Azərbaycanda 1000 ildir bu dərədən nə çıxarılır?

Поділитися
Вставка
  • Опубліковано 6 вер 2024
  • #qebele #kendheyati #azerbaijan
    Ərazisi əvvəllər dəniz olan, görməli yerləri ilə göz oxşayan, orta ömür müddəti 70 il olan, paytaxt Bakıda 225 kilometr aralıda yerləşən Azərbaycanın ən qədim şəhərlərindən biri - Qəbələ
    Yerin Qulağı UA-cam kanalı Qəbələ və qəbələlilər haqda ən maraqlı 33 faktı təqdim edir:
    1. Şıx Baba piri - Həmzəlli kəndində dövlət tərəfindən qorunan bu tarixi abidə demək olar ki, dağılmaq üzrədir. Sonuncu dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb. İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200-1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir. Burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir.
    Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur.[3] Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1-6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33-dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı - deyə qeyd edilib.
    1. Qəbələ rayonu 30 avqust 1930-cu ildə yaradılıb.
    2. Rayonun tərkibinə Qəbələ şəhəri, Bum, Vəndam və Nic qəsəbələri, 62 kənd daxildir. Ən böyük Qəmərvan, ən kiçik kəndi isə Abrıx kəndidir.
    3. Qəbələ rayonu ilə Bakı arasındakı məsafə 225 kilometrdir.
    4. Nəqliyyat kodu 36-dır.
    5. Ərazisi 1548 kvadrat kilometrdir.
    6. Qəbələ rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşir. Köhnə adı Qutqaşen olub. Qərbdən Oğuz, şimaldan Rusiya və Qusar, şərqdən Quba, İsmayıllı, cənubdan isə Yevlax və Göyçay rayonları ilə həmsərhəddir.
    7.Əhalisi 110 min nəfərə yaxındır. Onlardan təqribən 33 min nəfəri şəhərdə, qalan əhali isə kəndlərdə yaşayır. Qəbələnin ən çox əhalisi olan 8,943 nəfər ilə Vəndam qəsəbəsi, ən az isə 44 nəfər ilə Küsnət kəndidir.
    8. Qəbələdə görməli ən vacib yerlər:
    Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi - 1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.
    Qədim Nic - Rayonun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup - udinlər yaşayır.
    Bum kəndi - Rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir. Bu, əhalisinin sayına görə Qəbələ rayonunun üçüncü yaşayış məntəqəsi və bələdiyyə mərkəzidir. Bum kəndində 1882-ci ildə tikilmiş qədim Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb. Bu kənd öz folkloru ilə də məşhurdur. Yerli folklor ansamblı nağara və zurnanın müşayiəti ilə oynanılan “Zop-zopu” çoban oyununun şərəfinə eyni adı daşıyır. Dəvəyə minmiş iki uşaq öz dostlarını əyləndirir. Onlardan biri əyilir və digəri şeir oxuyaraq onun üzərindən tullanır və yerə düşdükdə uşaqlar “Ənzəli” sözünü qışqırırlar.
    Vəndam kəndi - Respublikada ən böyük kəndlərdən biri sayılır, rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Yerli sakinlər zarafatla deyirlər ki, əslində, kino ulduzu Jan Klod Vandam bu kənddən çıxıb. Burada çoxlu meyvə, xüsusilə alma bağları var. Yalnız İsmayıllı və Qəbələdə yetişdirilən qızıl əhmədi alma növü də bu bağların məhsuludur.
    Küsnət kəndi - Qəbələ rayonunun şimal hissəsində dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Bir zamanlar bu kənd yazıçı və hərbi xadim, “Müqəddəs Georgi” ordeninin ilk azərbaycanlı kavaleri İsmayıl bəy Qutqaşınlının yay iqamətgahı olub.
    Yeddi gözəl şəlaləsi - Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir.
    Mucuq şəlaləsi - Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında, terraslarda Mucuğun xarabalıqları yerləşir. Qədimdə bu kəndi nəhəng qayanın altında salıblar. Qayadan düşən daşlar kəndi xaraba qoyub. Kəndin ətraf yaşayış məntəqələri ilə əlaqəsi çətinləşib və insanlar bu yerləri tərk ediblər.

КОМЕНТАРІ • 71

  • @yeringulagi
    @yeringulagi  Рік тому +1

    Bu gözəl bölgəmizi sevənlər...

  • @elmiraisayeva8479
    @elmiraisayeva8479 Рік тому +11

    Gözəl yerdir.☝️

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Olmusuz bu rayonda?

    • @elmiraisayeva8479
      @elmiraisayeva8479 Рік тому +3

      @@yeringulagi Bəli 7 gözəl və göldə qayıqla da üzmüşəm.Balıqlar atılıb düşür tuta biləsə idik bişirib verirdilər.Ərəblər çox olur orda.

    • @yeringulagi
      @yeringulagi  Рік тому +2

      @@elmiraisayeva8479 Yeddi gözəl super yerdi.

    • @elmiraisayeva8479
      @elmiraisayeva8479 Рік тому +2

      @@yeringulagi Yay oldu biz ayda bir dəfə öz cənnət məkan yerlərimizdə oluruq

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      @@elmiraisayeva8479 nə gözəl

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 Рік тому +8

    Həqiqətən bölgələrimizi yaxşı tanımırıq. Necə gözəl yerlər var.

  • @elcinsadiqov8623
    @elcinsadiqov8623 Рік тому +5

    Masallıda isti -su deyilən bir yer var Dünyada ikinci helə bir gözəl təbiətli yer yoxdur amma sərmayə qoyan olsa ora yaxşi biznes qurmaq olar

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Salam. İlk dəfədi eşidirəm. Ordan fotolar göndərin, video hazırlayım

    • @muqllidagah9336
      @muqllidagah9336 Рік тому +1

      Hələ sovetlərin dövründən İstisu çox məhşur olub , elə bu gün də elədir .

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      @@muqllidagah9336 mən də yeni eşitdim, video hazırlamaq üçün qeyd etdim

    • @muqllidagah9336
      @muqllidagah9336 Рік тому +1

      @@yeringulagi, yüz dəfələrlə , - bəlkə də çox , - oraları seyr etmişəm .

  • @lalecavadova2950
    @lalecavadova2950 Рік тому +5

    Чох гозел йерлердир гозел мензереси вар гетмек истийердим гезмейе ☝️🤌👌👌👍👍👍💐💐💐🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @sevdak2111
    @sevdak2111 Рік тому +8

    Yaxşı dərədən nə çıxarılır noldu.qəbələnı reklam oldu dərə yaddan çıxdı.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Qəbələdəki qazıntılar, yataqları nəzərədə tutmuşam

  • @user-xn6ke8ie6k
    @user-xn6ke8ie6k Рік тому +2

    МашаАллаh

  • @whiteman7085
    @whiteman7085 Рік тому +5

    Məncə Agdasla həmsərhəddir Amma Evlaxla? Siz də hələ ki təcrübəsizsiniz Eybi yoxdur Uğurlar arzulayırıq

    • @yeringulagi
      @yeringulagi  Рік тому +2

      Salam. Digər rəyinizi də oxudum, əvvəlcə çox sağolun diqqətiniz üçün. Geniş araşdırmadır, istər- istəməz texniki səbəblərdən səhvlər ola bilir. Çox sağolun

    • @mubarizismayilov5880
      @mubarizismayilov5880 Рік тому +1

      ​@@yeringulagi 😮😮

    • @maiszamanxan7686
      @maiszamanxan7686 Рік тому +1

      ​@@yeringulagi Fona verilən şəkilləri soldan-sağa versəniz çox gözəl alınar... indiki formada verməniz mənfi effekt verir...

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      @@maiszamanxan7686 Salam. Bu formatı digər videolarımda etməmişəm, yoxladım burda. Diqqətiniz üçün sağolun, bu effektdə yaxşı düşməyib məncə də

  • @user-fc2sd6wd7w
    @user-fc2sd6wd7w Рік тому +3

    👏👏👏👏👏
    👍👍👍👍👍
    🥰🥰🥰🥰🥰

  • @suleymanatakisiyev8148
    @suleymanatakisiyev8148 Рік тому +3

    Qızıl əhmədi almanın məskəni Oğuzun Xaçmaz kəndində yetişir sən xəritəni və nəyin harada yaxşı yetişdiyini dəqiq öyrənmək lazımdır

    • @whiteman7085
      @whiteman7085 Рік тому +2

      Zəhmətindən keçib Siz də cümləni necə qurmağı öyrənsəniz pis olmazdı əlbəttə məncə

    • @yeringulagi
      @yeringulagi  Рік тому +2

      Salam. Araşdırdım mən də, almanın növləri başqadı - çoxdu. Məsələn ŞƏkidə də bir kənddə yetişən almaya Qızıl əhmədi deyilir. Orda növ fərqi var. Sağolun diqqətiniz üçün

  • @tbrizislamogluborcal3575
    @tbrizislamogluborcal3575 Рік тому +2

    Var olsun Azərbayçanın bütün ğözəl ğuşələri!

  • @zahidabdullayev6146
    @zahidabdullayev6146 Рік тому +4

    Qəbələnin əvvəldən adı Qəbələ olub,rus işğalından sonra dəyişdirib ,Qutqaşen qoyulub,müstəqillik aldıqdan sonra,əvvəlki adı yenidən bərpa edildi-Qəbələ adlandı.

  • @muqllidagah9336
    @muqllidagah9336 Рік тому +2

    Dəfələrlə orda olmuşam , əsrarəngiz təbiəti var .
    Amma hansı dərədən nə çıxır , hələ də mənə qaranlıq qaldı .

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Çox möhtəşəm yerdi. Söhbət burda ordadkı qiymətli qazıntılardan və tarixi abidələrdən gedir.

  • @user-uh7ec3rl7y
    @user-uh7ec3rl7y Рік тому +4

    😂. Юевлах. На. Вахты. Габалайна. Граница. Глубина. Сан. Азербачанда. Юашйрсан. Билмсаки. Хансы. Район. Гоншу

  • @volk0052
    @volk0052 Рік тому +3

    205 km.

  • @sahibqurbanli3778
    @sahibqurbanli3778 Рік тому +3

    Milləti dolamısan əəə...Ayıb olsun.Dərədən nə çıxarılır.Elə Kəmaləddin də səni kimi insanların haqqına girib o boyda rayonu işgal edib.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Qətiyyən yalan olmaz. Qeyd etmişəm söhbət qiymətli metal yataqlarından və arxeoloji qazıntılardan gedir. Qəbələ qədim şəhərdi, illərdi arxeoloji qazıntılar aparılır orda

  • @ilqarheseneliyev5671
    @ilqarheseneliyev5671 Рік тому +2

    Qəbələnin problemlərini də deyeydin ki niyə fındıqın kilosunu 1manat yetmiş qəpiyə saldılar. Birazdan burda heç kim qalmayacaq. Kənd təsərüfatını qəstnən inkişafını sıfra salıblar.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Çox ciddi mövzudu. Doğru deyirsiz

  • @usta_elxan_
    @usta_elxan_ Рік тому +3

    Yevlax ola bilmez sen hele xeriteni oyren sonra cekilişder apararsan

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Diqqətiniz üçün çox sağolun, bəli texniki səhv gedib orda

  • @gulsanenovruzova8938
    @gulsanenovruzova8938 Рік тому +4

    14 dəqiqəlik doğrunu bir Yalan başlıq la məhv etdiz.YALANÇİ KANAL.Harda qarşıma çıxsa spam edəcəm.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. O qədər doğru varsa, demək ümumidə məqsədimiz yalan məlumat yaymaq deyil. Şəkli bəzən məcbur cəlbedici qoymalı oluruq, əsas odu içərik yalan olmasın. Söhbət ordakı qazıntılardan, tarixi abidələrdən gedir. Diqqətiniz üçün sağolun

  • @bagdagulmusayeva4983
    @bagdagulmusayeva4983 Рік тому +1

    oguzlada həmsərhəddir

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Oğuzla bağlı da ayrıca video hazırlamışam, imkan olsa baxarsız

  • @user-mx1gp6wv2y
    @user-mx1gp6wv2y Рік тому +1

    Гызыл вар белке

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Arxeoloji qazıntılar və qiymətli metallar üçün qazıntılar

  • @nanasefereliyeva3334
    @nanasefereliyeva3334 Рік тому +2

    Dərədən danışmadın nöbəti vidioya baxmaq qaldı ,dərədən nə çıxırmış məlumatın dəqiq deməyinə .bu məlutların 70 faizin hamı bilir .

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Ümumi rayonlarımızın ranıtımıdır. Qazıntılardan və arxeoloji tapıntıları nəzərdə tutmuşa başlığa görə

  • @MuradMurad-ns4iu
    @MuradMurad-ns4iu Рік тому +1

    73631 NƏFƏR AZƏRBAYCANLI DEYƏNDƏ HANSİ MİLLƏTİ NƏZƏRDƏ TUTURSUZ?

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Əhalinin sayı statistikasında elə gedir

  • @kifayetkifayet588
    @kifayetkifayet588 Рік тому +2

    DEREDEN FINDIQ ÇIXIR YEQİN?

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Qiymətli metal qazıntılar və arxeoloji tapıntılar nəzərədə tutulur

  • @user-nh1up2zp9z
    @user-nh1up2zp9z Рік тому +1

    Бес дереден не чыхарырлар едирдиниз?мс

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Qəbələdəki yataqlar nəzərədə tutulur

  • @agalaralakbarov6028
    @agalaralakbarov6028 Рік тому +2

    Bunları bildik qoyduğun başlıqdan danışmadın dərədən min ildir nə cıxarılır adamları aldatmaq yoxsa eşşək nəmənəsi

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Qiymətli metal qazıntılar və arxeoloji tapıntılar nəzərədə tutulur