Shekinin yolsuzluqdan eziyyet cheken Zunud kendi... | Kanal S Xeber

Поділитися
Вставка
  • Опубліковано 26 сер 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Yol iqtisadiyyat, turizm, mədəniyyət, bir sözlə həyat deməkdir. Ancaq AAYDA-nın məlumatına görə, Şəki rayonunda yolsuzluqdan əziyyət çəkən 11 yaşayış məntəqəsi var. Bu yaşayış məntəqələrindən bəziləri salındığı gündən bu yana asfalt üzü görməyib. Aidiyyəti qurumlardan ümidini üzərək Kanal S-ə müraciət edən vətəndaşların yaşadığı Zunud kəndi kimi. Avtomobillərin hərəkət edə bilmədiyi yollardan məktəblilərin gündəlik istifadə etmək məcburiyyətindədir. Yolun, daha dogrusu yolsuzluğun yaratdığı çətinliklər və təhlükələrlə təqdim edəcəyimiz süjetdən tanış olacaqsınız. Şəki şəhərindən 9 km Şəki Qax avtomobil yolundan isə 4 km məsəfadə yerləşən bu kəndin 1600 sakin hər gün bu yararsız yoldan istifadə etmək məcburiyyətindədir. Yayda toz torpaq, qışda isə palçıq. Çalalı daşlı torpaqlı yolların kənarında isə dərin çuxurlar əmələ gəlib. Yağışlı havalarda yolda iri gölməçələr yaranır, kələ kötürlü yollarda hərəkət çətinləşir. Bu da piyadalar və nəqliyyatın hərəkətinə əngəl törədir Sakinlərin sözlərinə görə, illər keçdikcə vəziyyət daha da pisləşir. Belə davam edərsə bir iki ilə ümummiyyətlə bu yoldan istifadə etmək olmayacaq. Zunud kənd bələdiyyəsindən bildirildi ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət edilib. Mövzu ilə AAYDA ilə əlaqə saxladıq. Aldığımız cavab çətin ki, Zunudluları sevindirə çünki illərlə müraciətlərinə eyni cavab verilir. Ümid edirik ki, verilən vədlər sonunda reallaşar, sakinlərin yolsuzluqdan çəkdiyi maddi və fiziki əziyyətlər yekunlaşar. Zunuda gələn qonaqlar da bərbad yolların deyil, gözəl təbiətin şahidi olarlar.
    #KanalS #Zunud #Şəki

КОМЕНТАРІ • 5