Ədalət Şükürov & Vüqar Əbdülov - Bağlı Qapı (2024 Versiya)

Поділитися
Вставка
  • Опубліковано 4 лип 2024
  • Ədalət Şükürovun Vüqar Əbdülov ilə birgə ifa etdiyi "Bağlı Qapı" mahnısının 2024-cü il versiyası artıq onlayndır.
    Ədalət Şükürova UA-cam-da abunə ol: mikpro.az/a.shukurovyt
    "Bağlı Qapı"-nı rəqəmsal platformalarda dinlə: bfan.link/bagli-qapi
    Musiqi: Ədalət Şükürov
    Söz: Ədalət Şükürov, Vüqar Əbdülov
    Aranjiman: Emil Minyaşev, Vasif Arifoğlu
    Əlaqə üçün: info@adaletshukurov.com
    adaletshukurov.com/az/contact....
    Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
    Instagram: mikpro.az/a.shukurovig
    Facebook: mikpro.az/a.shukurovfb
    Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/a.shukurov.dinle
    Sözlər:
    [Giriş: Ədalət Şükürov]
    Qapı bağlı qalıb…
    [Bənd 1: Vüqar Əbdülov]
    Bağlanıb eşqin qapısı üzümüzə
    Hey dolur həsrət yağışı gözümüzə
    Çəkdiyimiz ahdır əsən küləklər
    Əsdi xəzan, soldu açan çiçəklər
    Səadətə yoxdur inam zərrəcə
    Həsrət ilə ömür edirik sadəcə
    Bağlıdır eşqin qapısı üzümüzə
    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    [Keçid: Ədalət Şükürov]
    Dostum deyir: “qayıt”…
    [Bənd 2: Vüqar Əbdülov]
    Bir-birini sevmək idi şərtimiz
    Nə bilərdik, həsrət olar dərdimiz?
    Sanırdıq, yaxındır vüsal dəmləri
    Gözləmədən həsrəti, dərd, qəmləri
    Biz çox acı həsrət ilə görüşdük
    Amansız fələyin felinə düşdük
    Bağlıdır eşqin qapısı üzümüzə
    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    [Keçid: Ədalət Şükürov]
    Anam küsüb məndən...
    [Bənd 3: Vüqar Əbdülov]
    Həyat fani, ömür qısa, eşq yalan
    Əcəl amansızdır, verməyir aman
    Əgər məhəbbətlə sevirsə ürək
    Hicranı yaxın buraxmamaq gərək
    Biz o qədər bivəfa insanlarıq
    Acı həsrəti dadanda anlarıq
    Bağlıdır eşqin qapısı üzümüzə
    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    [Keçid: Ədalət Şükürov]
    Qapı bağlı qalıb...
    [Bənd 4: Vüqar Əbdülov]
    Düşünmədik, bir gün gələr ayrılıq
    Bağrımızı deşər, dələr ayrılıq
    Sevgi ilə aşıb-daşır qəlbimiz
    Vüsal arzusuyla coşur qəlbimiz
    Qalmayıbdır dözüm ayrılığımıza
    Səbəb budur bizim ayrılığımıza
    Bağlıdır eşqin qapısı üzümüzə
    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    [Keçid: Ədalət Şükürov]
    Dostum deyir: “qayıt”…
    [Bənd 5: Vüqar Əbdülov]
    Ülvidir bir-birinə olan sevgimiz
    Yoxdur bizim saxta, yalan sevgimiz
    Candan əzizdir bizə cananımız
    Saxta deyil əhd ilə peymanımız
    Həsrəti bir vaxt yaşadıq, indi isə
    Vəslə yetirdi bizi bu hadisə
    Açıldı eşqin qapısı üzümüzə
    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    [Bənd 6: Vüqar Əbdülov]
    Bu həm bizim Ədalətin qapısıdır
    Həm də nakam məhəbbətin qapısıdır
    Çox aşiqlər bağlı qapı dalında
    Kərəm odda, Qeys Məcnun halında
    İndi sən Ədalət ilə mən Vüqar
    Həsrətin qapısına tapmışıq açar
    Açılmış eşqin qapısı üzümüzə
    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Ədalət Şükürov tərəfindən Vüqar Əbdülovun iştirakı ilə ifa olunan "Bağlı Qapı" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #ƏdalətŞükürov​ #VüqarƏbdülov #BağlıQapı #mikpro

КОМЕНТАРІ • 49

  • @HeyderVuqaroglu
    @HeyderVuqaroglu Місяць тому +41

    Bizə belə mahnılar lazımdı !!!

  • @jamalrzayev1144
    @jamalrzayev1144 Місяць тому +54

    Elə axtarışa verdim bu mahnını təsadüfən gördüm 1 saat əvvəl yeni versiya paylaşılıb))

  • @seymurmemmedov5562
    @seymurmemmedov5562 Місяць тому +19

    Açıq qapınıda gözləyirik 👍

  • @rubabekerimzade6112
    @rubabekerimzade6112 28 днів тому +10

    Bəzi mahnılar şərab kimidir❤iller kecdikce daha gözəl olur❤

  • @azeribalasi01
    @azeribalasi01 Місяць тому +4

    Off of offfff. Lezzet eledi. Ushagliga apardi meni. Edalet bey Vugar bey ALLAH sizi gorusun. Opurem sizi. 😘😘😘😘❤❤❤🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @Murtuuuzov
    @Murtuuuzov Місяць тому +12

    Sənətçilərə hörmətlə yanaşaraq, lakin orijinal versiyasını vermir...düşünürəm, ümümiyyətlə, gərək deyil şedevrləri yeniləmək.

  • @MehribanImami
    @MehribanImami 4 дні тому

    Her sozu menali olan mahnidi.

  • @whoiselchin
    @whoiselchin 27 днів тому +2

    Çox istəyən azdan olar.
    Sevsəniz, sevilməzsiniz,
    Sevməyin ki, seviləsiniz!

  • @nikomenc
    @nikomenc 21 день тому +2

    Açıq qapı nı gözləyirik gözəl sənətkar 🎉❤

  • @ruzigarjamal6070
    @ruzigarjamal6070 Місяць тому +3

    Var olun sənətkarlar 👍👋

  • @eldarismailov3472
    @eldarismailov3472 29 днів тому +2

    Gözəl!!! Sizi Allah qorusun!!!

  • @xeyalnuraliyev1922
    @xeyalnuraliyev1922 10 днів тому +2

    Göz önünə gəlir uşaqlıq illəri,yerdən salınmış süfrə ətrafına yığılmış xoşbəxt ailə portreti...

  • @whosain28
    @whosain28 Місяць тому

    Bugun ele dinledim nostaljini. Yeni versiyasi cixibmis indi gordum sevindim 👍🏻

  • @ceyranbaratova9179
    @ceyranbaratova9179 Місяць тому +1

    От меня подписка , с уважением Джейран 😍

  • @mzahirbsirov
    @mzahirbsirov 27 днів тому

    Sənətkarlar Gah Açırsız gahda baĝlayırsız👏👏

  • @xediceshah506
    @xediceshah506 27 днів тому

    Uqurlar..super🎉

  • @ElnurPasayev-w1g
    @ElnurPasayev-w1g 29 днів тому +1

    Super

  • @MehrinFerecli
    @MehrinFerecli Місяць тому

    En sevdiyim mahnii olduuu🥰🥰

  • @tamaraalibekova1589
    @tamaraalibekova1589 Місяць тому

    Суууупер👍🏻👍🏻👍🏻👏👏👏💐💐💐

  • @azizaliyev7832
    @azizaliyev7832 28 днів тому

    Кларнет зачет❤

  • @ceyranbaratova9179
    @ceyranbaratova9179 Місяць тому

    Браво 😍☺️❤️👍👏

  • @slstudio6772
    @slstudio6772 Місяць тому

    GÖZƏL SƏNƏTKARLAR...

  • @user-rp1qt6ub6j
    @user-rp1qt6ub6j 24 дні тому

    Ela

  • @HsimQasmov
    @HsimQasmov 24 дні тому +1

    👍

  • @buggernight7129
    @buggernight7129 Місяць тому +5

    Köhne versiya hele bil daha yaxşıdı😅

  • @zeynaloff57
    @zeynaloff57 Місяць тому

    Bəh❤ bəh

  • @LamiaRustamova0101
    @LamiaRustamova0101 19 днів тому

  • @Niqu027
    @Niqu027 27 днів тому

    Tam da bu🤌🏾

  • @specialforces9451
    @specialforces9451 29 днів тому

    Bahooooo❤❤❤

  • @655produyo8
    @655produyo8 29 днів тому

    👍🙂

  • @qismtqulamov241
    @qismtqulamov241 29 днів тому

    o qapı görən nə VAXT üzümüzə açılacaq?

  • @user-wh2qf7pq4y
    @user-wh2qf7pq4y 19 днів тому +5

    2024 izləyən var?

  • @Sebuhi0615
    @Sebuhi0615 17 днів тому

    👍🤗👍

  • @fdmaj4724
    @fdmaj4724 23 дні тому

    3:40 geden musiqi hansi mahnidandi?

  • @rahibnagiyev7171
    @rahibnagiyev7171 29 днів тому

    3 cü versiya?

  • @aykhanaltay
    @aykhanaltay Місяць тому

    Bəh bəh

  • @RUSXANNZAROV
    @RUSXANNZAROV 20 днів тому

    ♠️❤️‍🔥🥃🚬🎶

  • @alim_rasimoglu
    @alim_rasimoglu Місяць тому +1

    Aycan aycan👍👍👍👍

  • @asifqurbanovofficial
    @asifqurbanovofficial 15 днів тому

    ☹️

  • @isgenderaliyev5422
    @isgenderaliyev5422 Місяць тому

    Bəhh

  • @vugarsalimov1053
    @vugarsalimov1053 23 дні тому

    Neyi yeni vrsiyadi bunun

  • @SnanRzayev-xc8ly
    @SnanRzayev-xc8ly 10 днів тому

    Dahilər qicalıb

  • @ilhammammadov5994
    @ilhammammadov5994 Місяць тому +1

    Orjinal versiya daha gözəldi.Ehtiyac yoxdur mohtəşəm əsərləri bu vəziyyətə gətirməyə əlavə effektlərlə.Onsuzda əsl musiqi kohnə vaxtlarda qalib onları da goturub belə vəziyyətə gətirməyin.

  • @chevussal2942
    @chevussal2942 Місяць тому +3

    Özüdə bilirki nə qədər mahnı çıxarır heç biri tutmur,düşüb köhnə mahnıların üstünəki özümü yaddan çıxarmasın,ama Ədalət bu mahnıda tutan deyil,sənə nə vaxta kimi 4 2 sintezinin üstündə mahnı çıxaracağsan ömür boyuda tarixin tozlanmış rəflərində qalacağsan

  • @zabitatalibova7701
    @zabitatalibova7701 29 днів тому

    Super

  • @resadliyev009
    @resadliyev009 20 днів тому

    👍