Narkotik satmaq üçün görün nələr etdilər | DİN-dən əhaliyə xəbərdarlıq

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Narkotik satmaq üçün görün nələr etdilər | DİN-dən əhaliyə xəbərdarlıq
    “Instagram” və “Telegram”da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır.
    Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.
    Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.
    Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.
    Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsilə leqallaşdırıblar.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Narkotik satmaq üçün görün nələr etdilər | DİN-dən əhaliyə xəbərdarlıq
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #din #xəbərdarlıq #saxtasatış #saxtareklam #behödənişləri #saxtainvestisiya #saxtalotereyaoyunları #kartamüdaxilə #əlavəqazanc #pulköçürmələri #kriptovalyuta #valyutadəyişmələri

КОМЕНТАРІ • 7

  • @Samirbagirov244
    @Samirbagirov244 Місяць тому +5

    Bakı bariqa qaynayır onlara baxan yoxdur instagramda şifrələri sındırıb bariqa tuturlar.

    • @user-hj5mb6ni6f
      @user-hj5mb6ni6f Місяць тому +2

      Olar pulunu verib işdarini gorurlar,,,,Bazarbaycanda har işin oz qiymati var

    • @Zeynalov_555
      @Zeynalov_555 Місяць тому +1

      Düz deyir sən. Əşi lap bu xəbər doğru olsada kiməsə pull qarşiliğin da elətdiriblər yox polis oturub instagram tik tok hesabi ilə əlləşəcəy indi əgər ki bele sistem anlayışı varsa ölkədə itən telefonlari tapsinlar da niyə tapa bilmirlər bizim ölkə şov göstərməyi bilir ancaq