ŞƏKİ XAN SARAYININ BİLİNMƏYƏN SİRRİ

Поділитися
Вставка
  • Опубліковано 27 сер 2024
  • 1957-ci ildə Azərbaycana qonaq gələn böyük türk şairi Nazim Hikmət Şəki Xan sarayını ziyarət edir. O zaman yenidən bərpa edilən memarlıq möcüzəsini görən şair heyrətini gizlədə bilmir. “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi", deyir. Başqa bir mənbədə isə bu binanın XVIII əsrin sonunda Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi və “Məhəmmədhəsən xan divanxanası” adlandırıldığı xəbər verilir. Rəvayətə görə, Şəki xanı dövrün tanınmış memarlarından birinə bənzəri olmayan saray tikməyi tapşırır. Saray hazır olandan sonra memardan bundan da yaxşısını ucalda bilib-bilməyəcəyini soruşur. Usta “əgər daha çox pul versələr, bundan möhtəşəmini tikərəm”, deyə cavab verir. Memarın cavabı xanı bərk qəzəbləndirir. Kiminsə sarayının onun sarayından daha üstün olmasını istəməyən xan memarı edam etdirir. Rəvayətin başqa versiyasında isə xanın memarı öldürməyib, əllərini kəsdirdiyi deyilir.
    Musiqi : Şövkət Ələkbərova - Şəki
    • Video
    Videoda "İctimai" Kanalın hazırladığı "Miras. Şəki Xan Sarayı" videosundan istifadə olunmuşdur: • Miras. Şəki Xan Sarayı
    Məni İnstagram üzərindən izləyə bilərsiniz.
    İNSTAGRAM adresi: / farahimgasim
    Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN

КОМЕНТАРІ • 29