Rəşid Məmmədov. Təşəbbüs Qrupu

Поділитися
Вставка
  • Опубліковано 4 чер 2023
  • Haqqında:
    Hüquqşünasdır. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr dərəcəsi alıb. Daha sonra Almaniya Federativ Respublikasında Beynəlxalq İnsan Hüquqları və Humanitar Hüquq üzrə magistr dərəcəsinə yiyələnib. O, həmçinin ABŞ Dövlət Departamentinin peşəkar mübadilə proqramı olan IVLP-nin məzunudur. Rəşid karyerası ərzində dövlət sektoru, QHT, insan hüquqları, tikinti, bankçılıq, incəsənət, hüquq və biznes konsaltinqi kimi müxtəlif təşkilat və sahələrdə çalışıb. Paralel olaraq uzun illərdir ki, bir sıra ali təhsil məktəblərində müxtəlif hüquq əsaslı fənləri tədris etməklə akademik fəaliyyətini davam etdirir. O, eyni zamanda biznesini yaratmaq istəyən şəxslərə hüquq xidməti ilə yanaşı mentor dəstəyi də təqdim edir. Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Özəl Sektorun İnkişafı Layihəsində Hüquq və siyasət üzrə müşavir olaraq çalışır və layihə çərçivəsində ölkədə qadınların iqtisadi gücləndirilməsi istiqamətində bir sıra fəaliyyətlərə dəstək verir.

КОМЕНТАРІ • 1

  • @user-ef1vf8vd1u
    @user-ef1vf8vd1u Рік тому +1

    Только слабаки поднимает руку на животным а люди их спасает