Xəzər Süleymanlı-SEVİRƏM MƏN SƏNİ (İlqar Fəhminin şeiri)

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • şeir: İlqar Fəhmi
    səs: Xəzər Süleymanlı
    piano: Vüsal Namazlı
    Xüsusi təşəkkürlər: Şkoda Azərbaycan
    Sevirəm mən səni, şiddətli
    yağışçün sevirəm..
    Səni tufanlı soyuq şaxtalı qışçün
    sevirəm.
    Səni qarçün sevirəm.
    Və baharçün sevirəm.
    Sevirəm mən səni, şimşəklə
    küləkçün sevirəm,
    Səni sahildə donan çılğın ürəkçün
    sevirəm.
    Səni bizçün sevirəm.
    Və dənizçün sevirəm.
    Sevirəm mən səni, bir isti nəfəsçün
    sevirəm,
    Səni titrək, həyəcanla dolu səsçün
    sevirəm.
    Səni odçün sevirəm
    Və buludçün sevirəm.
    Sevirəm mən səni, bu dar
    küçələrçün sevirəm
    Səni tünd qəhvə ətirli gecələrçün
    sevirəm.
    Səni hər gün sevirəm.
    Və şəhərçün sevirəm….
    Sevirəm mən səni, bir səssiz
    otaqçün sevirəm
    Səni misraların altında varaqçün
    sevirəm.
    Səni sözçün sevirəm.
    Təzə sözçün. sevirəm....
    #xezersuleymanli #ilqarfehmi #xəzərsüleymanli

КОМЕНТАРІ • 234