Nardaran hadisələri zamanı həbs olunan Cahad Babakişizadə Qobustan həbsxanasında təzyiqə məruz qalıb

Поділитися
Вставка
  • Опубліковано 18 вер 2024
  • #BakuTimes #AbunəOL #Bəyən
    Nardaran hadisələri zamanı həbs olunan Cahad Babakişizadə Qobustan həbsxanasında təzyiqə məruz qalıb.
    Bu barədə redaksiyamıza Cahad Babakişizadənin yaxınları məlumat veriblər.
    Onların sözlərinə görə, Cahad Babakişizadə ötən həftə heç bir səbəb göstərilmədən həbsxana rəhbərliyi tərəfindən bir həftə karserə salınmaqla cəzalandırılıb. Özünün yarımçıq qalmış telefon zəngində həbsxana rəhbərliyinin işgəncələrinin artıq dözülməz olduğunu söyləyərək o, tək çarə kimi aclıq elan edərək ağzını tikəcəyini deyib.
    Yaxınlarına görə telefon zəngini həbsxana rəhbərliyi kəsib.
    Ailəsinin aldığı məlumata görə, Cahad Babakişizadə kəsilən telefon zəngindən sonra artıq 4 gündür ağzını tikərək aclıq aksiyasına başlayıb.
    Bizi facebookda izləyin: / bakutimes.tv
    Bizi instagramda izləyin: / bakutimes.tv

КОМЕНТАРІ • 3