Yarımçıq xatirələr (2015)

Поділитися
Вставка
  • Опубліковано 26 сер 2024
  • 12+
    Film 1941-ci ildə Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin baxışını əks etdirir.
    Çəkilişlər Bakı, Brest, Minsk və Vileyka qəsəbəsində (Belarus) aparılıb.
    Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub.
    Filmin işçi adı “Əsgərin şücaəti” olub.
    Rejissor: Elxan Cəfərov
    Ssenari müəllifləri: Konstantin Vorobyov, Yavər Rzayev
    Operator: Nadir Mehdiyev
    Rəssamlar: Vadim Şafranski, Rafiq Nəsirov
    Bəstəkar: Polad Bülbüloğlü
    Rollarda: Bəhruz Vaqifoğlu (Azər), Mixail Kaminski (kapitan İvanov), Georgi Tsaava (Artavazd), Gülzar Qurbanova (Janna), Andrey Milyuxin (Stankeviç), Zurab Nijaradze (Rantik), Veronika Plyaşkeviç (Nadya)
    İstehsalçı: Azərbaycanfilm
    İlk baxış tarixi: 09.05.2015
    Janr: müharibə, dram
    Mükafat:
    I Qızıl Pəri Mükafatları - ən yaxşı aktrisa Gülzar Qurbanova (2015, Bakı)

КОМЕНТАРІ • 480

  • @yasarrhimov
    @yasarrhimov Рік тому +381

    Bu qədər gözəl, obrazliligi möhtəşəm olan iki fərqli müharibəni bir mənaya ,kinoya yerləşdirən insan(lar)i alqışlayıram ve fəxr edirəm !. (diqqətiniz üçün təşəkkür)

  • @KipchakWarmonger
    @KipchakWarmonger 4 місяці тому +52

    Türkiyeden salam. Kederiniz kederimizdir qardaşlar.

  • @West_Azerbaijani-1987
    @West_Azerbaijani-1987 Місяць тому +13

    Tam səmimiyətlə deyə bilirəm ki, bəli müasir Azərbaycan filmləri arasında barmaqla sayıla biləcək çox az sayda olan yüksək keyfiyətli bir filmdir.👍👏
    Bu filmin ərsəyə gəlməyində əziyəti olan hər kəsə təşəkkürlər. Eləcə də bu ekran əsərini UA-cam-a yükləyənlərə.🙏

  • @SeideMemmedova-be2hd
    @SeideMemmedova-be2hd Рік тому +113

    Əziyyəti keçən hər kəsə təşəkkur .Dərin mənalı filmdi anliyana..Müharibələri törədənlərə ar olsun😢

  • @amilazizov2356
    @amilazizov2356 Рік тому +79

    Çox gözəl filmdir.
    "İnsanın qismətinə düşən ən böyük haqsızlıq elə müharibənin özüdür".

  • @N.R._SHNR
    @N.R._SHNR Рік тому +57

    Məncə postsovet dönəmində peşəkar səviyyədə çəkilən ilk Azərbaycan filmidir. Tək rejissor işi yox, operator, aktyorlar, tryuklar və başqa effektlər baxımından çox yüksək səviyyədə çəkilib. Halal olsun axırı ki, bizdə də peşəkar rejissor yetişdi. Ancaq nədənsə bu tiktok rejissorlardan fərqli olaraq elə öz TV, KİV, mediamiz Elxan Cəfərovu bizə tanıtmırlar, verilişlərə cağırmırlar. Fikir verdim burdakı baxış sayı da çox azdır. "Elməddinlər" milyonlarla baxış sayı yığır,bu film isə cəmi 100 min. Çox heyif.

    • @pashazadehzaur
      @pashazadehzaur 10 місяців тому +10

      Bilirsiz niyə? Çünki belə - dramaturji süjet xətti olan, müəəyyən bir ideyanı təbliğ edən filmləri başa düşmək üçün, bir balaca bədii zövq bə düşünüb nəticə çıxartmaq lazımdır. Buda ki, biraz zəhmətli işdir. Siz dediyiniz filmlərdə isə baxıb, düşünüb, nəticə çıxartmaq lazım deyil, sadəcə baxıb hırıldamaq bəs edir. Ona görə də onlarda baxış milyon olur.

  • @kamranbagirov5241
    @kamranbagirov5241 6 місяців тому +63

    Əzyəti keçən hər kəsə təşəkkürlər çox gözəl filimdir..Heif bu cür gözəl film heç yerdə təbliğ olunmur paylaşılmır.

    • @resulmemmedzade9475
      @resulmemmedzade9475 4 місяці тому +2

      Her il 20 yanvar gunu fln verilir televizorda

    • @kamranbagirov5241
      @kamranbagirov5241 4 місяці тому +1

      @@resulmemmedzade9475 çooox gözəl. Yəqin mənim rastıma çıxmır

    • @musfikinsan3423
      @musfikinsan3423 2 місяці тому

      ​@@resulmemmedzade9475Yanvar ne demek?Bırakın şu Rus sözlerini.

    • @vip2404e
      @vip2404e Місяць тому +2

      @@musfikinsan3423 ne deyek? Bize danismaqi siz orgedesisiz? Azerbaycan dili niye batir bezilerine bele

    • @vip2404e
      @vip2404e Місяць тому

      El çekin Azerbaycan dilinden. Siz orgedesisiz danismaqi bize???​@@musfikinsan3423

  • @abof538
    @abof538 Рік тому +54

    Azərbaycan filmlərindən möhtəşəmliyə layiq olan film. Əziyyətiniz göz qabağındadır Təşəkkürlər

  • @Eat_ASMR_
    @Eat_ASMR_ Рік тому +48

    Ürəyimi oxuyursuz bu filmləri üzə çıxarıb, paylaşmaqla...eşq olsun

  • @habilabdulhasimov9189
    @habilabdulhasimov9189 Рік тому +114

    AZƏRBAYCAN GÜCDÜR !!! ALLAH GÖZƏL AZƏRBAYCANIMIZI gorusun.

    • @XTQ-Fanat
      @XTQ-Fanat Рік тому +4

      AMİN YA RƏBBİM 🤲

    • @orxann-vj2iq
      @orxann-vj2iq 10 місяців тому +4

      bu kinoda uruslar iraklam edibler hal bu ki bu muharibeni ele uruslar teskil edib

  • @user-ng8pf8hv4r
    @user-ng8pf8hv4r Рік тому +19

    Film axarlıdır, maraqla izlədim. Məncə film rus, azərbaycanlı və erməni millətlərinin qarşılıqlı münasibətlərini bədii şəkildə tamaşaçıya göstərə bilib. Azərbaycanlıları isə həm musiqiçi obrazında mənəviyyatını, həmdə cəsur döyüşə bilən bir millət olduğunu çox dolğun çatdıra bilib. Zamanla film müxtəlif aspektdə baxılacaq və nə qədər incəliklə insan münasibətlərinin hətta müharibədə belə necə əhəmiyyətli olduğunu öyrənə bilərlər. Əla filmdir. Əziyyəti keçənlərə təşəkkürlər.

  • @relaxingsatisfyingvideos4214
    @relaxingsatisfyingvideos4214 Рік тому +25

    Möhtəşəm filmdir. Heyifki belə gec xəbər tutdum filmdən. Heyifki heç təbliğ olunmur belə film.

  • @seymurorucoglu.1558
    @seymurorucoglu.1558 Рік тому +61

    Çox gözəl filimdir. Halal olsun əziyyəti kecən hər kəsə.

  • @gulnurqarasl1280
    @gulnurqarasl1280 Рік тому +28

    Möhtəşəmdir, müharibə haqqında olan bir film yalnız bu dərəcədə mənalı ola bilərdi.

  • @xeyyamsadiqov4418
    @xeyyamsadiqov4418 10 місяців тому +13

    Allaha çox şükürlər olsun qisasimiz alındı , Allah şəhidlərimizə rəhmət eləsin , Qazilerimize can sağlığı versin Xocalının Qarabağın qisasını aldılar .

  • @valehmuxtarov1315
    @valehmuxtarov1315 Рік тому +43

    Möhtəşəm bir film. Heç sıxılmadan izlədim. Axıcı sujet xətti var. Yorulmadan bir dəfəyə izləmək olur. Uğurlarınız davamlı olsun♥️

  • @tacirayatov9964
    @tacirayatov9964 Рік тому +67

    Mən fəxr edirəm ki Azərbaycanlıyam.! 🇦🇿🇦🇿🇦🇿

    • @user-hg6tt6fk6o
      @user-hg6tt6fk6o Рік тому +1

      ŞERPLƏRDƏ FƏXR EDİRLƏR Kİ NEPALLIDIRLAR !!

    • @tacirayatov9964
      @tacirayatov9964 11 місяців тому +4

      ​@@user-hg6tt6fk6osəndə fəxr etdi yerin yurdun bəlli deyil

  • @user-wm3bs3ys6h
    @user-wm3bs3ys6h Рік тому +91

    Я Азербайджанец❤горжусь и всегда гордился!!

    • @alihuseynli8350
      @alihuseynli8350 5 місяців тому +3

      Azərbaycanlısan öz dilimizdə yaz

    • @rgfrttyuggffgh3890
      @rgfrttyuggffgh3890 2 місяці тому

      Эджеб эляйиб русча языб, гой хамы охусун, фильмдя сохбят тякчя азярбайджанлылардан гетмир, русларданда, эрмянилярдяндя гедир.Гой русларда, эрмянилярдя охусун,хяр ким рус дилини баша дбшюр гой охусун

  • @hamidhasanov9292
    @hamidhasanov9292 6 місяців тому +12

    Bu Filmin məhşur "Dolu" Filmi ilə əlqəli olması, "Dolu" Filminin akytorlarının və obrazlarının sonda bu filmdə canlandırılmağı mənə başqa cür təsir etdi.Özəlliklə "Dolu" Filmindəki "Drakon" Obrazını bu filmdə də görmək bam başqa bir duyğudur

    • @tahirmirze5542
      @tahirmirze5542 14 днів тому

      Hər ikisinin rejissoru Elxan Cəfərovdur, ona görə...

  • @parvanasultanova1591
    @parvanasultanova1591 11 місяців тому +3

    Inanln ki birinci defedi muharibe janlrlnda ceklen filime yeni bizimkilerin cekdiyi filime bele hevesle baxdlm super her kese tesekur bu filime gore

  • @QasimAbbasov
    @QasimAbbasov Рік тому +7

    belə gözəl film ərsəyə gətirdiyiniz üçün hər bir əməyi keçən şəxsə minnətdarlığımı bildirirəm.

    • @ramizxatnl8043
      @ramizxatnl8043 Рік тому

      Faşist zabitinin çaldığı mahnının adını bilirsən qardaş ? Əgər bilirsənsə yaz nə qədər vaxtı axtarıram

    • @N.R._SHNR
      @N.R._SHNR Рік тому

      @@ramizxatnl8043 "O Du lieber Augustin" və ya ""Ах ты мой милый Августин" (38:09)

  • @urfaneliyev8994
    @urfaneliyev8994 Рік тому +16

    Həqiqətən mohteşem halal olsun butun yaradıcı heyyete

  • @ayselhmedova88
    @ayselhmedova88 Рік тому +6

    Azərbaycan xalqı bu cür mükəmməl fimlər görmək istəyirr

  • @sabirsalmanov4249
    @sabirsalmanov4249 10 місяців тому +2

    İndiyə qədər izlədiyim ən yaxşı Azərbaycan filmidir.Senarisi oyunçuluğlar heç bir sisirdilmə yox. Bu o deməkdir ki istəyəndə bizdə yaxşı film yarada bilirik ... Əla !!!

  • @mamedasgerov8334
    @mamedasgerov8334 Рік тому +41

    MÖHTƏŞƏM BİR TARİXİ FİLM ✊🏼🇦🇿

  • @seymurmustafayev3324
    @seymurmustafayev3324 Рік тому +11

    Allah Azərbaycanımızın düşmənlərini məhv eləsin ❤
    Bu filmi tərcümə edib yaymaq lazımdır
    Yuksək mukafatlar ala bilər

  • @cosqunqedirov154
    @cosqunqedirov154 Рік тому +43

    Nə qədər gözəl çəkmisiniz bu filmi. Çox gözəl xalqıq. Mətbəx mədəniyyətimiz
    Geyim mədəniyyətimiz
    Hər şeydən pul çıxarmagımız
    Qonaqpərvərliyimiz
    Döyüşməyimiz
    Eeeeee uzadaram bu siyahını.
    Sadəcə yiyəmiz yoxdur . Yiyəsiz, sahibsiz, haqsız, ədalətsiz bir " dövlətdə " yaşayırıq .

  • @hilal8717
    @hilal8717 Рік тому +15

    Çox gözəl filmdir. Hər kəsə təşəkkür

  • @imyaneto262
    @imyaneto262 Рік тому +10

    Azərbaycanda çəkilmiş ən gözəl filmdir😍👍

  • @user-di7nl2xy9g
    @user-di7nl2xy9g 4 місяці тому +1

    Demək ki bizimkilər İstəyəndə yenədə Gözəl filimlər çəkə bilirlər.mohtəsəm Sənəət eseridi

  • @user-et6sy6mw8r
    @user-et6sy6mw8r Рік тому +23

    Allah xalqimizi opdumuzu qorusun amin🤲

  • @AysnAllahverdizad
    @AysnAllahverdizad 8 днів тому +1

    Salam Aleykum ALLAH (C.C) Sizdən Razı Olsun AMİN ALLAH (C.C) Cəmi Bütün Şəhidlərimizə Rəhmət Eləsin, Məkanların Cənnət, Ruhların Şad Eləsin, Yerlərin Behişt Eləsin, Ailələrinə, Yaxınlarına, Sevdiklərinə, Sevənlərinə, Çox Böyük XANIM FATİMEYİ ZƏHRA (S.A) SƏBRİNDƏN Versin AMİN ƏLHƏMDULİLLAH, SÜBHƏNALLAH, MAŞALLAH, LƏ İLAHƏ İLƏLLAH MUHƏMMƏDƏN RƏSULULLAH LƏBBEYKƏ YA İMAM HÜSEYN (Ə) 🤲🕋🏴❤️

  • @kem4ik0
    @kem4ik0 21 день тому

    Çox gözəl və bir az ağır filmdir.... Çox xoşuma gəldi, baş verənləri yenidən düşünməyə vadar edir. Çox sağolun bu filmdə görə!

  • @user-il7xk2di4f
    @user-il7xk2di4f Місяць тому +1

    #SoyuqGüneş den sora izlediyim en Gözel Filmdi... #Dolu daxil olmaqla Eziyeti kecen herkse Teşekkür ❤

  • @ayusifov877
    @ayusifov877 4 місяці тому

    Azərbaycan tarixinin ən detaylı, ən maraqlı və ən yaxşı filmidir mənə görə. Təəssüf ki, ilk dəfə bugün gördüm.

  • @hliyarnovruzov973
    @hliyarnovruzov973 Рік тому +16

    Cox gözel cekilib Allah eziyet cekenlerin canın sag elesin.

  • @arzuyusifova1079
    @arzuyusifova1079 2 місяці тому

    Cox teessuf ki bu filmi hele indi izleyirem, deyerdim ki sovet kinosu keyfiyyetinde cekilmis ilk muasir film idi son vaxtlar izlediyim.Movzy da cox maraqli.Trsekkur edirem

  • @nuragazade6262
    @nuragazade6262 17 днів тому

    2 ci dəfə izlədim filmi,çox möhtəşəm,çəkiliş,möhtəşəm aktyorluq.Kaşki belə filmlər çox olsun

  • @TalehEzimov-vm3lo
    @TalehEzimov-vm3lo 10 місяців тому +1

    Filimdən çox şeylər anladım minnətdaram.Bele filimlər efirdə tez tez canlansın. YAŞASIN AZƏRBAYCAN

  • @BLECHMAMBA
    @BLECHMAMBA Рік тому +11

    Azerbaycan kinosunda tayi berabəri olmayan 2 kinodan biri ve mukemmel bir kino digeri ise dolu kinosudu

  • @user-mb4jd4jz8e
    @user-mb4jd4jz8e Рік тому +5

    Kamança ifa eden Azərbaycanli iğid bir daha subut etdi ki, Azərbaycan xalqi merd eyiımez ve qururlu xalqdir.

    • @AliGhasmzadeh
      @AliGhasmzadeh Місяць тому

      @@user-mb4jd4jz8e bəli duz deyirsiz qururlu xalq idi.heyfki bunu yavas yavas elimizden alirlar

  • @user-tt1pi2mt1s
    @user-tt1pi2mt1s 8 місяців тому +10

    Bele bir profisianal filmin baxis sayina baxin? Utaniram cemiyyetimizin yerine, burda bir exlaqsiz qadin ya kisi avaralasaydi, baxis milyonlari kecmisdir. Tesekkurler bu filimde emeyi olanlara.

  • @elsnabbasov2759
    @elsnabbasov2759 Рік тому +6

    Gözəl! Bütün əməyi keçən hər kəsə sonsuz təşəkkürlər!

  • @zeynalresulov9280
    @zeynalresulov9280 Рік тому +5

    Mukemmel bir film izleyirem aktyorlara rejissorlara senaristlere bu filmedr emeyi kecen her bir senetkara derin tewekkurumu bildirirem

  • @elxannamazli
    @elxannamazli 5 місяців тому

    Cox sagolun ki bele mariflendirci filim cekmisiz.
    Eziyeti kecen her kese teşekur edirem . Heyqeten müharbe cox pis bir şeydi .

  • @TuralSadıqlı041
    @TuralSadıqlı041 3 дні тому

    Çox gözəl bir filmdir daha öncə bir dəfə baxmışdım təkrar birdə baxdım iki müharibəni bir yerə sığdıran bir film. Müharibə isə həqiqətən acılı ağrılı bir şeydir ancaq vətəni müdafiə etmək hər kəsin borcudur.

  • @gencetelekom7010
    @gencetelekom7010 6 місяців тому +1

    Filmin axır dəqiqələri gözəl Göygöl rayonunda çəkilib 🫶🏻 Mükəmməllll❤️

  • @eliibayev6840
    @eliibayev6840 6 місяців тому +1

    Mükəmməl senari, çəkiliş və səs effektləri. Əsl Azərbaycan filmi!

  • @isayevayegane8409
    @isayevayegane8409 10 місяців тому +2

    Cox gozel filmdir ssenaristi ve rejissoru alqislayiram esq olsun bele filmlerin cox olmasini arzulayiram

  • @behruzmuradov3444
    @behruzmuradov3444 26 днів тому

    Çox gözəl filmdir sözün əsl mənasında
    Ərsəyə gəlməsində əməyi keçən hər kəsə ayrı ayrılıqda təşəkkürümü bildirirəm

  • @nizamiisa2513
    @nizamiisa2513 2 місяці тому

    Möhtəşəm filmdi. Məncə bu filmin daha çox izlənməsi üçün hərkəs ən az 5 dostu ilə paylaşsa, izlənmə sayı həndəsi silsilə ilə artar.
    Filmdə bütün əziyyəti keçənlərə səmimi təşəkkür edirəm.
    Bir sözlə möhtəşəm - xalqımız, millətimiz və qüdrətli dövlətimiz kimi möhtəşəm filmdi

  • @user-tp3wh5yw1d
    @user-tp3wh5yw1d Рік тому +5

    Bir kəlmə -SUPER. Halal olsun əziyyəti keçənlərə

  • @pasapasayev9892
    @pasapasayev9892 Рік тому +4

    Salam cox gozel filimdir baxdiqim Azerbaycan filimlerinin icersinde en gozel filimdir ehsen sizdere cccp dovrunden Azerbaycanlilar haqinda gosderdikler qehramaliq haqda cox filimler cekmek lazimdir

  • @user-bk1vy4tm1o
    @user-bk1vy4tm1o Рік тому +7

    Отличный фильм. Огромная благодарность создателям и всем участникам фильма.

  • @user-ox1fo2uu7q
    @user-ox1fo2uu7q 26 днів тому +1

    Cox sevindim ki ilsonra dele filme baxdim kas but qerhamanlar haqida filme cekilsin

  • @yusifteselli6399
    @yusifteselli6399 Рік тому +2

    Men birinci defedi bu filime baxiram menasiz bezi seryallardansa birini cek keyfiyyetdli olsun cox gozel uqurlarniz bol olsun esas davamli olsun

  • @user-le4ey2mu5v
    @user-le4ey2mu5v 5 місяців тому +1

    Filmi səsləndirən adamın səsi çox mükəmməldir

  • @yusifteselli6399
    @yusifteselli6399 Рік тому +3

    Bele filimleri efirde teqdim elemey gostermey cox gozel alinar Allah xalqimi qorusun

  • @azadqocayev6126
    @azadqocayev6126 Рік тому +10

    Halal olsun rejissora..

  • @samirqaraxanov755
    @samirqaraxanov755 Місяць тому

    Çox Mükəmməl Səviyyədə Çəkilib Xalqımın Cəsurluğu İgidliyi Çox Gözəl Əks Olunub ,Ayrıca Rus Qızının Azərbaycanlıy Aşiq Olması Başqa Janırdıki Filmə Gözəlliy Qatıb .Əhsən Davamı Gəlsin

  • @samirmuseyibov7713
    @samirmuseyibov7713 10 місяців тому

    Film çox gözəl alınıb.Aktyorlar da,rejissor da operator da super...Halal olsun...Filmdəki hər kəsə təşəkkürlər.

  • @user-fr9kd7lb7j
    @user-fr9kd7lb7j Рік тому +27

    Очень жаль,что не на русском языке.хотель показать русским етот фильм,аж за душу берёть.просто фильм супер,больще сказать не чего,ниский поклон!

    • @LionBakinskiy007
      @LionBakinskiy007 Рік тому +2

      Вот на русском ua-cam.com/video/1ZKIH01Df8c/v-deo.html

    • @user-fr9kd7lb7j
      @user-fr9kd7lb7j Рік тому +2

      @@LionBakinskiy007 саг ол ай брать.

    • @user-cv3qn8uh1y
      @user-cv3qn8uh1y Рік тому +4

      Есть на русском языке на пиши военный фильм про Карабах выйдет

    • @user-ky6gv4cp5q
      @user-ky6gv4cp5q Рік тому +1

      Благодарю за перевод гардаш

    • @turkangoycyev8850
      @turkangoycyev8850 Рік тому

      Rusca var

  • @user-lb8zp6rd1s
    @user-lb8zp6rd1s 6 місяців тому +1

    Super. Halal olsun. Möhtəşəm bir film. Sovet dönəmindəki çəkilən Azərbaycan filmlərindəndə möhtəşəm bir film. Halal olsun.

    • @musfikinsan3423
      @musfikinsan3423 2 місяці тому

      Film güzel .Fakat Rusları fazla iyi göstermiş.O yüzden biraz rahatsız oldum.

  • @vekilovsamil7031
    @vekilovsamil7031 Місяць тому

    Cox fexr eledim,halaldi bu kinonu yaradib erseye cixardan insanlara.sizi ayag uste alqiwlamag lazimdi

  • @elmaddinxankiwiyev6271
    @elmaddinxankiwiyev6271 Рік тому +1

    Cox gozel mohtewem ela cekiliw canlanma her wey super.kohne kinolarimizdsn sonra ilk defe bele gozel Azerbaycan filmi gordum.

  • @Tan1l_maz
    @Tan1l_maz Рік тому +2

    Çooooox gözəl filimdi.Əlinizə əməyinizə salığ

  • @eminbayramov2311
    @eminbayramov2311 8 місяців тому +1

    Men bu filme Refinin mesleheti ile baxdim hallal olsun gozel cekilib eleriniz derd gormesin

  • @farizqarayev3270
    @farizqarayev3270 7 місяців тому

    Bu günə qədər baxmadıgım üçün xəcalət çəkdim.çox səviyyəli bir ekran əsəridir.müstəqillik dövrümüzün bəlkə də ən əla filmidir.

  • @elgunmamedov307
    @elgunmamedov307 6 місяців тому +1

    Bu filmde emeyi kechen her kesin qarwisinda baw eyirem.Ellerinize saglig❤❤❤❤

  • @isaqrasul3896
    @isaqrasul3896 6 місяців тому

    Möhtəşəm filmdir. Bizim bu cür gözəl və təbii çəkilən filmlərə ehtiyacımız var 👍

  • @user-eu3sv1mq4r
    @user-eu3sv1mq4r 8 місяців тому

    Halal olsun çox mənalı kino idi mən indiyə kimi deyirdimki Azərbaycanda yaxşı filimlər olmur amma bu kino məni bu sözümə görə peşman elədi həqiqətndə çox gözəl alınıb Allah bizə keçmişimizi xatırladan bu gözəl Aktyorlarımızı qorusun 🤲🖤

  • @Sagliq_qida
    @Sagliq_qida 10 місяців тому

    Rus dilində baxmışdım. İndi öz dilimizdə dublyaj da gözəl.ifa ssenari hər şey möhtəşəm!!👏👏👏

  • @iradazeynalabdiyeva8360
    @iradazeynalabdiyeva8360 9 місяців тому

    Ćox mənalı sujet xətti olan filmdir. Səslənmə, çəkiliş, aktyorlar çox gözəl təsir bağışladı. Uğurlar arzulayıram bu filmi ərsəyə gətirənlərə!!!!

  • @hvqazi5789
    @hvqazi5789 Рік тому +11

    Super filimdir.super.burda bir başa düşəsi şey var.erməni elə həmişə xaindir.rusda onun yarısı qədər

  • @nurievnuriev7822
    @nurievnuriev7822 6 місяців тому

    Превосходный Фильм !!! Спасибо режиссёру, автору сценария, и всем актёрам, молодцы ребята, успехов вам больших, ждём новые фильмы от Вас ещё .

  • @salehkrimov3731
    @salehkrimov3731 Рік тому +2

    "Yenə vətən uğrunda vuruşuruq Ancaq bu səfər faşistlərlə yox köhnə dostlarımıznan." Təsir elədi. Çox təəsüf. Mubaribənin səbəbkarlarının üzünə lənət

  • @romanymjbvf8244
    @romanymjbvf8244 Рік тому +2

    Birinci dəfə baxıram və hiss edirəm bu filmi dastlar qardaşlar və bacılar,kim ki bu dünyada torpağ davası başladıb Allah onlara nəhlət etsin, Adəm oğlunun vətəni hər yerdi

    • @romanymjbvf8244
      @romanymjbvf8244 Рік тому

      Adəm övladının torpağı nə Azərbaycan nədə başqa topraq, hər torpağı Allah yaratiglaricun verdi,

    • @romanymjbvf8244
      @romanymjbvf8244 Рік тому

      Bunu hələ qəbul etmirik,

    • @ayusifov877
      @ayusifov877 4 місяці тому

      Hansı Adəm? Cinlə evlənib nəsli insestlə yayılan? 😂

  • @OLD_LEGENDFreee
    @OLD_LEGENDFreee Місяць тому +1

    biz bir milletkimi Bir olsaq Bizi hec kim yixa bilmez . Bezi insanlara aiddir yer sohbetu edenlere😊

  • @user-xw1cc4nv7d
    @user-xw1cc4nv7d 6 місяців тому +1

    Allah rəhmət eləsin, məkanı cənnət olsun... 💔💔💔😔😔😔🌹🌹
    Çox gözəl çəkmisiz, Allah sizi qorusun.... ❤❤..

  • @romanzarbali3510
    @romanzarbali3510 10 днів тому

    Вот это фильм 🎥 который мы всегда ждем от вас молодцы всем спасибо большое кто участвовал в фильме 👏👌🙏🙏🙏

  • @ismayilhuseynov6810
    @ismayilhuseynov6810 Місяць тому

    supper bəyəndim çox təsir edici bir filmdi Allah bütün şəhidlərmizə rəhmət eləsin😥🙏

  • @DJ.MP3.MAHNILARI2023
    @DJ.MP3.MAHNILARI2023 Рік тому +3

    Çox bəyəndim maraqlı flimdi hər kəsə tövsiyə edirəm izləsin

  • @1st.213
    @1st.213 22 дні тому +2

    Derin menalı ve gözel filimdi...

  • @ulka1972_
    @ulka1972_ Рік тому +26

    Burda rusları çox müsbət qəhraman kimi gosteriler 366 ci rus alayının xocalıda elediklerin nə tez unutduz

    • @alialiev4380
      @alialiev4380 Рік тому +2

      Salam .Filmin rejissoru azerbaycanlidir,ssenari muellifi rusdur.

    • @ulka1972_
      @ulka1972_ 10 місяців тому +1

      @tozlu.yollar siz rusun canisinisiniz

    • @velivelili9970
      @velivelili9970 9 місяців тому

      @tozlu.yollar 26 dekabr 1991 ci ildə ssri dağıldı. demək ki 1992 ci fevralın 26 da olan qoşunlar ruslara aiddir !! Nevzorovun ŞƏHİD VƏZİR QARDAŞımız və Goranboy batalyonu haqqında dediklərində qulaq assanız bilərsiz ki biz ermənilərlə yox, ruslarla savaşmışıq !!!

    • @zaurheydrov5332
      @zaurheydrov5332 9 місяців тому

      YOXE BUNU ELE ÇEKİBLERKİ GUYA RUSLAR ERMENİLERDEN ASLİDİR

    • @user-od8bc9qv4q
      @user-od8bc9qv4q 9 місяців тому

      Hami politolog olub gunortadan sonra,ay bala Rus xalgi 2 ml azarbaycanliya oz olkasinda halada dozur! Har bir ailaya Moskvadan pul dolayi yolla galir Vatanimiza..Xocali va butun itkilarimiz bizim oz xalgimizin arasinda olan Satginlarin naticasi idi! Ilham Aliyev Rusla duzgun apardigi siyasatin naticasidir ki Garabag Gayitdi! Yawasin Canab Prezident!

  • @fizuli3021
    @fizuli3021 Рік тому +9

    Guyaki Ruslar ağ qaşıqdilar bizi qıran elə ruslar olub

  • @Shane-1903
    @Shane-1903 7 місяців тому +1

    Allah bütün Türk şəhidlərimizə rəhmət eləsin amin. Allah Azərbaycanımızı qorusun.🤲🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿

  • @iqrarmustafaev1731
    @iqrarmustafaev1731 10 місяців тому +1

    Фильм сильный,пронизывает до слез! Спасибо за созданный фильм!

  • @ruhinomarov2009
    @ruhinomarov2009 Рік тому +4

    Super filmdi əməyi keçən hərkəsin əllərnə sağlıq

  • @zemred2837
    @zemred2837 Місяць тому

    Çox mükəmməl. Çox əziyyət çəkilib film üçün. Həqiqətən də bu əziyyətə dəyər. Əhsən.

  • @rovwanbagirov4713
    @rovwanbagirov4713 Рік тому +1

    Əhhhh sən çox gözəl çox mənalı filim çəkiblər👍👏👏👏 belə kinolar çəkin gic gic komediya adı altında səy səy şeyləri ötürməyin bu millətə

  • @Ahmedov_Gaming
    @Ahmedov_Gaming 2 місяці тому

    Çox əla bir film alınıb əziyəti keçən hərbir kəsə təşəkkürlər ❤

  • @nzaktibrahimova
    @nzaktibrahimova Місяць тому

    Çox gözəl filimdi.Bu cür filimlər vermirlər televiozda harda axmaq filimlər var onları verirlər. Aktyorlarəmızada Allah can sağlığı versin.

  • @clalzizov4694
    @clalzizov4694 Рік тому +5

    Salam bu filmi çox bəyənirəm 👍🇦🇿🇦🇿✊

  • @shruzxudai2700
    @shruzxudai2700 10 днів тому

    Əhsən. Çox gözəl filmdir əziyyət çəkənlərə eşq olsun etməyinizə sağlıq

  • @evezhuseynov5625
    @evezhuseynov5625 2 місяці тому

    Super ehsen Emeyi keçen olan her kese teşekkür edirem

  • @vusalkerimova9479
    @vusalkerimova9479 Рік тому +1

    Əla kinodu, əməyi kecen butun heyətə təşəkkür.

  • @user-zm2kz3wh7h
    @user-zm2kz3wh7h Рік тому +2

    Cox gozəl filmdir..kin küdürət və nifrətdən uzağ..

  • @yusifbabayev4151
    @yusifbabayev4151 5 місяців тому +1

    Allah Drakonun (Rza) qapisin acsin.

  • @gunahkarqul5175
    @gunahkarqul5175 6 місяців тому +1

    Həqiqətən də kino gözəl alınıb zəhməti keçən hər kəsə təşəkkür edirəm

  • @xanmlkbrova-lixanl7513
    @xanmlkbrova-lixanl7513 4 місяці тому

    Əməyi keçən hər kəsə təşəkkür edirəm! Sonadək maraqla izlədim.