Cənub Qaz Dəhlizində növbəti mərhələ - TANAP

Поділитися
Вставка
  • Опубліковано 21 чер 2018
  • İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
    Qeyd edək ki, Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.
    Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, “Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.
    “TANAP kəmərinin açılışı bir daha sübut edir ki, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən istənilən layihə reallığa çevrilir. Çünki bu təşəbbüsün arxasında güclü siyasi iradə dayanır. TANAP Azərbaycan və Türkiyənin qardaşlığının sübutu və növbəti zəfəridir”.
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı Cənub Qaz Dəhlizinin onurğası adlandırdı. Bildirdi ki, layihənin reallaşması hər şeydən əvvəl Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimada əsaslanan starteji tərəfdaşlıq sayəsində mümkün olub. Eyni zamanda istehsalçı, tranzit və tədarükçü ölkələr arasındakı anlaşma və əməkdaşlıq TANAP-ın icrasını sürətləndirməyə imkan verib.
    “TANAP ilk gündəmə gəldiyində, kimiləri buna röya dedi,reallaşması mümkün deyil dedilər, amma biz səbr etdik. Doğru hesab etdiyimiz yolla irəlilədik. Nəticəyə isə bu gün qürur hissi ilə şahid oluruq. İndi qarşımızda daha böyük hədəflər, layihələr var. İndi qarşımızda burdan aldığımız ilhamla yeni uğur hekayələri yazmaq var”.
    Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. TANAP layihəsi istismara verilməsi ilə Bu dörd elementdən üçü artıq başa çatmış olur.
    Trans Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. layihənin dəyəri 8 mlrd. ABŞ dolları olmuşdur. Ümumi uzunluğu 1850 kilometr olan TANAP-ın 18 kilometri sualtı hissədən ibarətdir. Boru kəmərinin diametri 1,4 metrdir. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

КОМЕНТАРІ • 3

  • @natiqhemidov906
    @natiqhemidov906 4 роки тому

    Salam yeni layihə 2020 ci ilin əvvəlində başlayacaq ?

  • @natiqhemidov5914
    @natiqhemidov5914 4 роки тому

    UA-camr nese bilirsənsə bir söz de xaiş edirəm

    • @yuzbindolaramerika3859
      @yuzbindolaramerika3859 3 роки тому

      Salam qardaş başladı , Bu kəmər bizi digər Türk dövlətləri ilə və Avropa ilə yaxşı münasibət qurfuracaq