Xoş sözlər üçün Hər Birinizə Minnətdaram! Azərbaycan xalqı öz dəyərli musiqilərinə dəyər verən xalqdır ♥️ Sizlərə təqdim etdiyim növbəti playlist - 1 saat Retro Azərbaycan Filmləri Musiqisi Piano: ua-cam.com/video/B3USbl70Nh8/v-deo.html
Cox gozel ,professional ifadir ,calan barmaqlariniz ,cox duwunceli ifaniz her zaman var olsun ,temiz weffaf insanlar ancaq bu zovqle secimle ifa ede biler❤
Bunu oxuyanda sanki qelbime bıçaq saplandı, ama indi hiss edirəm xoşbəxtsən, Unutma əvəz edilməyəcək,tək ALLAHDIR, 124 min peyğəmbərimiz bir birini əvəz etdi, Çalış görünəni yox görünmüyəni sev, zatən bizlər məhv olub gedəndən sonra görünməyəcəyik həyatda, görəcəklər o dünyadadır gülüm ALLAH SƏNİN ÜRƏYINƏ iman və hizur versin amin
Təbii ki, bizdə olan melizmatika, tremollar, minor ladlar heç bir musigidə yoxdur...daxili dünyamıza bağlı olan bir ifa növüdür. Buna xalqımızdan çıxan dahilərimizə borcluyuq. Bir ömr boyu yaşadığımız, amma ifadə edə bilmədiyimizi məs onlar ərsəyə gətiriblər.
Utansaydılar, yazmaq əvəzinə dinləyərdilər...ən azı öyrənib, oxşar əsər yaradardılar...Utanmaq mənəviyyət, əxlaq meyyarıdır. Bunsuz sağlam yaradıcılığ mümkün deyil...
Bir vaxtlar mən 3- cü sinifdə oxuyanda dərslərimi əla oxudugum üçün ANAM mənə piano hədiyyə almisdi. Oyuncaq yox həqiqi. Elə sevinmisdim, öz özümə ev şəraitində xeyli musiqiləri ifa edirdim. 2023 indi nə ANAM var nədə pianom. Qulaq asanda pianoya ağlayıram çünki ...... kaşki anam yanımda olardı.
Pis olmaq deyil qardaşım...Pislik içində aciz yaxşılığı diriltməkdir. Nəqədər qüssə içində gözəllik baş qaldırır, bir o qədər sağıq. Dinlə qardaşım, dinlə...
MƏNİM İS SAATLARİMİN MUSİQİLERİ . O GEDER OYRENMİSEMKİ. QULAĞİMDA BU MUSİQİLER SESLENMESE İSLEYE BİLMİREM. HƏILƏDƏKİ ƏN SEVDİYİM VƏ İFA ETMƏ HƏSRƏTİYLƏ YNDIĞIM PİANODURSA BU.. TA ELE BİL MƏN ÖLDÜMDƏ... QARDAŞIM ALLAH SƏNİ QORUSUN. ƏLLƏRİN DƏRD GÖRMƏSİN...AMİN İNŞALLAH. YAŞA YARAT İFA ELƏ BU ŞAH ƏSƏRLƏRİ. HEC OLMASA İNDİKİ DÖVRÜN BU BƏRBAD KASAD MUSİQİLƏRİNDƏ BƏLKƏ QAÇAQ GƏLƏK DİNCƏLƏK FEYZ OLAQ ZÖVQ ALAQ. YAŞA ƏHSƏN SƏNƏ..
selamın aleyıkum azerbayıcan can azerbayıcan nezaman gümrüğü acacaklar gelım gohumlarımı ağtarerem..... gezem içeri şeheri....bülvari...... üç renglı bayırağı meyıdanını gezem oralari hazar denizi bir dinleyım göröm ne deer karadenız için, selam gönderer berke ege denizine .......
Bu soyuq havada gözəl ifanizı dinləyərək xəyalən də olsa bir anlıq keçmişə qayıdıb nənəli ,babalı günlərimə qayıtdım.Allah bütün dünyasın dəyişən əzizlərimizə qəni -qəni rəhmət eləsin.Təşəkkürlər GÖZƏL SƏNƏTKAR . UĞURLAR...
Bu Azərbaycan TV-ləri elə gündədir ki, şəxsən mən düşünürdüm ki, Azərbaycanda savadlı, yaxşı musiqini dinləyən, ona qiymət verə bilən insanlar qalmayıb. Musiqinin gözəlliyi, onun insanların ruhuna yol tapması və sevilməsi əsasən ifaçıdan asılıdır. Vüsal balamız belə ifaçılardandır. Ancaq etiraf edək ki, musiqiçi də onu ürəkdən və həzzlə qulaq asan dinləyiciləri olduqda ifasına ürəyini qoyur. Mən yazılan savadlı yorumlardan da məmnun qaldım ki, sən demə, hələ də savadlı və zövqlü insanlarımız və bu ənənəni yaşadan gənclərimiz var. İnanın, bu məni çox sevindirdi və gələcəyə ümidlə baxmağa həvəsləndirdi. Mən Vüsal balamıza uğurlar arzulayıram, gözəl yorum yazanlara isə təşəkkürümü bildirirəm. P. S. Yorumu Vüsalın gözəl piano ifasından həzz ala-ala, səhərə yaxın yazdım.
25.12.2024. Təyyarə qəzasında həlak olan o titrək səslii ilə "Hər şey yaxşı olacaq" deyən qəhrəman bələdçi Hökümə Əliyeva😢. Məkanın cənnət ruhun şad olsun 🙏🥀
-Sevirsən məni? -Hər zaman sevəcəm... -Nədir sənə məmi sevdirən? - Uşağlığlmsan, anamsan, laylamsan, vətənimsən, məni mən edənsən...Sənsiz mən yoxam. Saflığımsam...ruhumsan...
Təşəkkür edirəm Vüsal bəy.İnanın musiqiləriniz ruhumu oxşayır,qulaq asdıqca ruhum dincəlir.Xüsusən də işdə kompüter arxasında işləyərkən dinləmək ləzzət edir.Necə işləyirəm özüm də bilmirəm.Barmaqlarınız,ürəyiniz var olsun.
Acı çəkən ruhumuzdur, bədənimiz də tab gətirməyincə xəstələnir. Görəsən ruhum da, bədənim də o dünyada rahatlıq tapacaqmı Allahım... Tək təsəllim budur. Allahım mən bu dünyada öldüm, hüzurunda yaşamağa tələsirəm... 😢😢😢Üzüm gülür içim qan ağlayır, həyatda heç nədən həzz almıram. Mən öləndə onsuzda çox yorğun idi, yatıb-dincəlməyə getdi deyərsiniz😢😢😢
Mərhəmətli insanlarin gözlərində daim yaş olur yəni kövrək olurlar. Xoşbəxt insanlardir mərhəmətli insanlar çünki Cənnətə yalnız mərhəmtli insanlar girəcəklər nə dini dar nə əxlaqi dar nə yubkasi nə şalvari dar yox yalniz ürəyi geniş merhemti geniş insanlar girəcək.
Bəzi duyğular vardır heç bir sözlə izah edə bilmədiyimiz. Bu mahnılar çox adamı dərin fikirlərə aparır. Allah hər kəsin ürəyinə hüzur versin ağrısı acısını unutdursun İnşallah. Bizə bunları yaşadanları biz unutsaqda Allah unutmur onsuz birgün daha ağırını yaşayacaq bu dünyada olmasada o biri dünyada mütləq. Rəbbim köməyimiz olsun
Kas heyatimi mehv etmezdim.Indi bir qefesde curuyub omrumu yasamazdim.Kas atam,qardasim sag olardi tutardim ellerinden cixardardilar meni bu heyatimi,ozumu,gencliyimi,gozelliyimi,omrumu mehv eden heyatdan.Tek umid yerim Allahdi ona hemishe dua edirem.Ureyime su serp deye.Birce balam var.Bircede onu xoshbext gorumdu arzum.Ozumden kecdim her sheyin yaxshisin ona arzu edirem.Menim yashiya bilmediyim xoshbextliyi balam yashasin bari.Ona baxib fexr edim gormek istediyim yerde gorum gorende de ferehimden goylere ucum.Ondan sonra alsin Allah canimi gedim atamin,qardashimin yanina ezizlerimin yanina.
Üzüldüm yazinizi oxuyub.. Heyat qəribedir kimini güldürür kimini agladir.Bu dünyada üzülənlər inşAllah obiri dünyada üzülməzlər.Qefes dedikdə yeqinki er evini deyirsiz? Eger er evidirse ondan qurtulmaq olar ancaq qəfəs dediyiniz başqa şeydirse yenede Allah özü kömək olsun bütün zülüm çəkən mezlumlara.Amin
Həyatda şükr olunmalı çox şey var, az da olsa var. Yox əgər həyatınız sizin üçün bu qədər əzab əziyyətlidirsə, yenə də sevinməlisiz, çünki Allah istədiyi bəndəsini çətinliyə salar. Allah bu dünyada vermədiyini o biri dünyada mütləq verir. Səbrli olmaq lazımdı. Axirətiniz üçün yaşayın...
Var olun. Bir musiqi aleti ile insanin ruhu nece danisa biler ? Dinledikce anlayirsan... Dinledikce hiss edirsen... Kas bu musiqi aletinden ola bileydim icimdeki kelmeleri zerif bir ifa ile seslendireydim🥺 Yalniz qirilmis qəlblər bilir burdaki musiqiler hemin insana nece tesir edir. Qiriq qəlb dediyim sadece sevgidən deyil. Her kes sadece susub dinleyir......🥺 Amma bir bedene sigmayan qəlb və beyin danisir🥺
Necə qürur duyuram bir ana olaraq qızım pianino arxasına oturanda,çalmağa başlıyanda.Mənim arzuma o istəyilə çatacağ birgün oda belə piano sənətkarı olacag.Maşallah sizə Vüsal Süleymanov.
Azerbaycan musıqısı qelblere melhemdir❤Ne yaxşıkı men bu mılletin nümayendesiyem .Xalqıma mılletıme musıqımıze torpagımıza dılımıze dınımıze min kere şükür❤❤❤
Biz sizə təsəkkür edirik, dəyərli sənətkarımız. Var olun. Əlləriniz, ürəyiniz qoy həmişə musiqiyə köklənsin.Cox istərdim ki sizin solo konsertində olan. İmtahan həyəcanından sonra əsl ecazkar musiqinin təsiri ilə ruhum dincəldi.Nə qədər xoş söz yazsam da azlıq edər.Axicilığı və rəvanlığı ilə dünta musiqisinə meydan oxuyan Azərbaycan musiqisinin vurğunuyam 💕💕💕💕
Çox dəyərli musiqilərimizi yaradanlardan Allah razı olsun, nə yaxşı ki, yaradıblar, , biz də dinləyib zövq alırıq. Var olsun, yaşasın Azərbaycan musiqilərimiz!❤❤ ❤
O qədər dərin hisslər yaratdı ki, musiqilər… İfanızla ürəklərə toxunuş etmiş oldunuz. Əsərlər gözəl olduğu kimi, ifa da möhtəşəmdir. Təşəkkür edirəm bu zövqə görə! Uğurlar Sizə!
İmkan verməyin ruhun ölməsinə. İnsan sizdən uzaqlaşsada, daxili dünyanızı həyat sevgisindən məhrum etməyin. O dünyaki belə gözəl hisslər dolu əsərlər ərmağan edir bizə, sevilməyə dəyər....
Menim musiqi tehsilim teessuf ki yoxdu,ancaq pinoda ifa ede bilirem,musqi ile paralel dunyada daha xosbextem orda her kes var,itirdiklerim.Qizima piano aldim hele deyerini anlamir ,musiqi mektebinde 2ci sinfi bitirdi.Kas ki,o da bele gozel ifa ede bile.Bu dunyadan kocsem de,ruhuma ayan olacaq
Xoş sözlər üçün Hər Birinizə Minnətdaram! Azərbaycan xalqı öz dəyərli musiqilərinə dəyər verən xalqdır ♥️
Sizlərə təqdim etdiyim növbəti playlist - 1 saat Retro Azərbaycan Filmləri Musiqisi Piano: ua-cam.com/video/B3USbl70Nh8/v-deo.html
M
Her zaman bu heyatda yaxsi anlamda ressamlara ve piano ifa edenlere hes3d apardim.telebe hazirlasdirirsizmi?oyrenmey cox isterem❤
@@nigardadashova6698 təşəkkür edirəm🙏
Dərslər üçün: instagram.com/piano_dersleri_vusal?igshid=YmMyMTA2M2Y=
😅😢😢😅😢😢😅😢😅😢😅😢
Cox gozel ,professional ifadir ,calan barmaqlariniz ,cox duwunceli ifaniz her zaman var olsun ,temiz weffaf insanlar ancaq bu zovqle secimle ifa ede biler❤
Elə bir söz yazmaq isdiyiremki qəlbimin necə yandığını bütün dünya hiss etsin o bir kəlmə ilə 😪ilahi al içimdən bu acını herweyden boyug sənsən 😪
Tək deyilsiniz.
ALLAH HAMİYA KOMEK OLSUN İN SE ALLAH amin
Allah səbr versin
Çarəliymiş kimi dünyanın çarəsiz qonağıyıq.
Bunu oxuyanda sanki qelbime bıçaq saplandı, ama indi hiss edirəm xoşbəxtsən,
Unutma əvəz edilməyəcək,tək ALLAHDIR,
124 min peyğəmbərimiz bir birini əvəz etdi, Çalış görünəni yox görünmüyəni sev, zatən bizlər məhv olub gedəndən sonra görünməyəcəyik həyatda, görəcəklər o dünyadadır gülüm ALLAH SƏNİN ÜRƏYINƏ iman və hizur versin amin
Bir şerh oxumisdum.dunya bir orkestra olsa Azerbaycan mutleq orkestra şefi olardi ❤❤❤❤
Mənə elə gəlirki,nə qədər xarici musiqilər dinləsək belə özümüzkülər qədər şirin və doğma gələ bilməz)
Təbii ki, bizdə olan melizmatika, tremollar, minor ladlar heç bir musigidə yoxdur...daxili dünyamıza bağlı olan bir ifa növüdür. Buna xalqımızdan çıxan dahilərimizə borcluyuq. Bir ömr boyu yaşadığımız, amma ifadə edə bilmədiyimizi məs onlar ərsəyə gətiriblər.
Can azerbaycan. Tek millet iki devlet. Azerbaycan ve Türkiye, ilelebet gardaşız.
Antalyadayam .
Evimiz dənizə yaxındı .
Dalgaların səsi piano səsinə qarışır.
Sanki bakıda bulvarda oturmuşam.
Vətən necədə gözəldi
Düşünürəm ki,belə musiqiləri dinləyəndə indikilər utanırlar görən.İfa da möhtəşəmdir.Sağ ol,Vüsal bəy.Bəstəkarlara da əbədi ehtiram.🙏👍🇦🇿
Təşəkkür edirəm 🙏
Utansaydılar, yazmaq əvəzinə dinləyərdilər...ən azı öyrənib, oxşar əsər yaradardılar...Utanmaq mənəviyyət, əxlaq meyyarıdır. Bunsuz sağlam yaradıcılığ mümkün deyil...
@Kyerkegor Salam.Sizinlə tam razıyam.Nəinki sağlam yaradıcılıq,hətta sağlam həyat...
Bir vaxtlar mən 3- cü sinifdə oxuyanda dərslərimi əla oxudugum üçün ANAM mənə piano hədiyyə almisdi. Oyuncaq yox həqiqi. Elə sevinmisdim, öz özümə ev şəraitində xeyli musiqiləri ifa edirdim.
2023 indi nə ANAM var nədə pianom.
Qulaq asanda pianoya ağlayıram çünki ...... kaşki anam yanımda olardı.
Allah rəhmət etsin😢
😢😢 yazmağa söz tapmadım. Allah rəhmət eləsin 😢
😢😢😢😢 Çox pis oldum
Can can
Allah rəhmət eləsin 🥲🤍
Möhtəşəm
Təkrarsız
Bənzərsiz
Əsrarəngiz
Heyrətamiz
Qüsursuz
Təşəkkür edirəm 🙏
Salam kim deyər burdaki mahnilar bestekae mahnilaridir ?
Todas las piezas musicales de los 60 minutos son bellísimas. Muchas gracias
Prego signor. Azerbaijani musica grande !
De nada, amigo mío. Música clásica azerbaiyana que refleja cada parte del alma azerbaiyana.
İnsanı keçmişe aparan musiqilər,halal olsun size var olun
Təşəkkür edirəm 🙏
@@VusalSuleymanovPianosalam ifa etdiyini musiqilər çox gözəldir sadəcə ilk başda olan musiqinin adın bilmək istəyirəm. ❤
@zeynep_sait-hamitcan Şəfiqə Axundova - Həsrətindən. Təşəkkür edirəm 🙏
Neçə illər sonra burda ölən insanların yorumları xatirə olaraq qalacaqdır….:)
Çox dərin insansız...
ruhum qidalanır qulaq asdıqca
Bu qədər stres içində 1 saatlıq sakitliyə görə minnətdaram😊
Təşəkkür edirəm 🙏
Bilə bilə ki pis olacam Yenədə bele musiqilərə qulaq asıram (((
Pis olmaq deyil qardaşım...Pislik içində aciz yaxşılığı diriltməkdir. Nəqədər qüssə içində gözəllik baş qaldırır, bir o qədər sağıq. Dinlə qardaşım, dinlə...
ALLARINA SALIG👍👏👏👏
AVSTRALIYADAN SALAMLAR
🇦🇿🇦🇨🇦🇿🇦🇨🇦🇿🇦🇨
Təşəkkür edirəm 🙏
Yaşasın şanlı "Vətən 🇦🇿 AZƏRBAYCAN"
Və onun Mədəniyyətini yaşadanlar 🙏
Təşəkkür edirəm 🙏
🇦🇿
Great! Thank you! 👏🇺🇸
Thanks 🙏
MƏNİM İS SAATLARİMİN MUSİQİLERİ . O GEDER OYRENMİSEMKİ. QULAĞİMDA BU MUSİQİLER SESLENMESE İSLEYE BİLMİREM. HƏILƏDƏKİ ƏN SEVDİYİM VƏ İFA ETMƏ HƏSRƏTİYLƏ YNDIĞIM PİANODURSA BU.. TA ELE BİL MƏN ÖLDÜMDƏ... QARDAŞIM ALLAH SƏNİ QORUSUN. ƏLLƏRİN DƏRD GÖRMƏSİN...AMİN İNŞALLAH. YAŞA YARAT İFA ELƏ BU ŞAH ƏSƏRLƏRİ. HEC OLMASA İNDİKİ DÖVRÜN BU BƏRBAD KASAD MUSİQİLƏRİNDƏ BƏLKƏ QAÇAQ GƏLƏK DİNCƏLƏK FEYZ OLAQ ZÖVQ ALAQ. YAŞA ƏHSƏN SƏNƏ..
selamın aleyıkum azerbayıcan can azerbayıcan nezaman gümrüğü acacaklar gelım gohumlarımı ağtarerem..... gezem içeri şeheri....bülvari...... üç renglı bayırağı meyıdanını gezem oralari hazar denizi bir dinleyım göröm ne deer karadenız için, selam gönderer berke ege denizine .......
Buraz gec gordum ama esas odu gordum superdi tesekkurler var olasiz.Beli Bizim musiqilerin tayi beraberi yoxdur.Ellerinize sagliq mohtesem.
Təşəkkür edirəm 🙏
İnsani basqa dunyalara aparan yegane shey-musiqidir, ruh halindan asili olaraq her cur duygunu poanonun dillerinde yasaya bilersen.Ellerinize sagliq.
Təşəkkür edirəm 🙏
Bu soyuq havada gözəl ifanizı dinləyərək xəyalən də olsa bir anlıq keçmişə qayıdıb nənəli ,babalı günlərimə qayıtdım.Allah bütün dünyasın dəyişən əzizlərimizə qəni -qəni rəhmət eləsin.Təşəkkürlər GÖZƏL SƏNƏTKAR . UĞURLAR...
Təşəkkür edirəm 🙏
ANA bu heyatda sensizlik nece de ağirdir,bu ayriliq neden oldu?😢
Yatmazdan qabaq dinləyin. ən gözəl antistress musiqi. Eşq olsun Vüsal bəyə və bu ölməz əsərləri yaradan xaqlqımızın ölməz sənətkarlarına!
Ellerine sağlık kardeşim büyük bir zevk ile dinliyorum teşekkürler
Təşəkkür edirəm 🙏
Bu Azərbaycan TV-ləri elə gündədir ki, şəxsən mən düşünürdüm ki, Azərbaycanda savadlı, yaxşı musiqini dinləyən, ona qiymət verə bilən insanlar qalmayıb. Musiqinin gözəlliyi, onun insanların ruhuna yol tapması və sevilməsi əsasən ifaçıdan asılıdır. Vüsal balamız belə ifaçılardandır. Ancaq etiraf edək ki, musiqiçi də onu ürəkdən və həzzlə qulaq asan dinləyiciləri olduqda ifasına ürəyini qoyur. Mən yazılan savadlı yorumlardan da məmnun qaldım ki, sən demə, hələ də savadlı və zövqlü insanlarımız və bu ənənəni yaşadan gənclərimiz var. İnanın, bu məni çox sevindirdi və gələcəyə ümidlə baxmağa həvəsləndirdi. Mən Vüsal balamıza uğurlar arzulayıram, gözəl yorum yazanlara isə təşəkkürümü bildirirəm.
P. S. Yorumu Vüsalın gözəl piano ifasından həzz ala-ala, səhərə yaxın yazdım.
Çox sağ olun! Elman bəy! 🙏
👏👏👏❤
Aglatdi sizin musiqiler meni,atam,anam,ushaqligin yadima dushdu.Goz yashlari icinde yazdim,bu setirleri(((
Təşəkkür edirəm 🙏
Meni de Sizin yaziniz aglatdi 😢
Möhteşem
Супер. Виртуозно. Великолепно. Неповторимо. ❤❤❤❤❤
Şəhid Abdurəhmanov Elvin......
Heif qardaş.......
Sanki piano Dil acib danisir onu danisdirana ehsen😊
Təşəkkür edirəm 🙏
En çox sevdiyim musiqilerden biri 🎼🥰👍
Şefiqe Axundovaya Allah rehmet etsin 😔
SUUUUUPPPPEEEERRR RUHMU SAFLAŞDİRDİ İLAHİ COX SAĞOLUN MEN UŞAQLİQDA PİYANO İFA EDİRDİM COX SEVİRDİM MENİ CEKİNDİRDİLLER İNCESENTDEN COX SEVRDİM BU GÜN İSE MEN DİNLEMYLE ÖZÜMÜ XOŞBEXT HİSS EDİREM RUHMA DİNCLİK BİR RAHATLİQ VERİR
Təşəkkür edirəm 🙏
@@VusalSuleymanovPiano SİZE TEŞEKKÜR EDİRİK QARADAŞ ELLERİVİZE SAĞLİQ
Super! New Yorkdan salamlar! 20 Iyun 2023!
Təşəkkür edirəm 🙏
Her axsam sahile gedirem sakit bir yer dalganin sesi ve bu musiqiler çox rahatliq verir. Axşamin tez olmaĝini istediyim tek sebeb budur(
Qardas ellerine saglig ruhumuzu dinceldirsen.mende piano heveskariyam👍👍👍👍👍ugurlarin bol olsun
Təşəkkür edirəm 🙏
Случайно наткнулась и оторваться не могла !Такой релакс получила ,огромное спасибо!С меня подписка и лайк!
Благодарю 🙏
25.12.2024. Təyyarə qəzasında həlak olan o titrək səslii ilə "Hər şey yaxşı olacaq" deyən qəhrəman bələdçi Hökümə Əliyeva😢. Məkanın cənnət ruhun şad olsun 🙏🥀
Mükəmməl... Həqiqətən çox böyük mədəniyyətimiz var. Retro mahnılar insanın ruhunu sakitləşdirir. 💙
Təşəkkür edirəm 🙏
Çarəliymiş dünyanın çarəsiz qonağıyıq.
❤❤ duzdu
Qulaq asdıqca ruhumun musiqiye nece ac olduğunu hiss eledim👏👏👏
I am proud of my country pionists because they have unsual talented❤
Thank u for the wonderful words 🙏
please correct English…
Where do you live yourself? It hurts to be far from the homeland, but it is better to watch Azerbaijan from a distance than to live in it.
Gecə qulaq asaraq yuxuya getmək gözəldi
Səhərlər də pis deyil 🤠
-Sevirsən məni?
-Hər zaman sevəcəm...
-Nədir sənə məmi sevdirən?
- Uşağlığlmsan, anamsan, laylamsan, vətənimsən, məni mən edənsən...Sənsiz mən yoxam. Saflığımsam...ruhumsan...
Yaşa,vətən❤oğlu.Allah sənı var eləsin.Ə'la👍
VAllah Halal Olsun Əllərinə Salıq Qardaşım Öpürəm Əllərindən💋🥰
Əllərivizə sağlıq 😊👏👏🤌
Təşəkkür edirəm 🙏
Təşəkkür edirəm Vüsal bəy.İnanın musiqiləriniz ruhumu oxşayır,qulaq asdıqca ruhum dincəlir.Xüsusən də işdə kompüter arxasında işləyərkən dinləmək ləzzət edir.Necə işləyirəm özüm də bilmirəm.Barmaqlarınız,ürəyiniz var olsun.
Təşəkkür edirəm 🙏
Son bir həftədir musiqinizin müşayiəti ilə əla iş əhval-ruhiyyə ilə işləyirəm. Çox sağolun! 👌
Təşəkkür edirəm 🙏
hec like atmiyacam 31 olsun😁
masallah .Halal olsun
Təşəkkür edirəm 🙏
Прекрасное исполнение браво
Благодарю 🙏
Mükemmel
Dilimizdə duyunlenmis sözlər bizdən uzaq yaşamır
Neler yasanib ki, bunlari yarada bilibsiz....
Ehsen size ❤
Saflıq və seyretmə qabiliyyəti...baxıb müqaisə edib, niyə sualını vermək, ən dahi əsərlərin ərsəyə gəlməsinə kifayət edir...
Ruhumuz dinceldi cox tesekkur edirem
Peşman oldumki bu videoya gec baxdım
Artiq her gun baxacam dinleyecem.
EXCELLENT!
Ruhum haz alir!!!👍🇦🇿🇦🇨👌
Təşəkkür edirəm 🙏🇦🇿
Zəhmətinizin dəyəri yoxdur Vüsal Süleymanov❤❤❤.
Təşəkkür edirəm 🙏
Necə də əvəzsiz musiqilerimiz var
İndikilerden adam utanır onlar ise ozlerinden utanmirlar
Bəzi şeylər varki qaldıqca dəyərlənir. Musiqidə onlardandır . Ama yaxşı musiqi.
Sağ ol oğlum, ruhumu fey ziyab etdin. Uşaqlığım, anamın züm züməsi qulağıma qəldı. Bu musiqilər əbədidir.
Təşəkkür edirəm 🙏
Bu şəhəri ən çox yağş yağanda sevirəm,
Hamının başı önə əyik və üzləri ağlamışcasına su içində
Sanki hər biri günahınl qəbullanmış :((
Bu ilk musiqiyə həyatımın bəstəsi deyirəm. Harada eşitsəm dayanıb dinləyirəm. Var ol sənətkar.🎉
Təşəkkür edirəm 🙏
Bravo, Maestro! Var olun! Olduqca möhtəşəm bir ifa
Senete ürek qoyan ıfalar 👍🏻
Teşekkurler! Davami gelsin sonsuz Azerbaycan musiqisi seyahetinin!
Təşəkkür edirəm 🙏
bu musiqini qoşub , heç vaxt sirrimi sözümü dərdimi demədiyim anama dedim sevdiyim insanı..) çox rahatladım:)
Elin qolun var olsun ne gözəl ifa edirsiz adamın ruhu dincəlir 👏🏻👏🏻👏🏻👏🏻💓💖💐
Vüsal beye sonsuzzzzzz teşekkürler❤
Təşəkkür edirəm 🙏
Acı çəkən ruhumuzdur, bədənimiz də tab gətirməyincə xəstələnir. Görəsən ruhum da, bədənim də o dünyada rahatlıq tapacaqmı Allahım... Tək təsəllim budur. Allahım mən bu dünyada öldüm, hüzurunda yaşamağa tələsirəm... 😢😢😢Üzüm gülür içim qan ağlayır, həyatda heç nədən həzz almıram. Mən öləndə onsuzda çox yorğun idi, yatıb-dincəlməyə getdi deyərsiniz😢😢😢
Niye axi?
İnsan dünyanı dərk etdikcə...
Listened to all 3 parts. Just amazing!!!! I could listen to this all day long❤. Can Azərbaycan!!!! 🇦🇿🇦🇿🇦🇿
Thank you 🙏
Full of harmony
Ruhu dincəldən möhtəşəm ifa.🎉
Təşəkkür edirəm 🙏
Ellerinize sagliq demek olar ki her gun size qulaq asiram gergin ishden sonra beynim ruhum dincelir
Təşəkkür edirəm
Amma niye qulaq asdıqca göz yaşlarım dayanmır😢😢😢😢
Mərhəmətli insanlarin gözlərində daim yaş olur yəni kövrək olurlar. Xoşbəxt insanlardir mərhəmətli insanlar çünki Cənnətə yalnız mərhəmtli insanlar girəcəklər nə dini dar nə əxlaqi dar nə yubkasi nə şalvari dar yox yalniz ürəyi geniş merhemti geniş insanlar girəcək.
❤ ruhuma,kalbime nefes veren melodiler.
Besdekar insanin ruhundaki icindeki acilari resmen bu besteyle biruze verir.canim cox yanir.bezen olume el atmaq istirem ama qorxuram deyecekler bu qedermi acizsen ona gorem dizimi qucaqlayib aglayiram derdimde herseyimde ozumde qalir yene
Bəzi duyğular vardır heç bir sözlə izah edə bilmədiyimiz. Bu mahnılar çox adamı dərin fikirlərə aparır. Allah hər kəsin ürəyinə hüzur versin ağrısı acısını unutdursun İnşallah. Bizə bunları yaşadanları biz unutsaqda Allah unutmur onsuz birgün daha ağırını yaşayacaq bu dünyada olmasada o biri dünyada mütləq. Rəbbim köməyimiz olsun
Eline sağlık Amin
Təşəkkür edirəm 🙏
ELLERİNE SALLlQ,,, ALLAH Qorsu Amin amin amin inşallah amin...
Bu gözəl ifalara görə sizə öz minnətdarlığımı bildirirəm.
Kas heyatimi mehv etmezdim.Indi bir qefesde curuyub omrumu yasamazdim.Kas atam,qardasim sag olardi tutardim ellerinden cixardardilar meni bu heyatimi,ozumu,gencliyimi,gozelliyimi,omrumu mehv eden heyatdan.Tek umid yerim Allahdi ona hemishe dua edirem.Ureyime su serp deye.Birce balam var.Bircede onu xoshbext gorumdu arzum.Ozumden kecdim her sheyin yaxshisin ona arzu edirem.Menim yashiya bilmediyim xoshbextliyi balam yashasin bari.Ona baxib fexr edim gormek istediyim yerde gorum gorende de ferehimden goylere ucum.Ondan sonra alsin Allah canimi gedim atamin,qardashimin yanina ezizlerimin yanina.
ALLAH rəhmət eləsin. ALLAH səbrinizi versin 😢
Üzüldüm yazinizi oxuyub.. Heyat qəribedir kimini güldürür kimini agladir.Bu dünyada üzülənlər inşAllah obiri dünyada üzülməzlər.Qefes dedikdə yeqinki er evini deyirsiz? Eger er evidirse ondan qurtulmaq olar ancaq qəfəs dediyiniz başqa şeydirse yenede Allah özü kömək olsun bütün zülüm çəkən mezlumlara.Amin
Allah yardımçınız olsun.
@@ulviyyebagirova7464 sizində
Həyatda şükr olunmalı çox şey var, az da olsa var. Yox əgər həyatınız sizin üçün bu qədər əzab əziyyətlidirsə, yenə də sevinməlisiz, çünki Allah istədiyi bəndəsini çətinliyə salar. Allah bu dünyada vermədiyini o biri dünyada mütləq verir. Səbrli olmaq lazımdı. Axirətiniz üçün yaşayın...
Azərbaycan musiqisi bizim xalqın brendidir.
Var olun. Bir musiqi aleti ile insanin ruhu nece danisa biler ? Dinledikce anlayirsan... Dinledikce hiss edirsen... Kas bu musiqi aletinden ola bileydim icimdeki kelmeleri zerif bir ifa ile seslendireydim🥺 Yalniz qirilmis qəlblər bilir burdaki musiqiler hemin insana nece tesir edir. Qiriq qəlb dediyim sadece sevgidən deyil. Her kes sadece susub dinleyir......🥺 Amma bir bedene sigmayan qəlb və beyin danisir🥺
halal olsun masALLAH
Təşəkkür edirəm 🙏
Necə qürur duyuram bir ana olaraq qızım pianino arxasına oturanda,çalmağa başlıyanda.Mənim arzuma o istəyilə çatacağ birgün oda belə piano sənətkarı olacag.Maşallah sizə Vüsal Süleymanov.
Mukemmelsiniz👍
Təşəkkür edirəm 🙏
Əlləriniz, ürəyiniz dərd görməsin
Təşəkkür edirəm 🙏
Azerbaycan musıqısı qelblere melhemdir❤Ne yaxşıkı men bu mılletin nümayendesiyem .Xalqıma mılletıme musıqımıze torpagımıza dılımıze dınımıze min kere şükür❤❤❤
Musigi zövgünüzə,gözəl ifayə əhsən.
🙏🙏🙏👏👏👏👏👏👏👏🌟🌹🌟🌹🌟🌹🌟🌹🌟🌹
Təşəkkür edirəm 🙏
Яшасын АЗЕРБАЙДЖАН!!!!🇮🇱🤝🇦🇿
🇦🇿 🇮🇱
🇮🇱🤝🇦🇿
Məkanın cənnət olsun
Əziz "Emin Sabitoğlu"❤
Salam olsun 🙏
Amin 🙏
Biz sizə təsəkkür edirik, dəyərli sənətkarımız. Var olun. Əlləriniz, ürəyiniz qoy həmişə musiqiyə köklənsin.Cox istərdim ki sizin solo konsertində olan. İmtahan həyəcanından sonra əsl ecazkar musiqinin təsiri ilə ruhum dincəldi.Nə qədər xoş söz yazsam da azlıq edər.Axicilığı və rəvanlığı ilə dünta musiqisinə meydan oxuyan Azərbaycan musiqisinin vurğunuyam 💕💕💕💕
Təşəkkür edirəm 🙏
Çox dəyərli musiqilərimizi yaradanlardan Allah razı olsun, nə yaxşı ki, yaradıblar, , biz də dinləyib zövq alırıq. Var olsun, yaşasın Azərbaycan musiqilərimiz!❤❤ ❤
O qədər dərin hisslər yaratdı ki, musiqilər… İfanızla ürəklərə toxunuş etmiş oldunuz. Əsərlər gözəl olduğu kimi, ifa da möhtəşəmdir. Təşəkkür edirəm bu zövqə görə! Uğurlar Sizə!
Sizim ugurlariniz ve şansiniz bol olsun
Təşəkkür edirəm 🙏
Qüsursuz ifa 🎶🌼👍🏻😍
Təşəkkür edirəm 🙏
Dünyanın ən duyğusal adamları məhz bizim Azərbaycanda yaşayır! Sən gəlməz oldun! Gələcəyin xəyallara döndü yalnız!
Mükemmel ,ifa etdiyiniz her bir musiqi dəyərlidir ,heç bir zaman dəyərdən düşə bilməz👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Bizim musiqi adama elə xoş gəlir ki, elə bil adamın iliyinə axır🌹🌹🌹💕💕💕
Artıq heç bir hiss qalmayıb , zamanla yaşatdıqlarına görə nə acısı, nə sevinci, nə nifrəti, nə sevgisi sadəcə bir heç, sadəcə birlikdə qocalırıq ((