Bura vətəndir - Atəşgah - 12.04.2021

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 10

  • @gunaywerner2677
    @gunaywerner2677 3 роки тому +5

    GÜZEL AZERBEYCAN
    🇹🇷BERLİN'DEN BİR TÜRK HANIM

  • @alishkalidera.lpro.8785
    @alishkalidera.lpro.8785 Рік тому +1

    Atəşgah köhnə suraxanida yerləşir əmircan xilə kəndidə yox

  • @vtnoglu4862
    @vtnoglu4862 3 роки тому

    Azerbaycanin her yeri, her daşı, her qayasinda zengin bir tarix gizlenir

  • @ahmedzarif2212
    @ahmedzarif2212 3 роки тому +1

    Efesdə olan cəmiyyətin mələyinə yaz:
    Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: 2sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. 3Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın.
    4Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. 5Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm. 6Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm.
    7 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
    İzmirdəki cəmiyyət
    8 İzmirdə olan cəmiyyətin mələyinə yaz:
    Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: 9sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. 10Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm.
    11 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək.
    Berqamadakı cəmiyyət
    12Berqamada olan cəmiyyətin mələyinə yaz:
    İkiağızlı iti qılıncı Olan belə deyir: 13gör harada, Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin.
    14 Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın. 15Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. 16Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm.
    17 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
    Tiatiradakı cəmiyyət
    18Tiatirada olan cəmiyyətin mələyinə yaz:
    Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: 19sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur.
    20 Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. 21Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. 22Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. 23Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm.
    24Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram; 25ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın.
    26 Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm.
    27“Dəmir əsa ilə onlara ağalıq edəcək,
    Saxsı qablar kimi onları çilik-çilik edəcək”.
    28Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. 29Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

  • @МагоммедАзизов
    @МагоммедАзизов 3 роки тому

    хансы районды

  • @ahmedzarif2212
    @ahmedzarif2212 3 роки тому

    Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi. 2Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi. 3Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır.
    Yeddi imanlılar cəmiyyətinə müraciət
    4-5 Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun!
    Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək 6bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.
    7 Budur, O, buludlarla gəlir!
    Hər göz Onu görəcək,
    Hətta Onun bədənini deşənlər də
    Onu görəcək.
    Yer üzünün bütün tayfaları
    Onun üçün ah-nalə edəcək.
    Bəli, belə olacaq. Amin.
    8 Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»
    9Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən - qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim. 10Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim: 11«Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər».
    12 Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm. 13Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi. 14Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi; 15ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi. 16O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi.
    17 Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, 18Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. 19Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz. 20Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir.

  • @javidaac2754
    @javidaac2754 Рік тому +1

    Novruz bayramı Azərbaycan Türklərinin əcdad bayramıdır. Zərdüştlər alovla vasitəsi ilə tanrılarına ibadet edərkən alova hörmətdən ağızlarını bağlayırlar ki nəfəsləri alova dəyməsin. Ama Azərbaycan Türkləri Zərdüştlərin törəmələri olan farsların milli bayramları adlandırdıqları Türk bayramı Novruz bayramında alov yandırıb tonqalın üstündən atlanırlar. Novruzun bu önəmli parçası şamanizmə aid olan alovdan atlanıb bütün pis ağır enerjileri alova töküb ötürmək bizim dədə adətimizdir qədimdə inanc idi bu gün müsəlman olsaqda. Novruz şamanizm inanclı olan Azərbaycan türklərinin milli bayramıdır.

  • @filguschnizamimamedali3503
    @filguschnizamimamedali3503 3 роки тому +1

    Bizim XILA KENDIMUZ. Canim Azerbaidshanim.