2021 03 Qazax rayonu, Göyəzən dağı

Поділитися
Вставка
  • Опубліковано 3 вер 2021
  • Qazax rayonu, Göyəzən dağı
    Göyəzən dağı Qazağın rəmzi sayılır.
    1947-ci ilin payızında Səməd Vurğunla Mirzə İbrahimov Daş salahlı kəndində ova gedirlər. Dan ağarmamışdan yola düşən ovçular Avey dağının sıldırımlığına çatanda, artıq üfüqlər açılır. Kürdən başlayıb başıqarlı dağların ətəklərinə qədər uzanıb gedən çöllərə, tarlalara, heyranlıqla tamaşa edirlər. Təbiətin əsrarəngiz gözəlliklərindən və göylərə baş çəkən Göyəzəndən doymayan Səməd Vurğun:
    - Ayə, ora bax, ora bax, Göyəzən dağı! - deyə fəxrlə, sevinclə qələm dostuna dağı göstərir.
    Mirzə İbrahimov deyir:
    - Ay Səməd şeirində “Göyəzən dağı” oxuyanda elə bilmişdim ki, Şahdağından, Elburusdan ucadır. Bu ki, təpə imiş...
    Səməd Vurğun dərhal hazırcavablıqla deyir:
    - Ayə, mənim böyüklüyüm ondadır ki, təpəni dağ kimi tərənnüm edirəm... Sən dağı təpə eləyənlərdən qorx...

КОМЕНТАРІ • 10

  • @nazilsanyeva-ih4li
    @nazilsanyeva-ih4li Рік тому +3

    Qazaxın ən gözəl yeri bəhh🤌🤌🤌🤌🤌

  • @zaurbayramov4498
    @zaurbayramov4498 2 місяці тому

    DÜNYANIN ƏZƏLİ
    GÖYƏZƏN DAĞI !
    DAĞLARIN GÖZƏLİ,
    GÖYƏZƏN DAĞI !
    TOFİQ SALEH.

  • @ekberesgerli7413
    @ekberesgerli7413 9 місяців тому +2

    Ne gözəl dağdı👇👇👇☺️🥰😘

  • @bakcellcin1177
    @bakcellcin1177 9 місяців тому +1

    Təşəkkür edirəm Faiq bəy, mən də Qazaxliyam, İncədən, rayonumuz barədə verilislərinizi çox bəyənir və dəstəkləyirəm , əməyi keçən hər kəsə təşəkkürlər

  • @keveltv
    @keveltv 6 місяців тому

    Başındakı mağara çox maraqlı gəlir.

  • @sgerbacisiQULYEV
    @sgerbacisiQULYEV 9 місяців тому +1

    Biy bizim kend 😊

  • @zaurbayramov4498
    @zaurbayramov4498 2 місяці тому

    GÖY ƏZƏN (GÖY Ü ƏZƏN)
    GÖY OZAN (OZAN / AŞIQ)
    GÖY Ə AZAN
    KUHİ ZƏNAN (KUHZƏN)
    KAVAZİN (QAYASIN)

  • @vusalmemmedli4480
    @vusalmemmedli4480 2 місяці тому

    Göyəzən dağı tam olaraq Azərbaycan nəzarətindədir?

  • @elcinqocazade7823
    @elcinqocazade7823 4 місяці тому

    Neçənci ildə olub