Quranla müalicə.Ruqya. GÖZ DƏYMƏ.SEHİR.CADU ƏLEYHİNƏ.QURANDAN SEÇİLMİŞ SURƏLƏR VƏ AYƏLƏR

Поділитися
Вставка
  • Опубліковано 9 лют 2022
  • Quranla müalicə.Ruqya. GÖZ DƏYMƏ.SEHİR.CADU ƏLEYHİNƏ.QURANDAN SEÇİLMİŞ SURƏLƏR VƏ AYƏLƏR
    Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin - ona Allahın salamı və salavatı olsun - istifadə etdiyi zikr və duaları əlini xəstənin başına və ya ağrı olan yerinə qoyaraq oxumağa və ya oxuyub xəstənin üstünə üfürməyə deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər həm özünə, həm də başqalarına ruqya edər­di, habelə həm Cəbrail, həm də Aişə (Allah ondan razı olsun) ona ruqya edərdilər, həmçinin səhabələr (Allah onlardan razı olsun) də ruqya edərdi. Uca Allah buyurur:
    "Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik". (əl-İsra, 82).
    "De ki: "O, iman gətirənlərə hidayətdir və şəfadır". (Fussilət, 44).
    "Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!" (Yunus, 57).
    Aişə rəvayət edir ki: "Peyğəmbər xəstələndikdə, şərdən qoruyan surələri ("əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini) özünə oxuyub üfürərdi. Xəstəliyi şiddət­­lən­dikdə isə mən bu surələrin bərəkətini Uca Allahdan umaraq onları onun üçün oxuyub əllərini bədəninə sür­tərdim". (Səhih əl-Buxari, 5016).
    Digər rəvayətdə isə Aişəbelə demişdir: "Peyğəmbər hər gecə yatağına uzan­dıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora "əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq, ba­car­dı­­ğı qə­dər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi". (Səhih əl-Bu­xari, 5017).
    Ənəs ibn Malik demişdir: "Peyğəmbər ənsardan olan bir ailəyə (zəhərli hey­van) sanc­masını və qulaq ağrısını müalicə etmək üçün ruqya oxumağa izin vermişdir". (Sə­hih əl-Buxari, 5719).
    Ummu Sələmə rəvayət edir ki, bir də­fə Pey­ğəm­bər onun evində üzü­nün rəngi dəyişmiş bir qız uşağı görüb dedi: "Bu qızcığaza ruqya oxuyun, çünki ona göz də­yib". (Səhih əl-Buxari, 5739).
    Həmçinin, ruqya oxumaq cadu, qorxu, vəsvəsə və s. mənəvi xəstəliklərə qarşı əvəzolunmaz müalicə üsuludur. Allah Rəsulunun bunun müalicəsi üçün Qurandan əl-Fatihə surəsi, Bəqərə surəsinin ilk 4 ayəsi, Bəqərə surəsinin 163-164-cü ayələri, Ayətul Kursi, əl-Bəqərə surəsinin son 2 ayəsi, Ali İmran surəsinin 18-ci ayəsi, əl-Əraf surəsinin 54-cü ayəsi, əs-Saffət surəsinin ilk 10 ayəsi, əl-Həşr surəsinin son 3 ayəsi, əl-Cin surəsinin ilk 3 ayəsi, əl-İxlas, əl-Fələq və ən-Nas surələri və digər ayələr oxuduğu rəvayət edilir. (İbn Məcəh).
    Üç şərt olduğu halda ruqya etməyə icazə verilir.
    Birincisi, ruqya Uca Allahın kəlamları, ad və sifətləri ilə olmalıdır. Ruqyanin sözlərində şəriətə müxalif sözlər olmamalıdır. Uca Allahdan başqasına dua etmək, yaxud cinlərdən mədəd diləmək və ya başqa bu kimi şirk ovsunlar oxumaq haramdır. Uca Allah buyurur:
    "Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan". (Yunus, 106).
    İkincisi, ruqyanın sözləri aydın və mənası başa düşülən olmalıdır. Mənası başa düşülməyən tilsimləri oxumaq haramdır.
    Üçüncüsü, ruqya edən qəti inanmalıdır ki, ruqya özü təsir edən qüvvəyə malik deyildir. Əslində ruqya Uca Allahın qüdrəti və istəyi olmadan təsir edə bilməz. Ruqya oxumaq bir səbəbdir, çünki istədiyinə şəfa verən yalnız Uca Allahdır. Yuxarıdakı şərtləri özündə cəm etməyən bütün digər növ ruqya və ovsunlar haramdır.
    Həmçinin oxuyun: Ruqyə necə edilir və ruqyə ayələrinin oxunuşu
    Assalamu aleykum əziz müsəlmanlar.Məqsədimiz doğma dilimizdə Quranı daha yaxşı anlamaq üçün çalışmaqdır əlimizdən gəldiyi qədər həmdə məqsədimiz Allahın kitabının daha çox insana çatması üçündür.Əməllər niyyətlərə görədir.Bu işdə daha çox xeyir qazanmaq üçün birgə çalışaq. Bəyənərək, kanala abunə olaraq, paylaşaraq daha çox insanın izləməsinə səbəb olaq.Allah sizdən razı olsun.
    Ən gözəl quran qiraətləri:
    • Ən gözəl Quran qiraətləri
    Məşhur qarilər:
    İdris Abkar.
    Saad Al Ghamdi
    Mişari ar-Raşid
    Muhammad Al Kurdi
    Maher al Muaiqly
    Feysal ar-Ruşud
    Muhammad Al-Luhaidan
    Abdul Həlim
    İslam Subhi

КОМЕНТАРІ • 624

  • @user-yn2rq8iy4u

    Allahim Sen ozun balalarimi qoru 2 oglumun bextini ac evlensinler Amin inweallah ❤

  • @user-tv3lw8gm7v

    Allah bütün balalarımıza köməyi olsun xəstə balalarımızada şəfa versin İnşallah 🤲🤲🤲🤲Amin

  • @Mkh-iw2sl

    YA ALLAHM BALARMIN BƏXTINIAÇI EYLƏ YA REBBİM YA RESUL YA SEBİR KİM CADU EDIBSƏ YA ALLAHM ÜMÜDÜM ALLAHM SƏNƏDİR QIZIMI OQLUMUN KİSMƏTINI AÇİQ EYLƏ AMİN İLLAH AMİN🤲🤲🤲🤲😔

  • @user-ez1fm8vc2k
    @user-ez1fm8vc2k Рік тому +33

    Ey yerin göyün sahibi ALLAHIM sən özün bizi cətinliklərdən slxıntılardan aydınllga çıxart yalvarıram balalarımı qoru ailəmi qoru pis niyyətli insanlardan hər şeyin hökmü gücü sənin əlindədi sən bizə kömək ol Allahım

  • @user-uk4mb1wp5i

    Alla bütün xəstələrə şəfa versin butun balalalari qorusun menim balalarimda onlarin icinde amin

  • @pervaneorucova3880
    @pervaneorucova3880 Рік тому +28

    Bütün xəstələrə şəfa olsun

  • @esmirasdova1697
    @esmirasdova1697 Рік тому +17

    ALLAH BÖYÜKDÜR

  • @qartalgozlu785
    @qartalgozlu785 Рік тому +24

    ALLAHIM pis niyyetli insanların pis niyyetlerni öz üreklerinde qoy 🤲iNŞƏALLAH 🤲

  • @ceyhunzaxmayev2616

    Allah komek olsun İnşəAllah

  • @elisemedov1514
    @elisemedov1514 2 роки тому +70

    LA İLAHƏ İLLALLAH! ! ! MÜHƏMMƏDƏN RƏSULULLAH! ! !

  • @TarlanDzhangirova

    BU.SƏSIN.SAHIBI.VAR.OL.ALLAH.RAZI.OLSUN.ALLAH.HEPIMIZI.DOĞRU.YOLDAN.AYIRMASIN.AMIN.🕋🕌🤲🙏❤

  • @Tanyamilashka

    Allah qabul etsin Amin.

  • @user-dh5bb1oo1s

    REBİM QEBUL ETSİN REBİM BÜTÜN SİXİNTİTA OLANLARA XESTELERE KÖMEK ETSİN AMİN ÇOX SAQOLUN REBİM SESİNİZE QÜVET VERSİN 🙏

  • @user-jg6hg2yj1h

    AIIAH "ümlemizden razı olsun

  • @foxgamingcontact

    Bu səsin sahibini ALLAH qorusun ALLAH uşaqları bizə çox görməsin,RƏBBİM bizi heç kim ilə sınağa çəkməsin, Şəhidlərimizə Rəhmət eyləsin,Qazilərimizə şəfa versin,Əsgərlərimiz qorusun,ALLAH bütün darda olan çarəsiz olan insanların köməyi olsun.🤲🤲AMİN🤲🤲

  • @user-mc1fh4sp2q

    Sübh Namazında Qulaq Asıram

  • @UserUser-cc3ky
    @UserUser-cc3ky Рік тому +20

    Allahim özun şəfa ver oglyma

  • @v_s_v
    @v_s_v  +9

    SADAKALLAHUL ALIYYUL AZIM ! ☝

  • @gulbnizhuseynova3394

    Amin inşallah Allah köməyi olsunAmin

  • @amidtevekkulov5657

    Allah qəbul eləsin Amin Aminn🤲🤲