Polisdən qaçan sürücü Bakını bir-birinə qatdı - ANBAAN VİDEO

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Xəbər verdiyimiz kimi, yol polisinə tabe olmayaraq qaçan sürücü Nihat Sadiqov polisin yaratdığı süni tıxac vasitəsilə saxlanılıb.
    Yol polisinə tabe olmayaraq Bakını bir-birinə qatan sürücünün görüntüləri yayılıb.
    ***
    Görüntülərlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Yeniavaz.com-a bildirdi ki, məsələ araşdırılıb:
    “Hadisə səhər saatlarında baş verib. Ağ rəngli “Volkswagen Tuareg” markalı 99-RP-760 dövlət nömrə nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü Bakı şəhər Səbail rayon ərazisində yaşayan Sadiqov Nihat Arif oğlu Mirzağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün yol polisi tərəfindən saxlanılıb. Sürücü avtomobildən düşərək yol polisinə tələsdiyini bildirib və sözsüz ki, sənədlərin yoxlanılması ilə əlaqəli polis ondan xahiş edib. Sürücü sənədləri gətirib təqdim etmək bəhanəsi ilə yenidən avtomobilə yaxınlaşıb, sənədləri təqdim etmək əvəzinə, nəqliyyat vasitəsini hərəkətə gətirib və həmin yerdən uzaqlaşıb. Beləliklə, yol boyu kobud şəkildə yol hərəkəti qaydalarını pozub. Nişanların tələblərinə riayət etməyib. Hətta işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Eyni zamanda Neftçilər prospektinə çıxıb, Azneft istiqamətinə hərəkət edərkən yol boyu hərəkətin əksi istiqamətində hərəkət edib. Digər sürücüləri həmin yolda yolun sol hərəkət zolağından sağ hərəkət zolağına keçməyə məcbur edir. Bundan başqa Azneft dairəsində də saxlama işarəsinə əhəmiyyət vermədən hərəkətini davam etdirən sürücünün hərəkəti videokameralar vasitəsilə qeydə alınıb. Həmin sürücünün hansı istiqamətdə getdiyi diqqətdə saxlanılıb. Sürücü Axundov adına park ətrafında yol polisi tərəfindən süni sıxlıq yaradılaraq saxlanılıb. Görüntülərdən də görünür ki, sürücü polisə tabe olmur".
    ***
    Sürücü Sadiqov Nihat 20 sutka həbs edilib.
    Bu barədə Yeniavaz.com-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
    Şöbə rəsisi həmçinin qeyd edib ki, sürücü idarə etdiyi “Volkswagen Tuareg” markalı 99-RP-760 dövlət nömrə nişanlı avtomobilini başqa bir maşına vurub: "Polisdən qaçarkən başqa bir avtomobili vurub, öz avtomobilinin güzgüzü də qırılıb".
    Facebook: / yeniavaz2016
    İnstagram: / yeniavaz.com_official
    TikTok: vm.tiktok.com/...
    Telegram: t.me/yeniavaz

КОМЕНТАРІ • 8

  • @aykahurrem2721
    @aykahurrem2721 2 роки тому +4

    Kim olursan ol insan ol ureyinde Allah qorxusu olsun sadece deyirik bu usaq anasını ankaloji xestexanaya catdirmaliydi ne edibse anası ucun edib avtos doyur xuliqan doyur cinayetkar doyur o şok haliyle bele edib her kesde sehv günah olub orda heç kimin ixtiyari yoxdu bele tezyiq etmeye

  • @bardabaku8897
    @bardabaku8897 9 місяців тому +1

    Sən bizim polisdən qaca bilərsən.

  • @_murad_officia1_
    @_murad_officia1_ 11 місяців тому +1

    Bunun cəriməsi 150 manatdı ay polis nəysə zor tətbiq etmək deyil qudurub bəzi polislər həqiqi

    • @ВасифАбдуллаев-ю5л
      @ВасифАбдуллаев-ю5л 6 місяців тому +1

      Sizin fikrinizce cibinde 150 manat olan her kes bele meymunluq etmelidir?? Esl Azerb mentaliteti. Pulum var eçeb edirem...

  • @elmirquliyev265
    @elmirquliyev265 9 місяців тому +1

    Probkada hara gacasan

  • @user-sq1xg9fw8v
    @user-sq1xg9fw8v 9 місяців тому +2

    Polis niyä qovurki ?Üstälik insanların häyatına tählükä yaradır.Nömräsini vä dresini götürdü bäs edär.

    • @ussr8059
      @ussr8059 9 місяців тому +1

      Остураликсан сен😂