Şəkər xəstələrində Ayaq Yaraları - SƏBƏBİ BUDUR!

Поділитися
Вставка
  • Опубліковано 21 сер 2024
  • Həkimlə Əlaqə: 051 415 71 21
    İnstagram: dr.sevdaqafarova
    Hal-hazırda bütün dünyada şəkərli diabetin və onun təhlükəli ağırlaşması olan və diabetik ayaq sindromunun artım tempi qeyd edilməkdədir.Tibbin müasir nailiyyətlərinin tətbiqinə baxmayaraq, bu patologiya zamanı bütövlükdə ətrafin itirilməsi və buna bağlı əlillik və ölüm faizinin yüksək olması da qeyd edilir.
    Dünyada hər 40 saniyədən bir şəkərli diabeti olan xəstə üzərində əlilliyə səbəb olacaq bir əməliyyat icra edilir. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu qrup xəstələrdə aşağı ətrafların amputasiyası şəkərli diabetdən əziyyət çəkməyən xəstələrə nisbətən 17-45 dəfə çoxdur. Diabetik ayaq fonunda irinli-nekrotik ağırlaşmaların inkişafı qeyri-travmatik amputasiyaların əsas səbəbi sayılır.
    Digər tərəfdən,diabetik ayaq sindromunun erkən diaqnostikası müsbət morfofunksional nəticələrinin əldə edilməsini təmin edə bilən müalicəsinin çətinliyi onun etiologiyasının çoxfaktorlu olması, patogenezinin və klinik gedişinin mürəkkəbliyi və ilə izah edilir. Ona görə də bu problem multidisiplinar olub, endokrinologiya, cərrahiyyə, ortopediya, nevrologiya, angiologiya, radiologiya və digər sahələrin ortaq problemidir.
    Diabetik ayaq yarası hansı səbəblərdən və necə yaranır?
    Diabetik ayaq yarası şəkər xəstəliyinin uzun müddət davam etməsi nəticəsində meydana gələn kəskin və ya xroniki yara növlərindan biridir. Əsas səbəbi şəkər xəstəliyi olsa da, sinirlərin, qan damarlarının və sümüklərin zədələnməsi səbəbindən əmələ gəlir.

КОМЕНТАРІ • 1

  • @PEYGMBRSVHLI-BEYTbb
    @PEYGMBRSVHLI-BEYTbb 20 днів тому

    Salam xanım sizdən bir şey soruşum. Deyirlər ki, qanqrenanın erkəyi-dişisi olur və dişi qanqrena adamı öldürür?