Məzuniyyət haqqının hesablanması qaydası

Поділитися
Вставка
  • Опубліковано 7 жов 2024
  • Salam dəyərli izləyicilər, bu video insan resursları sahəsinə yeni başlamış və hazırda bu sahədə çalışan şəxslərin bilik və bacarıqlarını daha da möhkəmləndirməyə yönəlmişdir. Bu sahədə hər birinizə uğurlar.
    #insanresursları #əməkməcəlləsisınaqimtahanı #parvizhuseynov #insanresurslari #emekmecellesi #əməkməcəlləsi #humanresources #sonhaqqhesab #mezuniyyethesablama #kollektivmuqavile #emekmuqavilesi #kollektivsazis #Məzuniyyəthesablama #kollektivmüqavilə #kollektivsaziş #sınaqimtahanı #dovletqullugu #qanunvericilik #dövlətqulluğu #dövlətqulluğu #mezuniyyet #məzuniyyət
    Nəzərə alınan ödənişlər:
    faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı;
    müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
    kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı
    uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
    səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
    iş vaxtından artıq iş saatlarının ödənilməsi;
    istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
    işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
    müvəqqəti əvəzetməyə görə ödəmə;
    qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
    məcburi işburaxma dövrünün ödənilməsi;
    əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;
    əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər; [4]
    qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.
    Nəzərə alınmayan ödənişlər:
    birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
    işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
    əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi;
    maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
    ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
    ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
    işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
    qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
    sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
    başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
    istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
    yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
    gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
    mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr.
    istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

КОМЕНТАРІ • 23

  • @hnc3723
    @hnc3723 Рік тому +4

    Çox aydın və sadə izahınız var,uğurlar diləyirəm.

  • @susnhuseynova2848
    @susnhuseynova2848 Рік тому +1

    Uğurlar müəllim. İzahınız möhşəm idi🤝😊

  • @hasanhuseynov9213
    @hasanhuseynov9213 3 місяці тому +1

    🙏👍

  • @turalqasmov5582
    @turalqasmov5582 Рік тому +1

    Uğurlar Pərviz müəllim çox gözəl izah verirsiniz

  • @Necmeddin_87
    @Necmeddin_87 4 місяці тому +2

    Son 12 ayı hesablayarkən hansı aylar nəzərə alınmır? son 12 ayda xəstəlik, öz hesabına məzuniyyət və s. olarsa həmin aylar nəzərə alınır?

  • @GulaneNehmetova-xj8rq
    @GulaneNehmetova-xj8rq Місяць тому +1

    Salam.işçi 4.1 ştat əmək müqavləsi ilə işləyirsə bunun üçün əmək haqqından tutulmalar hesablanacaq?

  • @sekineismayilzade4402
    @sekineismayilzade4402 8 місяців тому +1

    Salam. Bəs zərərli işdə işlədiyi üçün əlavə təqvim günü vermirik?

  • @vsilqurbanova3117
    @vsilqurbanova3117 2 місяці тому +1

    Salam. Məzuniyyət hesablandıqda vergi tutulur?

  • @leilayusifli8682
    @leilayusifli8682 9 місяців тому +1

    Salam,əmək haqqı minimum əmək haqqıdırsa,vergi,dsmf, köçürmələri nəzərə alınır yəni 345 götürülür yoxsa əlimizə aldığımız maaşa görə hesablanır?

    • @ParvizHuseynov
      @ParvizHuseynov  9 місяців тому

      Xeyr, vergi gross maaşa görə hesablanır. Nett əmək haqqı kartınıza köçən əmək haqqıdır.

  • @m.sumelyt8950
    @m.sumelyt8950 Рік тому +1

    Salam, mende sistemde maaş 1116 manat ancaq karta kocən maas 1000 manatdir. Hansina gore hesablanmalidir

    • @ParvizHuseynov
      @ParvizHuseynov  4 місяці тому

      Salam,sistemdə görünən üzərindən

  • @Aliyev7788
    @Aliyev7788 5 місяців тому +1

    Salam men bağça müellimiyem.İş yerimden meni istediyim vaxta mezuniyyete çıxmağımı teleb etme hüququm varmı

    • @ParvizHuseynov
      @ParvizHuseynov  4 місяці тому

      Salam,əmək məzuniyyəti qarşılıqlı razılıq əsasında rəsmiləşdirilir. Yəni hər iki tərəfin razılığı mütləqdir.

    • @Aliyev7788
      @Aliyev7788 4 місяці тому +1

      @@ParvizHuseynov Onlar menimle razılaşmırlar men iyul ayı üçün mezuniyyete çıxmaq isteyirem ancaq vermirler bu halda ne ede bilerem?

    • @ParvizHuseynov
      @ParvizHuseynov  4 місяці тому

      Məzuniyyət sizə razılıq əsasında verilməlidir. Əğər verilmirsə bunun səbəbi göstərilməlidir.

    • @Aliyev7788
      @Aliyev7788 4 місяці тому

      @@ParvizHuseynov Çox sağ olun.

  • @vsilqurbanova3117
    @vsilqurbanova3117 Рік тому +1

    Salam. Mən 6 aydı işləyirəm. Dövlət işində. Mənə məzuniyyət düşür?

    • @ParvizHuseynov
      @ParvizHuseynov  Рік тому

      Salam,işçi 6 ay işlədikdən sonra məzuniyyətdən istifadə hüququ yaranır. Hər bir halda məzuniyyət balansınız varsa razılaşma əsasında istifadə edə bilərsiniz.

    • @vsilqurbanova3117
      @vsilqurbanova3117 Рік тому

      @@ParvizHuseynov məzuniyyət balansı nə qədər olmalıdır?