“Əgər qəlblərinə həqiqi mənada baxmağı öyrənərlərsə, insanların çoxu, şiddətli bir şəkildə istədikləri şeyin bu dünyada olmadığını anlayacaqdırlar. Elə bir həsrətdir ki, heç bir evlilik, heç bir səyahət, heç bir təhsil, həqiqi mənada onu tətmin edə bilməz. Bunu deyərkən uğursuz evlilikləri, tətilləri, təhsilləri nəzərdə tutmuram. Mümkün ola biləcək ən uğurlularını nəzərdə tuturam. Əgər özümdə, bu dünyadakı heç bir təcrübənin tətmin etmədiyi bir arzu təyin etsəm, bunun ən yaxşı açıqlaması, başqa bir dünya üçün yaradılmış olduğumdur. Əgər dünyəvi həzzlərin heç biri onu tətmin edə bilmirsə, bu dünyanın bir hiylə olduğunu göstərməz. Böyük ehtimalki dünyadakı həzzlər onu tətmin etmək üçün deyil, onu açığa çıxarmaq üçündür. Beləcə həqiqi həyatın fərqində olaq. Əgər belədirsə bir yandan bu dünyəvi nemətləri heç bir zaman kiçik görməməliyəm və naşükürlük etməməliyəm, digər yandan bunları bir bənzəri, yansıması, olduqları şeylə qarışdırma yanılğısına düşməməliyəm. Özümdə həqiqi vətənim üçün arzunu mühafizə etməliyəm. O vətən ki, ölmədən ona qovuşa bilmərəm...” (C.S. Lewis, Mere Christianity, Harper Collins Publishers, London, 2002, s. 135-137) (CANER TASLAMAN - NİYƏ MÜSƏLMANAM? İSLAMA İNANCIN DƏLİLLƏRİ DEİZMƏ CAVAB kitabından alıntıdır. Səhifə 157) "Bütün insanlar xoşbəxtlik axtarırlar. Bunda heç bir istisna yoxdur... Bütün insanlar şikayət edir: şahzadələr, xidmətçilər, əsilzadələr, yaşlı, gənc, güclü, zəif, savadlı, savadsız, sağlam, xəstə -hər ölkədə, hər dövrdə, hər cür şəraitdə… Boş yerə ətrafındakı hər şeylə boşluğu doldurmağa çalışır, lakin həmin şeylərdən heç biri ona kömək etmir. Çünki bu sonsuz boşluq yalnız sonsuz və dəyişməz obyektlə, yəni, Allahla doldurula bilər." (Blez Paskal, Pensees, Tərc: A. J. Kreylşaymer, Penguin Classics, London, 1966, s. 74-75.) (CANER TASLAMAN - ALLAHIN VARLIĞININ 12 DƏLİLİ kitabından alıntıdır. Səhifə 117) "...Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar." (Quran. Rad surəsi. 28-ci ayə) "Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri kafirlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir." (Quran. Hədid surəsi. 20-ci ayə) "Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!" (Quran. Həcc surəsi. 77-ci ayə)
100 il ömür arzu edirəm Əbdül müəllimə!
Allah sağlam ömür bəxş etsin Canlı əfsanə Öyrənməli çox şeylər var
“Əgər qəlblərinə həqiqi mənada baxmağı öyrənərlərsə, insanların çoxu, şiddətli bir şəkildə istədikləri şeyin bu dünyada olmadığını anlayacaqdırlar. Elə bir həsrətdir ki, heç bir evlilik, heç bir səyahət, heç bir təhsil, həqiqi mənada onu tətmin edə bilməz. Bunu deyərkən uğursuz evlilikləri, tətilləri, təhsilləri nəzərdə tutmuram. Mümkün ola biləcək ən uğurlularını nəzərdə tuturam. Əgər özümdə, bu dünyadakı heç bir təcrübənin tətmin etmədiyi bir arzu təyin etsəm, bunun ən yaxşı açıqlaması, başqa bir dünya üçün yaradılmış olduğumdur. Əgər dünyəvi həzzlərin heç biri onu tətmin edə bilmirsə, bu dünyanın bir hiylə olduğunu göstərməz. Böyük ehtimalki dünyadakı həzzlər onu tətmin etmək üçün deyil, onu açığa çıxarmaq üçündür. Beləcə həqiqi həyatın fərqində olaq. Əgər belədirsə bir yandan bu dünyəvi nemətləri heç bir zaman kiçik görməməliyəm və naşükürlük etməməliyəm, digər yandan bunları bir bənzəri, yansıması, olduqları şeylə qarışdırma yanılğısına düşməməliyəm. Özümdə həqiqi vətənim üçün arzunu mühafizə etməliyəm. O vətən ki, ölmədən ona qovuşa bilmərəm...”
(C.S. Lewis, Mere Christianity, Harper Collins Publishers, London, 2002, s. 135-137)
(CANER TASLAMAN - NİYƏ MÜSƏLMANAM? İSLAMA İNANCIN DƏLİLLƏRİ DEİZMƏ CAVAB kitabından alıntıdır. Səhifə 157)
"Bütün insanlar xoşbəxtlik axtarırlar. Bunda heç bir istisna yoxdur... Bütün insanlar şikayət edir: şahzadələr, xidmətçilər, əsilzadələr, yaşlı, gənc, güclü, zəif, savadlı, savadsız, sağlam, xəstə -hər ölkədə, hər dövrdə, hər cür şəraitdə… Boş yerə ətrafındakı hər şeylə boşluğu doldurmağa çalışır, lakin həmin şeylərdən heç biri ona kömək etmir. Çünki bu sonsuz boşluq yalnız sonsuz və dəyişməz obyektlə, yəni, Allahla doldurula bilər."
(Blez Paskal, Pensees, Tərc: A. J. Kreylşaymer, Penguin Classics, London, 1966, s. 74-75.)
(CANER TASLAMAN - ALLAHIN VARLIĞININ 12 DƏLİLİ kitabından alıntıdır. Səhifə 117)
"...Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar." (Quran. Rad surəsi. 28-ci ayə)
"Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri kafirlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir." (Quran. Hədid surəsi. 20-ci ayə)
"Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!" (Quran. Həcc surəsi. 77-ci ayə)