkcə “Cəbiş müəllimin” arvadı rolu yəqin ki, kino tarixinin əbədi möhürlərindən biri kimi qalacaq... İkinizi də Allah öldürsün, səni də, Hitleri də”... Bir var, Şəfiqə Məmmədova...
    Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Dərbənddə doğulub, orada böyüyüb. Dərbənddən Bakıya gələn Şəfiqə xanım Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya teatr aktyoru fakültəsinə qəbul olub.
    Tələbə yoldaşlarının sözlərinə görə Şəfiqə xanımın çox gözəl səsi varmış. O, emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında "dəli-dolu" bir xanım olub. İnstitut illərində də həmişə göz qabağında olan, ən sayılan, seçilən tələbələrindən biri olmağı bacarıb.
    O vaxt teatrın baş rejissoru yaradıcılığa, tamaşalara, aktyorlara - hamısına rəhbərlik edirdi. Tofiq Kazımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Zəfər Nemətov kimi baş rejissorlar instituta gəlib həm tələbələrə dərs keçir, həm də o kursun tamaşalarına baxırdılar. Şəfiqə Məmmədovanın iştirakı ilə olan tamaşaları izləyən rejissor Tofiq Kazımov onu musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət edir.
    1968-ci ildə Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, 1981-ci ildə Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.
    Aktrisa iki dəfə ailə qurub. O, teatra gələndən bir müddət sonra rejissor Mehdi Məmmədovla tamaşalarda tərəf müqabili olur. Qarşılıqlı tandem, lirik qəhrəmanları oynamaqları onların arasında sevgi münasibətinin təməlini qoyur Bir müddət sonra isə Şəfiqə Məmmədova aktrisa Barat Şəkinskayadan yeni ayrılmış Mehdi Məmmədovla ailə qurur. 1973-cü ildə onların Ülvi adlı bir oğlu dünyaya gəlir.
    Ülvi Mehdi 1996-ci ildə Sankt-Peterburq şəhərində ailə həyatı qurub, amma 2000-ci ildə xanımından boşanıb. Bu evlilikdən onun bir qız övladı var.
    Şəfiqə Məmmədovanın ikinci evliliyi - hazırkı həyat yoldaşı Rafiq Behbudov olub. Bu evlilikdən də aktrisanın Teymur adlı bir oğlu var.
    Şəfiqə Məmmədova xeyli müddət dram teatrının aparıcı aktrisalarından biri olsa da, sonradan o, teatrdan küsüb gedir.
    Aktrisa kino yaradıcılığı dövründə "Qaraca Qız", "Dədə Qorqud", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü", "Çarvadarların izi ilə" filmlərinə çəkilib.
    Şəfiqə Məmmədova müsahibələrinin birində rolları haqqında deyir:
    “Öz filmlərimə baxa bilmirəm. Bir tərəfdən xatirələr yada düşür, digər tərəfdən isə fikirləşirəm ki, o rolu daha yaxşı, daha peşəkarcasına oynaya bilərdim”.
    Aktrisa bir müddət Akademik Milli Dram teatrının direktoru olmuş Həsənağa Turabovun vəfatından sonra Dram Teatrına onun yerinə müdir təyin olunsa, sonradan istefa verir.
    Bir neçə il əvvəl aktrisa ilə həmkarı Rasim Balayev arasında gərginlik yaranıb. Hər iki sənətkar bir-biri haqqında mətbuatda xoşagəlməz ifadələr işlədiblər. Rasim Balayev aktrisanı yaltaq və satqın adam adlandırsa da, 2019-cu il 8 Mart günü Şəfiqə xanıma zəng edərək, onu təbrik edib, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyini dilə gətirib və bununla da iki tanınmış sənətkar arasında baş verən inciklik sona çatıb.
    Aktrisa 1995-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olub. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.
    Aktrisaya kino sahəsində ən böyük məşhurluğu "Bizim Cəbiş müəllim" filmindəki Cəbişin arvadı rolu gətirib. Filmlə bağlı bir müddət əvvəl müxtəlif fikirlər səslənib. Belə ki, "Bizim Cəbiş müəllim" filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, filmin sonunda Cəbiş müəllimin arvadının alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb. Bu haqda aktrisa fikirlərini belə ifadə edib:
    Bu yaxınlarda Teatr Xadimləri İttifaqında Milli Teatr Günü ilə bağlı təşkil olunan tədbirə qatılan Şəfiqə xanım səhnəyə çıxaraq bu fikirləri səsləndirib:
    “Kövrəldim... Xoşbəxtəm ki, mənim həyatımda səhnə, teatr olub. Mən Teatr Xadimləri İttifaqına, Azərpaşa müəllim sizə təşəkkürümü bildirirəm ki, yenə bu gün məni səhnəyə çıxartmısınız. Mən bu gün səhnədə olmasam da sənətə davam edirəm, teatr sənəti ilə məşğulam, saysız-hesabsız tələbələrim var. Bu gün Milli Teatr Günündə sizə bir etiraf etmək istəyirəm, bu çox ciddi bir etirafdır. Bu yolu keçmişəm, amma inanın ancaq səhnədə mən xoşbəxt və azad idim” deyə aktrisa bildirib.

КОМЕНТАРІ • 197

  • @iradasadixova6067
    @iradasadixova6067 2 роки тому +58

    Kimlər gəldi,kimlər keçdi Azərbaycan səhnəsindən...Amma Şəfiqə Məmmədova fenomenini heç kim təkrarlaya bilmədi.Azərbaycan kinosunun gəlib getmiş ən gözəl aktrisası.Sənət ona yaraşırdı,o da sənətə.Allah ömür versin!

  • @ayxanhavaloglu4985
    @ayxanhavaloglu4985 2 роки тому +68

    Şəfiqə Məmmədova deyərdim ki, ən istedadlı Azərbaycan aktrisalarından biridir . O, rollarını çox gözəl və möhtəşəm ifa edib . Bir də ki, sənəti , şəxsi həyatla qarışdırmaq düz deyil . Azərbaycanın tam mənada fəxr edə biləcəyi sənət adamıdır .

  • @feridismaylzade8338
    @feridismaylzade8338 2 роки тому +58

    Çox sağ olun ki, bekə təkrar olunmaz sənətkarlar haqda bizim bilmədiyimiz məlumatları verirsiz .ŞƏFİQƏ MƏMMƏDOVA çox sevdiyim aktrisa.ALLAH can aağlığı versin.🤲🤲🤲 Belə sənətkarlarımız heyifki, çox az qalıblar.

  • @refiqememmedova826
    @refiqememmedova826 2 роки тому +63

    Çox sevdiyim, şəxsiyyətinə pərəstiş etdiyim korifey sənətkardı Şəfiqə Məmmədova.

    • @yalanlarnifsas.8992
      @yalanlarnifsas.8992 2 роки тому +3

      Salam.
      Pərəstiş , sitayiş ,ibadət - bunlar sinonimlərdir.İnsanlara yox Allaha pərəstiş etmək lazımdır.

    • @asyagurbanova4464
      @asyagurbanova4464 Рік тому

      @@yalanlarnifsas.8992 :" cx"c"

  • @fail2959
    @fail2959 2 роки тому +37

    Şəfiqə xanım bütün rollarını çox təbii oynayıb, hərtərəfli, həm səsi ilə, həm də ki, hərəkətləri, baxışları və mimikaları ilə. O, böyük istedad sahibidir. Bu isə hər adama nəsib olmur. Cansağlığı Sizə, hörmətli Şəfiqə xanım!

  • @gulyakerimova9849
    @gulyakerimova9849 2 роки тому +5

    Bu cürə maraqlı videoya görə sizə çox minnətdaram,çox saq olun 👏

  • @IsmailIbrahim-oe6wu
    @IsmailIbrahim-oe6wu 4 місяці тому +3

    Şəfiqə Məmmədova Azərbaycanın gəlmiş-keçmiş ən möhtəşəm, şedevr işlərə imza atmış Aktrisasıdır. Biz xoşbəxtik ki, bu cür istedadlı bir aktrisanın filmləri ilə böyümüşük. Allah Şəfiqə xanıma can sağlığı, uzun ömür versin.❤️

  • @ilahhmdova1131
    @ilahhmdova1131 2 роки тому +64

    Çox heyif belə ğözəl xanım sənətkarımız tez səhnəni tərk elədi.Əsil azərbaycanlı xanımı ğörünüşü var idi

  • @mirzayev9929
    @mirzayev9929 2 роки тому +57

    Allah Şəfiqə xanıma can sağlığı versin! Belə sənətkarlar 100 ildən bir doğulur!Səhnəmizin gözəl aktrisası!Kaş yenə filmlərə cəkiləydi, yəqin ki, əvvəlki kimi yenə yüksəkdə olardı!Onun tələbələrini şanslı saymaq olar, çünki Şəfiqə xanım kimi müəllimləri var!

    • @aliabdulla7395
      @aliabdulla7395 2 роки тому +10

      İndi film çəkə bilən varki çəkiləcək
      Ancaq düşük səviyyəsiz gəndəərdi ekranda

    • @azenarkoz7043
      @azenarkoz7043 2 роки тому +6

      Düz deyirsiz heyif o illərdən

    • @aaaaaa-vg6gn
      @aaaaaa-vg6gn 2 роки тому +4

      filim çəkən varki çəkilsin?

    • @user-yk6dc2np9q
      @user-yk6dc2np9q 2 роки тому +5

      Очень нравится это актриса здоровья ей долгих лет жизни я тоже из Дербента и не знала что она оттуда

  • @alimmiriyeva3306
    @alimmiriyeva3306 2 роки тому +17

    Esil sehneye yarawan mehtewem senetkardir.adam baxdiqca heyran olur hem goseldi hem de rollarini cox meharetle tebii oynayir.

  • @mezahirqasimov6360
    @mezahirqasimov6360 2 роки тому +27

    Ğözəl AZƏRİ XANIMI, SƏNƏTKARI.ALLAH can sağlığı versin ŞƏFİQƏ XANIMA.🙏🙏

    • @yenisey4730
      @yenisey4730 2 роки тому +5

      Azəriiii yox, TÜRK!!!!!

  • @Joker-er3fk
    @Joker-er3fk 2 роки тому +11

    Cox sag olun bu verilişə görə

  • @asfgasdgdjjds5025
    @asfgasdgdjjds5025 2 роки тому +8

    Sehnede azad ve xoshbext idim.! Cox sag olun. Bu soz her seyi deyir . Gozel demisiniz

  • @Joker-er3fk
    @Joker-er3fk 2 роки тому +31

    Cox sevdiyim aktrisadır Əvəzedilməz sənətkardır onun ücün darıxmışam

  • @elsnquliyev8366
    @elsnquliyev8366 2 роки тому +24

    Çox sağ ol qardaş . Belə sənətkarları unutmursuz !

  • @NargizRahmatova
    @NargizRahmatova 2 роки тому +5

    Sevə- sevə baxıram həmişə. Cansağlığı arzulayıram böyük sənətkara.

  • @BSFATEH055
    @BSFATEH055 2 роки тому +3

    Aparicimiza teşekkurler

  • @serqiyyemuellime3659
    @serqiyyemuellime3659 2 роки тому +13

    Ən .çox sevdiyim aktrisa,Allah can sağlığı versin

  • @userbaku9812
    @userbaku9812 2 роки тому +30

    Şəfiqə xanım çox istedadlı aktrisadır.

  • @esanesan691
    @esanesan691 2 роки тому +11

    Ğözəl və istedadli əsil sənətkar xanim.

  • @abbrashad1857
    @abbrashad1857 2 роки тому +14

    Sızı cooox sagolun verlıshe gore 👍🇦🇿🌹🧿🙏☝️

  • @nailaamirova6005
    @nailaamirova6005 2 роки тому +8

    Verlişlərə görö çox sag olun .

  • @simayxudiyeva5312
    @simayxudiyeva5312 2 роки тому +4

    Əvəzolunmaz bir sənətkar !Sizi çox sevirik ! Bütün rollarının bizə əzizdir . Baxmaqla doymaq olmur .Allah sizə can sağlığı versin . 🤲🙏💋❤

  • @narminamuradova8511
    @narminamuradova8511 2 роки тому +13

    Şəfiqə xanımı və rollarını çox sevirəm heyf çox tez getdi səhnədən

  • @azerbaycanazerbaycan5205
    @azerbaycanazerbaycan5205 2 роки тому +16

    Allah gözəl sənətkarımıza uzun ömür versin .

  • @sevilnecefova1263
    @sevilnecefova1263 2 роки тому +42

    Hər yerdə gözümüz onu axtarır. TƏKRAROLUNMAZ SƏNƏTKARDIR. ONU HEÇ KİM HEÇ VAXT ƏVƏZ EDƏ BİLMƏZ.

  • @subnaznuriyeva5384
    @subnaznuriyeva5384 10 місяців тому +1

    Sərdar balam bütün mesajlarına görə çox sağ ol

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 2 роки тому +6

    Allah Sizi Qorusun Şəfiqə Xanım Var Olasiniz

  • @azerbaijan_az
    @azerbaijan_az 2 роки тому +9

    Hörmətli aparıcı!! ! Sizə çox minnətdarıq, təşəkkürlər, gözəl insanlarımızı bizə tanitdirirsiniz, yaxşı mənada. Amma Şəfiqə xanımın ən böyük işi,,""Dədə Qorqud""filmindən heç danışmadiniz. Əvəzedilməz Burla Xatun!!!
    Sizədə,, Şəfiqə xanıma da 120 il ömür arzulayıram. 🌹💞🌹💞🌹💞🎹

    • @aybenizaslanov7048
      @aybenizaslanov7048 2 роки тому

      Dədə Gorgud filminin adınıda cəkir.Şəfigə xanım cox gözəl Aktrisadır.

    • @azerbaijan_az
      @azerbaijan_az 2 роки тому +1

      Hə düzdür,ən başda bir dəfə qeyd etdi. Amma o filmi o qədər çox sevirəm ki,istəyərdim ki, xırda bir epizod göstərsin. Sizə də çox təşəkkürlər. 🌹

    • @aybenizaslanov7048
      @aybenizaslanov7048 2 роки тому +1

      @@azerbaijan_az Orda ancag Garaca gız və Bizim Cəbiş müəllim filmlərindən kadrları göstərdi.Dəyməz.🌹🌺🌷💐

  • @nisetahirova4100
    @nisetahirova4100 2 роки тому +14

    Bu aktrisaya xüsusu sevğim var təkrarolunmaz sənətkardı darıxdım onunçün

  • @gulkarasu7080
    @gulkarasu7080 2 роки тому +7

    Bol başarılar ve uğurlar diliyorum 🙏🇦🇿

  • @user-bk1vy4tm1o
    @user-bk1vy4tm1o 2 роки тому +6

    Великая, нерпевзойденная Актриса. Любим и желаем здоровья и долгих лет

  • @mominetehmedova858
    @mominetehmedova858 2 роки тому +9

    Çox sağolun Sərdar bəy çox mükəmməl ideyanız var hamı maraqla izləyir sizi təşəkkürlər

  • @xalidvliyeva9089
    @xalidvliyeva9089 2 роки тому +7

    Retro kinolarımız hamsı əladır,baxdıqca baxırsan.Aktyor bütün yaşlarında aktyordu,sərhədsiz..........

  • @nesimialesgerov3959
    @nesimialesgerov3959 2 роки тому +6

    Var olun .. Əlavə edi kj , .Şəfiqə xanım İncəsənətə qəbul olduğunu valideyinlərindən gizlədib .Hardasa 2 ya 3 il valideyinləri elə bilib ki , O Tibb inustutunda oxuyur ..

  • @hacixanim1901
    @hacixanim1901 2 роки тому +15

    Çox istedadlı və gözəl xanımdır.İndi elə istedadlı aktyorlar yox dərəcəsindədir.

  • @nergizmusic2688
    @nergizmusic2688 2 роки тому +3

    Cox maraqli bir aktrisa haqqinda melumat verirsiniz Size teshekkur edirik

  • @ilqarmamedli425
    @ilqarmamedli425 2 роки тому +3

    Çox sağ olun çox gözəl aparıcılıq edirsiniz. Şəfiqə Məmmədova çox sevdiyim aktrisalardandır. O, öz gözəlliyi, səsi və istedadı ilə bizləri həmişə valeh edibdir. Ancaq çox heyif ki, xoşbəxtliyi tamaşalarda və filmlərdə yaşamışdır. Buna çox üzüldüm. Heyif, çox heyif...

  • @sevdaabbasova1973
    @sevdaabbasova1973 2 роки тому +8

    Böyük sənətkar ! O qədər təbii oynayırdı ki .🙏🙏🙏❤️❤️❤️

  • @ismixanismixan3289
    @ismixanismixan3289 2 роки тому +8

    Şəfiqə Xanım Azərbayçan teatrının
    daim parlayan
    ŞAH ƏSƏRİDİR

  • @baklbalas5106
    @baklbalas5106 2 роки тому +10

    Şəfiqə xanım həm gözəl Sənətkar, həm gözəl insan, həmdə gözəl Pedaqoqdur!!! Yeri görünür kinomuzda, qayıtsaydı əla olardı.

  • @afaqqasimova021
    @afaqqasimova021 2 роки тому +15

    Şefiqe xanim çox istedadli aktrisadi .

  • @sakinaasadova5781
    @sakinaasadova5781 2 роки тому +13

    Šefige xanim Azebaycanin Sofi Lorenidi .

  • @emiliyarasulova2776
    @emiliyarasulova2776 5 місяців тому +1

    Cox gözəl xanım olub və indidə gözəldir❤

  • @rixardzorqe2052
    @rixardzorqe2052 2 роки тому +4

    Bu aktyorların hamısı sənət fədailəri idilər.

  • @xanzadeeyvazov708
    @xanzadeeyvazov708 2 роки тому +7

    Çox sevilən aktrisa-Səfiqə xanım,cansağlığı arzulayırıq.

  • @elsnquliyev8366
    @elsnquliyev8366 2 роки тому +12

    Korifey sənətkarımız Şəfiqə Məmmədova !

  • @esgerhaqverdiyev8666
    @esgerhaqverdiyev8666 2 роки тому +13

    Mən sizi izləyirəm və bəyənirəm çooox sağ olun əməyinizin əvəzin Allah versin Şəfiqə xanım onun sadəcə yerişi duruşu və susqunluğuda bir aktrisa kimi istedaddır hər zaman uçun əvəzsiz sənətkardır mənim çox sevdiyim sənətkar...

    • @vilayetmemmedov5595
      @vilayetmemmedov5595 2 роки тому +2

      Ən sevdiyim və sənətinə hörmət etdiyim böyuk sənətkar.

    • @hesanagahesenov8652
      @hesanagahesenov8652 2 роки тому

      Gözəl xanım isdedalı aktrisa. Sağ olun ki məlumatlandırırsız. ..niyə görünmürdü ..çox maraqlı idi....

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k 2 роки тому +2

    Шафига ханым,сечилан сайылан,ярашыглы, истедадлы актрисадыр 😘🌹🌹🌹

    • @saraorucova5367
      @saraorucova5367 2 роки тому +1

      Şəfiqə xanim istedadli aktrisadir.sag ol Muğlan balam.

  • @konulrzayeva4354
    @konulrzayeva4354 2 роки тому +5

    Evez olunmaz senetkarlar. Allah sizlere can sagligli omur versin. Uwagligmizin gozel xatireleri

  • @susannakutluca3544
    @susannakutluca3544 2 роки тому +4

    Menim sözüm bloğeredir.O geder keder var ki, sesinizde... Bir az çalışın öz üzerinizde... Uğurlar Size! Şefige xanıma ğelince , evezolunmaz Aktrisadır♡

  • @esmerzeynalova2897
    @esmerzeynalova2897 2 роки тому +3

    Yaddaşlarda qalan və çooox sevilən aktrisa! 🌷⭐💜

  • @bayazyusifova7432
    @bayazyusifova7432 2 роки тому +7

    ƏN ÇOX SEVDİYİM AKTRİSADIR.ROLLARINI ÇOX GÖZƏL İFA EDİB.

    • @cbraylqnbr8061
      @cbraylqnbr8061 2 роки тому

      Gözəl aktrisa olub .. Əgər poeziya və bədii qiraətə də marağınız varsa buyurub elə bu kanalımda şeirləri ifamda dinləyə bilərsiniz 🙏 Bəyənsəniz abunə və layk etməyi dəstək olmaq üçün çox rica edirəm 🙏🤲🤝

  • @taxminakazimova2540
    @taxminakazimova2540 Рік тому +1

    Halal olsun oglum cox gozel mohtesem verlisdi sagol ugurlar

  • @leylamva525
    @leylamva525 Рік тому

    Qədd qamətli, gözəl Azərbaycan xanımı, əsl Burla Xatun olub Şəfiqə xanım.

  • @faxrandaisayeva2686
    @faxrandaisayeva2686 2 роки тому +16

    Sevdiyim aktrisa,bir de olmayacaq bele akrtisadan

  • @whiteman7085
    @whiteman7085 2 роки тому +9

    Böyük etirafdir həm də ağır Ey həyat sən nə qəribəsən Şəfiqə xanım peşəkar kino xadimidir ağıllıdır incəsənətimizin sütunlarından biridir sevirik bəyənirik Sizinlə fəxr edirik Ancaq səhnədə azad və xoşbəxt olan eyni zamanda öz gözəl rolları ilə tamaşaçılarına azadlıq və xoşbəxtlik hislerini çatdıran əziz Şəfiqə xanım Allah canınızı sağ eləsin Siz hələ xalqımıza lazımsıniz Hörmətliə Mingəçevirdən salamlayırıq

  • @nuraneyusifova3298
    @nuraneyusifova3298 2 роки тому +6

    Sevrem o xanımı yekdi ela ve hemise yadda qalan xanımdı

  • @azerbaijan_az
    @azerbaijan_az 2 роки тому +28

    Özüdə,aktrisaligida,səsidə çox gözəl və möhtəşəm qadındır. Xaricdə belə aktrisaları yüzlərlə filmlərə çəkirlər,lap qocalıq yaşlarında da. Amma bizimkilər 50 yaşında,60 da səhnədən uzaqlaşırlar . Daha doğrusu uzaqlaşdırırlar. Belə gözəl aktrisa gör necə ildir ki,filmlərə çəkilmir,teatrda tamaşa oynamır.Cox təəssüf.

    • @cbraylqnbr8061
      @cbraylqnbr8061 2 роки тому +1

      Çooox doğru buyurduz .. Dəyər verilməyəndə sənətkar da sənətdən uzaq olur .. Heyif 😢

  • @darvinhuseynov769
    @darvinhuseynov769 5 місяців тому

    Çox sevdiyim sənətkarımız .

  • @hurueliyeva1868
    @hurueliyeva1868 2 роки тому +6

    Şəfiqə xanım çox sevdiyim aktrisalardanbir Allah qorusun !

  • @tamillaahmedova6351
    @tamillaahmedova6351 Рік тому

    Azərbaycanin hər bir aktyor və aktrisasi xalg ucun əziz və əvəzolunmazdir yaxşi ki sizlər bizim əzizimiz sevilənlərimizsiniz var olun 💞💞💞🙏

  • @saraomarova3282
    @saraomarova3282 2 роки тому +3

    Аzerbaycanin Anna Manyanasi . Cox sevdiyim aktrisa Safiga Memmedova 💐

  • @kamranzeynalov6265
    @kamranzeynalov6265 2 роки тому +3

    шефиге ханма алах омур версин

  • @reyhanenezereliyeva8427
    @reyhanenezereliyeva8427 2 роки тому +26

    Çox istedadlı sənətkar.Allah cansağlığı versin.

    • @aybenizrahimova5794
      @aybenizrahimova5794 2 роки тому +2

      Allah qorusun fonomen aktrisamızı!
      Deyirlər ki, “bu rolu, digər roldan daha gözəl oynayıb, “ bu obrazı ilə yadda qalıb “ və sairə. Əslində Şəfiqə xanımın kiçikdən tutmuş, böyüyə qədər oynadığı bütün obrazları təkrarolunmazdır, bir möcüzədir. Mən onu “ Pəri cadu”da oynadığı rolunu unuda bilmirəm. “Dəli yığıncağı”ndakı obrazı unudulmazdır. Şəfiqə xanım aktyorluq sənətinin sirrlərini nə qədər öyrətməyə çalışsa da, istedad insanın təbiətindən gəlir,Şəfiqə xanım öz istedadını onlara keçirə bilməyəcək. Çox çox heyf, belə aktrisalarımız yoxdur. Bilmirəm bəlkə nə vaxtsa yaranacaq, amma indiki vəziyyətdə bu cür düşünmək belə çətindir.Eşq olsun sənətə, sənətkata!!!👏👏👏👏👏

  • @maqagaming9623
    @maqagaming9623 2 роки тому +6

    Allah bizim əvəzolunmaz aktrisamıza can sağlığı versin.Həmişə yüksəklərdə olan sevimli aktrisamız.Biz sizi çox sevirik.

  • @CeyhunKazimov-us8yf
    @CeyhunKazimov-us8yf 3 місяці тому

    Allah kömeyi olsun.Filmmlerimiz Tamaşalarimiz parçalandi Heyif bele dövrun yaddaşlara hekk etdiren xatirelerden yaxşini pisi Ayirirdiq.Telim terbiye qanacaq edeb erkan böyuk kiçik davranuşi.Efsuslar olsun getdi. .Umud var ola biler.Allah Tekdir .Birdir. Sizlerde çox saqolun paylaşdiniz. Minettariq.

  • @ilhameismayilova3649
    @ilhameismayilova3649 2 роки тому +6

    Azerbaycanda en yaxßi qadin aktirisadi Şefiqe xanim.

  • @refiqememmedova826
    @refiqememmedova826 2 роки тому +6

    Allah ona can sağlığı versin.

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 2 роки тому +10

    Nə qəribə talelər var

  • @elmirsalmanovallqhuekber3207
    @elmirsalmanovallqhuekber3207 2 роки тому +6

    Beli.Sefiqe xanim cox gozel senetkardi.Saqliqinda qedrini bilek.

  • @saidebayramova2629
    @saidebayramova2629 2 роки тому +2

    👍👍👍👍👍👏👏👏💖💖💖💖💖💖💖

  • @reyhanqasimova8043
    @reyhanqasimova8043 2 роки тому +1

    Cox sag olunki cox sevdiyim ve hormet beslediyim aktrisa haqqinda melumatlandirdiniz,

  • @alimmiriyeva3306
    @alimmiriyeva3306 Рік тому +2

    Heyranliqla baxgigim aktrisa.evez olunmazdir.Allah can sagligi versin esil cenetkarimiza.

  • @larafabian9568
    @larafabian9568 2 роки тому +5

    Bizim akademiyada aktyorluq dərsi deyir

  • @mahiralatifova9270
    @mahiralatifova9270 Рік тому

    ÇOX SEVİRİK BU AKTRİSANI ƏTRAFLI MƏLUMAT ÜÇÜN SAĞ OLUN.

  • @zahirnaciyev5057
    @zahirnaciyev5057 2 роки тому +22

    Azəbaycanin Sofi Loreni . 👍 . Sadəcə M . Mastroyanni kimi tərəf muqabili olmuyub .

    • @selimenikbin958
      @selimenikbin958 2 роки тому +2

      çox doğru benzetme. Allahu celle celal sağlıklı, huzurlu etsin kalan ömrünü İnşallah!

    • @lalamamedova6190
      @lalamamedova6190 Рік тому

      niyə ki Mehdi Məmmədovla gözəl rol oynayıblar

    • @zahirnaciyev5057
      @zahirnaciyev5057 Рік тому

      @@lalamamedova6190 salam . " Gùnəbaxanlar " filminə baxin . M . Mastroyanni necə gozəl rol oynuyur . S. Loren bu təsirdən zəif oynaya bilməzdi.

  • @whiteman7085
    @whiteman7085 2 роки тому +2

    Layk Super Afərin

  • @bahramqasimov5346
    @bahramqasimov5346 6 місяців тому

    Allah Şəfiqə xanıma möhkəm cansağlığı versin. 🤲♥️🙏

  • @baharzulfuqarova9998
    @baharzulfuqarova9998 2 роки тому +3

    O, səhnədən getdi.Və həmishə səhnələrdən,ekranlardan onu həsrətlə axtardıq.

  • @gunesay4407
    @gunesay4407 2 роки тому +12

    Cox gozel,istedadli ,xanim xatin bir qadin.Indi bele aktrisalar var???

  • @sahinezimli
    @sahinezimli 2 роки тому +1

    Korifey sənətkarlarımızdan biri,xanımlar xanımı.Özünə və sənətinə böyük hörmət bəslədiyim Azərbaycan xanımı.

  • @rzaismayilov6586
    @rzaismayilov6586 2 роки тому +10

    Film elə çəkilməsəydi yadda qalan heç nə olmazdı ,axı bu kinodur insanlar düşünməlidir çəkilişdə kənarda nə qədər insan tamaşa edir.

  • @mahmudova4779
    @mahmudova4779 2 роки тому +10

    burda ne varki, heç bele gözel fil ıer indi var? indi ne bele filmler yoxdu, ne de bele aktrisalar, aktyorlar heyif onlardan

  • @nusabmirzyeva4461
    @nusabmirzyeva4461 2 роки тому +1

    Gözəl aktyorlar gözəl filimlər

  • @azenarkoz7043
    @azenarkoz7043 2 роки тому +3

    Keşkə çox yaşìyaydìlar bu cür əvəz olunmaz sənətkarlar

  • @nacibarzayeva2670
    @nacibarzayeva2670 Рік тому

    Bir hayat tarixcasi,cox maraqll idi.

  • @cemilsirinbeyli1178
    @cemilsirinbeyli1178 Рік тому

    Böyuk aktrisa.Çox heyifki səhnədən tez getdi.

  • @mavidunya6600
    @mavidunya6600 9 місяців тому

    Geşeng gadın idi Çox sevirdim onu Mukemmel sesi adamı valeh edirdi

  • @razin-razintt4777
    @razin-razintt4777 8 місяців тому

    Kalinqraddan salamlar 26.09.2023

  • @Namik6819
    @Namik6819 2 роки тому +2

    Men bu filme defelerle baxmışam (Bizim Cebiş müellim) bilirsiniz kinoda Hesen Seyidbeylinin üç övladının üçü de iştirak edir (Namiq ve Cebiş müellimin iki uşağı oğlan ve qız)

  • @mamulikqarayeva7989
    @mamulikqarayeva7989 Рік тому

    Shefiqe Memmedova en yaxshi aktrisalardan biridir.cox qozel rollar ifa edir. Ona baxanda zovq aliram.
    Allax ona can sahlihi versin.

  • @xatirememmedzade729
    @xatirememmedzade729 2 роки тому +3

    Yaxşı ki xəyanət səhnəsi çıxarılıb.axi bizim saf pak usaqliqimizin illəri olan o filmlər yafdaslarimizda qozel filmlər kimi qalmalıdır və qalib da.

  • @fuadhuseyinov6961
    @fuadhuseyinov6961 2 роки тому +1

    Derbend şəhərinde şəfiqe xanıma salamçar

  • @firaallam7574
    @firaallam7574 2 роки тому +1

    Allah saglam ömur versin sənətkara

  • @AAB233u2
    @AAB233u2 2 роки тому +2

    Cox hozel semetkar

  • @user-gd3lh6jv8h
    @user-gd3lh6jv8h 2 роки тому +16

    Elede intim sehnesi diyirsen ele bil pastelde lūt olublar
    Ay aparici intim basqa seydi !
    Burda sadece qonsunun xosuna qelir qadin da etiraz edir
    Vallah bu millet lap ne qeder qeri zekali oldu
    Intim pastelde lūt cekilen seksi senariye deyili ! 2 kelme söze diyilmir !

    • @agqara3466
      @agqara3466 2 роки тому +1

      Bəs nə desinlər?

    • @azerbaijan_az
      @azerbaijan_az 2 роки тому +2

      @@agqara3466 heç nə! 😄😄😄😄🌹🌹🌹

    • @agqara3466
      @agqara3466 2 роки тому

      @@azerbaijan_az nəsə deməlidilərdə. Adsız dəyirmanda xoruz oleer 😄😄

    • @user-gd3lh6jv8h
      @user-gd3lh6jv8h 2 роки тому

      @@agqara3466 ay ag qara cuska demelidir ki :
      Qadini 2 kelme sozle yoldan cixartmaq istedi o da alinmadi qadin yaxsica payini verdi !
      Yoxsaki erine xeyanet etdi dimeli deyil qadin orda pis bir hereket etmir ki erine xeyanet etsin eksine qonsunun agzinin payini verir !
      Sizi kimi qeri zekalilarda filmin sozlerine yox e şekline baxirsiz 🙄🙄

  • @vefaosmanova8138
    @vefaosmanova8138 2 роки тому +1

    Maraqlı videodu amma üzünüz çox durgun video daha uzun olarsa səsiniz monoton və qolunuzun bağlı olması isə videoya negativlik verir.Fikrim sizi ifşa etmək yox sizləri daha yaxşı gormekdir

  • @lalememmedli5566
    @lalememmedli5566 2 роки тому +22

    Rasim Balayev nahaq öz adını Şəfiqə xanıma qoyub!Rasim Balayev yaltaqlıqda rekord vurub!Sənətkarlar arasın da iki sınmayan,mərd,kişi kimi insan tanıdım:1.Rəhmətlik Fuad Poladov 2.Cavanşir Quliyev.

    • @user-sx3mi2nt8z
      @user-sx3mi2nt8z 2 роки тому +2

      Başim şişdi ne demek istediynizi anlamadim

    • @lalememmedli5566
      @lalememmedli5566 2 роки тому +5

      Anlamanıza ehtiyac yoxdur!Arif insan o saat anlayar!

    • @cbraylqnbr8061
      @cbraylqnbr8061 2 роки тому +2

      Çox təşəkkür edirəm Fuad Poladovu unutmadız .. Əgər poeziya və bədii qiraətə də marağınız varsa buyurub elə bu kanalımda şeirləri ifamda dinləyə bilərsiniz 🙏 Bəyənsəniz abunə və layk etməyi dəstək olmaq üçün bir keçmiş döyüşçü kimi çox rica edirəm 🙏🤲🤝

    • @selimenikbin958
      @selimenikbin958 2 роки тому +2

      he, çox doğru her ikisi boyuk sevgiye, saygıya layık ve böyuk senetleri kimi özleri de böyuk senetkarlardir. Allah rahmet eylesin Poladova. Cavansir muellime de sağlıklı, bereketli bir ömür versin inşallah!

    • @fjmgwshgw1500
      @fjmgwshgw1500 2 роки тому +6

      Ay Lalecik sen Rasimle Şefiqeni bir tutursansa sende ele o xanımla eyni agıldasan . Gör kim kime ne deyir Rasim Balayevin satqınlıgını görmüsen ya onunla oturub durmusan . Onu inciden olmasa kimsenin qelbine deyen deyil. Teki senin kimiler Rasim qeder agıllı ve savadlı olaydı. Onun popuryarlıgı ondan evvelkileri qısqandırırdı bu qeder besit.

  • @elnareqasimova3219
    @elnareqasimova3219 2 роки тому

    En çox sevilən aktrisa❣🌹🌹🌹