Şirvanda yolu qazıb su çəkirlər, sonra da üstünü açıq qoyub gedirlər - APA TV

Поділитися
Вставка
  • Опубліковано 1 чер 2023
  • #APATV #Şirvan #Azərsu #sakin #şikayət #kanalizasiya #suxətti #problem #avtomobil #asfalt #maşın #vətəndaş #yol #təmir #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Şirvanda yolu qazıb su çəkirlər, sonra da üstünü açıq qoyub gedirlər - APA TV
    Şirvanda çəkilən kanalizasiya və su xətləri sakinlər üçün problem yaradır.
    Uzun müddətdir ki, Şirvan şəhərinin mərkəzi və kənar ərazilərinə “Azərsu” ASC tərəfindən kanalizasiya və su xətləri çəkilir. Sakinlər deyir ki, işlər müasir dövrün tələblərinə cavab verməsə də pis-yaxşı infrastruktur layihələrin həyata keçirilməsi alqışlanandı. Amma yollar qazılır və uzun müddət təmir olunmur, yəni asfaltlanmır. Bu da ətrafda toz yaradır, avtomobillərin hərəkəti üçün maneələr törədir.
    Sakinlər deyir ki, tozun torpağın yaratdığı problemlər qısa müddətli olsa bir təhər buna dözmək olar. Amma çəkilən xətlərin asfaltlanması uzun müddət həyata keçirilmir. Ya da görülən işlər keyfiyyətsiz aparılır.
    Vətəndaşlar bildirir ki, şəhərin düz mərkəzindən keçən avtomobil yolunun üstündə aparılan kanalizasiya xətti həm avtomobillərin intensiv hərəkətinə çətinlik yaradır, həm də insanların həyatı üçün təhlükə yaradır. Əraziyə tökülən çınqıllar avtomobillərinin təkərinin altından çıxıb ya arxada gələn avtomobillərin ön şüşəsini sındırır, ya da kiməsə dəyir. Hətta başından yaralanan da olub.
    Eyni hal şəhərin bağ evləri massivində də yaşanır. Bu ərazidə çəkilən xətlərin üstü aylarla təmir olunmur.
    “Bir neçə ay bundan əvvəl oradan su xətti çəkildi, indi də kanalizasiya xətti çəkilir. Ola bilməzdi ki, eyni vaxtda çəkilərdi bu xətlər. Burada toz-torpaqdan tərpənmək olmur. Maşınlar dağılır. Yarımçıq qoyub gediblər. Şirvanın bütün küçələrində vəziyyət belədi. Qəmbər daşları tökürlər yola maşınların şüşələrini sindırır. Adamları yaralayır. O gün də təkərdən çıxan daş bir nəfərin başına dəyib yaraladı. 3 aydı burda vəziyyət belədi. Yolun sol tərəfindəki su xəttində də bir il işlədilər. Bir salamat asfalt bura idi onu bərbad vəziyyətə qoyub getdilər.
    Məsələ ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya müraciət etdik.
    İndi sakinlər səbirsizliklə problemin həll olunacağı günü gözləyir.
    Əlibəy Zeynallı
    Elçin Həsənov
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 21

  • @Elnareimanli
    @Elnareimanli Рік тому +5

    Şirvan da şirvanliq qalmayib day

    • @FH_-
      @FH_- Рік тому

      Yəqinki yaxın gelecekde düzələr yollarimiz

  • @veteran2703
    @veteran2703 Рік тому +2

    Yol mədəniyyətdi deyilər ...

  • @user-cs9dl1wm7z
    @user-cs9dl1wm7z Рік тому +3

    Baq evlarinde yaman qundedi birdene su cekdiler oda her qun partlayır kanalzasiya yoxdur yola axır

  • @user-vq1po5ti5v
    @user-vq1po5ti5v Рік тому +3

    Алла кессин онларын гордуйу иши

  • @elsnmmmdov3548
    @elsnmmmdov3548 Рік тому +2

    Şirvan xaraba qalib

  • @qarabagqazisi6494
    @qarabagqazisi6494 Рік тому +1

    ŞƏHƏR.İCRA HAKİMİYYƏTİ HARA BAXIR??

  • @vasifadigozelov235
    @vasifadigozelov235 Рік тому +2

    Bunlarin görduyu is hər yerdə elədir tək sirvanda yox torpaq yatmamis istunə asfalt tökurlər o da yaqis yaqan kimi cökur

  • @kamranhuseynov6307
    @kamranhuseynov6307 Рік тому +1

    Köstebey kimi her yeri qazirlar sora üstün yaman günde örtürler

  • @user-vq1po5ti5v
    @user-vq1po5ti5v Рік тому +1

    Будчеден пул айрыландан сонра, бу ишлери гелиб йохлайан йохдур ки, бу пул hара херчлениб

  • @ngarhesenovahasanova1695
    @ngarhesenovahasanova1695 7 місяців тому +1

    7 aydıkı bu videonu çəkiblər yol hələdə belədi

  • @user-vq1po5ti5v
    @user-vq1po5ti5v Рік тому +2

    Инанан Даша донсун, Салйан - Ширван йолун 10 иле чекдилер о да яман гунде

  • @sametgozcu8500
    @sametgozcu8500 Рік тому +1

    Biyabırçılığdı her yeri qazıb tökübler üsdün qırlamayiblar

  • @muradmustafayev6524
    @muradmustafayev6524 Рік тому +1

    Mingecevirde de bu veziyyetdi

  • @raufhuseynov3105
    @raufhuseynov3105 Рік тому +1

    Siz gelin Genceye bir goz kecirin,gorun ne gundedi

  • @user-vq1po5ti5v
    @user-vq1po5ti5v Рік тому +1

    Бизим кучейе не су чекилиб, не де ки, канализация

  • @pubghileleriandpubgtricks2053

    Bu hadisənin eynisi Neftçala da olur hal hazırda. Gəlin bizede asfalt çəkin

  • @user-vq1po5ti5v
    @user-vq1po5ti5v Рік тому +2

    Яман гуне гойублар

  • @bakcellmagitel4725
    @bakcellmagitel4725 Рік тому +1

    Salyanda pox qoydular yollarin icine duzeldende yoxdu.