Zaqatala və Balakəndə qeyri-sabit hava şəraiti fəsadlar törədib | Kanal S Xəbər

Поділитися
Вставка
  • Опубліковано 16 жов 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Zaqatalanın Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Rayonun yüksək dağlıq ərazilərinə isə qar yağıb. Dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su səviyyəsi artıb və çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. Yuxarı Tala kəndini Meşleş kəndi ilə birləşdirən yol yararsız hala düşüb. Nəticədə 20-dən çox ailənin yaşadığı Meşleş kəndinin mərkəzlə əlaqəsi məhdudlaşıb. Məcrasından çıxan Zilban çayı Zilban kəndinin körpüsünü yararsız hala salıb. Həmçinin ərazidən keçən qaz xətti də zədələnib. Bu səbəbdən rayon mərkəzinin bir hissəsinə təbii qazın verilməsində fasilə yaranıb. Tala çayının məcrasından çıxması səbəbindən rayonun Yolayrıc kəndini sel suları basıb. Sel suları kənddə 100-dən çox sakinin təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri aparılır, dəymiş ziyanın miqyası hesablanır. Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Qabaqçöl qəsəbəsinə dolu yağıb. Rayon mərkəzinə, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Bir çox yaşayış məntəqəsində qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.
    #kanals #xəbər #fəsad

КОМЕНТАРІ • 7

  • @user-jl6px9gc2h
    @user-jl6px9gc2h Рік тому +4

    Can yaziq camaat Menim gozel lZaqatalam Allah komek Olsun Dovlet komek elesin insanlara

  • @МагомедАхмедилов-р8ю
    @МагомедАхмедилов-р8ю 9 місяців тому +1

    Языг балакен загатата миллети

  • @TelerTeler-nz9tb
    @TelerTeler-nz9tb Рік тому +2

    Allah qorusn

  • @SalamSalam-oy3sd
    @SalamSalam-oy3sd Рік тому

    Can insanlar harda qalcag.hokumet yardim eder insallah.Allah rehim edsin.insanlar cox gunah edir cox

  • @kanantahieff8152
    @kanantahieff8152 Рік тому +1

    Allah komeyniz olsun bu hakimiyetden inammiyin el tutalar

  • @firuzhmdov6926
    @firuzhmdov6926 Рік тому +5

    Tövbə edin Allaha qayıdın. Şirk etməyin, bidət etməyin, küfr etməyin, böyük günahları tərk edin. Yalnız Allaha ibadət edin. Neçə illərdir ki, sizi başa sala bilmirik ki, qəbirlər pirlər, ocaqlar, ziyarətlər, babalar, əfəndilər, şeyxlər, imamlar insanları qoruya bilməz, insanlara nə bir fayda, nə də bir zərər verə bilməzlər. Quranı ölülərə oxumağı tərk edin, heç olmasa bir dəfə də olsun özünüz oxuyun ki, biləsiniz Allah təələ bizləri nə üçün yaradıb.

  • @Субхаеаллах1953
    @Субхаеаллах1953 5 місяців тому

    Leysan yağıb nə deməkdir!? Leysan xarakterli yağış olar .