Kerbelayi Vuqar kimdir? #1 (SoloMan)

Поділитися
Вставка
  • Опубліковано 30 кві 2021
  • #kerbelayivuqar #vuqarbileceri #meyxana #hacielemdarmahi #axundazer #arifbuzovnali #ruslanmusviqabadli #sözseneti #vuqarinolumu #eruz #iran #azerbaijan #guneyazerbaycan #turkiye #baki #baku #meyxana2021 #meyxana2020 #meyxana2019 #soloman
    Videonun erseye gelmesinde rolu olan youtube kanal rehberlerine minnetdaram!
    Heç bir kanalin adin ve ya loqosu blur edilmeyib. Yeni, video esnasinda kanallarin adi (loqosu) reklam olunur.
    Allahdan her iki Füzuli sevdalisina rehmet dileyirem:
    Heci Elemdar Mahir,
    Kerbelayi Vuqar.
  • Фільми й анімація

КОМЕНТАРІ • 295

  • @SoloMan100.1
    @SoloMan100.1  3 роки тому +151

    O, olmedi!
    Sevgilisi çagirdi deye getdi.
    Vede doldu.
    Vaxt tamamlandi.
    Ozunu hesr etdiyi sevgi, sevgili qarshiliq verdi.
    Elinden tutub apardi Vuqari...
    Bize ise ölüm kimi gorsendi.
    Gorduyunuz her sheye inanmayin!
    Punhan olan Allah (c.c) sözün qudretine xatir merhum shairimiz Vuqara rehm eylesin.
    Amin!
    Qeyd: Destek üçün kanala abune ola bilersiniz. Evvelceden teshekkur. #soloman

  • @yasinfrczad1166
    @yasinfrczad1166 3 роки тому +125

    Ulduzların sayı qədər Allahın Rəhməti üzərinə olsun Kərbəlayi.

  • @qabqacaq_dunyasi
    @qabqacaq_dunyasi 3 роки тому +137

    Gözlər ancaq Vüqar axtarır.doymadiq senden böyük şair,,😢😢😢

  • @fuadhuseynov1171
    @fuadhuseynov1171 3 роки тому +47

    Ömür boyu eşitmişdik ki Rəşad Nizamidən, kimsə Ağasəlimdən yadigar deyib özünə. Amma Vüqar Fizulidən yadigardır.

    • @AdSoyad-if6qh
      @AdSoyad-if6qh Рік тому +1

      Fizulinin bir bendini yaza bilersen? Bilirsen fizuli kimdi? Quranda alimlerin aca bilmediyi ayeleri qezelnen millete deyib ..ne yadigar ne resad ne vuqar?

  • @balagaagayev6658
    @balagaagayev6658 3 роки тому +83

    Allah təala Kərbəlayini Qiyamətdə Əhli beyt ilə məşhur elsin 🙏🏼

  • @nerminquliyeva8915
    @nerminquliyeva8915 3 роки тому +79

    9 ay kecib yenede Vuqar ucun gozlerimiz dolur😔 Allah o ilahi esqle dolu qelbine gore inseAllahki seni CENNETLE qiymetlendirmisdir bize Allahi bir basqa cur sevdiren sair Allah rehmet etsin seni inseAllah❤

    • @ibrahimnecefov2024
      @ibrahimnecefov2024 3 роки тому +5

      Amin İNŞALLAH

    • @sair4069
      @sair4069 3 роки тому +5

      Eruzun 2 şahı vardi Vuqar Aydın iki şahı itirdik başımız sağ olsun 😔😔

    • @altay313
      @altay313 2 роки тому +5

      1 il 8 Ay keçib Yenədə dolur🥀💔

    • @serefkerimov8282
      @serefkerimov8282 Рік тому +3

      Aminn

  • @miresqinseyidov2052
    @miresqinseyidov2052 3 роки тому +28

    Mən şəxsən heç vaxt Vüqara xəyanət etmərəm başqa şairə qulaq asmaqla sən var idin qulaq asırdım sən yoxsan yenə sənə qulaq asıram köhnə şeirlərində mənə bəsdi sən ölməmisən bizim ürəyimizdə yaşıyırsan dahi insan😔😔

  • @hsnli4122
    @hsnli4122 3 роки тому +36

    Məncə Vüqar kimi heçkim olmaz bədahətən sözündə,meyxanada,şeyriyyatda da... sadəcə bəziləri qarşısında Vüqar hörmət saxlayırdı...amma hamıdan üstün idi..Allah rəhmət eləsin

  • @ejdermurvetov3735
    @ejdermurvetov3735 3 роки тому +71

    Allah sene qeni qeni Rehmet etsin, Sen Olmemisen sagsan hemiwe, senin qedrivi bilməyənlər, qiymetivi vermiyenler ölüdü.Ele bir gun yoxdu ki Sene Rehmet Oxunmasin, Bu Qedr Gecesindede Rehmetin Allahdan dilənir, Allah Seni Ehli-Beytin yaninda Qerar versin, Şahımız Hz.Eli (ə)- ilə məhşur etsin. (Amin)

  • @ceyhunzaman
    @ceyhunzaman 3 роки тому +32

    Həmişə dediyim kimi . Vüqar dahi idi, Vüqar əsl ustad idi, heç kimdə Vüqar kimi teb ve dahi fikirlər yox idi, arzum idi Vüqarla görusub ondan sənəti oyrenmek qismet olmadı ALLAHIN məsləhətinə şükür. Özüdə Tasua günü haqqa qovuşdu Vüqar, nə qədər danışsaq az olar. ALLAH yerini digər rəhmətlik şairlər ve şəhidlərle birgə behişt eləsin , Imam Hüseyne qonşu olsun amin insAllah. Dahi idi Vüqar dahi !

  • @zeiinally
    @zeiinally 3 роки тому +12

    Vüqar Biləcəri gündüzləri bir günəş idi , gecələri bir ay idi göy üzündə . Indi isə sonsuz cənnət malikanesinin sevimli vətəndaşıdır ♾️ Daim qəlblərdə yaşayacaq Şair ❤️

  • @limmmdov9241
    @limmmdov9241 2 роки тому +8

    ....
    *Bir qul kimi insafım əzazil şaha gəlməz*
    *Dünya malı şair qəzəlindən baha gəlməz*
    *Şair gələ minlərlə, Vüqardan daha gəlməz*
    *Həm şairin həm yaxşıların qardaşı getdi*

  • @kamalseyidov2940
    @kamalseyidov2940 3 роки тому +22

    Kaş bu cür dəyərin sağ ikən olaydı qardaş Allah sənə qəni qəni rəhmət eləsin 🖤

    • @mehemmedmesenov8008
      @mehemmedmesenov8008 3 роки тому +2

      Mence sagligindada deyeri bilindi xalq terefinnen cox sevildiyin ozude bilirdi

  • @ramizhuseyn8916
    @ramizhuseyn8916 3 роки тому +18

    Misilsiz idin mexsusui idin soz savadina sahib idin. Allah rehmet elesin. ALLAH seni İMAM zamanla mewhur elesun🤲🖤

  • @zeynalabdinhebiyev1471
    @zeynalabdinhebiyev1471 3 роки тому +11

    Dərin şairləri sevmək çətindir..!👑🖤

  • @nazimagayev6990
    @nazimagayev6990 3 роки тому +6

    17 neferki beyenmeyib olarin insanliqi yoxdu kebleyi alim idi cox heyif tez kocdu bu edaletsiz dunyadan ALLAH rehmet elesin

  • @elvinezizov9698
    @elvinezizov9698 3 роки тому +17

    Tarxi yazdı meyxana da qəzldə əruz da vüqar dan getdi ALLAH RƏHMƏT ELƏSİN RUHU ŞAD OLSUN AMİN

  • @elibayramzade5344
    @elibayramzade5344 3 роки тому +6

    Qizlar soyuna çılpaq ola bir bir, amma ki Hicablar qala bir yanda
    Allah bu ne giydirme medenyetdi ne qerbe gerekdir nede Şərq almaz...
    Allah sene qəni qəni rəhmət eləsin əvəzsiz şair

  • @abumuradov2375
    @abumuradov2375 3 роки тому +18

    Her shey oz yerindedi bu videoda bir eskiy artiq hecne yoxdu qaqash ela ..Allah komeyin olsun eziyyetin yerde qalmaz paylashariq beyenerik

  • @elvinhuseynquliyev1206
    @elvinhuseynquliyev1206 3 роки тому +9

    Biz nece sensiz meyxanaya qulag asag,baxag heyif Vuqar senen heyif her sozun qizildan qiymetdiydi.Allah rehmet elesin inamag olmur aramizda yoxsan🥺🥺🥺

  • @imfromazerbaijankarabakh3513
    @imfromazerbaijankarabakh3513 3 роки тому +8

    Kərbəla Şəhidi Hz. İmam Hüseynin qonağı olasan Kərbəla’i. Nə Səndən, nə sözlərindən doymadıq. Aydından sonra Sənin gedişin meyxananı və Xiridarları yıxdı. Allah(c.c) rəhmət etsin Sənə. Sən dəyərli Qardaş idin, dəyərli olaraq da, qalacaqsan. Görüşəciy inşAllah 🖤🥀🖤

  • @anarhsnov5684
    @anarhsnov5684 3 роки тому +21

    Allah rehmet elesin Kebleyi sene
    seni kimi menali sòzleri kim deyecey bes inden sonra. 😔

    • @SoloMan100.1
      @SoloMan100.1  3 роки тому +10

      Füzuliden sonra Vuqari bize vererek dovrunun Füzulisi dedizdiren Allah (c.c), dovrana bashqa shair getirer ve ona da esrinin Vuqari dedizdirer inshaAllah.
      Haqq olan Allahdir ve o her sheyin xeyirlisini edir bizimçun.
      Vuqarin qelb taxtimizda eyleshmesinin bashlica sebebi Allah kelamindan ve Allaha en mukemmel qul olan peygember ve onun ehli-beytinden ilhamlanmasidir.
      Esl olan Allahin bize ermagan etdiyi soz ve onun qudretidir. Zaman-zaman bu heqiqet unudulsa da Allahu Teala xatirlamaq özumuze gelmekçun, Nizamiler, Nesimiler, Füzuliler, Sabirler, Vahidler ve Vuqarlar yaradir ve yer uzune gonderir. Sonra ise her bir yaranan varliq kimi bir gun can emanetini geri qaytarir.
      Bizi onlarin vefati o qeder yandirir ki, ele bilirik artiq bitdi, daha gelmez bele shair deyirik. Tariximiz ise defelerle bize bunun yanlish dushunce oldugunu subut edib ve yuxarda adini qeyd etdiyim dahi alim, yazar ve shairler ile shereflendirib bu milleti. Bu sebebden heç kes bedbin olmasin. Her ishde bir xeyir var. Bize dushense Allaha shekk etmeden Vuqara rehm etmesini dilemekdir.
      Bash agri oldusa haqqini halal et. Her birinize Vuqari dinleyib sevdiyiniz ve kanala destek olduqunuzçun teshekkur edirem !

  • @asifisrafilzade8616
    @asifisrafilzade8616 3 роки тому +40

    Vüqar heçnə itirmədi dünya Vüqarı itirdi

  • @nicateyyubov6540
    @nicateyyubov6540 3 роки тому +5

    Vüqar ele bir şairdi dahidi-dahi
    Yandırmadadı cümlə xiridarLarı aHi..
    Qəbrindən görüm nurilə Doldursun ÌLAHĪ...
    birde çətin gələ bu dövranə ləzzətli..(Allah sənə rəhmət eləsin torpaq qoxulu şairim)

  • @ilkintalbov2396
    @ilkintalbov2396 3 роки тому +18

    Mahu-Məhərrəmdə qismət oldu şəhadet sənə,
    Xuda verər Hüseynə xatirdə şəfaet sənə.

  • @romanelesgerov2427
    @romanelesgerov2427 3 роки тому +5

    Can sene qurban olum Allah axiretde senden razi olsun Kebleyi 🖤yim senle döyunur💔💔🥀🥀😭😭😭😭😭

  • @Son-gx9yo
    @Son-gx9yo 3 роки тому +12

    Ne cavanliq yawadim men,ele gencilkde qocaldimm,😔😔

  • @VippgVippg
    @VippgVippg 2 роки тому +3

    2 gundu daha yaxindan tanidim wair Vuqari.Dinledikce doymuram.Cox heyif az yawadi.Ne qeder xow soz yazsam azdi.Allah rehmet etsin qebri nurla dolsun.

  • @hesenhesen2968
    @hesenhesen2968 3 роки тому +10

    Halalzadelerde olar Eli ( e ) sevgisi. Allah rehmet elesin Vüqara, bilerekden, bilmiyerekden olan günahlarivi Rebbim bagişlasin

  • @resadabbaszade6453
    @resadabbaszade6453 3 роки тому +8

    Azerbaycanin ikinci FUZULİSİ Qardaşim ALLAH SENE RƏHMƏT ETSİN ALLAH GUNAHLARİVİ BAGİŞLASİN

  • @elnaraosmanova1636
    @elnaraosmanova1636 3 роки тому +9

    V.B 🖤

  • @humayj7
    @humayj7 2 роки тому +5

    Bizim muasir Fuzulimiz, gelbi gozel, ozu temiz wairimiz Vuqar 😢😢😢😢

  • @humay66
    @humay66 3 роки тому +39

    Vüqar , Allaha , İmam Əli , Əhli - beyit aşiqi bir şair , bu zəmanənin dahisi , - Fizulisidir !!! Məkanın cənnət , ruhun şad olsun , nur icində yat nur üzlü bala , Allah ailənə , bütün səni sevənlərə səbir versin.😧😧😧😧😧🌷🌷🌷🌷🌷🌷

    • @SoloMan100.1
      @SoloMan100.1  3 роки тому +4

      Amin !

    • @user-eq8we4rr2k
      @user-eq8we4rr2k 3 роки тому +2

      Aglatdız meni

    • @humay66
      @humay66 3 роки тому +6

      @@user-eq8we4rr2k Məncə Vüqar ücün hər kəs hər gün ağlar , düzdürmü ? 😧😧😧

    • @user-eq8we4rr2k
      @user-eq8we4rr2k 3 роки тому +7

      @@humay66 men şexsen öz adıma Danışıram.her gün Vüqara qulaq asıram ve heyfislenitem

    • @humay66
      @humay66 3 роки тому +5

      @@user-eq8we4rr2k Cox düz deyirsiniz hər kəc sizin kimidir , onun şeirləri , qəzəlləri insanın ruhunu oxşuyur , elə bir sehirli aləm yaradır ki , hamı onun ölmünə heyslənir , cox heyf ki , belə bir balanı itirdik !😧😧😧😧😧😧

  • @tebrizyusifli5181
    @tebrizyusifli5181 3 роки тому +6

    Sensiz olan meyxana meydanlarında ele bilirem ki Rəşad deyəcək ardıyca Kəbleyi o gur sesi ile ildirim kimi duracaq atvet verecey 😒. Heyif senden gözel insan ❤️❤️❤️

  • @ruslanbabayev2363
    @ruslanbabayev2363 3 роки тому +8

    Allah sene qeni qeni rehmet elesin eziz dostum Kerbelayi Vuqar.
    Men bu esirin alimiyem coban bilirler meni
    VUQAR BILECERILI...

  • @rzaxantalibov5207
    @rzaxantalibov5207 3 роки тому +11

    Can Vuqar üreydesen🖤

  • @canlimmmdov6823
    @canlimmmdov6823 3 роки тому +9

    Əvəzsiz şair Vüqar Biləcəri qardaşımız

  • @vusaleliyev
    @vusaleliyev 3 роки тому +9

    Can kebleyi yatdığın torpağa qurban olum.
    Allah sənə qəni Qəni rəhmət eləsin

  • @user-xg3cn5ss6z
    @user-xg3cn5ss6z 3 роки тому +5

    Şükür Allaha ki Kərbəlayı Vüqar qovuşdu Ağası İmam Hüseyinə(

  • @bextiyarqurbanov9853
    @bextiyarqurbanov9853 3 роки тому +8

    Kim Ehlibeyti neqeder sevir oqederde hormetdi olaur.Allah Vuqar qardawmizi Ehlibeytin wefaetinnen binesib etmesin...

  • @intiqambayramov4722
    @intiqambayramov4722 3 роки тому +7

    Allah sənə rəhmət eləsin şair..

  • @elgunmamedov8629
    @elgunmamedov8629 3 роки тому +6

    Can qardaş can Allah rəhmət eləsin 😔 Hələ də ürəyim parçalanır 😔😔

  • @resadceferov5601
    @resadceferov5601 3 роки тому +6

    Cox heyif coxxx o cur dahi canavar kimi insani itirdik.

  • @ProstaILyas
    @ProstaILyas 3 роки тому +3

    Can can. Cox insan onun sozlerinden misralarinda ibret gotururdu. Bezi wairler onun bedaheten dediyi kupletlerini oturub fikirlewse bele yazib cixara bilmez.

  • @mehemmedsalayev279
    @mehemmedsalayev279 3 роки тому +2

    Cetindi heçiden sonra şerh vermek.Cox gözel söyledi heçi iki çür meyxana diyen var heveskar ve senetkar bu senetde ilahiden vergi verilenler.Bildiklerim Kerim.Elcin.Meşedi Baba.Aydın.Reşad.Kelbeayi Vüqar.

  • @kbrsfrliyev7543
    @kbrsfrliyev7543 3 роки тому +7

    Sen ölmeli deyildin wair heyif cox heyif senden Kebleyi Vuqar😧😧

  • @s.h7724
    @s.h7724 3 роки тому +2

    Allah rəhmət eləsin Vuqar qardaşımıza.Onunla eyni kənddən olmaq nə xoş,məzarıda kənddədir.Ziyarətində oluruq.Allah sənə qəni qəni rəhmət eləsin qardaş.Amin.
    Kəçən dəfə də gedəndə Zakir əmi də orda idi.Dərdləşdik Zakir əmi ilə.Məzarın yanından ayrılmaq olmurdu.

  • @elchinfazilov7889
    @elchinfazilov7889 3 роки тому +5

    Fikirləri ifadə etmək sənin yoxluğunu qəbul etmək qədər çətindir Şair... Ruhun şad olsun Kərbəlayi 😔

  • @mhmmdcelebiyev1848
    @mhmmdcelebiyev1848 3 роки тому +2

    ALLAH VÜQAR BİLƏCƏRİYƏ RƏHMƏT ELƏSİN GÖZƏL ŞAİR İDİ KAŞ SAĞ OLARDI

  • @samirisrafilov7116
    @samirisrafilov7116 2 роки тому +2

    Pesnciligim ondadır ki Vüqar dünyasını dəyişdikdən sonra meyxanaya hevesim oldu meyxananı Vüqarda gördüm Allah rəhmət etsin

  • @emilquliyev4557
    @emilquliyev4557 3 роки тому +2

    Tarixi yazaraq yox tarixe iz qoydu Vuqar, ALLAHın sonsuz rehmeti uzerine olsun amin.

  • @suleymanrzayev968
    @suleymanrzayev968 2 роки тому +2

    Vuqar Dünya Yaşadıqca Yaşayacaq Bizim Yeganə Təsəllimizdir Ki Vuqar Ölməyib Əsirlər Keçdikcə Vuqar Yad Olunacaq Əvəz Olunmaz Dağ Vüqarlı Qardaşımız Bizlər Üçün Nə Qədər Söz Qoydun Getdin Allah Səni Rəhmət Eləsin Qardaş Səni Unutmaz Zaman Ruhun Şad Olsun AMİN

  • @Farid1991.
    @Farid1991. 3 роки тому +4

    Meyxanani mene sevdiren insan,Qezelin bedaheten dediyin sozder esrarengiz idi..Allah qeni qeni rehmet elesin sene Qardas:(

  • @asifekberov6972
    @asifekberov6972 3 роки тому +5

    Allah Zakir əmiyə səbr versin Vüqar qardaşımıza Allahdan rəhmət günahlarını bagışlanmasını diləyirəm

    • @nusretnusret3416
      @nusretnusret3416 3 роки тому

      Vuqarin gunahlari olmuyayb ki siz ALLAHDAN gunahlarini bagwlamaqni isdyrs,z😏

    • @asifekberov6972
      @asifekberov6972 3 роки тому +3

      @@nusretnusret3416 günahsiz təkcə məhsum imamlarımız və peygembərlərimizdi qardaşım..müsəlman adəti üzrə həyatını itirən bir kəsə Allah günahini bagışlanmasını diliyirlər

  • @hemid.babayev
    @hemid.babayev 3 роки тому +5

    Allah Sene Rehmet Edsin.
    Burda Vardi Piri Kerametliler,
    Ne Qeder Vardi Guli Teravetliler,
    Daq Oynadanlardi Bibi-Heybetliler,
    Burda It Oynaddi Sobeti Yoxdu!..
    Allah Sene Rehmet Edsin Bibi-Heybet Toyunda Demiwdi Allah Seni Gunahlarini Baqiwdasin. Amin InweAllah

  • @ceyhunhuseynov6033
    @ceyhunhuseynov6033 3 роки тому +6

    ALLAH rehmet elesin wair. Vuqar rehmetliyin qebrini her bazar gelin yad eliyin☝️☝️☝️🙌🙌🙌 bazar yeqin en azi 1saatimizi ayirib gele bileriy gelen ayaqlariviz dert gormesin

    • @SoloMan100.1
      @SoloMan100.1  3 роки тому +4

      Gözel teklifdi.
      Sag olun, her biriniz.
      Her kim ki, Vüqari severek dinleyir.
      Ölümünün verdiyi acini ve ezabi hiss edir, demeli o insan heqiqeten sözü, seneti, dini, ehli-beyti, peygemberi ve en esasi Allahi sevir!

  • @davuddavud8835
    @davuddavud8835 3 роки тому +7

    Esrinin en boyuk senetkarı

  • @ceyhunkerimov3670
    @ceyhunkerimov3670 3 роки тому +3

    Gün gələcək dunyaya bir şair gələcək oda dünyasın dəyişəndə onada əsrin Vüqari deyəcəklər😭😭

  • @zaursahniyarov4411
    @zaursahniyarov4411 2 роки тому +1

    Gozel insan herdefe sene qulaq asanda gozlerimin yasini saxlaya bilmirem Allah sene rehmet elasin gozel insan yerin cennet olsun Amin in se Allah

  • @abumuradov2375
    @abumuradov2375 3 роки тому +6

    Kim duzeldibse bu vidionu halaldi..!Kebleyiden gelmez

    • @SoloMan100.1
      @SoloMan100.1  3 роки тому +5

      Alimle Dahini bir kadra salmisham sadece... Budu meharetim) yene de çox sag ol qerdesh. Esas siz var olun. Var olun ki, bu sayaq alim ve dahilerimiz yashasin. Dillerde, fikirlerde, xatirelerde...
      Her iki ustada Allah rehmet etsin.
      - Heci Elemdar Mahir
      - Kerbelayi Vuqar
      Amin !

  • @etibarclbiyev6553
    @etibarclbiyev6553 3 роки тому +1

    Uwaqliqdan taniyirdim kebleyini insanliq numunesiydi VUQAR.ALLAH sene rehmet elesin eziz qardawim.cox heyif..

  • @seymurnezerli1948
    @seymurnezerli1948 3 роки тому +2

    Allah rəhmət eləsin qəni qəni Allah sənə hər şey vermişdi bircə yaxşı dostlardan başqa. Gözləri görə görə ucruma atdılar səni sorda göz yaşı töküb yalanan agladılar. O aglayanlar həqiqətəndə səni sevsəydilər sən indidə sagidin bu şərəfli həyatını yaşayardın amma təsüf. Allah mərdiməzarlara nəhlət eləsin. İnsana dostun vurdugu zərbəni düşman vurmur hec nəysə belə səni yaxınan tanıyanlar bilir onlar kimlərdi. Ürəymizi qəlbizi yandırdun ay Vüqar hələdə inanmaq olmur sənin yoxluguna. Yatdugun torpaga qurban olum

  • @pervizqurbanov1521
    @pervizqurbanov1521 3 роки тому +2

    Allah sənədə rəhmət eləsin ustad ƏLƏMDAR MAHİR.

  • @hosseinfruoghi3043
    @hosseinfruoghi3043 3 роки тому +7

    Tabrizden salamlar allah vuqara rehmet elasin🖤

    • @SoloMan100.1
      @SoloMan100.1  3 роки тому +1

      Eleykim salam qardash. Bizden de Tebriz ehline salam olsun.

    • @hosseinfruoghi3043
      @hosseinfruoghi3043 3 роки тому +1

      @@SoloMan100.1 saqol qardaş yaşasin azerbaycanmiz🇦🇿❤

    • @SoloMan100.1
      @SoloMan100.1  3 роки тому

      @@hosseinfruoghi3043 Amin !

  • @davuddavud8835
    @davuddavud8835 3 роки тому +4

    Allah rehmet elesin

  • @nizamkacayev9075
    @nizamkacayev9075 3 роки тому +1

    Allah rehmet etsin sene qardaşım Kəbleyi

  • @asicabrail1122
    @asicabrail1122 3 роки тому +3

    Allah rehmet elesin. Amin.

  • @ramilramil9556
    @ramilramil9556 3 роки тому +3

    Allah sənə rəhmət eləsin ŞAİR

  • @habilnebiyev9127
    @habilnebiyev9127 3 роки тому +1

    Allah Hacı Ələmdar Mahir, və Kərbəlayi Vüqara rəhmət eləsin.qalan ustadlara can sağlığı versin insAllah

  • @adcp_777
    @adcp_777 3 роки тому +5

    Vüqar gələn meydana dad gəlirdi...

  • @bratyanaveki89
    @bratyanaveki89 3 роки тому +1

    Allah ruhunu shad elesin qardashim Vuqari Kash senin evezine 1000namerd nankor qederdi but dunyadan send qozeli dost insan shair ve esasi ehlibeyt ashiqi idin

  • @Jsjsjsbbb-mg8lz
    @Jsjsjsbbb-mg8lz 9 місяців тому +1

    Böyuk ustad Axund Azərdən Bu sozəlri eşitmək Çox xoşdur

  • @malikp.r.o.5676
    @malikp.r.o.5676 3 роки тому +1

    Can ay qardaw mekanin cennet olsun inweAllah sen bir eser idin geldin getdin

  • @tenhayolcu2872
    @tenhayolcu2872 Рік тому +1

    VÜQARDAN BİRDƏ DOĞULMAYACAQ, ALLAH SƏNƏ RƏHMƏT ETSİN KƏBLEYİ

  • @agayev6359
    @agayev6359 3 роки тому +5

    Allah Retmet Elesin 🙏

  • @elshadhesenov4033
    @elshadhesenov4033 3 роки тому +1

    Vüqar dünyasin dəyişsə də,sözünün qüdrəti ilə qəlblərə sevgi toxumun səpib.Ona görə qəlblərdə yaşayacaq.Allah ona rəhmət eləsin.

  • @agabeyboyukaga6442
    @agabeyboyukaga6442 3 роки тому +2

    Can ay kerbelayi

  • @kamalelili984
    @kamalelili984 3 роки тому +3

    Can ay kebleyi ne tez getdin senden heç doymadıq gözümüz hər yerdə seni axtarır.senden birde gelmeyecek.heyif senden Allah seni seni qeni qeni rəhmət eləsin 😔😔😔.elmizden başqa heçnə gəlmir.

  • @BehruzNadirogluofficial
    @BehruzNadirogluofficial 3 роки тому +3

    Vuqalar la meyxanada getdi gözəl günlər idi heyif

  • @vahidqniyev617
    @vahidqniyev617 3 роки тому +1

    Allah seni rəhmət eləsin ehlibeyit şairi .eruzun şahı .dahi Vüqar

  • @tovhid_Nur
    @tovhid_Nur 3 роки тому +1

    Canlı Edebiyyat tarixe qovusdu, Allah rehmet elesin Vuqar qardasa

  • @rsadqubal7207
    @rsadqubal7207 3 роки тому +2

    Məkanın CƏNNƏT olsun KƏBLEYİ 🥺🥺

  • @nicat9032
    @nicat9032 2 роки тому +3

    Mahir Ələmdar qiymətini verdisə, heçkimə söz düşmez Vüqarın istedadını sorgulasin..

  • @user-zl6ey6fs7w
    @user-zl6ey6fs7w 2 місяці тому

    Unudulmayacaq söz olduqca həmişə var olacaq Dahi Vüqar Allahın sevimli xüsusi seçib sevdiyi şair inşallah ki yerin cənnətin ən gözəl yeri olan Peyğəmbərimizin yanındadı

  • @elgunaqayev9528
    @elgunaqayev9528 3 роки тому +6

    Maraqlı paylaşımlar üçün sağol SoloMan

  • @filiza077
    @filiza077 2 роки тому +1

    Allah sene rehmet elesun Sair ureymize boyuk dag cekdin vaxtsiz gediw😥😥

  • @nureddinfettayev9955
    @nureddinfettayev9955 3 роки тому +3

    Allah kəbleyiyə rəhmət eləsin qəbri nurla dolsun

  • @ulviali6392
    @ulviali6392 3 роки тому +1

    Canim ay vuqar 8 ay 5 gundu yoxsan qulaqimiz pasdanib ureyimiz qan aqliyir😔😔😔😔

  • @semedezimzade1078
    @semedezimzade1078 2 роки тому +1

    Çox heyf ki sənin qelbinde xezine getdi Ay Kebleyi Heyif çox Heyif Allah sene rəhmət etsin

  • @cemilesedli7875
    @cemilesedli7875 3 роки тому +2

    Allah razı olsun çəkib,yad edirsiz.Allah yaxınlarına anasına atasına səbr versin

  • @vuqarmemmedov6178
    @vuqarmemmedov6178 10 місяців тому +1

    Allah Təala Rəhmət eləsin yerini behişt eləsin Amin

  • @niyazshukurov8056
    @niyazshukurov8056 3 роки тому +1

    Allah rəhmət eləsin, meyxana dünyası üçün böyük itkidir. Allah yaxınlarına və dostlarına səbr versin.

  • @tttbbbb3288
    @tttbbbb3288 3 роки тому +1

    Insanin ozunen asili olmayaraq sevgi qazanan insan oldu sen Kebleyi !! Allah sene rehmet elesin !!!

  • @raminelekberov75
    @raminelekberov75 3 роки тому +1

    Vüqar bir əfsanə idi gəldi getdi.Allah rəhmət eləsin.

  • @rrrrredadov4145
    @rrrrredadov4145 3 роки тому +2

    VÜQAR DAHİ İDİ ALLAH RƏHMƏT ELESİN

  • @azrabuzrov3198
    @azrabuzrov3198 3 роки тому +1

    Tarixi yazan Azərbaycanın qorxmaz igid Oğulları oldu öz canları qanları bahasına tarix yazdılar Allah bütün Şəhidlərimizə rəhmət eləsin məkanları cənnət olsun inşAllah. Ruslanın sözünə cavab olaraq yazdım

  • @maraqlvideolar9171
    @maraqlvideolar9171 2 роки тому +1

    UĞURLARINIZ BOL OLSUN 🤲🙏☝️👍👏➡️

  • @Nevajno-pu4dv
    @Nevajno-pu4dv 2 місяці тому +1

    Vüqar Canlı Əfsanədi o ancaq unudulanda öləcək ❤

  • @cingizeliesger5046
    @cingizeliesger5046 2 роки тому +1

    Allahməkanını cənnət eləsin nakam cavan allah səbr versin doğmaları a

  • @mtlbzeynalov5994
    @mtlbzeynalov5994 3 роки тому +2

    Allah Vüqar qardaşımıza rəhmət eləsin