Türkiyə və İsrail orduları üz-üzə gələcək?

Поділитися
Вставка
  • Опубліковано 6 жов 2024
  • “İsrailin növbəti hədəfi Türkiyə əraziləri ola bilər”. Ərdoğandan həftəyə möhür vuran açıqlama. Təəccübləndirməyi yenə bacardı. Qəzzada müharibə başlayandan Türkiyə ilə İsrail arasında əsən Gilavar Xəzri ilə əvəzləndi. Ərəb ölkələrindən fərqli olaraq qətliama kəskin etiraz edən Türkiyə oldu. İsrailə iqtisadi embarqo tətbiq edən ilk dövlət də Türkiyədir. Ərdoğan Netanyahunu tez-tez Hitlerlə də müqayisə edir. Fələstin məsələsi Türkiyə ilə İsrail arasında hər zaman problemlər yaradıb. “Mavi Mərmərə” gəmisi hadisəsini, Ərdoğanın Şimon Peresə sərt cavabını hər kəs xatırlayır. Bütün bunlara rəğmən tərəflər münasibətlərini səhmana salmağı bacarmışdı. Bunda təbii ki, Azərbaycanın da böyük rolu olmuşdu. İndi münasibətlər olduqca dağınıq vəziyyətdədir. Türkiyə prezidenti İsrailə sərt xəbərdarlıq edir. “İsrailin gözü Türkiyədədir, Ankara bunun qarşısını alacaq” deyir. Türkiyə regionun əsas güclərindən biridir. Müsəlman dövlətlərin lideri olmaq əzmindən geri çəkilmir. Hazırda İranın düşdüyü vəziyyəti nəzərə alsaq, Türkiyə onun yaratdığı boşluğu doldurmaq yolundadır. Bu yol İsraillə münaqişədən keçirmi? Türkiyə və İsrail doğrudan da üz-üzə gələ bilərmi? Dünəndən bu günə Ankara-Təl Əviv münasibətlərinə nəzər salaq və proqnozları eşidək.
    Bizi İzləyin:
    Whatsapp: whatsapp.com/c...
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

КОМЕНТАРІ • 305