3 il ərzində oğluma hər gecə 3 yeni nağıl danışdım (Nəticə)

Поділитися
Вставка
  • Опубліковано 7 сер 2019
  • 3 il ərzində oğluma hər gecə 3 yeni nağıl danışdım
    (Nəticə)
    2015-Cİ İLDƏ ÖVLADIM DÜNYAYA GƏLDİKDƏ İLK DƏFƏ ONU QUCAĞIMA ALMAQ ÇOX MARAQLI BİR HİSS İDİ.
    DEYİM Kİ, ÖMRÜMDƏ YAŞADIĞIM ƏN XOŞ, ƏN QƏRİBƏ HİSLƏRDƏN BİRİ İDİ.
    SONRA ONUN İLK DƏFƏ SƏSİNİ ÇIXARMASI, İLK SÖZÜ "ADA"YDI - ATA DEYİRDİ.
    TƏXMİNƏN 6 AYDAN SONRA O ARTIQ MÜƏYYƏN İŞARƏLƏRİ, SƏSLƏRİ ANLAMAĞA BAŞLAYIRDI.
    MƏN 6 AYINDAN SONRA OĞLUMA HƏR GECƏ NAĞIL DANIŞMAĞA BAŞLADIM.
    GÖRÜRDÜM Kİ, O, NAĞIL DANIŞDIQCA, ÇOX MARAQLA QULAQ ASIR.
    İNDİ 3 YAŞ 6 AYLIQDIR.
    İNDİYƏ QƏDƏR TƏXMİNƏN 3 İLDƏN ÇOX VAXT KEÇİB.
    BÜTÜN BU MÜDDƏT ƏRZİNDƏ İSTİSNASIZ OLARAQ, HANSI GECƏ Kİ, MƏN EVDƏ OLMUŞAM, HƏR GECƏ 3 YENİ NAĞIL DANIŞIRDIM.
    HEÇ BİR NAĞIL O BİRİSİNİ TƏKRARLAMIRDI.
    HƏR DƏFƏ YENİ NAĞILLAR DANIŞIRDIM.
    BU, NECƏ OLURDU?
    İSTƏNİLƏN İKİ PREDMET TAPIRDIM.
    MƏSƏLƏN, KÖSTƏBƏKLƏ AĞACDƏLƏN VƏ BUNLARIN ARASINDA OLAN NƏSƏ BİR ƏLAQƏNİ NAĞIL KİMİ UYDURURDUM.
    DEYƏK Kİ, KÖSTƏBƏK YATMIŞDI.
    AĞACDƏLƏN AĞACI DÖYDÜ, KÖSTƏBƏK YUXUDAN OYANDI VƏ ACIQLANDI.
    AĞACDƏLƏN ONUNLA BARIŞMAQ ÜÇÜN ONA ALMA DƏRDİ, GƏTİRDİ.
    BUNLAR ONUN ÜÇÜN ÇOX MARAQLI OLUR VƏ DANIŞDIQCA ÖVLADIMIN HİSS EDİRƏM Kİ, XƏYALLARI CANLANIR.
    ARTIQ BU NAĞIL DANIŞMAQLARIMDAN 3 İL KEÇİB VƏ HƏLƏ DƏ HƏR GECƏ 3 YENİ NAĞIL DANIŞIRAM.
    BİZ 3 ŞEY QAZANDIQ.
    BİRİNCİSİ, ÖVLADIMIN XƏYAL DÜNYASI KİFAYƏT QƏDƏR İNKİŞAF ETDİ.
    MƏN HİSS EDİRƏM Kİ, O, HADİSƏLƏRƏ ÇOX YARADICI BAXIR.
    HƏTTA GECƏLƏR BƏZƏN OLUR Kİ, DEYİRƏM Kİ, OĞLUM İNDİ DƏ SƏN MƏNƏ NAĞIL DANIŞ.
    GÖRÜRƏM Kİ, O, ÖZÜNDƏN HEÇ VAXT DANIŞMADIĞIM BİR NAĞILI UYDURA BİLİR.
    İNANIRAM Kİ, ONUN XƏYAL GÜCÜNÜN BU ŞƏKİLDƏ İNKİŞAF ETMƏSİ GƏLƏCƏKDƏKİ KARYERASINA, HƏYATINA DA ÇOX MÜSBƏT TƏSİRİNİ BAĞIŞLAYACAQ.
    İKİNCİSİ, MƏNİM XƏYAL GÜCÜM ÇOX İNKİŞAF ETDİ.
    MƏNİM PROBLEMƏ YANAŞMA TƏRZİM, BELƏ DEYƏK, STORYTELLING-İM ÇOX YAXŞI OLDU.
    MƏN HƏM DƏ TƏLİMLƏR VERİRƏM.
    TƏLİMLƏRDƏ HİSS EDİRƏM Kİ, BƏZƏN HADİSƏLƏRİ NƏQL ETMƏ ŞƏKLİM KİFAYƏT QƏDƏR DƏYİŞDI VƏ TƏKMİLLƏŞDİ.
    ÜÇÜNCÜSÜ, BİZİM ARAMIZDA OLAN OĞUL VƏ ATA BAĞI DAHA DA SIXLAŞDI, DƏRİNLƏŞDİ.
    BİR-BİRİMİZLƏ ÜNSİYYƏTİMİZ DAHA YAXŞI ALINDI VƏ BİR-BİRİMİZİN DOSTUNA ÇEVRİLDİK.
    NAĞILLARI DANIŞARKƏN SƏS İNTONASİYANIZI DƏYİŞMƏK ÇOX EFFEKTİVDİR.
    SİZ DEYƏK Kİ, AYI HAQQINDA DANIŞIRSINIZ.
    AYI DOVŞANA NƏSƏ DEDİ.
    SİZ SƏSİNİZİ BİR AZ QALINLAŞDIRANDA GÖRÜRSÜNÜZ Kİ, ÖVLADINIZ DAHA MARAQLA QULAQ ASIR.
    YAXUD DOVŞANI CANLANDIRIRSINIZSA, BİR AZ SƏSİNİZİ YUMŞALDIRSINIZ.
    BU, DAHA EFFEKTİV OLUR.
    ÜMUMİYYƏTCƏ, BİR NEÇƏ DƏFƏ NAĞIL QURAŞDIRMAĞA CƏHD ETSƏNİZ GÖRƏCƏKSİNİZ Kİ, ARDI ÇOX RAHATLIQLA GƏLİR.
    YƏNİ İNSANIN FANTAZİYALARI SONSUZDUR.
    SİZ SONSUZ SAYDA NAĞILLAR UYDURA BİLƏRSİNİZ.
    SƏS TONUNUZU OYNATMAQ, OBRAZLARI DAHA DA MARAQLI ETMƏK, DANIŞARKƏN RƏNG ELEMENTLƏRİ QATMAQ ÇOX EFFEKTİV METODLARDAN BİRİDİR.
    MƏSƏLƏN, AYI DEMƏYIN.
    DEYİN Kİ, QƏHVƏYİ RƏNGDƏ, BAŞI YEKƏ, DİŞLƏRİ İRİ AYI.
    YAXUD DOVŞAN DEMƏYİN, ÇÜNKİ UŞAQ DOVŞANIN NƏ OLDUĞUNU BEYNİNDƏ CANLANDIRA BİLMİR.
    DEYƏ BİLƏRSİZ Kİ, AĞ, YUMŞAQ TÜKLÜ, QƏŞƏNG ƏTİRLİ DOVŞAN.
    BELƏ OLANDA, O, BEYNİNDƏ ONU DAHA DA YAXŞI CANLANDIRA BİLİR.
    NAĞIL DANIŞMA METODU UŞAQ TƏRBİYƏSINDƏ ƏN İDEAL METODLARDAN BİRİDİR.
    BELƏ Kİ, ƏGƏR SİZ ÖVLADINIZA BİR XARAKTER FORMALAŞDIRMAQ İSTƏYİRSİZSƏ, DEYƏK Kİ, SİZ ONUN CƏSARƏTLİ OLMASINI İSTƏYİRSİZSƏ, SİZ NAĞILDA BİR OBRAZ QURURSUNUZ VƏ ONU HANSISA SİTUASİYADA CƏSARƏTLİ DAVRANDIĞINI AŞILIYIRSINIZ. DEYƏK Kİ, MƏLİKMƏMMƏD GETMİŞDI QIZI XİLAS ETMƏYƏ.
    DİV ÇOX BÖYÜK İDİ.
    AMMA MƏLİKMƏMMƏD ONDAN QORXMADI.
    QILINCINI ÇIXARTDI, DİVLƏ DÖYÜŞƏ ATILDI VƏ QIZI XİLAS ETDİ.
    O, ÖZÜNÜ MƏLİKMƏMMƏDDİN OBRAZINA QOYUR VƏ CƏSUR OLMAĞIN EŞQİNİ YAŞAYIR.
    OĞLUM ÖZ BEYNİNDƏ CANLANDIRIR Kİ, MƏLİKMƏMMƏD CƏSUR OLDU.
    O, ÖZÜNÜ BAŞ OBRAZIN, ROLUN YERİNƏ QOYUR VƏ HİSS EDİR Kİ, CƏSUR OLMAQ LAZIMDIR, QORXMAMAQ LAZIMDIR.
    SİZ ÖVLADINIZDA XEYİRXAHLIQ KİMİ BİR CƏHƏT FORMALAŞDIRMAQ İSTƏYİRSİZSƏ, SİZ BAŞ ROLU HANSISA SİTUASİYADA XEYİRXAH DAVRANDIĞINI DANIŞIRSINIZ.
    SİZİN UŞAĞINIZ ÖZ BEYNİNDƏ CANLANDIRIR Kİ, XEYİRXAHLIQ NƏ CÜR OLUR?
    YAXŞILIQ ETMƏK NƏ CÜR OLUR?
    YAVAŞ-YAVAŞ ONUN XARAKTERİNƏ SİZİN DANIŞDIQLARINIZ HOPUR.
    SÖZLƏR ÇOX SEHİRLİDİR.
    SÖZLƏR UŞAĞIN XARAKTERİNƏ DONMAMIŞ BETONUN ÜZƏRİNƏ İZ QOYAN KİMİ İZ QOYUR.
    ƏGƏR SİZ DAVAMLI OLARAQ, UŞAĞINIZA XEYİRXAHLIQ, CƏSARƏT, ÖYRƏNMƏK, YAXŞILIQ VƏ S. KİMİ DANIŞARSINIZSA, GÖRƏCƏKSİNİZ Kİ, ONDA DA ARTIQ BU BAŞ QALDIRIR.
    ÇOX MARAQLIDIR Kİ, SRAĞAGÜN MƏN HƏYƏTDƏ İDİM.
    ÖVLADIM DOSTLARI İLƏ OYNAYIRDI.
    UŞAĞIN BİRİ BİR PİŞİYƏ TƏPİK VURURDU.
    MÜŞAHİDƏ EDİRDİM Kİ, MƏNİM ÖVLADIM QIRAQDAN DEYİR Kİ,
    - O DA CANLIDIR, ONA NİYƏ TƏPİK VURURSAN?
    ÇOX MARAQLIDIR Kİ, 3 YAŞLI UŞAQDAN BU SÖZÜ EŞİTMƏK ÇOX SEVİNDİRİCİ İDİ.
    GÜMAN EDİRƏM Kİ, BU, ONA DANIŞDIĞIM NAĞILLARIN NƏTİCƏSİ İDİ.
    ÖVLADINIZA NAĞIL DANIŞMAQ ÇOX FAYDALI TƏRBİYƏ METODUDUR.
    MƏN TÖVSİYƏ EDƏRDİM Kİ, SİZ BUNU HƏR GECƏ VƏRDİŞƏ ÇEVİRƏSİNİZ.
    ÖVLADINIZA PLANŞET, TELEFON VERMƏK ƏVƏZİNƏ ONA NAĞIL DANIŞSANIZ, BU, HƏM SİZƏ, HƏM DƏ ÖVLADINIZA ÇOX XOŞ OLACAQ.
    SİZİN BAĞLARINIZI BİR-BİRİNİZLƏ DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK.
    BELƏ DEYƏK Kİ, NÖVBƏTİ 10-15 İLDƏ SİZİ BİR XEYLİ ƏZİYYƏTDƏN XİLAS ETMİŞ OLACAQ.
  • Навчання та стиль

КОМЕНТАРІ • 48

  • @zaurmemmedli6880
    @zaurmemmedli6880 4 роки тому +20

    Cox heyfki bow bow videolara milyonlarla baxiw sizin kimi Azerbaycan genci ve yaradici bir wexs sadece 600-700 adam baxir.Yeqin ele en sadiq izleyiciler men ve bu hemin insanlardi.Size ugurlar❤

  • @Abdullayev707
    @Abdullayev707 5 років тому +12

    Bu metodu mən de oxşar formada tətbiq etmişdim, çox effektivdir)

  • @samirsamm6840
    @samirsamm6840 2 роки тому

    Çox möhtəşəm düşüncə vı davranış

  • @yaqutmuradova5904
    @yaqutmuradova5904 5 років тому +10

    Salam.Sizin fikir ve düşüncelerinizi seve-seve gözleyirem ve dinleyirem.Her zaman deyerli olun.Allah razı olsun Sizden.

    • @elvindadassoy6730
      @elvindadassoy6730  5 років тому +2

      Salam Yaqut xanım. Dəyər verdiyiniz üçün minnətdaram. Allah cümləmizdən razı olsun.

    • @yaqutmuradova5904
      @yaqutmuradova5904 5 років тому +1

      @@elvindadassoy6730 Amin.

  • @punhanteymurov7922
    @punhanteymurov7922 2 роки тому

    Çox marağlı video oldu.

  • @tunarsemedov1755
    @tunarsemedov1755 4 роки тому +3

    Azerbaycanda bele aile bascilari azdi tesufler olsun

  • @kecibgednzamandeyilomurdur1787
    @kecibgednzamandeyilomurdur1787 4 роки тому +8

    Azərbaycanın fəxr olunası övladlarından biri

    • @elvindadassoy6730
      @elvindadassoy6730  4 роки тому +1

      Minnətdaram😊.

    • @azerbaycan4496
      @azerbaycan4496 3 роки тому

      @@elvindadassoy6730Allah saxlasun Men Sizinle nece defe qarsilasmisam qardas amma ailenizle olduqunuza gore Size yaxinlasmamisam youtubda videolarinizin serh bolmesinde yazdim size amma cavab olmadi hecvaxt

  • @umidmehdiyev7881
    @umidmehdiyev7881 Рік тому

    Salam mən sizin çıxışlarınızı izləyirəm və sizi dəstəkləyirə çox gözəl çıxışlarınız var

  • @anarhsnov9601
    @anarhsnov9601 5 років тому +8

    Çox yaxşı metoddu.👍 Gecikmədən gərək məndə başlayım. Təşəkkürlər bu faydalı informasiya üçün 😊

    • @elvindadassoy6730
      @elvindadassoy6730  5 років тому +1

      Siz də sağ olun. İnşallah tezliklə başlayın. Nəticələri paylaşarsınız bizimlə. Uğurlar.

    • @anarhsnov9601
      @anarhsnov9601 5 років тому +1

      Təşəkkür edirəm sizədə uğurlar 😊👍

    • @nuraysuleymanova2005
      @nuraysuleymanova2005 Рік тому

      Salam, artıq 3 il keçib rey yazmağınlzdan. Başladınız? Neticesi necə oldu. Çox yaxşı üsuldu. İnanram müsbet tesir eder.

  • @elvineliyev3659
    @elvineliyev3659 10 місяців тому

    👍

  • @sevdarahmanova9169
    @sevdarahmanova9169 4 роки тому +3

    Masallah.Allah saxlasin.Getirersiniz şahmat dersine))

  • @mirzaghahasanzada4053
    @mirzaghahasanzada4053 3 роки тому

    👍👍👍👍

  • @intiqamagalarov3656
    @intiqamagalarov3656 5 років тому +7

    Çox gözəllll.Məncə bu həyatda nəsə reallişdirmaq isdəyirsənsə ideya çox gözəl hətta olan butun hadisələri beynində canlandirmaq.Siz bunu balacaliğinda usaginiza öyretmisiniz 👍👍👍

  • @elshadaliyev7735
    @elshadaliyev7735 3 роки тому

    Allah saxlasın övladınızı. Təşəkkür edirəm videorolik üçün.

  • @fuaddergahli
    @fuaddergahli 2 роки тому

    Halal olsun!.Allah ailənizi-övladınızi qorusun! Xoşbəxt eləsin!

  • @nigargulushova4464
    @nigargulushova4464 2 роки тому

    Mende size gulag asmamishdim ama mende sizin kimi ozumden nagillar uydurub danishirdim hemishe. 3cu sinife kechirler helede danishiram zaman tapan kimi. Ve en maragloli terefide budurki onlar kitandan ve ya ozumden nagil gurum danishim dedikde menim uydurdugum nagillari sechirler. Ushaglara nagil danishmag mutleg lazimdi. Hem ovladla dosd olursan ve onu heyata nagillarla hazirlayirsan

  • @natanusretli3221
    @natanusretli3221 3 роки тому +1

    Cox savadli oqlandi yaxşiki Azerbaycanda bele insanlar var

  • @reyhansultan3824
    @reyhansultan3824 3 роки тому

    Allah saxlasin

  • @iniziorai2989
    @iniziorai2989 5 років тому +11

    Öncəliklə,altyazı əlavə etdiyiniz üçün təşəkkür edirəm (eşitmə qüsurlu insanlar üçün)
    Bəli,razıyam bir insanda xəyal gücünü yaratmaga kömək olmaq , ona müxtəlif situasiyalarda kömək ola bilər. Xususilə(hekayə anlatmaq (bədii təsvir vasitələri ilə) ) qeyd etdiyiniz vasitə də mohtesemdir
    Umumən bu kanalda öyrəniləsi cox sey var (Yaxsının qiymətini bilən az olar)

  • @IphoneIphone-sy7hg
    @IphoneIphone-sy7hg 4 роки тому +1

    Allah sizi qorusun sizin yoldaslnlz coxx xosbexdirki sizin kimi yoldasl var Allah ailenizi qorusun

  • @yaqutmuradova5904
    @yaqutmuradova5904 4 роки тому +4

    Salam Elvin bey.Niye yeni vidolar paylaşmırsınız?

  • @azeyoutuberproi9134
    @azeyoutuberproi9134 4 роки тому +2

    Kaw butun atalar bele ola

  • @umidmehdiyev7881
    @umidmehdiyev7881 Рік тому

    Mən sizdən xahiş edərdim ki hansı kitabları oxumaq məsləhətdir onuda deyimki kitabları sevirəm

  • @nazm-va6522
    @nazm-va6522 4 роки тому +2

    Elvin müəllim siz online kurslar keçirirsiz? Mən çox istirəmki biznesin qızıl qaydalarını öyrənm? Əgər olarsa çox sevinərəm. Xaiş edirəm mənə cavab verin🌼

  • @vusalalekberov4434
    @vusalalekberov4434 4 роки тому +4

    Elvin Seninle nece elaqe saxliya bilerem

  • @taryeliskandarov1669
    @taryeliskandarov1669 3 роки тому

    Allah saxlasin))

  • @nsirsfrov7459
    @nsirsfrov7459 4 роки тому +1

    Salam"Dadaşsoy biznes school" haqqında ətraflı məlumat verə bilərsiniz ?

    • @elvindadassoy6730
      @elvindadassoy6730  4 роки тому

      Salam. 0503925213 assistentə yazın zəhmət olmasa.

    • @nsirsfrov7459
      @nsirsfrov7459 4 роки тому

      @@elvindadassoy6730 təşəkkürlər ❤️

  • @elmanagabyov960
    @elmanagabyov960 5 років тому +3

    👍