Lerikdə şəhidlərin abidə kompleksi və xatirə bulağı tikilib

Поділитися
Вставка
  • Опубліковано 22 жов 2024
  • #APATV #sehidler #ebedi #abide #lerik
    Lerikin Soru kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılış mərasimi keçirilib.
    APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, mərasimdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarları ziyarət olunub. Sonra isə Soru kəndindən olan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilən abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Mərasimin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə kompleksinin önünə əklillər və gül dəstələri düzülüb. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini qeyd ediblər. Soru kəndindəki abidənin inşasında əməyi keçənlərə təşəkkür edilib.
    Mərasim zamanı həmçinin xatirə bulağı istifadəyə verilib. Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 2

  • @amidhasanov3013
    @amidhasanov3013 2 роки тому +1

    *ALLAH RƏHMƏT ETSİN İGİD ŞƏHİDLƏRİMİZƏ. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN, MÜQƏDDƏS RUHLARI QARŞISINDA BAŞ ƏYİRİK.*

  • @turansirliyeva8465
    @turansirliyeva8465 2 роки тому +4

    Allah şəhidlərimizə rəhmət eləsin inşallah. Abidənin tikilməsində əziyyəti keçən hər kəsə isə Allah can sağlığı versin.