“Onu televiziyadan rədd edin” dedilər, 4 dəfə evləndi, oğlunu vəhşicəsinə qətlə yetirdilər

Поділитися
Вставка
  • Опубліковано 11 вер 2024
  • Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşada anadan olub.
    Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilməyib.
    Təhsili əsgərlikdən sonraya qalan Rafiq əsgərliyə qədər işləmək üçün yer axtarmağa başlayır. Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu bildirir. "Nə iş versəniz, işləyəcəm" deyir və onu işıqçı işinə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
    Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycanca səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.
    Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var".
    Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.
    Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müə həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
    Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində deyir:
    "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur".
    İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar.
    Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Qatil onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb qətlə yetirir, meyitin qalıqlarını isə çamadana yığır. Çətinliklə də olsa, bu cinayətin üstü açılır, qatil yaxalanır və ona güllələnmə hökmü kəsilir. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir.
    Müsahibələrinin birində "mənə bu haqda danışmaq olduca ağırdır" deyir. "Oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq".
    Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
    Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
    1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.
    Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.

КОМЕНТАРІ • 578

  • @valiyevaceyran7690
    @valiyevaceyran7690 3 роки тому +209

    Belə diktor yoxdu olmayacaqda Allah rəhmət eləsin Səsi mədəniyyəti görnüşü necə gözəl idi

  • @user-ey7xr7gq8x
    @user-ey7xr7gq8x 3 роки тому +50

    Рафик сэнэ рэхмэт спи дорогой пусть земля будет тебе пухом жалею очень
    Амин

  • @kamaceferli5877
    @kamaceferli5877 3 роки тому +16

    Səsi ürəkləri riqqətə gətirən korifey diktorumuz məkanın cənnət olsun 😔

  • @sevincelekberova3047
    @sevincelekberova3047 3 роки тому +30

    Ürəyim ağrıdı. Allah rəhmət eləsin.Ağır həyatı olub rəhmətliyin. Gözəl diksiyası var idi. Məkanı cənnət olsun. Amin.

  • @xuramankerimli6921
    @xuramankerimli6921 3 роки тому +26

    Uşaqlığımın və gəncliyimin şirin xatirəsi,gözəl səsi təmiz danışığı ilə yaddaşımda iz qoyub.Allah rəhmət eləsin.Amin.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 роки тому +1

      Salam Xuraman xanim

    • @user-kz7ng2yw6z
      @user-kz7ng2yw6z 3 роки тому +1

      Şerhinizin birinci cumlesi ureyimce oldu

    • @xuramankerimli6921
      @xuramankerimli6921 3 роки тому +1

      @@BurçlarVideos333 salam xanım.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 роки тому +1

      Salam hər vaxtınız xeyir sizə evdən çıxmadan sərmayəsiz risksiz rəsmi iş imkanı təklif edirəm kamandamiza ancaq xanımlarla işləyirik .nə deyirsiz

    • @xuramankerimli6921
      @xuramankerimli6921 3 роки тому

      @@BurçlarVideos333 Xanım mənim qızlarım da bu işdə işləyirlər.Mənidə bu işə cəlb ediblər.Amma vallah səbrim yoxdu .Sizə işinizdə uğurlar.

  • @lalmmmdova1185
    @lalmmmdova1185 3 роки тому +145

    İnsan taleyindən yarımayanda yarımır Allah heç bir ana ataya evlad acısı göstərməsin amin

  • @RomaNagiev
    @RomaNagiev 3 роки тому +47

    Bele qabiliyetli, mentiqli savadli insanlar aradan gedir yerlerine pula satilanlar sou yaradanlar gelir .

  • @baxasultan1497
    @baxasultan1497 3 роки тому +12

    O vaxtlar diktorlar GeleCEM,Gedecem yox Geleceyem,GedeCEYEM deyirdiler.

  • @samsungj1175
    @samsungj1175 3 роки тому +28

    Televiziyalar senzura isteyirem agzina geleni danisirlar 👎aparici diktor bunlar idi👏

  • @zaurnasrullah6019
    @zaurnasrullah6019 3 роки тому +50

    ALLAH rəhmət eləsin

  • @kamomilikamomili8795
    @kamomilikamomili8795 3 роки тому +30

    Fani dunya!Hec kim bilmir ki basina ne qelecek.!!Allah cemi elenlere rehmet elesin.

    • @prvanmusayeva4762
      @prvanmusayeva4762 3 роки тому

      Əvəzolunmaz diktorumuz -Allah rəhmət eləsin Rafiq Hüseynova

    • @leylaqasimova7986
      @leylaqasimova7986 2 роки тому

      @@prvanmusayeva4762 menimde Cox xowladigim diktor idi bes neye gore ayrilirlar ikiside eyni acini yawayir anlamadim

  • @aliyevsirvan3042
    @aliyevsirvan3042 3 роки тому +47

    Allah rəhmət eləsin!

  • @t.a.a.q.7587
    @t.a.a.q.7587 3 роки тому +21

    Çox heyif bu insandan
    Allah rehmet elesin

    • @liqulizade4468
      @liqulizade4468 3 роки тому

      Allah rehmet elesin bukur insanlar azdı indikile evlənir cezir gizli bu insan kişi adamdı Allah o dünyasını versin

  • @nargizmaxmudova8526
    @nargizmaxmudova8526 3 роки тому +18

    Çox gözəl diktor və insan.Allah ona rəhmət eləsin

  • @akifamehdiyeva4605
    @akifamehdiyeva4605 3 роки тому +77

    Çox çətin oldu təkrar eşitmek
    Menim gençlik illərinə təsadüf etdi
    Mən o dövr üçün darixdim

  • @maralalcan5792
    @maralalcan5792 3 роки тому +33

    BELƏ DİKTORLAR BİRDƏ BU DÜNYAYA GƏLMƏYƏCƏK . ALLAH RƏHMƏT ETSİN . SİZİ NƏ BİZ TAMAŞAÇILAR NƏ DƏ ZAMAN UNUTMAYACAQ.

  • @user-ti6gj3em5c
    @user-ti6gj3em5c 3 роки тому +13

    аллахым бела инсанлар аздыр. габри нурлу еласин амин.

  • @eliqurbanov4133
    @eliqurbanov4133 3 роки тому +6

    Allah rehmet eylesin yerinide cennet eylesin ne gozel sesiyle yakisikliqiylada Azerbaycan telvizyasini isiklandirmisdi her zaman.🇦🇿🇹🇷

  • @mehebbetrzayeva9871
    @mehebbetrzayeva9871 3 роки тому +5

    Allah,gani -gani rahmat elasin,Rafig Huseyinova.Gozal insan,gozal aparici,gozal sasli diktor.O,ilardaki TV.aparicilarinin yeri, demak olar ki,indiya gadar bosdur.O ilardakilar avazolunmazdir.

  • @muradnovruzbekov1232
    @muradnovruzbekov1232 3 роки тому +36

    Roza xanımı sevənlər çox olub. Evlənmıyib. Anadı axı.... kişilər dərdi unutmaga vasitə tapırlar..

    • @Shah_49
      @Shah_49 3 роки тому +3

      Evlənməsə də gəzib..Hamlet Xanızadə daim onun evində olardı rəhmətlik. Deyilənə görə münasibətləri var imiş..
      O oglanı öldürüb,dograıb,çamodana yıgıb aparıb rayonda gizli yer qazıb basdıran oglan da elə Rozanın 1-ci ərindən olan oglu olub..Roza Fransaya gəzməyə gedibmiş o vaxtı..Xəbəri eşidib gəlmişdi..Bu Rafiqdən olan 4-cü kurs tələbəsi oglunu çooxx əzizlədiyi üçün o biri böyük oglu qısqanırmış..O üzdən anası xaricə gedən kimi siçan zəhəri tapıb ətə qataraq kotlet bişirib qardaşına yedizdirib zəhərləyir..və tələbə ogul ölür..Bu hadisəni 1984-cü ildə bütün Bakı eşidib danışırdı..Rozanın evi Bayıldakı kruqun yanında 16- mərtəbəli binada idi...Qonşuluqda...Rəhmətlik anam da başsaglıgı vermək üçün Roza xanımgilə getmişdi...Faciə idi...Allah rəhmət eləsin!

    • @ismayilaliyev7018
      @ismayilaliyev7018 2 роки тому

      @@Shah_49 həqiqətə uyğundur..

  • @validmuradova2286
    @validmuradova2286 3 роки тому +8

    Rəhmətlik RAFİQ HÜSEYNOV 1966-cı ilin fevralında - AZƏRBAVCAN TV - nın 10 İlliyində ilk dəfə efirə çıxır. 1966 cı ildə mənimlə bir sinifdə oxuyan qız dedi ki, TV- nin yubileyində bizim qohumumuz efirə çıxacaq. O rəhmətlik RAFİQ HÜSEYNOV idi.

  • @shemsmeherremova1442
    @shemsmeherremova1442 3 роки тому +50

    Aqir insan idi qozel Diktor idi allah rehmet elesin bizim ureyimizde olazaqsiz hemiwe

  • @teraneliyeva5919
    @teraneliyeva5919 3 роки тому +16

    ALLAH REHMET ELASİN

  • @User_11000-h
    @User_11000-h 3 роки тому +9

    Sevmək günah deyil Allah rəhmət eləsin rüşvət almayıb ki kiminsə cibinə girməyib

  • @qenireaxundova5290
    @qenireaxundova5290 3 роки тому +13

    Rafik və Roza həm bir-birlərinə, həm də səhnəyə çox yaraşırdılar.Bunu danmaq olmaz ki. Tamaşaçılara isə onların ailə sirləri deyil,səhnə fəaliyyətləri maraqlı olmalıdır,məncə.

  • @bikdmirov31
    @bikdmirov31 2 роки тому +2

    Allah rəhmət etsin gözəl sənətkar idi unudulmaz indi beləsi yoxdu.

  • @akifamehdiyeva4605
    @akifamehdiyeva4605 3 роки тому +62

    Bu rəhmətlik açıq deyir
    4 dəfə evləndim sevgi yaşadım
    Kişi kimi coox düz deyir
    İndiki kişilər 4 yox 104 dəfə gəzib evlənib gizli

    • @turalagasiyev9935
      @turalagasiyev9935 3 роки тому +3

      Halal olsun size düz dediz bu kişi əsil kişidir.Erebe olar bu kişiyə yox.Esil mömün kişidir.

    • @esmirasamedova8021
      @esmirasamedova8021 3 роки тому +1

      Аллах Рэхмэт елэсин Мэкэны Чэннэт олсун 🙏🙏🙏 Чох яахшы Диктор иди 🤲

    • @nazillkbrova4771
      @nazillkbrova4771 3 роки тому +4

      QATİL ROZANIN BİRİNCİ ƏRİNDƏN OLAN OĞLU İDİ ROZA HAMIDAN GİZLƏDİRDİ MƏHKƏMƏ ZALINDAN ÇIXANDA ÖZÜ DEYİB Kİ ÇOX BƏDBƏXT OLDUN BİRİNİ MƏZARA BİRİNİ MƏHBƏSƏ YOLA SALDIM

    • @sevilisgenderova623
      @sevilisgenderova623 3 роки тому +4

      @@nazillkbrova4771 ona görədə bilməliyik ki ,övlada verilən sevgi onların arasında bərabər olmalıdır ,Fərq qoyulanda belə bədbəxtçiliklər baş verir .Sonrakı peşmançılıq isə fayda vermir .Bu bəzi valideynlərə dərs olmalıdır.

    • @zerifeibrahimova3472
      @zerifeibrahimova3472 3 роки тому +8

      Indi qadin 4 defe evlenseydi topa tutmusduz. Esil kisidir he? Zina edib momin kisidir? Sen Allah yaxsi. Bele mundar kisilerdide qadinlari bedbext eden.

  • @zahirasalamova6691
    @zahirasalamova6691 3 роки тому +34

    Oğlunu tanıyırdım.Eyni ildə imtahan vermişdik universitetə.Sakit,yaraşıqlı bir uşaq idi.Roza xanımla,Rafiq müəllimlə gəlirdi.Dekanla gprüşürdülır.Biz də həsədlə baxırdıq.bilirdik ki,mütləq qıbul olunacaq Gələcəyi parlaqdır.Oğulluğa götürdüklıri başqa bir oğlan öldürmüşdü bu uşağı.Yazıq uşaq heç gün gprmədi.

    • @sevincsheydayeva3133
      @sevincsheydayeva3133 3 роки тому +3

      Neden öldürmüşdülər oğlunu ve kim öldürdürub

    • @zahirasalamova6691
      @zahirasalamova6691 3 роки тому +11

      @@sevincsheydayeva3133 İ zaman şayiə gəzurdi ki,Rozanln qeyri-qanuni oğlu öldürüb.Yalan və ya doğru olduğunu deyə bilmərəm.Rəsmi şəkildə övladlığa götürdükləri oğlanın öldürdüyü deyildi. .Qatil demişdi ki,hər şeyi ona edirlər.paxıllıqdan öldürmüşdü yazıq uşağı.

    • @sevincsheydayeva3133
      @sevincsheydayeva3133 3 роки тому +5

      Onlar Bayılda galırdılar mən orda böyümüşəm ,evleri bilirdim hardadır O zamanlar küçük idim , amma belə bir səy hatırlayıram

    • @assa7325
      @assa7325 3 роки тому +1

      @@sevincsheydayeva3133 oğlanın neçə yaşı var idi ? Ölən oglanın

    • @sevincsheydayeva3133
      @sevincsheydayeva3133 3 роки тому +1

      @@assa7325 dedim,küçük idim ona görə də hiç fikir vermedim o şayilere

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 3 роки тому +4

    Allah tehmet etsin. Cokk gözel danışık diksiyası varddı. Mekanı cenet olsun.

  • @NizamNizam-db6wl
    @NizamNizam-db6wl 3 роки тому +16

    Men bele heyat sureni basa dusmurimem

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 2 роки тому +2

    Allah rehmet etsin cox gözel ses tembiri vardı. Mekanı cenet olsun amin....

  • @nicatquliyev7141
    @nicatquliyev7141 3 роки тому +20

    Ola bilsin savadlı olub
    Alim olmaq olar ancaq hər kəs insan kimi yaxşı insan ola bilmir

  • @naulaguliyeva4473
    @naulaguliyeva4473 3 роки тому +7

    Allah Rəhmət eləsin.🙏Roza xanum cox gözəl, yaxşı insandı.o vaxt biz gənc idik. Bir yerdə calışmışıq. Oqlunun ölüm xəbəri gələndə, Roza xanım nə vəziyyətə düşür, böyük dərdir ana ücün. RAFİQ 4 DƏFƏ EVLƏNİB, HƏLƏ NECƏ SEVGİLİSİ OLUB. QIZI YAŞINDA OLAN XANIMLA DA EVLƏNİB. QADINLAR DƏRDİ CƏKİRLƏR. KİŞİNİN VECİNƏ DƏ DEYİL. ROZA XANIM HEC KƏSLƏ AİLƏ QURMADI. ALLAH ROZA XANIMA CAN SAQLIQI VERSİN.🙏 AMİN. 🙏🙏

    • @akifenesibova3935
      @akifenesibova3935 3 роки тому

      Oglunu niye ne ücün öldürmusdi o alacaq vicdansiz genc usaqi neden ???

  • @vusalerehimli8257
    @vusalerehimli8257 3 роки тому +5

    Puhun şad olsun.🤲 Sənətkar.😔Sizdən bir daha gəlməyəcək...indiki diktorların hamısını apar tilla..heyif sizdən...Məkanız cənnət olsun..🤲🤲🥀🥀

  • @AmineAzerbaycan
    @AmineAzerbaycan 3 роки тому +4

    Çoox üzüldüm mən bu insana ideal bir insan kimi baxırdım elə də xatirimdə qalıb çox çətin həyatı olubmuş...

  • @Panda-gz1yw
    @Panda-gz1yw 3 роки тому +5

    ALLAH RƏHMƏT ELƏSİN🙌

  • @zemaisayeva9777
    @zemaisayeva9777 3 роки тому +3

    ALLAH REHMET EYLESIN AMIN ILAHI AMIN 🙏🙏🙏

  • @knanmirzeyev5302
    @knanmirzeyev5302 3 роки тому +4

    Allah rehmet eylesin mekanı cennet olsun oğluna qovuşdu😢🙌🙌

  • @NizamNizam-db6wl
    @NizamNizam-db6wl 3 роки тому +27

    Bu ne heyatdi ne sevgi tufeyli heyatdi

    • @eminhuseynov4340
      @eminhuseynov4340 3 роки тому

      Rafiq seni alah rehmet elesin

    • @Agayeva555
      @Agayeva555 3 роки тому +1

      Rafiq her yawadigi qadina sevgi deyirmiw.Bedbext sevgi gor ne gune qalib?))))(((. Demek Rafiq cox bedbext insan imiw .

    • @eminhuseynov4340
      @eminhuseynov4340 3 роки тому

      @@Agayeva555 bizim qadinlar deyingen pul gir ne deyim🤣😂

    • @sevinc2140
      @sevinc2140 3 роки тому

      Tufeyli heyat onun bunun hesabina yaşayanlara ve işlemeyenlere deyilir.Amma Rafiq Huseynov işleyirdi.Halal pulunu alirdi.

  • @yeganlsgrova9259
    @yeganlsgrova9259 3 роки тому +7

    ALLAH rehmet elesin. ALLAH evladina gözel bext tale yazsin. Cox hörməy etdiyim diktorlardan idi🥺🥺🥀

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 роки тому

      Yeganə xanım salam

    • @yeganlsgrova9259
      @yeganlsgrova9259 3 роки тому

      @@BurçlarVideos333 Eleykümə salam

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 роки тому

      Sabahınız xeyir sizə sərmayəsiz risksiz evdə oturaraq onların iş təklifim var.rəsmi
      İşdir maaş karta köçürülür 400_500azn
      artan gəlir .təcrübə önəmli deyil iş öyrədilir

  • @gultekinmahmudova6814
    @gultekinmahmudova6814 2 роки тому +2

    ALLAH RƏHMƏT ELƏSİN. RUHUN ŞAD OLSUN RAFİK BƏY.

  • @minaazizli3237
    @minaazizli3237 3 роки тому +26

    Mən bilən Roza xanimin birinci yoldadindan deyil,bacisinin oqlu olub.Mənim də o illərdəki o faciə yadimdadir...Duzdu Rafiq Huseynov istedadli diktor idi,onun səs temberi yek idi... Amma bu o demək deyil ki o yaxsi "ər" olub həmən qadinlara...bu nə demək 30 yas fərq olar?hansi dovrdə yasayiriq?! Roza xanim əsil Azərbaycan xanimidir.Allah ona səbir versin.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 роки тому

      Salam Mina xanim

    • @N-Mustafa
      @N-Mustafa 3 роки тому

      Rafiqin gunahi nedir yaraşıqlı kişidi qızın da xoşu gelib ondan evlenibler daha gezmek saxlamaq teklif elemeyibki. Bu yaş söhbetini yığışdırmırlarda ele kişi var ve ya qadın min cavana deyer...

  • @sahlatsahlarl6910
    @sahlatsahlarl6910 3 роки тому +6

    Yerin cennet olsun gozel insan

  • @Edmeri-uk4jk
    @Edmeri-uk4jk 3 роки тому +2

    Aman Allahım. Ne facie. Dehşet. Azerbaycanda nece dehşet şeyler olmuş, olur.

  • @dilqendhumbetova165
    @dilqendhumbetova165 3 роки тому +3

    Allah sənə rəhmət eləsin məkanin cənnət olsun unudulmaz insan gözəl səsə mədəniyətə insanliğa sahib olan bu adam xatirələrdə yaşayacaq indi onun kimi aparici əli çiraqli gəzsələr tapa bilməzlər Allah sınə rəhmət eləsin gözəl insan 😰😰

  • @babagence9993
    @babagence9993 3 роки тому +3

    Allah rehmet elesin isdedadli diktorumuza cox tesirlendim

  • @rayaraya369
    @rayaraya369 3 роки тому +10

    Gozel insan nur icinde yat

  • @vusal960
    @vusal960 3 роки тому

    Allah rəhmət eləsin.Gözəl insan və gözəl diktor idi.

  • @katykaty8447
    @katykaty8447 3 роки тому +16

    Bütün görkəmli insanlar bu vəziyyıtlədirlər. Artıq alışmışıq. Ancaq bu qədər evlənib, boşanmaqı, başa düşmürəm. İnsan bir dəfə faciyə yaşayanda, sonralar özündə qüc axtarıb, tapa bilmir,ki həmin abu havaya qayıtsın. Nə isə...... Allah rəhmət eləsin.

    • @hecermustafayeva9686
      @hecermustafayeva9686 3 роки тому +1

      Qadını rəhmətə gedən yaşlı kişilər evlənməyiblər,bəyəm?

  • @yeganeesedova8699
    @yeganeesedova8699 2 роки тому +3

    Diktorlarin icinde en gozeli her terefli cox sevdiyimiz insan idi Allah rehmet elesin

  • @fatimaabisheva7218
    @fatimaabisheva7218 3 роки тому +15

    Rafiqlə Roza oğlanları öldürüləndən sonra deyil, uşaq çox kiçik olanda ayrılmışdılar.

    • @lalmmmdova9473
      @lalmmmdova9473 3 роки тому +3

      Onların oglanları faciəli şəkildə öldürüləndə çoxdan boşanmışdılar Rafik evliydi Roza evlənməmişdi Böyük dərddi Allah heç bəndəyə qismət etməsin

    • @hecermustafayeva9686
      @hecermustafayeva9686 3 роки тому

      Düzdür.Yazan səhv edib.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 роки тому

      Fatimə xanım salam

  • @aqilabbas2188
    @aqilabbas2188 3 роки тому +4

    Allahn rəhmət etsin mən gənc olmuşam o dövrdə ancaq Rafiq müəllimin televiziyada hər cıxışı bəlkə indiki diktorlar ücün nümunə olmalıdl.efir məkanında əvəzi yoxdur.şəxsi həyatı ona aiddir.hər kəs kimi .düşünürəm ki,ölünü mühakimə etmək ancaq allaha məxsusdur.allah dünyadan köcənlərimizə rəhmət etsin.amin.

    • @hokmelimusayev3319
      @hokmelimusayev3319 3 роки тому +1

      Beli cox gozel mende sizin fikirnen razlyam cooox gozel insan danlwlgl duruwu edabl erkanl biz hec kimin ic dunyaslna baw vura bilmerik her weyin yaxwlslnl uca yaradan biler cox sag olun

    • @aqilabbas2188
      @aqilabbas2188 3 роки тому +1

      @@hokmelimusayev3319 təşəkkür edirəm.

  • @sevdamemmedova1833
    @sevdamemmedova1833 3 роки тому +4

    Allah rehmet elesin.

  • @poladelemdar6218
    @poladelemdar6218 3 роки тому +2

    Allah rehmet elesin.gozel diktor idi heyif o illere en gozel iller o iller idi😔😔

  • @mehmanb.1242
    @mehmanb.1242 3 роки тому +3

    ALLAH RƏHMƏT ETSİN 🤲

  • @kemalehesenova5676
    @kemalehesenova5676 3 роки тому +3

    Çox çox sevdiyimiz uşaqlıq illərimin diktoru Allah rəhmət eləsin 🤲

  • @ilqarkadirov5254
    @ilqarkadirov5254 2 роки тому +1

    Ruhu shad olsun gozel insanin,atamla yashid idi rehmetlik...Peshekar,TVye cox yarashan,esil kishi gametli,kishi sesli gozel diktorumuz...

  • @hecermustafayeva9686
    @hecermustafayeva9686 3 роки тому +1

    Allah rəhmət etsin!Tamaşaçıların idealı idi!Hamımız onu yaraşığına,görkəminə görə qardaşımıza,atamıza,oğlumuza bənzədirdikMəkanı cənnət olsun!Amin!!!

  • @validkuskun9064
    @validkuskun9064 3 роки тому +1

    Allah rəhmət eyləsin çox yaxşı insan olub məndə onu televiziyada çox sevirdim

    • @validkuskun9064
      @validkuskun9064 3 роки тому

      İlahidən ona gözəl səs mədəniyyət gəlmişdi yoxdu daha ondan

  • @rufanquluzade6878
    @rufanquluzade6878 3 роки тому +1

    Cox sevdiyim natiq idi 🌹🌹🌹

  • @abbasovaezize6982
    @abbasovaezize6982 3 роки тому +3

    Necə yaraşıqlı olub Alĺah rəhmət etsin

  • @sadayamehtiyeva2538
    @sadayamehtiyeva2538 3 роки тому +13

    Allah rehmet elesin 70 illerin efsanevi diktoru

  • @user-rl6gl8nk6h
    @user-rl6gl8nk6h 3 роки тому +2

    Cox yarawiqliydi.Allah rehmet elesin

    • @lalezeynalli2133
      @lalezeynalli2133 3 роки тому +1

      Azərbaycan ziyalısına.Allahdan rəhmət diləyirəm

  • @gunes7253
    @gunes7253 3 роки тому

    Ən gözəl diksiyası və səsi olan diktor idi Rafiq Huseynöv.

  • @djamilaarabova9523
    @djamilaarabova9523 3 роки тому +3

    Heyf,mən təmiz başqa cür təəssüratda idim.Yenə də allah rəhmət eləsin

    • @lalaseidova8837
      @lalaseidova8837 3 роки тому

      Neynıyib ki, başanıb da, büdcənin pullarını xaricə hesablarına keçirtməyibki? Ayıb yetjmin pulunu yeməkdi, millətinə zülm etməkdi

  • @rukuruku3427
    @rukuruku3427 3 роки тому +12

    Bu Rafik məlllmində nə geniş üreyi var imiş. Nəqədər arvad sığdırıb yumruq boyda üreyə.Bu kişinin işi gücü yox imiş deyesen. Allah belə kişilərdən qorusun qadınları

    • @rauf9007
      @rauf9007 2 роки тому +1

      Qadinlarinda agli yoxuymuw oncun

  • @ceyranrozahaciyevada7986
    @ceyranrozahaciyevada7986 3 роки тому +5

    OLAR OLUNCE BIZIM XATIRALARDA OLUR.KECMIS QUNLERCUN COX DARIXIRAM.RAFIK KIMI DIKTORLAR YOX DAHA.DEMEKKI TELEVIDINIYA YOX.COX QUZEL INSAN IDI.ALLAH QENI QENI REHMET ELESIN.O DUNYA VERSIN.

  • @user-je6ng7gp3r
    @user-je6ng7gp3r 3 роки тому +1

    Жаль .Хороший был диктор.Пережил с Розой Тагиевой ужасную трагедию.Пусть земля пухом стелется.

  • @zehramehdizade3869
    @zehramehdizade3869 3 роки тому +2

    ALLAH rehmet eləsin çox mədəni diksiyası çox təmiz aydın əsil diktır idi hal hazırda tv.məkanlarında elə diktrkar yixdu Rafiq Hüseynovun simasında Sabir.Davud müəllim ALLAH rıhmət eləsin belə diktrlar bir daha olmayacaq.

  • @selalerahimova5005
    @selalerahimova5005 3 роки тому +10

    Mən bunu əxlaqlı tərbiyəli bilirdim🙄 şok oldum 😲 Yazıklar olsun 🔥

    • @alinaakberova5239
      @alinaakberova5239 3 роки тому +1

      məndə

    • @Agayeva555
      @Agayeva555 3 роки тому +1

      😂😅hele bawqa weyler ewitseniz nece olarsiniz?)))) Wok olmayin deymez .Xaraktersiz birisi , yaxwi diktor olsa da

  • @user-sq1ye1nt6h
    @user-sq1ye1nt6h 3 роки тому +3

    Allah rehmet elasin qunahlarin baqislasin

  • @kemalemammadova6661
    @kemalemammadova6661 3 роки тому +5

    Caan, Allah oğluva qovuşdursun inşallah

  • @lamiyeeliyeva7661
    @lamiyeeliyeva7661 3 роки тому +2

    Cox yaraşıqqlı kişi olub...

  • @huseynnovruzov3970
    @huseynnovruzov3970 3 роки тому +4

    allah tela rafig mellime geni geni rahmet elesin .mekani cennet olsun .

  • @user-wf4fq1fi3t
    @user-wf4fq1fi3t 3 роки тому +23

    Bu qeder istedadli diktor azerbaycan televizyasinda cetin gorek.

  • @mamedhasanov3562
    @mamedhasanov3562 3 роки тому +4

    Allah rəhmət eləsin Məkanı çənnət olsun

  • @yeganenurdanshefeqimanova
    @yeganenurdanshefeqimanova 2 роки тому

    Mən Rafiq bəyi ilk dəfə Şuşada görmüşəm.
    Yay aylarını bizim ailə Şuşalı olduğumuz üçün Şuşada keçiridi. O buzum qonşuluqda yaşayırdı bacısı ilə birlikdə. Bacısıda çox gözəl idi.
    Tanışlığım yox idi, amma bacısı ilə tanış idim.
    Elə üşaqlığındada çox ciddi görkəmi var idi. Mən onda 6 - cı sinifdə oxuyurdum.
    İllər keçdi, zaman onu diktor kimi yetişdirdi.
    Həyat qəribədir, özümüzü uşaq sandığımız illər, gələcəkdə hansı sürprizləri bizə hazırladığından xəbərimiz olmur.İllər sonra mən onu diktor kimi televiziya ekranlarında gördüm.
    Peşəsini layiqincə yerinə yetirən insan, çox təəsüfki, həyatda özünə layiq həyat qura bilmədi. Görünür bu onun üzündən yağan təkkəbürlə əlaqədar idi.
    Hələ bilmək olmazdı 4 cü evliliyində nə baş verərdi, bəlkə sağ qalsaydı 5 ci evlilikdə baş verərdi .
    Hər nə isə, Allah rəhmət eləsin.

  • @natiqhuseynov4393
    @natiqhuseynov4393 3 роки тому +13

    Rafiq Hüseynovla Roza Tağıyevanın oğlunu Rozanın birinci nigahından olan oğlu qetle yetirmişdi o vaxt ele deyirdiler qısqanclıqdan öldürübmüş.

    • @fatimequliyeva2290
      @fatimequliyeva2290 3 роки тому

      He mende bilirem

    • @smaugur9594
      @smaugur9594 3 роки тому +1

      Düz dediz.......mənim anamda belə deyirdi

    • @murtuzal1900
      @murtuzal1900 3 роки тому +6

      @@fatimequliyeva2290 Nè 1-ci nigah ? Roza evdè aź-az olurdu, xaricdè-filanda olurdu, uwaq òlèndè dè Yaponiyada idi, Rafiq isè eyyaw idi, tùfeyli hèyat sùrùrdù, Rozadan ayrilmiwdi, uwaģi oldurènin atasi Rozagille dost imiw(necè dostlugunu deyè bilmèrèm), hèmin adam 7 il tùrmedè yatib çixandan sonra Roza onunla gorùwùrler vè òz oģlu tèk qalmasin deyè hemin kiwinin oģlunu Bakiya getirirlèr, Roza Yaponiyada olanda hemin oglan Rozanin oģlunu oldùrùb doģrayir, çemodana yigir, rayona aparir ve atasi ile hèyetdè basdirirlar, taksi woferi meyitin iyini hiss edib xeber vermiwdi, oģlanin meqsedi bu idi ki, Rozanin bawqa veresesi yoxdur, nèyi varsa buna qalacaq ! Qalan variantlar yalandir !

    • @monopolyblack6862
      @monopolyblack6862 3 роки тому +2

      Rkza xanimin bacisi oqlu oldurmuwdu ele dediler o vaxt

    • @nesomnennonull3964
      @nesomnennonull3964 3 роки тому +2

      @@murtuzal1900 7 il turmede yatan adami ailenin ichine salir?? Agli harda idi?

  • @tunarebdurahmanov9814
    @tunarebdurahmanov9814 3 роки тому +13

    Bir onu bilirem ki hec bir mehsurun normal ailesi olmayib.

  • @iasagaraev7030
    @iasagaraev7030 3 роки тому +2

    Allah rehmet elesin!

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k 2 роки тому

    Чох истедадлы,ярашыглы диктор иди.Аллах рахмат еласин!🙏

  • @aygulqurbanova8590
    @aygulqurbanova8590 3 роки тому +2

    Istedadli olduguna gore hetta sovet dovrunde onu Moskva televiziyasinda iwlemeye devet etmiwdiler.

  • @firengizcavadova7696
    @firengizcavadova7696 3 роки тому +3

    Allah cənnət məkan eləsin Amin inşallah.

  • @QuL2121
    @QuL2121 3 роки тому +44

    He bax burda onunla razı deyiləm.Bu artıq sevgi yox edebsizlik olub.Heyatinda nece qadın olub ve buna sevgi adı vermek düzgün deyildir.

    • @adeliaadelia8272
      @adeliaadelia8272 3 роки тому +1

      Hansisa diktorla aile heyati qurub o diktorda taninmiw olube yadimda qalmiyib adi o diktorun oglu oglunu qetle yetirib...

    • @QuL2121
      @QuL2121 3 роки тому +6

      @@adeliaadelia8272 qisas deyərdim.Amaki razı deyiləm bu insanla belkede bir çoxu razı olmayacaq ama exlaqsizliq olub bele sevgi olmur.bu insanın ürəyi ele necə genişdir hamı sığıb hamınida sevib

    • @adeliaadelia8272
      @adeliaadelia8272 3 роки тому +5

      @@QuL2121 elbetde exlaqsizdigdi adin sevgi qoyublar 😒....sadece bunun haqqinda oxumiwdum Roza Tagiyeva diktorla aile qurub onnan oglu dunyaya gelib ve sonra Roza Tagiyevanin 1ci evliliyden olan oglu qetle yetirib.ondan sonra ayriliblar bir birinden..belkede qisas olub oda ola biler.tam deqiqliyin Allah bilir

    • @QuL2121
      @QuL2121 3 роки тому +8

      @@adeliaadelia8272 Her zaman eledi efirdə olanların 80%i exlaqsizdi lakin exlaqdan ders keçirlər.Allah size komek olsun məlumat üçün.

    • @adeliaadelia8272
      @adeliaadelia8272 3 роки тому +1

      @@QuL2121 buyurun 😊

  • @nikaellatalibova5665
    @nikaellatalibova5665 3 роки тому

    Аллах Рахмат етсин,Бир созла козалликда баша баладыр,Дуз дейирлар,Аллах козаллик авазина мана бахт верацди,на Иса Аллах о дунйасыны версин

  • @saraselimova7031
    @saraselimova7031 3 роки тому +1

    Assalamualeykum qaqas Allah rehmet etsin amiiin InşeAllah coxunun sevimli dikderu

  • @user-ko8jy1sk5z
    @user-ko8jy1sk5z 3 роки тому +1

    Allah rehmat elasin.

  • @samira2377
    @samira2377 3 роки тому

    Allah rehmet eylesin mekanı cennet olsun bele doktor olmayacak👍👍

  • @nurlaneliyev2835
    @nurlaneliyev2835 3 роки тому

    Allah rəhmət etsin gözəl və yaddaqalan aparıcı idi, xalqın sevimlisi idi

  • @user-pb1vy6np9w
    @user-pb1vy6np9w 3 роки тому +5

    Allah rehmet eylesin

  • @milamilamila5
    @milamilamila5 3 роки тому +7

    ALLAH rehmet elesin Rafik muellim size

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 3 роки тому +4

    Allah Rəhmət Eləsin

  • @sevincmmmdova6792
    @sevincmmmdova6792 3 роки тому +2

    Roza xanım cox gözəl bir qadın idi necə də yaraşırmışlar Allah hec bir valıdeynə övlad acısı göstərməsin özüdə belə faciyəvi şəkildə bu hadısənı o zaman mən də eşıtmişdim o zaman da cox sarsılmışdım indi də bir yerdə yaşadığın insanı qısqanclıqla necə öldürmək olar? Xoşlanmırsan o evi tərk et

  • @VusalHuseynov-is1ui
    @VusalHuseynov-is1ui 3 роки тому +2

    Allah rəhmət eləsin. Amma heç də yaşa uyğun hərəkət etməyib. Yaxşı nümunə olmaq lazımdır gələcək nəslə .Bəyəm bu gülüşlə yola veriləsi bir həyatdir??

    • @aytacdcddmamdadmammadli4474
      @aytacdcddmamdadmammadli4474 2 роки тому

      Bahoekweoyi qalaktikadır ga iqqpqwo karyerası weinowpw own personal items I don't think you weivkmov yqr

  • @taxirkerimov2283
    @taxirkerimov2283 2 роки тому +1

    Yoldasi AXIR VAXTLAR BAXMIRDI ONA..

  • @laleaslanova5981
    @laleaslanova5981 3 роки тому +5

    Men bu Rafiqi bu sujetden sonra tanidim . Menim ona qarw musbet fikrim varidi indi ise deyiwdi menfi oldu cox pis oldum cox arvad meselelerinde

  • @АязВердиев-ъ4д
    @АязВердиев-ъ4д 3 роки тому +2

    Nur icinde yat

  • @azadmammadov8501
    @azadmammadov8501 3 роки тому +1

    Hacibaba bagirovda 5 defe evlenib ozunnen nece yas balaca qizla

  • @zarinamahmudova7701
    @zarinamahmudova7701 3 роки тому +2

    Mən o dəyişətli ciyayətin baş verdiyi Rayonda böyümüşəm uşaq idim.Bir gün Tər Tər bir birinə dəydi.Dedilər Rafiq məlimin oglu qətlə yetrlib .Bəli çamadana yıgılib Nar bagında bastırılmışdı.

  • @sirvantv4314
    @sirvantv4314 3 роки тому +1

    Rafıq Hüseynov böyük bir diktor məktəbi idi Uşaqlıq illərim onun televiziya diktoru illərinə təsadüf edir